Month: April 2018

  • “Gənclər siqaret çəkməsinlər, içki içməsinlər…”

    “Bu il Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Biz demokratik respublikanın 100 illik yubileyini il ərzində qeyd edirik və bu, cari ilin əsas hadisəsidir. Bilirsinizmi, tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb”.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.

    O bildirib ki, əgər birinci demokratik respublikanın əsasını qoyanlar bugünkü Azərbaycanı görə bilsəydilər, ölkəmizlə fəxr edərdilər:

    “Yəni, bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır. Azərbaycan ədəbiyyatının klassiklərini oxuyanda görürsən ki, onların əsərlərində məhz bu gün aktual olan məsələlərlə bağlı fəlsəfi mövzular kifayət qədərdir. Buna görə də 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bizim üçün tarixi hadisədir. Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib. Əlbəttə, bu gün geriyə nəzər salanda birinci cümhuriyyətin banilərini minnətdarlıq hissi ilə xatırlayırıq, lakin onun aqibətindən daim ibrət dərsi almalıyıq. Bu cümhuriyyət iki ildən bir qədər az mövcud olub və biz, əlbəttə ki, bu dərsləri unutmamalıyıq. Buna görə biz bu gün Azərbaycanın müstəqilliyini, suverenliyini, iqtisadi potensialını, beynəlxalq nüfuzunu möhkəmlətmək üçün, Azərbaycanın həmişə təkcə forma etibarilə deyil, həm də mahiyyət etibarilə müstəqil olması üçün nə mümkündürsə edirik. Düşünürəm ki, əgər birinci demokratik respublikanın əsasını qoyanlar bugünkü Azərbaycanı görə bilsəydilər, onlar bizim ölkəmizlə fəxr edərdilər”.

    Prezident “Azərbaycan tarixən həmişə təkcə Şərqin deyil, bütün dünyanın mədəni mərkəzi olub. Son onilliklərdə Qara Qarayevin, Fikrət Əmirovun musiqisini, Səttar Bəhlulzadənin, yaxud Allaha şükür indi sağ-salamat olan Tahir Salahovun rəsm əsərlərini, Anarın və ya yaxın vaxtlarda dünyasını dəyişmiş, mənim fikrimcə böyük yazıçı olan Maqsud İbrahimbəyovun ədəbi əsərlərini götürsək, bunlar hamısı dünya mədəniyyəti xəzinəsinin tərkib hissələridir və hər bir mədəni insan bu adları bilir. Sizin fikrinizcə, Azərbaycanın mədəni xəzinəsi nə dərəcədə onun məxsusi sərvətidir? Azərbaycanı bir sıra ölkələr arasında bu qədər fərqləndirən bu mədəni tərkib hissənin prioritet kimi qalması üçün nə etmək lazımdır” sualına isə belə cavab verib:

    “Şübhəsiz, mədəni irsimiz bizim böyük sərvətimizdir və biz görkəmli nümayəndələrimizlə fəxr edirik. Azərbaycan əsrlər boyu dünyaya görkəmli mütəfəkkirlər, şairlər, alimlər, ictimai xadimlər bəxş edib. Bu gün bu ənənələr davam etdirilir. Buna görə də əlbəttə, Azərbaycan mədəniyyətinin korifeyləri Azərbaycanı məşhurlaşdıran insanlardır, onlar xalqımızın mədəni irsidir və biz öz mədəni irsimizə çox qayğı ilə yanaşırıq, onu qoruyuruq. Bu gün əsas vəzifə ondan ibarətdir ki, azərbaycanlıların gənc nəsli də bizim görkəmli xadimlərimizin nümunəsində, vətənpərvərlik ruhunda, öz mədəniyyətinə bağlılıq ruhunda tərbiyə olunsun. Fikrimcə, bu, gənc nəslin tərbiyəsi baxımından əsas istiqamətlərdən biridir. Gənclər əlbəttə ki, dünya üçün açıq olmalıdırlar. Lakin onlar həm də öz tarixi, mədəni köklərinə çox bağlı olmalıdırlar. Bu, Azərbaycanın və cəmiyyətimizin fasiləsiz inkişafının rəhni olacaq. Ona görə ki, güclü iqtisadiyyatı və ya güclü ordusu, güclü xarici siyasi mövqeləri olan, lakin əsasları, kökləri olmayan xalq uğurlu ola bilməz. Buna görə müasir Azərbaycan dövləti çox dərin mədəni, milli, əxlaqi köklərə, bizim, əlbəttə ki, əziz tutduğumuz dəyərlərə əsaslanır. Əlbəttə, biz fəxr edirik ki, dünyaya bu qədər çoxsaylı görkəmli mədəniyyət xadimləri bəxş etmişik”.

    Ölkə başçısı son illər idman yarışlarında qazandığımız uğurlardan və idmançılardan danışıb:

    “Bilirsinizmi, Azərbaycan Milli Olimpiya Komitəsinə 20 ildən artıq rəhbərlik edən bir şəxs kimi deməliyəm ki, biz bu istiqamətdə çox iş görmüşük və idmanın, bizim nailiyyətlərimizin ardıcıl inkişafı əsas göstəricidir. Yəni, biz bir neçə istiqamət üzrə irəliləmişik. Bu istiqamətlərdən birincisi və ən başlıcası kütləvi idmandır. Bu, cəmiyyətin həm fiziki, həm də mənəvi sağlamlığının əsasıdır. Ona görə ki, idmançılarımız bizi təkcə qələbələrlə sevindirmir, onlar cəmiyyətdə davranış üçün yaxşı nümunələrdir, onlar çox ləyaqətli insanlardır, özlərini ləyaqətlə aparır və uşaqlar üçün yaxşı nümunədirlər. Biz bütün ölkədə Olimpiya İdman mərkəzlərinin tikintisi ilə məşğul olmağı qərara aldıq. Artıq bu gün ölkədə 43 belə mərkəz vardır və daha 4 mərkəz inşa edilməkdədir. Əlbəttə, Bakının idman infrastrukturu istənilən yarışları qəbul edə bilər, biz bunu Avropa Oyunlarında nümayiş etdirdik. Təbii ki, peşəkar idmana da böyük diqqət yetirilib və idmançılarımız bizi, əlbəttə, çox sevindirirlər və sevindirəcəklər. Bunu demək kifayətdir ki, Rio-de-Janeyroda keçirilmiş son Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan 14-cü yerdə olub. Təsəvvür edin, dünyanın 200-dən bir qədər az ölkəsi arasında medalların sayına görə 14-cü yerdə olmaq tarixi nailiyyətdir. İyirmi il bundan əvvəl bunu heç xəyalımıza gətirə bilməzdik. Biz bir, iki, üç medal arzu edirdik. Bu gün onlarca medalımız var. Bu, idmanın inkişaf göstəricisidir. Axı, idmançı əbədi yaşamır. Bu, o demək deyil ki, hansısa görkəmli idmançı filan qədər medal qazanıb. Bizdə hər il idmanın demək olar ki, bütün növləri üzrə yeni idmançılar yetişir.

    Məqsədli proqramlar, çox güclü dövlət dəstəyi var və bizdə idmanın inkişafı ilə məşğul olan bütün strukturlar əlaqəli şəkildə fəaliyyət göstərir. Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri – bunlar hamısı bir komanda kimi idman nailiyyətlərinin çox olması üçün çalışırlar. Ona görə ki, bu, təkcə milli qürur mövzusu deyil, ictimai həyatın çox mühüm amilidir. Ona görə ki, bu, əhvalı yüksəldir, vətənpərvərlik hissini, öz ölkəsinə görə qürur hissini artırır. Ən başlıcası bizim çempionlar gənc nəsil üçün yaxşı nümunədir ki, gənclər siqaret çəkməsinlər, içki içməsinlər, vaxtlarını boş keçirməsinlər, idman seksiyalarına getsinlər, yüksək nəticələr qazansınlar, onda ölkə buna görə onları layiqincə qiymətləndirəcək”.

  • Müəllimlərə xəbər: Maaşınızı burdan hesablayın

    Əməkhaqlarının artırılması ilə əlaqədar qanunvericilikdə edilən dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidmətində müvafiq düzəlişlər edilib.

    Median.Az
    Qaynarinfoya istinadən xəbər verir ki, müəllimlər Təhsil Nazirliyinin internet saytının “Aktual keçidlər” bölməsindən “Onlayn kalkulyator” http://edu.gov.az/az/calc keçidini seçməklə artımdan sonra əməkhaqlarını hesablama imkanı əldə edə bilərlər. Bunun üçün “Onlayn kalkulyator” keçidinə daxil olaraq müvafiq məlumatlar qeyd edilməli və “hesabla” düyməsi seçilməlidirlər. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları “Hesablama” düyməsindən aşağıda yerləşən cədvəl vasitəsi ilə əldə edə biləcəklər.

    Onlayn kalkulyator xidmətinin yenilənməsinin məqsədi müraciət və şikayətlərin sayının azaldılması, şəffaflığın artırılması və xidmət məmnunluğunun yüksəldilməsidir.

    Qeyd edək ki, bu xidmət 2016-cı ilin dekabr ayından müəllimlərin istifadəsinə verilib.

  • Amazon снимет сериал по мотивам культового романа “Властелин колец”

    Amazon потратит $1 млрд на пять сезонов сериала “Властелин колец”, передает Median.Az со ссылкой на Gazeta.ru.

    Как сообщает издание The Hollywood Reporter, сериал по мотивам романа-эпопеи Джона Рональда Руэла Толкина “Властелин колец” продлится как минимум пять сезонов.

    Компания Amazon приобрела права на экранизацию вселенной “Властелина колец” в ноябре прошлого года за $250 млн. Теперь $1 млрд планируется потратить на производство сериала.

    Отмечается, что Amazon пришлось практически драться со стриминговым сервисом Netflix за право снять свое шоу по мотивам произведений Толкина. В итоге Netflix проиграл в войне ставок, и издательство HarperCollins и кинокомпания New Line Cinem передали права на съемку Amazon.

    Также издание рассказало о неких “материалах из полнометражных экранизаций” Питера Джексона, которые войдут в новый сериал.

    В конце марта сообщалось, что стороны сделки обсуждали три сезона сериала по мотивам “Властелина колец”. Кинотрилогия “Властелин колец” Питера Джексона выходила на большой экран с 2001 по 2003 год.

  • Француз выжил после 18-часовой остановки сердца

    На юге Франции 53-летний мужчина смог выжить после 18-часовой остановки сердца благодаря состоянию гипотермии – снижению температуры тела. Об этом сообщает радио France Info, передает Median.Az со ссылкой на РИА Новости.

    Случай произошел около трех недель назад на берегу реки Орб, но СМИ о нем стало известно только сейчас. Мужчина собирался навестить брата, но не дошел до него. Семья бросилась на поиски и нашла его на берегу реки без сознания, с остановкой сердца. Температура тела была 22 градуса. Врачи больницы города Безье сделали пострадавшему прямой массаж сердца. Затем мужчину перевели в больницу в Монпелье. Его сердце снова стало биться только через 18 часов после остановки.

    По словам врачей, мужчина выжил именно благодаря низкой температуре тела. “Гипотермия замедляет работу организма, и это замедление предотвращает последствия болезни. Это своего рода замораживание”, – пояснил специалист службы неотложной медпомощи. При этом он призвал не доверять историям из научной фантастики.

    “Реальность заключается в том, что когда человек, например, падает в реку и очень быстро наступает охлаждение организма, то врачи могут попробовать провести длительную реанимацию, медленно согревая тело. И можно надеяться на то, что пациент восстановится с очень ограниченными последствиями или без осложнений”, – рассказывает врач. “Но выжить после 18-часовой остановки сердца – это действительно удивительный случай”, – добавил он, напомнив, что подобное уже происходило как во Франции, так и в других странах.

  • В Баку показали спектакль памяти Самира Качаева – ФОТО

    В Азербайджанском государственном театре юного зрителя в Баку состоялся спектакль “Yarımçıq qalmış” (“Прерванная…”), сообщили Trend в пресс-службе театра, передает Median.Az.

    Постановка посвящена памяти Самира Качаева – талантливого молодого скульптора, выпускника Азербайджанской государственной академии художеств, погибшего в ожесточенных боях в апреле 2016 года, начавшихся в результате провокации армянских вооруженных формирований.

    На мероприятии минутой молчания была почтена память сыновей Родины, ставших шехидами во имя освобождения азербайджанских земель.

    Перед спектаклем директор театра, заслуженный артист Азербайджана Мубариз Гамидов, заслуженный деятель искусств, главный режиссер театра Бахрам Османов, народный артист, режиссер спектакля Вагиф Асадов в своих выступлениях рассказали о мужестве шехидов. Было отмечено, что врагу был дан достойный отпор, апрельские бои показали силу ВС Азербайджана.

    Также было подчеркнуто, что театр уделяет большое внимание постановкам на патриотические темы.

    Далее состоялся показ спектакля “Yarımçıq qalmış”, поставленного по пьесе “Мечтающие мальчики…” Ефима Абрамова и Лейлы Бегим.

    Режиссер-постановщик – народный артист Вагиф Асадов, художник-постановщик – Эльшан Сарханоглу, режиссер – Гюльнар Гаджиева, сценическая пластика – Парвиз Мамедрзаев, музыкальное оформление – Рамиг Насиров, ассистент режиссера – Севда Гаджишамиева.

    Главные роли в спектакле исполняют заслуженные артисты Лейли Велиева, Эльшан Рустамов, Расим Джафаров, актеры Эльнур Керимов, Бахрам Гасанов, Гюнель Мамедова и другие.

  • Aprelin 10-u “sükut günü” olacaq – Azərbaycanda

    Aprelin 11-nə təyin edilən Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar aprelin 10-u, növbəti həftənin çərşənbə axşamı “sükut günü”dür.

    Median.Az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır.

    Seçkiqabağı təşviqat aprelin 10-da saat 08:00-da dayandırılacaq.

    Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

  • Bakıda fərdi evdə yanğın

    Bakıda yanğın hadisəsi qeydə alınıb.

    Median.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Xəzər rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 40 m2 sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanlı Bakıya uçan sərnişin təyyarəsini qaçırmaq istədi – VİDEO

    Moskvadan Bakıya gəlmək üçün Atatürk Hava limanı Beynəlxalq Terminalında gözləyən Rusiya vətəndaşı olan sərnişin təyyarəni qaçırmaq üçün qapını qırıb.

    Azərbaycan əsilli Elşad Hüseynzadə (45 yaş) saat 01:30-da Bakıya uçuşu planlaşdırılan sərnişin təyyarəsinin qalxmasına az qalmış hava limanında qapalı olan plastik qapını yumruq və təpikləyərək qırıb. Hüseynzadə qapını qıraraq təyyarəyə doğru qaçmağa başlayıb.

    Olay barədə səlahiyyətlilər tərəfindən dərhal polisə məlumat verilib. Polis Rusiya vətəndaşı olan sərnişinin qarşısını ala bilib. Elşad nəzarətə götürülüb

    Onun ifadəsinin alındığı deyilir. İçkili olduğu iddia edilən sərnişin sərbəst buraxılıb.

    Qeyd edək ki, Hüseynzadə THY-nin TK-416 saylı təyyarəsi ilə yerli vaxtla saat 23:45-də Moskvadan İstanbula gəlibmiş.

  • Göygöldə 3 partlamamış hərbi sursat tapıldı

    Göygöl rayonunda 3 ədəd partlamamış hərbi sursat tapılıb.

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən verilən məlumata görə, aprelin 6-sı saat 11:41-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Göygöl rayonu, Quşqara kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

    Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə çay dərəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik top mərmisi (3OF-49) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)), 1 ədəd boş giliz və 1 ədəd partlamış mərmi qalığı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Aşkar olunmuş mərmilərin ətrafında 5 000 kv.m əraziyə yerüstü və 100 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.//yenicag.az

  • Столкновения на границе Газы с Израилем: Есть жертвы

    Палестинцы возбновили протесты на границе Газы с Израилем.

    Как передает Median.Az со ссылкой на ВВС, об этом сообщают представители министерства здравоохранения.

    Сообщается, что в ходе столкновений израильские военнослужащие застрелили трех палестницев.

    В свою очередь, израильтяне заявляют, что огонь был открыт, когда палестинцы начали разбивать стену на границе.

    Протестующие выдвигают требования, чтобы арабским беженцам разрешили вернуться на исконные земли на территории Израиля.

    Израильтяне заявляют, что протестные митинги организуются движением ХАМАС.