Month: April 2018

  • “Kişiliyi varsa, o məmurun adını çəksin…” – Namizədlərin QARŞIDURMASI

    Prezidentliyə iki namizəd arasında qarşıdurma başlayıb.

    Sərdar Cəlaloğlu və Qüdrət Həssənquliyev arasında qarşıdurma bricinin qarşı tərəfi Azərbaycanı Rusiyanın təsirinə salmaq barədə fikirlər səsləndirməkdə ittiham etməsi ilə başlayıb.

    Buna cavab olaraq Q. Həsənquliyev Cəlaloğlunu aşağılayan açıqlama ilə çıxış edib. O, bildirib ki, ADP sədrinin ona bu şəkildə hücumu bir neçə səbəbdən ola bilər: “Bir neçə il öncə o, dəfələrlə qəbuluma gəldi ki, adını çəkmək istəmədiyim, Prezident Administrasiyasında işləyən bir məmur ayda ona 10.000 dollar pul verir, amma o şübhələnir ki, həmin məmur ona pul ”atır”. Məndən xahiş etdi ki, bu məsələyə aydınlıq gətirmək üçün ona kömək edim. Mən də dedim ki, bu çox çətin məsələdir, amma çalışaram nəsə öyrənim. Bundan sonra daha bir neçə dəfə gəldi ki, bəs nə oldu?

    Onu mənim qapım ağzında boynubükük vəziyyətdə çox adam görüb. Dedim, təəssüf ki, heç nə öyrənə bilmədim. Bundan sonra o, məndən narazı qaldı”.

    S.Cəlaloğlu isə musavat.com-a açıqlamasında Həsənquliyevin ona böhtan atdığını qeyd edib: “Deyirb ki, guya mən onun qəbulunda olmuşam və sair. Kişiliyi varsa, o məmurun adını çəksin və mənim onun qəbuluna getməyimi sübut eləsin. Sən kimsən mən sənin qəbuluna gəlim?! Mən heç sənin ağanın qəbuluna getməmişəm və getmirəm! Sən özünü nə hesab edirsən?! Boynu bükük vəziyyətdə dayanan sənin kimi olar ki, ipin başqasının əlindədir, həmin şəxsin qapısından ikiqat əyilib keçirsən. Boynunu elə sıxıb ki, yüksək vəzifədə təmsil olunduğun iqtidarın əleyhinə qarşında oturan Araz Əlizadə, Hafiz Hacıyev, Zahid Oruc ittihamlar yağdırır, təmsil olunduğun iqtidar xalqa xəyanətdə ittiham olunur, sənin cəsarətin çatıb bir kəlmə reaksiya verə bilmirsən, başını aşağı dikib dayanırsan. Halbuki o ittihamlar həm də sənə çatır. Çünki həmin hakimiyyətdə böyük vəzifədə olmusan. Sərdar Cəlaloğlu isə siyasi repressiyalardan, məhrumiyyətlərdən başı dik, alnı açıq çıxıb. Sərdar Cəlaloğlu kiminsə qapısında boyun bükən olsaydı repressiyalara, işgəncələrə məruz qalmazdı, Qüdrət Həsənquliyev kimi deputat olardı. Sərdar Cəlaloğlu 4 dəfə deputat seçilib, dördündə də parlamentə buraxılmayıb. Qüdrət Həsənquliyev isə heç vaxt deputat seçilməyib, lakin saxta mandatla deputat oturdulub. İndi bax gör boynu bükük kimdir. Mənə qarşı ətrafındakı bir neçə quyruq bulayanları qısqırdıb. Mən Qüdrət Həsənquliyev barəsində elə şeylər açıqlayaram ki, o, heç vaxt başını yuxarı qaldırıb kimsənin üzünə baxa bilməz. Azərbaycanda ən çox boynu bükük adam odur. Mən onun tayı deyiləm. Siyasi məsələləri şəxsi müstəviyə daşımasın. O özü bilir mən nəyi nəzərdə tuturam. Barəsində elə şeylər açaram ki, yerə girər! Bəsdir, ayıbdır”./xezernews.az

  • В Хатаинском районе при попытке кражи задержан житель столицы

    Как сообщает Median.Az, сотрудники Управления охраны Хатаинского района на основании поступившего сигнала из магазина задержали жителя столицы Асифа Гасанова и передали его в 35-е отделение полиции.

    В ходе расследования выяснилось, что кроме попытки ограбления данного магазина А.Гасанов, 20-го марта незаконно проник еще в один магазин, вследствии чего похитил сейф, внутри которого находилось 3.230 манатов.

    В Следственном отделе Хатаинского РУП возбуждено уголовное дело по статье 177.2.3 (кража, совершенная с незаконным проникновением в жилище, помещение, на склад или иное хранилище) УК Азербайджана.

  • Prezident Könül Xasıyeva ilə bağlı sərəncam imzaladı

    Prezident İlham Əliyev Könül Kazım qızı Xasıyevaya ilə bağlı sərəncam imzalayıb.

    Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə sənətçiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Yevlaxda qız üstündə gənc oğlanın BAŞINA OYUN AÇDILAR – TƏFƏRRÜAT (YENİLƏNDİ)

    “Yevlax rayonunda qız üstündə bıçaqlandığı deyilən 23 yaşlı gənc əvvəlcədən planlaşdırılmış hadisənin qurbanı olub”.

    Bu barədə Publika.az-a Xəyal Məmmədovun atası Fariz Məmmədov məlumat verib.

    Onun sözlərinə görə, hadisə Mingəçevirdə baş verib: “Oğlum Mingəçevirdə kollecdə oxuyur. Pis vərdişləri, pis dost-tanışı olmayıb. Polislə danışdıq, bıçaqlayan şəxs Mingəçevir sakini olub. Oğlum deyir ki, o adamı tanımır. Amma oğlumu bıçaqlayan şəxs Xəyalın dostlarından birini tanıyır. Elə hadisə zamanı da orda olub. İki dost kollecdən çıxıb maşınla evə gedəndə bir neçə nəfər onların qarşısını kəsib, dalaşıblar. Cibində bıçaq olub, oğlumu başından və üzündən bıçaqlayıb. Hazırda Mingəçevir Mərkəzi Xəstəxanasındadı, vəziyyəti normaldı. Polis məsələni araşdırır”.

    Yevlax rayon Qaroğlan kənd bələdiyyəsindən verilən məlumata görə, kənd sakini Xəyal Fariz oğlu Məmmədov burda yaşamadığı üçün hadisə ilə bağlı məlumatlı deyillər: “Mingəçevirdə oxuyur, elə orda da qalır. Amma ailəsi burada yaşayır. Sakit ailədirlər. Hadisə nə üstündə olub, bimirik. Atası eşidən kimi getdi xəstəxanaya. Dediyinə görə, gecə əməliyyat ediblər, vəziyyəti yaxşıdır”.

    Xəstənin müalicə aldığı Mingeçevir Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, xəstənin vəziyyəti stabildir: “Dünən yaralı halıda xəstəxanaya gəlib. Dərhal həkimlərimiz tərəfindən yaralı cərrahi əməliyyata alınıb. Hazırda palataya köçürülüb, vəziyyəti yaxşıdır”.

    ***

    Yevlax rayonunda qız üstundə 23 yaşlı gənc bıçaqlanıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü rayonun Qaroğlan kənd sakini Xəyal Fariz oğlu Məmmədov münaqişə zəminində gicgah və ağız nahiyəsindən bıçaq zərbələri alıb.

    Üstəlik, ona məxsus “VAZ-2107” markalı minik avtomobilinin müəyyən hissələri əzilib, şüşəsi sındırılıb. Yaralı şəxsi avtomobili ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gedib və dərhal əməliyyata alınıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan tərəfi gürcü sərhədinə ağır texnika, əsgər çıxartdı (FOTO)

    Azərbaycan-Gürcüstan sərhədinin Ağstafa rayonu istiqamətindən keçən 7 kilometrlik hissəsinə ötən əsrin 90-cı illərinin əvvəllərində basdırılmış tank və piyada əleyhinə minalar hələ təmizlənməyib. Virtualaz.org “Kavkazskiy uzel” portalına istinadən xəbər verir ki, 2015-ci ildə Böyük Britaniya və Amerika qeyri-kommersiya təşkilatı “The Halo Trust” Gürcüstan hökumətindən minaların təmizlənməsi üçün icazə alıb, lakin Azərbaycan tərəfi təşkilata minatəmizləmə işlərinə başlamağa icazə verməyib.

    Bildirilir ki, sərhədin bu hissəsinə mindən çox tank və piyada əleyhinə minalar basdırılıb. Minalanmış ərazi Marneuli rayonunun Kirac-Muğanlı, Təkəli, Qaçağan kəndlərinin yaxınlığındadır. 1991-ci ildə Gürcüstan hakimiyyəti sərhədin həmin hissəsinə nəzarət edə bilmirdi və Azərbaycan tərəfi Ermənistan hərbi qüvvələrinin sərhədin bu hissəsindən keçməsinin qarşısını almaq üçün minalar basdırıb. Çünki bu sərhəd üçbucağı eyni zamanla Ermənistanı Gürcüstanla birləşdirir. 

    2015-ci il iyulun 6-da “The HALO Trust” Marneuli rayonunun həmin ərazisində minaların tipini və yerini müəyyən etmək üçün Gürcüstan hökumətindən icazə alıb. Lakin təşkilatın meneceri İrakli Çitanava deyib ki, onlar işlərə başlaya bilməyiblər.

    “İcazə alandan dərhal sonra biz hazırlıq işlərinə başladıq və avqustda minalanmış əraziyə, sərhədin təxminən 50 metrliyinə yaxınlaşdıq. Ancaq gördük ki, Azərbaycan tərəfi ağır texnikanı, əsgərləri çıxarıb. Onlar tələb etdilər ki, biz ərazini tərk edək. O vaxt XİN-in və sərhəd polisinin nümayəndələri də bizimlə idi. Lakin biz geri çəkilməli olduq”-Çitanava danışıb.

    Gürücstan Müdafiə Nazirliyindən təşkilata göndrilən məktubda göstərilir ki, Azərbaycanla sərhəddə minaların təmizlənməsi işləri bu məsələ ilə bağlı yekun razılaşma əldə olunana qədər dayandırılmalıdır. Azərbaycanın işğal altındakı ərazilərində də minaların təmizlənməsi ilə məşğul olan bu təşkilat müəyyən edib ki, cəmi 2.2 milyon kvadratmetr ərazi minalanıb. Minaları təmizləmək üçün iki-üç il vaxt və 3 milyon dollar lazımdır.

  • Müğənnilərimizin saxtakarlığı – Milyonlara inanmayın… – SÜBUT

    Son illər “Youtube”da aktivləşən, öz PR-larını sosial şəbəkələr vasitəsi ilə aparan azərbaycanlı müğənnilərin sayı artmaqdadır. Eyni zamanda, sənətçilərin layihələrinin “Youtube”də 2-3 milyonu aşması müşkül məsələdir. 

    Lakin onlar arasında yüksək baxış toplayanların sayı az deyil. Bu isə nəinki dinləyicilərin, hətta rəqib ifaçıların özləri tərəfindən şübhə ilə qarşılanır. Təsadüfi deyil ki, şou üzvləri dəfələrdə bir-birilərini baxış sayını saxta yolla artırmaqda ittiham ediblər.

    Artıq bəzi sənətçilər mahnıların hit olub-olmamasını, toy bazarlarındakı qiymətlərini baxış sayı ilə ölçürlər. Bu məqamda bildirək ki, “fake” baxış sayının birbaşa arıtırlmasında təkcə sənətçiləri ittiham etmək düzgün olmaz. Bəzən müğənnilərin PR və texniki işçiləri onlardan xəbərsiz belə bir addım atırlar. Onlar əməkdaşlıq etdiyi ifaçıların PR işini uğurlu həyata keçirdiklərini sübut etmək üçün bunu edirlər.

     İT mütəxəssislərinin köməyi ilə “YouTube analytics”ə müraciət edilib. Rəsmi cavabda baxış sayı 1 milyonu aşan yerli məşhurların real göstəriciləri ortaya çıxıb. 

    Məsələn, bütün klipləri sosial şəbəkədə 2-3 milyon baxış toplayan Sevil –Sevinc Səfərovaların son təqdim etdikləri “Dərdin nədir” layihəsi 3 milyon 739 min 423 nəfər göstərsə də, real izlənmə sayı 1 milyon 109 min 450 nəfərdir.

    Bundan əlavə, son zamanlar sosial şəbəkələrdə ulduza çevrilən Damlanın “Fırtına” klipi də “fake”dir. Belə ki, “Youtube”ə 3 milyon 991 min 987 nəfər göstəricisi olan ekran işini,əslində, 836 min 791 nəfər izləyib.

    Miri Yusif də bu yola əl ataraq “Oyna” klipində baxış sayını artırıb. Belə ki, layihənin “Youtube” izləyicisi 2 milyon, 254 min, 161 nəfər göstərsə də, real izlənmə sayı 1 milyon 73 min 21 nəfərdir.

    Ən çox “fake” izləyici toplayan müğənnilərdən biri Şəbnəm Tovuzludur.  Onun “Sevdiyim adamdır” klipinin real baxış sayı 819 min 308 nəfərdir. Lakin “Youtube”da 3 milyon 327 min 496 nəfər göstərir.

    Böyük fanat kütləsi olan Talıb Tale də bu üsula əl atıb.  Belə ki, sənətçinin “Balım” klipi sosial şəbəkədə 9 milyon 690 min 980 nəfər göstərir. Lakin klipin real baxış sayı 3 milyon 104 min 890 nəfərdir.

    Bundan əlavə, 1 milyondan artıq real baxış toplayan məşhurlar da az deyil. 

    Xalq artisti Aygün Kazımovanın “Sus” (1.253.491), əməkdar artist Röya Ayxanın “Səndən başqa” (1.740.800  baxış sayı), Günay İbrahimlinin “Ürəyimin qatili” (1.055.598) mahnıları, Nadeer, Rəhim Rəhimli və Ramil Nabranın “Basdalama” duetləri  (6.365.473) real baxışlardır./qafqazinfo

  • Мечеть «Гаджи Джавад» до и после… – ФОТО

    Строительство мечети «Гаджи Джавад» завершено.

    Как передает Median.Az,в настоящее время на прилегающей территории ведутся работы.

    Мечеть будет открыта в ближайшее время.

    Отметим, что на основании распоряжения президента Азербайджана Ильхама Алиева, подписанного в июле 2017 года, было принято решение о сносе мечети «Гаджи Джавад», расположенной по адресу город Баку, Ясамальский район, улица Абдуллы Шаига 79 и строительстве новой мечети на улице А.М.Шарифзаде того же района.

    Oxu.Az предлагает вашему вниманию фотографии мечети «Гаджи Джавад» в формате до и после…
     


  • Alimin evindəki 1 milyonluq oğurluq işi böyüyür – “Əl izi göstərilsin”

    Alimin evindən bir milyon manat pul və zinət əşyaları oğurlamaqda ittiham olunan Xanım Zeynalovanın atası Əbdüləli Zeynalov redaksiyamıza müraciət edib.

    Şikayətçi “Qafqazinfo”ya bildirib ki, AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyevanın şikayəti əsasında qızı cinayət məsuliyyətinə cəlb olunub. Ancaq ata qızının oğurluq etmədiyini, bu şikayətin onlara qarşı bir təxribat olduğunu iddia edib:

    “Qızım Xanım 2010-2014-cü illərdə Aybəniz Əliyevanın evində xidmətçi işləyib. Bu müddətdə Xanımın Aybəniz Əliyevanın qızı, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru olan Gülşən Əliyeva ilə münasibəti yaxşı olub. Xanım bir neçə dəfə Gülşənə ailə məsələlərində kömək edib, bunun müqabilində isə o, qızıma 2 qızıl zinət əşyasını verib. Onu da qeyd edim ki, evimizdə yoxlanış aparılan zaman elə həmin qızıllar sübut kimi göstərilib. Sonradan ailə arasında tez-tez xoşagəlməz mübahisələr yaranmağa başlayıb. Odur ki, Xanım işindən ayrılıb və Metropolitendə işləməyə başlayıb. Onlar dəfələrlə qızıma işə geri dönməsi üçün müraciət etsələr də, Xanım geri qayıtmayıb.

    Artıq qızımın onlara kömək etməyəcəyini görən ailə düz 3 il sonra, ötən ilin iyul ayının 23-də qondarma oğurluq ittihamı ilə polisə müraciət edib və Xanım 177.3.2 maddəsi ilə həbs olunub. Elə həmin gün də məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Daha sonra isə bu müddət 3 ay da artırılıb.

    İddia olunur ki, Xanım 536 min ABŞ dollar və 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Qızım oğurluq edibsə, əl izi, sübütlar göstərilsin. Sübut olunsun ki, həqiqətən də Aybəniz xanımın kassasında 536 min dollar vəsait olub və həmin pul qızım tərəfindən oğurlanıb.

    Açıqlamasında kamera görüntülərinin olduğunu deyib. Elə bir şey yoxdur. Varsa da, təqdim olunmasını tələb edirik. Bundan başqa, onlar qızımdan sonra o evdə xadimə işləmiş xanımı da 200 min manat oğurlamaqda ittiham edərək tutdurub. Necə olur ki, hər evə gələn oradan yüz minlərlə pul oğurlayıb gedir? Nəsimi Rayon prokuroru Salman Məmmədli həmin ailənin qohumudur və bu səbəbdən bütün məsələlər onların xeyrinə həll olunur”.

    “Qafqazinfo” məsələylə bağlı şikayətdə adıçəkilən AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva ilə əlaqə saxlayıb. Aybəniz Əliyeva istintaq getdiyi üçün bu günə kimi mediaya açıqlama vermədiklərini, qarşı tərəf saytlara yanlış informasiya verdiyi üçün yenidən məhkəməyə cəlb olunduğunu bildirib:

    “Biz bu barədə mediaya hər hansı bir açıqlama verməmişik. Cinayət faktı artıq təsdiqlənib, oğurluq edən şəxs də həbsdədir. Biz nüfuzlu ailəyik, evimizdə oğurluq olunması bzim günahımız deyil. Odur ki, adımızın belə məsələlərdə hallanmasını istəmirik”.

  • Bakıda irqçi çağırış: Ərəblərə mənzil kirayə verməyin

    Bakıda ofis rəhbərləri və ya yeni tikililərin komendantları sakinlərə müxtəlif ölkələrdən olan turistlərə öz mənzillərini təklif etməyi qadağan etmək hüququna malik deyillər.
    Median.Az xəbər verir ki, bu barədə Oxu.Az-a tarix elmləri namizədi, istefada olan polis polkovniki Tahir Behbudov danışıb.
    Oxu.Az redaksiyasına paytaxt sakinləri tərəfindən şikayət daxil olub. Şikayətdə deyilir ki, eyni vaxtda Bakının bir neçə yeni tikilisində liftlərə «Mənzil sahiblərinin nəzərinə!!! Artıq dərəcədə xahiş olunur ki, mənzillərinizi İran və ərəb mənşəli şəxslərə kirayə verməyəsiniz!» yazısı olan kağızlar yapışdırılıb.
    Sakinlər həmin müraciətdə gizli irqçilik əlamətləri seziblər.
    T.Behbudovun fikrincə, Azərbaycan dövləti turizmin inkişafına diqqət ayırır, bu cür neqativ hadisələrin şahidi olmaq kədər hissi doğurur:
    «Azərbaycan qanunvericiliyində analoji hərəkətlərə görə inzibati və ya cinayət cəzasını nəzərdə tutan maddə yoxdur.
    Həmçinin bir faktı nəzərə almaq lazımdır ki, qanunla ev sahibləri və yaxud digər şəxslər Azərbaycan Respublikasının vətəndaşına hər hansı bir şəxsə, o cümlədən əcnəbilərə öz əmlakını kirayəyə verməyi qadağan edə bilməz.
    Onlar, sadəcə, xahiş edə bilərlər. Kirayə verib-verməməyə isə siz qərar verirsiniz».
    Ekspert bildirib ki, ola bilsin, turistlər bu binalarda baş vermiş hadisələr zamanı yaranmış problemlərin səbəbi olublar:
    «Məsələn, mənzildə suyu açıq qoyublar, gecələr səs-küy salıblar və yaxud da təmizliyə riayət etməyiblər.
    Əgər hətta belə də olsa da, bu, heç kimə mənzillərin əcnəbilərə kirayə verilməsinə mane olmaq hüququ vermir. Turistlərlə Azərbaycan cəmiyyətindəki mədəni normalar mövzusunda söhbətlər aparmaq olar».

  • Gürcüstanda yanacaq ucuzlaşdı

    Mart ayında Gürcüstanda benzinin qiymətində ucuzlaşma qeydə alınıb.

    Yanacağın qiyməti brend yanacaq doldurma məntəqələrində bir litr üçün orta hesabla 2-4 tetri aşağı düşüb. Hazırda regular markalı benzin 2,09-2,24 lari (0,87-0,93 dollar), premium markalı benzin 2,24-2,33 lari (0,93-0,97 dollar), super markalı benzin isə 2,37-2,49 lariyə (0,99-1,04 dollar) təklif olunur.

    Yanacağın qiymətinin ucuzlaşması ötən ay milli valyuta olan larinin dollara qarşı möhkəmlənməsi ilə əlaqələndirilir.