Month: April 2018

  • İnternet istifadəçilərindən anaya şok çağırış: “XƏSTƏ UŞAĞINI ÖLDÜR” — Qadın hərəkat başlatdı, qalib gəldi

    Fiziki məhdudiyyətli şəxslərin haqlarının müdafiəçisi olan Natali Uiver adlı qadının 9 yaşlı qızı Sofiya nadir xəstəlikdən əziyyət çəkir. O, doğulduğu gündən bu yana bir çox əməliyyat keçirib. Danışa bilməyən, göz təması və çıxardığı səslərlə ailəsi ilə ünsiyyət quran Sofiya çox çətin həyat yaşasa da, güclü və xoşbəxt bir qadındır.

    Median.Az xəbər verir ki, Sofiya üzü, əlləri və ayaqlarında deformasiyalarla doğulub. 1 yaşında isə uşağa Rett sindromu diaqnozu qoyulub. O, ömrünü ailəsinə möhtac şəkildə yaşamalıdır.

    Lakin o, xoşbəxt olmasına rəğmən internet istifadəçiləri Sofiyaya həqarət edir və uşağın ölməli olduqlarını yazır.

    Anası Natali isə bu internet istifadəçilərinə qarşı hərəkat başladıb. O, CNN-ə verdiyi müsahibəsində uşağının bu günə kimi 22 əməliyyat keçirdiyini, aparatlara bağlı şəkildə yaşadığını deyib. Ana bütün bunlara baxmayaraq qızının mükəmməl olduğunu, amma internetdə bəzi istifadəçilərin ağıza alınmayacaq dərəcədə pis sözlər işlətdiyini də vurğulayıb.

    İnternetdə qızına və uşağına qarşı təhqirlərə alışmış Natali “İnsanlar incitmək üçün əllərindən gələni edir. Məndən uşağımı öldürməyimi və onu belə yaşayışdan xilas etməyimi istəyirlər” deyib.

    Lakin onu ən çox qəzəbləndirən şey abortun yaxşı bir şey olduğunu ifadə edən tvit olub. Qadın qızı ilə birlikdə fotosunu paylaşaraq və medianın gücündən istifadə edərək hərəkat başladıb. O, insanlardan təhqir dolu tviti şikayət etmələrini istəyib.

    Bütün bunlardan sonra tvitterin məsul şəxsləri Natalidən üzr istəyib və şikayət edilən tvit silinib. Tviti atan hesab isə tamamilə bağlanıb.

    Tvitter artıq fiziki məhdudiyyətli şəxslərə qarşı təhdid və nifrət dolu fikirlərin də qadağalar arasına salındığını açıqlayıb.

  • Özünü hamamda asdı – Neftçala sakini

    Neftçala rayonunda intihar hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xıllı qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Elşən Əhəd oğlu Əhədov həyətdəki hamamdan özünü asaraq intihar edib. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Ölən süpürgəçinin qızlarına ev veriləcək

    Bir neçə gün öncə Bakıda avtomobilin vurması nəticəsində faciəvi şəkildə dünyasını dəyişən 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Salahova Cəmilənin azyaşlı qızlarına kömək etmək istəyənlərin sayı gündən-günə çoxalır.

    Median.Az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva da bu gün həmin ailəyə baş çəkib. O, icra başçısından bu ailə üçün ev tikilməsini xahiş edib. Rayon icra rəhbərliyi də problemin yaxın günlərdə həll olunacağını qeyd edib.

    Bu barədə məlumatı saytımıza açıqlamasında mərhum Cəmilə Salahovanın bacısı Tünzalə xanım bildirib. Ev tikilənə qədər isə ailə başqa bir evdə kirayə yaşayacaq. Onların kirayə pulu da rəhbərlik tərəfindən ödəniləcək.

    Qeyd edək ki, Cəmilə Salahovanın Jalə və Zümrüd adında iki qız övladı var. Onlar xalası Tünzalə xanımla birlikdə yaşayırlar. Tünzalə xanım da saytımıza danışarkən şəraitsiz evdə kirayədə qaldıqlarını, ev probleminin olduğunu bildirmişdi. Mərhumə də sağlığında pul yığıb, ev almaq üçün çalışırmış.

  • Sumqayıtda 39 yaşlı qadından kişilərə qarşı şok əməl: görüşür, sonra…

    “Advocacy Center” MMC-nin direktoru vəzifəsində işləmiş 1979-cu il təvəllüdlü Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Median.Az xəbər verir ki, Nüşabə Baxışova 2008-ci ildə külli miqdarda dələduzluq etdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. Həmin il Sumqayıt Apelyasiya Məhkəməsinin qərarına görə, barəsində təyin edilmiş hökm dəyişdirilib, məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. O, məhkəmə zalından azadlığa buraxılıb.
    2012-ci ildə Nüşabə Baxışova Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, məhkumluğunun üzərindən götürülməsini istəyib. Məhkəmənin 17 avqust 2012-ci il tarixli qərarı ilə məhkumluğu üzərindən götürülüb.
    Məhkumluğu üzərindən götürülən Nüşabə Baxışova yenidən “Advocacy Center” MMC-nin direktoru vəzifəsində işləməyə başlayıb.

    4 aya düzələn təqaüd

    Nüşabə Baxışova Sumqayıt şəhər sakini Roza İbrahimovaya özünü vəkil kimi təqdim edib. Onun “Kimya” zavodunda işləmiş, xəstə olan əri İsfahan İbrahimovun pensiya almasına köməklik göstərəcəyi barədə vəd verib.
    Nüşabə Baxışova Roza İbrahimovanın ərinin vaxtından əvvəl 54 yaşından pensiyaya çıxarılmalı olduğunu bildirib, məhkəmələrdə olan əlaqələrindən istifadə edərək 4 ay ərzində İsfahan İbrahimovun pensiya alması və əvvəlki illərdən qalmış pulların da ödənilməsi barədə məhkəmə qətnaməsi çıxartdıracağına söz verib.
    Roza İbrahimovanı aldadan Nüşabə Baxışova 2013-cü ilin yayında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, “Arzu” şadlıq sarayında yerləşən “Advocacy Center” MMC-nin ofisində 3500 manat alıb.

    Avropa Məhkəməsinə müraciət

    Bundan başqa o, Eynulla Əliyevə “Azərenerji” ASC tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində verilmiş 3 otaqlı mənzili zəbt edən məcburi köçkünlərin mənzildən çıxarılması məsələsinin həll edilməsinə köməklik göstərəcəyini bildirib. O, Eynulla Əliyevin arvadı Səmayə Əliyevaya həmin problemi qısa müddətə həll edəcəyi, bununla bağlı Avropa Məhkəməsinə müraciət edəcəyi, uzun müddət həmin mənzildən məhrum olmağa görə əlavə kompensasiya ödətdirəcəyi barədə yalan vədlər verib. Bu məqsədlə Səmayə Əliyevanın 2300 manatını ələ keçirib.
    Daha sonra həmin ilin oktyabrında Kərimulla Hümmətov ona müraciət edib və Abşeron rayon Saray qəsəbəsində oğlu üçün aldığı 0,5 ha torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsini istəyib.
    Nüşabə Baxışova Əmlak Məsələləri üzrə Dövlət Komitəsində olan əlaqələrindən istifadə edərək bir ay müddətində həmin torpaq sahəsini sənədləşdirəcəyini vəd verib və oktyabrın 10-da Kərimulla Hümmətovdan 3000 manat alıb.

    Mənzil davası

    Növbəti dəfə Sumqayıt şəhər sakini Sona Quliyeva işlədiyi zavoddan mənzil almasına köməklik göstərməsi üçün Nüşabə Baxışovaya müraciət edib. O, Sona Quliyevaya özünü vəkil kimi təqdim edərək fəaliyyət göstərməyən “Sumqayıt Boru Prokat” zavodunda ev tikintisi aparılmadığından bu məsələnin məhkəmə və digər qaydada həll edilməsinin mümkünsüz olduğunu bildiyi halda, zavoda yaşayış sahəsinə ehtiyacı olan qismində alındığı uçotunu bərpa edib və ona mənzil verilməsini məhkəmə qaydasında həll edəcəyinə söz verib.
    Bu işi görmək adı ilə Nüşabə Baxışova zərərçəkmişdən ayrı-ayrı vaxtlarda pul alıb. O, bu işdən ümumilikdə 4500 manat məbləğində pul mənimsəyib.
    Nüşabə Baxışovanın növbəti dələduzluğu ilə Simnarə Yarmətova üzləşib. 2013-cü ilin dekabrında ona müraciət edən Sumnarə Yarmətova oğlu Bəxtiyar və gəlini Gülnarəni qanunla müəyyən edilmiş qaydada yaşadığı evdən qeydiyyatdan çıxarılmasına köməklik göstərməsini istəyib.

    Vəkilin rüsumu

    Nüşabə Baxışova qadına bu məsələni 3 ay ərzində məhkəmə qaydasında həll edəcəyinə söz verib və aldatmaq yolu ilə ondan ilkin olaraq vəkil kimi işdə iştirak etməsinə görə rüsum adı ilə 300 manat alıb.
    Sonradan Nüşabə Baxışova Simnarə Yarmətovaya oğlu və gəlininin ata yurdundan payları olduğunu deyib və onların hesabına 10000 manat ödənilməli olduğunu bildirib. Bu ödənişi etmək üçün Nüşabə Baxışova hissə-hissə olmaqla Simnarə Yarmətovadan 10000 manat alıb.

    4 nəfər necə tapıldı?

    Bundan başqa, Nüşabə Baxışova 5-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış sahəsinin atasının adına sənədləşdirilməsinə köməklik göstərməsi üçün ona müraciət edən Murad Abbasova əlaqələrindən istifadə edib, qeyri-yaşayış sahəsinin özəlləşdirmə şəhadətnaməsində adları olan 4 nəfər şəxsi taparaq, onlardan etibarnamə alıb, həmin şəxslərin adlarını şəhadətnamədən çıxarıb və sahəni Muradın atasının adına sənədləşdirməyə vəd verib.
    Bu məqsədlə o, 2014-cü ilin əvvəlinə kimi həmin sənədi Murad Abbasova təqdim edəcəyinə dair yalan vəd verib və ondan 4000 manat alıb.
    Nüşabə Baxışovanın növbəti dələduzluğu ilə üzləşənlərdən biri də Natiq Hüseynov olub. Natiq Hüseynov arvadı Afaqla qaynı Babəkin arasında Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən, ev 19/68 saylı, 3 otaqlı mənzillə bağlı yaranmış mübahisəsini və bacısı Sevil Hüseynovanın ölümünə səbəb olmuş dərman satışı ilə məşğul olan firmaların onlara vurduğu 12000 manat dəyərində olan ziyanın ödənilməsinə köməklik göstərməsindən ötrü Nüşabə Baxışovaya müraciət edib.

    Bir ailənin davası

    Nüşabə Baxışova Natiq Hüseynova özünü vəkil kimi təqdim edərək ailə üzvləri arasında olan əmlakın bərabər bölünməli olduğunu bildiyi halda, mənzillə bağlı yaranmış mübahisəsini məhkəmədə olan əlaqələrindən istifadə etməklə, məhkəmə qaydasında arvadının xeyrinə həll edərək qaynının həmin mənzildən çıxarılmasına vəd verib.
    Bundan başqa, o, Natiq Hüseynova vurduqları ziyana görə firmaların 12000 manat deyil, 20000 manat cərimə ödəmələri barədə məhkəmə qərarı alacağına dair yalan vədlər verib. Bu işləri görmək məqsədilə Natiq Hüseynovdan 5300 manat alıb.

    Vəkil, yoxsa jurnalist?

    Nüşabə Baxışova növbəti dələduzluq etdiyi Abubəkir Məhərrəmova özünü vəkil kimi və “Dünya” TV-nin əməkdaşı kimi təqdim edib. Onunla bir evdə yaşayan, əsəb xəstəliyindən əziyyət çəkən oğlu Etibar Məhərrəmovun və gəlininin yaşadığı mənzildən çıxarılaraq, özəlləşdirməklə satıb ayrı mənzil almasına köməklik göstərəcəyinə vəd verib. Bunun üçün Abubəkir Məhərrəmovdan 2030 manat alaraq dələduzluq edib.
    Nüşabə Baxışovanın dələduzluq etdiyi növbəti şəxs Fatimə Hüseynova olub. Fatimə Hüseynova ərini əvvəlki arvadından xilas etmək məqsədilə ona müraciət edib. O, Fatimənin ərinin əvvəlki arvadı ilə aralarında olan aliment və mənzil davası ilə bağlı mübahisənin məhkəmədə onların xeyrinə həll edəcəyimə vəd verib. Bunun üçün Fatimə Hüseynovadan 570 manat alıb.
    Nüşabə Baxışova Fatimə Hüseynovaya qarşı başqa bir dələduzluq da edib. Onun əri Mübariz Vəliyevi neft şirkətinin işçisi kimi əlillik pensiyasına çıxaracağına və ərinin adına əlil kimi dövlət hesabına mənzil verdirəcəyinə dair vəd verib. Bu işi görmək üçün Fatimə Hüseynovadan 10 min manat alıb.

    Üzümçülükdə əmlak davası

    Bundan başqa, Nüşabə Baxışova ailə məsələləri problemlərinin həll edilməsi adı ilə Afət Cəfərovaya qarşı dələduzluq edib. Afət Cəfərova əri Ələddin İbrahimovun əvvəlki arvadı ilə Beyləqan rayonu, Üzümçülük kəndində olan əmlakla bağlı birinci instansiya məhkəməsinin qərarının ləğv etdirilməsinə köməklik göstərməsi üçün 7 aprel 2014-cü il tarixdə Nüşabə Baxşovaya müraciət edib.
    Nüşabə Baxşova Afət Cəfərovaya özünü vəkil kimi təqdim edib, məhkəmə qərarından şikayət verərək birinci instansiya məhkəməsinin qərarının ləğv etdirəcəyinə yalandan vəd verib.
    Nüşabə Baxışova Afət Cəfərovaya məsələnin həll edilməsi üçün özü Beyləqan rayonuna gedib, onların yaşadığı qəsəbə icra nümayəndəliyindən ərinə məxsus sənədləri götürərək məhkəməyə təqdim edəcəyini, bir ay ərzində işin həll olunacağına söz verib.
    Bundan ötrü Nüşabə Baxışova zərərçəkmişdən 2000 manat tələb edib. Afət Cəfərova o qədər pulu olmadığını bildirib və sonda 1000 manat verə bilcəyinə dair razılaşıblar. Sonra Afət Cəfərova hissə-hissə olmaqla Nüşabə Baxışovaya ümumilikdə 1000 manat verib.
    Daha sonra Nüşabə Baxışova evinin təmirini keyfiyyətsiz aparmaqla işi yarımçıq qoymuş ustalara qarşı mülki iddia qaldırmış Rəsmiyyə Məmmədovaya qarşı dələduzluq edib.

    Məhkəmə qətnaməsinin ləğvi planı

    Nüşabə Baxışova ustalar tərəfindən vurulan ziyanın ödənilməsi barədə verdikləri iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verilməklə, qətnamənin ləğv etdirilməsinə köməklik göstərəcəyinə vəd verib. Bunun üçün Rəsmiyyə Məmmədovadan 4200 manat alaraq dələduzluq edib.
    Nüşabə Baxışova Sumqayıt şəhəri H.Z.Tağyev qəsəbəsində adına torpaq sahəsi olmadığına baxmayaraq, tanışı Arzu Qocayevaya həmin qəsəbədə 7,5 ha torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin hər sotunu 850 manata satması barədə yalan məlumat verib.
    Arzu Qocayeva həmin məlumatı gerçək kimi qəbul edərək torpaq sahəsini almaq və pulunun 3000 manatını əvvəlcədən Nüşabə Baxışovaya verib, qalanını isə bankdan kredit götürərək hissə-hissə ödəmək imkanına malik olduğunu ona deyib. O, Arzu Qocayevanın bu təklifini qəbul edib və ondan 3000 manatı alıb.

    Yalan vəd və 9 minlik dələduzluq

    Bundan başqa, Nüşabə Baxışova “Kimya” zavodunda işlədiyinə görə əlavə təqaüd verilməsinin həll edilməsinə köməklik göstərmək üçün ona müraciət etmiş Tacir İspatova qarşı dələduzluq edib. O, Tacir İspatova özünü vəkil kimi təqdim edərək ayda 500-700 manata qədər təqaüd verdirəcəyinə və almadığı illər üçün yenidən hesablatdıracağına, ilkin olaraq 35700 manatadək pul ödətdirəcəyinə dair yalan vədlər verib. Ondan hissə-hissə olmaqla ümumilikdə 9000 manat alıb.
    Daha sonra Nüşabə Baxışova Sumqayıt şəhərinin 49-cu məhəllə ərazisində olan 1,5 ha torpaq sahəsini sənədləşdirib və sonradan özəlləşdirilməsinə köməklik göstərilməsi üçün ona müraciət etmiş İntiqam Şıxməmmədovdan 2000 manat, qardaşı Füzulinin ata evinə qeydiyyata alınması və ata evinin qardaşı ilə anası arasında bölüşdürülməsi məsələnin həll edilməsi ilə əlaqədar ona müraciət etmiş Şahnax Xəlilovadan 7050 manat, işə bərpa olunmasına köməklik göstərilməsindən ötrü ona müraciət etmiş Nüşabə Mikayılovadan 1000 manat, yaşadığı mənzilə mülkiyyət hüququnun tanınmasına köməklik göstərmək üçün ona müraciət etmiş Sara Məmmədovadan 670 manat, əri ilə boşandıqdan sonra birgə yaşadıqları evi satdıraraq özünə ev alınmasında köməklik göstərmək üçün ona müraciət etmiş Rəhilə Rzayevadan 2000 manat alaraq, dələduzluq cinayətləri törədib.
    İstintaq orqanı tərəfindən Nüşabə Baxışovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

    Cəza 9 ildən 5 ilə endirildi

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nüşabə Baxışova 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
    Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Nüşabə Baxışovanın ittiham olunduğu Cinayət Məcəlləsinin 1787.3.2-ci maddəsi həmin məcəllənin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələrinə tövsif edilib.
    Məhkəmə onun barəsində olan 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 5 ilə endirilməsi barədə qərar çıxarıb.
    Bu qərardan narazı qalan təqsirləndirilən şəxs bəraət alması məqsədilə kasasiya şikayəti verib. Həmçinin zərərçəkmişlərdə kasasiya şikayəti, prokuror isə kasasiya protesti verib. Zərərçəkmişlər və prokuror Nüşabə Baxışovanın cəzasının ağırlaşdırılmasını istəyiblər.
    Tərəflərin şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əziz Seyidovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib və iş yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılıb.(Publika.az)

    Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

  • Bakı metrosunda maraqlı yenilik edilib

    Bundan sonra telefon, planşet kimi avadanlıqları rahatlıqla enerjiyə qoymaq mümkün olacaq

    Metroda vaqonların hər birinə 16 ədəd USB portu quraşdırılıb.

    Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

    O bildirib ki, bundan sonra telefon, planşet kimi avadanlıqları rahatlıqla enerjiyə qoymaq mümkün olacaq: “Təsəvvür edirsiniz, hər vaqonda, qatarda yox ha, vaqonda 16 ədəd USB portu var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldura bilərsiniz. Harada?
    Təzə aldığımız qatarların vaqonlarında”.//Oxu.az

  • Azərbaycanda yeni növ sürücülük vəsiqələri veriləcək

    Yaxın vaxtlarda Azərbaycanda da beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlanılacaq.

    Bu sözləri BDYPİ-nin polkovniki Kamran Əliyev Azərbaycanın sürücülük vəsiqələrinin yol hərəkəti haqqında Vyana konvensiyasına 29 mart 2011-ci ildən dəyişiklik edilməsindən sonra tələblərə cavab vermədiyi məsələsi haqqında danışarkən deyib.

    K.Əliyev bildirib ki, yeni beynəlxalq sürücülük vəsiqələri tam olaraq konvensiyanın tələblərinə uyğun şəkildə hazırlanıb:

    “Həmin sürücülük vəsiqəsində şəxs haqqında olan məlumatlar – ad, soyad və s. eynilə pasportda olduğu kimi yazılacaq. Yəni, Azərbaycan dilinin əlifbasına uyğun formada qeyd olunacaq. Daha doğrusu bu formada yazılacağı nəzərdə tutulur.

    Kim istəyirsə, həmin sürücülük vəsiqələrini ala bilər. Almasalar belə milli sürücülük vəsiqələrinin tanınmasına görə, beynəlxalq konvensiyaya üzv olan dövlətlər öz üzərlərinə öhdəlik götürüb. Konvensiyanın tələblərinə dayanaraq vəsiqə hansı formada, standartlarda olacaqsa, ona uyğun da vəsiqələr veriləcək”.//Oxu.az

  • Goranboyda avtomobil qəzası — Biri uşaq olmaqla 3 nəfər yaralandı

    Goranboy şəhərində avtoqəza nəticəsində biri uşaq olmaqla üç nəfər xəsarət alıb.

    Median.Az-ın “Report”a istinadən məlumatına görə, nəticədə 3 yaşlı Nəbiyeva Mədinə Nicad qızı və anası Nəbiyeva Samirə Nuşirəvan qızı (1994) və sürücü Hüseynov Tural Vüqar oğlu (1994) müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Timoşenko ilə bağlı araşdırma başladı — Qəddafidən 4 milyon avro alıb

    Ukraynanın Milli Antikorrupsiya İdarəsi “Batkivşina” partiyasının sədri Yuliya Timoşenkonun Liviyanın eks lideri Müəmmar Qəddafidən pul alması ilə bağlı iddiaları araşdırır.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, söhbət 4 milyon avroluq rüşvətdən gedir.

    Bu barədə deputat Vladimir Aryev məlumat verib. O, sözügedən idarənin artıq araşdırmaya başladığını bildirib.
    Xatırladaq ki, bundan əvvəl ərəb KİV-i Qəddafinin dünyada siyasətçilərin şirkətlərini maliyyələşdirdiyi ilə bağlı məlumat dərc etmişdi.

    Məlumatda bildirilir ki, Fransanın eks-prezidenti Nikolya Sarkozi ondan 50 milyon avroya yaxın, amerikalı siyasətçilər 5 milyon, Timoşenko isə 4 milyon avro pul alıb.

  • 33 наблюдателя ПАСЕ едут в Азербайджан

    Делегация Парламентской ассамблеи Совета Европы (ПАСЕ) из 33 членов, во главе с Виорелем Рисердом Бадеа будет наблюдать за президентскими выборами в Азербайджане 11 апреля вместе с наблюдателями от Парламентской ассамблеи ОБСЕ и Бюро ОБСЕ по демократическим институтам и правам человека (БДИПЧ).

    Как передает Median.Az, об этом говорится в сообщении ПАСЕ.

    Делегация проведет встречи с кандидатами или их представителями, лидерами политических партий и председателем Центральной избирательной комиссии, а также круглые столы с представителями гражданского общества и средств массовой информации до дня голосования.

    Наблюдатели представят свои предварительные выводы на совместной пресс-конференции 12 апреля, в Баку.

  • Раскрыты детали жестокого убийства в Габале

    Жительница Габалинского района убила супруга, а затем обратилась с заявлением о его исчезновении в полицию.

    Ревность мужа стала причиной семейного конфликта, в результате которого был убит житель Габалинского района. Как передает Median.Az, об этом Sputnik Азербайджан сообщили в правоохранительных органах Габалинского района.

    Третьего апреля в селе Тиканлы было раскрыто жестокое убийство. В отхожем месте во дворе дома было найдено тело Дурсуна Рафиева, 1986 года рождения. В ходе предварительного судебно-медицинского обследования было установлено, что смерть наступила примерно неделю назад. Мужчина был убит ударами тупого предмета по голове, предположительно, камнем.

    По факту задержаны подозреваемые — ими оказались супруга Рафиева Вюсаля Мамедшарифова и брат убитого Вюсал Рафиев.

    В ходе расследования выяснилось, что конфликт между мужем и женой произошел 25 марта. Рафиев пришел домой пьяный (мужчина злоупотреблял алкоголем) и застал жену в компании своего брата. Именно на этой почве между ними и произошел конфликт. В итоге Вюсал Рафиев и Мамедшарифова сообща убили Дурсуна Рафиева, а затем избавились от тела, бросив его в туалет.

    После этого женщина обратилась в полицию с заявлением об исчезновении мужа без вести. Во время следственно-оперативных мероприятий правоохранители заметили, что показания женщины противоречат друг другу. Они взяли ее в разработку и в результате раскрыли преступление.