Month: April 2018

  • İctimai nəqliyyat sərnişinlərə xidmət edir, yoxsa qrafikə?

    Bakı şəhərində fəaliyyət göstərən bir çox marşrut xətləri (BakuBus avtobuslar istisna olmaqla) şəhərin küçələrində nəqliyyatın sıxlaşdığı zaman marşrut xətlərində dəyişikliklər edirlər. Tərtib olunmuş qrafik üzrə gecikmək istəməyən sürücülər də yolu yarımçıq qoyub marşrut xəttinin başlandığı nöqtəyə dönürlər. Konkret olaraq hər gün rastlaşdığım faktı demək istəyirəm. 61 nömrəli marşrut xətti M.F.Axundov kitabxanasının yanından yola düşür.Milli Bank , Tibb Universiteti , 9 mk. r aşağı hissəsindın keçir. Tərtib olunmuş cədvələ əsasən 5 dəqiqədən bir xəttə avtobus buraxılır.

    Lakin hər gün axşam saat 6-dan sonra bu avtobuslar Milli Bankın yanında son dayanacaq edib Sahil bağına tərəf hərəkət etməkdən imtina edirlər.Bunu yollardakı tıxacla əlaqədar qrafikdə gecikdiklərini söyləyərək özlərinə haqq qazandırırlar. Yorğun düşmüş vətəndaş avtobusdan yarımçıq düşüb ikinci bir nəqliyyatdan istifadə etməlidir. Bu həm də əlavə xərc çəkmədir. Üstəlik Sahil bağına tərəf bütün dayanacaqlardakı insanlar saatlarla boşu boşuna gözləməli olurlar. Amma bu fakta da sürücülərin cavabı var: “Hamı bilir ki, biz axşamlar ora getmirik, gözləmirlər”. Bu nə dərəcədə doğrudur, sürücülərin bu özbaşınalığından Bakı Nəqliyyat Agentliyinin xəbəri varmı? Bu sullara BNA-nın mətbuat katibi Mais Ağayev cavab verir: “Hər bir marşrut xətti üzrə müəyyən olunmuş hərəkət sxemi var və marşrut xətti üzrə avtobusu idarə edən sürücü də borcludur ki, hərəkət sxemini tam olaraq dövr eləsin. Yalnız səlahiyyəti olan müvafiq qurum tərəfindən yolda hərəkət tamami ilə məhdudlaşdırılıbsa o halda sürücü alternativ yollardan istifadə etmək yoluna davam etməlidir. Bununla bağlı da əvvəlcədən məlumat verilir. Amma yolda tıxac var və intervalda gecikmə olur deyə hərəkət sxemindən sürücü yayınırsa bu yolverilməz haldır. Və bu müraciətiniz əsasənda həmin marşrut xətti üzrə daşıyıcı bu gün BNA-ya çağrılıb xəbərdarlıq ediləcək.

    BNA-dan bununla bağlı hər hansı bir tapşırıq olmayıb. Hərəkət sxemində hə hansı bir dəyikilik olandan biz elə KİV vasitəsi ilə əhalini məlumatlandırırıq.Biz araşdıracayıq əgər bunu sürücülər edirsə o halda daşıyıcıdan sürücülərlə bağlı tədbir görülməsi tələb ediləcək. Yox əgərə daşıyıcı bunu edirsə o zaman daşıyıcı ilə bağlı BNA tərəfindən müəyyən tədbirlər görüləcək ki, bir daha belə hallar təkrarlanmasın”,- deyə Mais Ağayev bildirib.

    Sərnişinlərin nəzərinə çatdırmaq istəyirik ki, marşrut xətlərində hər hansı bir problemlə qarşılaşdıqda bu barədə sürücü ilə dava etmək əvəzinə Bakı Nəqliyyat Agentliyinə xəbər verib, təbir görülməsini tələb etsinlər./bizimyol.info

  • Şamaxıda torpaq sürüşməsi aktivləşdi: 7 ailə dağılan evini tərk etdi

    Şamaxı şəhərində yenidən aktivləşən torpaq sürüşməsi evlərin qəzalı vəziyyətə düşməsinə səbəb olub.

    APA xəbər verir ki, torpaq sürüşməsi əsasən Şamaxı şəhərinin 48-ci məhəlləsinin sakinlərini çətin duruma salıb. Son vaxtlar Şamaxıya yağan qar və yağışdan sonra yenidən aktivləşən torpaq sürüşməsi geniş ərazini əhatə edib, nəticədə evlərdə iri çatlar əmələ gəlib.

    Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi hazırda davam edir və dağdan axıb gələn torpaq kütləsi evlərə doğru hərəkət edir. Uzunluğu 150 metr, eni 100 metr olan torpaq kütləsi bir gün ərzində 80 santimetr axın edərək evlərə yaxınlaşıb. Torpaq kütləsi məhəllədaxili yolların bağlanmasına, çardaq və hasarların uçmasına səbəb olub.

    Hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxaraq ərazidə gölməçələr əmələ gəlib. Sürüşmə ərazisindən keçən su borusu da qırılaraq torpaq kütləsinin altında qalıb.

    Sürüşmə qısa vaxtda tikililəri də əhatə edib. Həyətyanı sahələrin hasarları torpağın altında qalıb, evlərin və yardımçı tikililərin divarlarında iri çatlar əmələ gəlib. İki ailəyə məxsus yaşayış evi qəzalı vəziyyətə düşüb.

    Sürüşmə ərazisində 15 fərdi yaşayış evi yerləşir. Artıq 7 ailənin üzvləri qəzalı vəziyyətə düşən evini tərk etmək məcburiyyətində qalaraq başa yerlərə köçüb. Hazırda 8 ailə torpaq uçqununun baş verdiyi təhlükəli ərazidə yaşayır.

  • В Баку автомобиль провалился в яму, раскопанную коммунальщиками – ФОТО

    В Баку легковушка упала в яму, которая была вырыта для коммунальных работ. Инцидент произошел в Хатаинском районе. 

    Как передает Median.Az со ссылкой на Report, согласно информации, автомобиль марки Azsamand с государственным номерным знаком 90-PE-640 упал в яму, вырытую для прокладки труб.

    По словам очевидцев, перед раскопкой не стояли предупреждающие знаки, а сама яма не была обнесена каким-либо забором, как этого требуют правила дорожно-ремонтных работ. В результате машина подверглась деформации. 




  • В Лондоне известного азербайджанского оперного певца выставили из театра – ФОТО

    Вчера в Лондоне перед началом спектакля “Аладдин” известный азербайджанский оперный исполнитель Юсиф Эйвазов вместе с супругой и сыном были выставлены из театра, хотя имели билеты.

    Как сообщила в своем Instagram его супруга, российская оперная певица Анна Нетребко, их «согнали с мест» за пять минут до начала шоу «Аладдин» в Театре принца Эдуарда.

    Она отметила, что билеты, которые они приобрели за 600 евро, оказались недействительными, потому что «их продали кому-то еще».

    Ю.Эйвазов сказал, что они отправились забирать свои деньги. (Vesti.Az)

  • Директору школы-лицея №20 объявлен выговор

    Директор школы-лицея №20 Саадат Вейсова, не соблюдая педагогический этикет, нарушила «правила этического поведения учителей».

    Как передает Median.Az,об этом сообщили АПА в отделе по связям с общественностью Управления образования города Баку. В связи с этим в школе-лицее №20 ведется соответствующее расследование.

    В результате расследования были выявлены факты слабого контроля за отношениями школа-родитель-учитель, непринятия необходимых профилактических и просветительских мер.

    Учитывая все это, приказом директора Управления образования города Баку Махаббат Валиевой от 3 апреля, согласно пункту «а» ч.2 ст.186 Трудового Кодекса директору школы-лицея №20 Саадат Вейсовой объявлен выговор.

    Директору поручено принять меры по устранению выявленных недостатков и доложить об этом в Управление образования города Баку.

  • “Shacman”la maşının üzərində keçdi – dəhşətli qəzanın baş vermə anı (VİDEO)

    Saatlıda ağır yol-nəqliyyat hadisəsinin baş vermə anının görüntüsü ortaya çıxıb.

    Baku.ws-in əldə etdiyi görüntülərdən qəzanın necə baş verdiyini açıq-aydın görmək olar.

    Dəhşətli qəza bir həftə öncə axşam saatlarında Saatlı rayonunun Qaralar kəndi ərazisində baş verib. Hacıqabul rayonu Pirsaat kənd sakini, 26 yaşlı Mehman Rəsulovun idarə etdiyi yük avtomobili təkərinin partlaması nəticəsində yoldan çıxaraq su kollektoruna aşıb. Yük avtomobili eyni anda hərəkətdə olan İmişli sakini, 31 yaşlı Əli Allahverənovun idarə etdiyi avtomobilin üstündən keçərək kanala yuvarlanıb.

    Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüblər. Qəza nəticəsində yük avtomobilinin kabinəsində sıxılmış vəziyyətdə qalan sürücü Saatlı rayon xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərildikdən sonra Bakı şəhəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yola salınıb.

  • DİQQƏT! Sosial şəbəkələrdə söyüş söyənlər cəzalanacaq – VİDEO

    ARB TV-nin “Günə doğru” verilişində sosial şəbəkələrdə təhqir edən şəxslər barədə maraqlı sujet yayımlanıb.

    Gündəlik həyatımızın bir hissəsini təşkil edən sosial şəbəkələrdən bir çox məqsədlər üçün istifadə edilir. Amma son vaxtlar istər fərdi paylaşımlara, istərsə də qrup və ya toplum səyifələrdə paylaşımlara söyüş və təhqiramiz fikirlər, şərhlər yazılır.

    Sakin: “Təhqirlə cavab verənlərin çoxu sosial şəbəkələrdə boş-boşuna vaxt keçirənlərdir. Hər bir insanın şəxsi fikrinə hörmət etmək lazımdır”.

    Bu kimi ifadələr daha çox bloggerlərin ünvanına səsləndirilir. Blogger Zöhrab Süleyman əksər insanın tənqidlə təhqiri ayırd edə bilməməsinin başlıca problem olduğu qənaətindədir.

    Zöhrab Süleyman (Blogger): “Bəzi insanların sosial şəbəkələrdə milli mənəvi dəyərləri söyüşdən asılıdır. Çox absurd fikirdir. Bir paylaşıma müsbət və mənfi rəylər də yazılır. Çox vaxt isə mənfi rəylər üstələyir”.

    Milli məclisin son plenar iclasında deputatlar da sosial şəbəkələrin nəzarətdə saxlanılmalı və bunun üçün xüsusi mexanizmə ehtiyyac olduğunu bildiriblər.

    Millət vəkilləri şərəf və ləyaqəti alçaldıcı ifadələri yayanlara qarşı daha sərt cəzanı vacib sayır. Baxmayaraq ki, bir neçə il öncə qanuna edilən dəyişikliklə təhqirə yol verən, saxta profillərlə nalayiq statuslar yazanların cəzası da məyyən edilib.

    Rafael Cəbrayılov (Deputat): “Söyüş adi bir hala çevrilib. Söhbət şərəf və ləyaqətin təhqir olunmasından gedir. Cinayət məcəlləsində buna aid bəndlər var”.

    Tahir Mirkişili (Deputat): “Texnoloji imkanlar şərait yaradır ki, həmin şəxslər müəyyən edilib qanunvericiliyə uyğun cəzalandırılsın. Artıq Avropa ölkələrinin bir çoxunda bu kimi şeylər var”.

    Qeyri-rəsmi statistikaya əsasən, təkcə “Facebook”da saxta (fake) istifadəçilərin sayı, istifadəçilərin ümumi sayının 5%-dən 10%-dək nisbətində dəyişir. 2017-cı ilin son rübü üçün “Facebook”da aylıq 1.8 milyard istifadəçinin olduğunu nəzərə alsaq, dünyada saxta “Facebook” hesablarının sayı 100-170 milyon arasında dəyişdiyini deyə bilərik. Bu oxşar göstəricilər də Azərbaycana şamil oluna bilər. Profilin saxta və ya gerçək olmasından aslı olmayaraq, əsas odur ki, mənəvi dəyərlərə, insanların şəxsiyyətinə hörmətlə yanaşmaq vacibdir.

  • Zukerberq Azərbaycanı hədəf alan “troll”ları blokladı – FOTO

    “Facebook” sosial şəbəkəsi Rusiyanın Sankt-Peterburq şəhərində mənzillənmiş və Kremlə bağlı “trol fabriki” kimi tanınan İnternet Araşdırmaları Agentliyinin trollarının hesablarını bloklayıb.

    Median.Az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə “Facebook”un sahibi Mark Zukerberq öz səhifəsində yazıb:

    “Burada konkret səhifələr və akkuntlar mövcud idi. Hansılar ki, Rusiya “Facebook” istifadəçilərinə və onun qonşularına-Ukrayna, Azərbaycan və Özbəkistan kimi ölkələrdəki rusdilli insanlara təsir etməklə məşğul idi”.

    Bloklanmış hesabların hamısı İnternet Araşdırmaları Mərkəzi çərçivəsində işləyiblər. ABŞ-da və Avropadakı seçkilərə təsir göstəriblər.Bildirilir ki, bloklanmış səhifələrin bir qismi Rusiya mediasına bağlı olub, amma İnternet Araşdırmaları Mərkəzinin nəzarətində fəaliyyət göstərib.

    “Bu Rusiya agentliyi dəfələrlə aldadıcı fəaliyyət göstərib və ABŞ, Avropa və Rusiyada insanların mövqeyi ilə manipulyasiya etməyə çalışıb”, deyə  yazan Zukerberq bildirib ki,  “Facebook” istifadəçilərə bu və ya digər səhifənin İnternet Araşdırmaları Mərkəzi ilə bağlı olub-olmadığını müəyyən etməyə imkan verən xüsusi proqram üzərində işləyir.

  • Azərbaycanda kişi arvadı və qaynı tərəfindən daşla öldürülüb – DƏHŞƏT

    Qəbələ rayonunda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

    Belə ki, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

    V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

  • Paytaxtda at, eşşək və insan ətindən olan dönərlər hazırlanır? – AÇIQLAMALAR

    Yerli mediada və real həyatda tez-tez dönər hazırlamaq üçün at, eşşək və ya insan ətindən istifadə olunmasını eşidirik. Bütün bunlara bəziləri inansa belə, bəziləri inanmır və dönər yeməyə davam edirlər.

    Qida Təhlükəsizliyi Agentliyinin yaydığı bəyanatda da bu məsələyə toxunulub:

    “Təəssüf hissi ilə bildirmək istəyirik ki, faktlara əsaslanmayan bu tipli məsuliyyətsiz iddialar əhalidə təşviş və çaşqınlıq yaradır. Özlərini istehlakçıların hüquqlarının müdafiəçisi adlandıran, sahibkarları yoxlamalar aparmaqla təhdid edən bəzi şəxslər verdikləri məsuliyyətsiz müsahibələrdə hətta dönərin insan ətindən hazırlandığı haqqında cinayət xarakterli açıqlamalar verməkdən belə çəkinmirlər. Qida Təhlükəsizliyi Agentliyi hüquq mühafizə orqanları ilə birgə əhali arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız materialları yayan şəxslərin barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görəcəyini bəyan edir”.

    Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov saytımıza açıqlama verərkən qeyd edib ki, dənizin duzlu olduğunu bilmək üçün onun hamısını içməyə ehtiyac yoxdur.

    “4 il bundan əvvəl Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin standartlarını hazırladı. Bu standartlara uyğun olaraq, dönərlər təzə ətdən düzəldilib, şişə taxıb, heyvanda olan bakteriyaları aradan qaldırmaq üçün – 40 dərəcə dondurmadan keçirib, qablaşdırıb, soyuducu avtomobillərdə dönərxanalara gətirilməli idi. Dövlət Komitəsi bu şərtlərə riayət edən 4 müəssisəyə bu hüququ vermişdi. Bunlar “Azprotein Foods Group”, “Səhliyalı” şirkəti və hal-hazırda bağlanan Gəncədə olan bir şirkət və “Çudo Peçka” idi. Onlardan qalan 2 şirkət hal-hazırda dediyim standartlara uyğun olaraq ətləri hazırlayır və dönərxanalara çatdırır”.

    Sədr bildirib ki, Bakıda 15000-ə qədər dönərxana var.

    “Biz kiçik araşdırma aparmışıq və müəyyən etmişik ki, 60-70 dönərxana məhz bu iki şirkətdən ətləri alırlar. Qalan dönərxanalara isə ətlərin haradan gəldiyi, necə gəldiyi bilinmir. Bir halda ki, ətlər dövlətin müəyyən etdiyi yerlərdən alınmır, burada hər ehtimal ola bilər. Yəni onların mənşəyi bilinməyən ətlərdən istifadə etdikləri ehtimalı çoxluq təşkil edir”.

    E.Hüseynov qeyd edib ki, Qida Təhlükəsizliyi agentliyinin yaradılmasına ilk vaxtlar sevinsə belə artıq məyus olmağa başlayıb. Bunun səbəbi isə onların konkret işlərlə məşğul olmamalarıdır.

    “Qida Təhlükəsizliyi agentliyinin bəyənatı düzgün deyil. Onlar sübut etsin ki, 15000-ə qədər olan dönərxanalarda Eyyub müəllimin dedikləri müəyyən olunmayıb. Bunlardan başqa türklərin Azərbaycana gətirilən türkiyə mallarının təhlükəli olmasını qeyd etdikdən sonra agentlik heç nə eləməyib. Onlar əslində ekspertiza keçirməli idilər. Bunu da qeyd edim ki, biz Qida Təhlükəsizliyi agentliyinə dəstək verməyə həmişə hazırıq”.

    AİB sədri ölkədə əlavə olaraq bildirib ki, 20 ildir onlar bu məsələlərlə məşğuldurlar.

    “İllərdir ki, mən istehlakçı hüquqlarını qoruyuram və mənə gələn zənglər əsasında fikirlərimi bölüşürəm. Ona görə də düşünürəm ki, sanitar normalara cavab verməyən, dövlətin təsdiq etdiyi müəssisələrdən əti almayan yerlərdən dönər almaq təhlükəlidir. Mən demirəm ki, dönərlər insan ətindən hazırlanır. Çünki bunu bilsəm, imkan vermərəm ki, o yerlər fəaliyyət göstərsin”.