Month: April 2018

  • Türkiyə parlamenti Azərbaycanda seçkiləri müşahidə edəcək

    Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini Türkiyə Böyük Millət Məclisindən beş nəfərlik heyət müşahidə edəcək.

    Median.Az-ın Sechki-2018.az-a istinadən xəbərinə görə, Azərbaycanın Ankaradakı səfirliyində fəaliyyət göstərən məntəqə seçki komissiyasından verilən məlumatda bildirilir ki, Ədalət və İnkişaf, Cümhuriyyət Xalq və Millətçi Hərəkat partiyalarından olan nümayəndə heyətinə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar başçılıq edəcək.

  • Daha iki beton istehsalı müəssisəsi bağlandı

    “Bakı Menolit Beton” MMC ləğv olunduğunu elan edib.

    Median.Az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi , ev 122, mənzil 114 ünvanına bildirə bilərlər.

    Bundan əlavə “Bakı-Beton” MMC ləğv olunduğunu elan edib.

    Kreditorlar tələblərini Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsi , ev 122, mənzil 114 ünvanına bildirə bilərlər.

  • В Баку у жителя Ленкорани изъяли свыше 5 кг. марихуаны

    Как сообщает Median.Az, сотрудники 25-го отделения полиции Низаминского РУП в результате проведенной операции задержали жителя Ленкораньского района, ранее судимого Анара Акперова, у которого обнаружили 5 кг 150 грамм марихуаны.

    В Следственном отделе Низаминского РУП возбуждено уголовное дело по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азербайджана.

  • Ушел из жизни известный азербайджанский ученый

    Известный азербайджанский ученый, хирург, академик Беюккиши Агаев скончался в среду в возрасте 90 лет.

    Как сообщили oxu.az в Национальной академии наук Азербайджана, Б.Агаев родился в 1928 году в Сабирабадском районе, передаёт Median.Az.

    Являлся автором более 400 научных и публицистических работ, в том числе 9 изобретений и более 25 рационализаторских предложений. Около 200 его научных работ были опубликованы за рубежом.

    Церемония прощания с выдающимся ученым состоится сегодня с 13:00 до 15:00 в Главном здании НАНА.

  • Tanınmış azərbaycanlı alim vəfat edib

    Azərbaycanın görkəmli alimi, cərrah, akademik Böyükkişi Ağayev vəfat edib.

    Azərbaycan Milli Elmlər Akademiyasından oxu.az-a verilən məlumata görə, tibb xadimi, pedaqoq, Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasının müdiri, M. Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında dünyasını dəyişib.

    Böyükkişi Ağayev Azərbaycan tibb elmini, səhiyyə və təhsilini yorulmaz nəzəri və praktiki fəaliyyəti ilə daim zənginləşdirən, onların tətbiq sahələrini genişləndirməyə çalışan məhsuldar elm adamı, bacarıqlı səhiyyə təşkilatçısı idi.

    O, 1928-ci ildə Sabirabad rayonunda anadan olub.

    “Süni qış yuxusu-hibernasiyanın əməliyyat və travmatik şokun profilaktikasında və müalicəsində tətbiqi” mövzusunda namizədlik, “Xərçəng şişinin inkişaf mərhələsindən asılı olaraq böyrəküstü vəzin funksional vəziyyəti və cərrahi müalicəsində nəzərə alınmasının əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1967-ci ildə professor elmi adına layiq görülüb. 1980-ci ildə tibb üzrə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

    Alim Tibb İnstitutunun tələbələri üçün cərrahlıq fənnindən dərsliklərin yazılmasında da müstəsna xidmətlər göstərib. Ana dilindəki dərsliklərin çatışmazlığını nəzərə alaraq o, 1980-ci ildə Azərbaycan dilində “Klinik cərrahiyyədən mühazirələr” dərsliyinin birinci hissəsini, 1982-ci ildə ikinci hissəsini yazıb çap etdirib. 1989-cu ildə isə “Cərrahi xəstəliklər” dərsliyinin 1-2-ci hissələrini nəşrə hazırlayıb.

    B.Ağayev 400-dən çox elmi və publisistik əsərin, o cümlədən 9 ixtira və 25-dən çox səmərələşdirici təkliflərin müəllifi idi. Onun elmi əsərlərinin 200-ə yaxını xaricdə çap olunmuşdu.

    Görkəmli alimin rəhbərliyi ilə tibb üzrə 62 fəlsəfə doktoru, 11 elmlər doktoru müdafiə edib.

    Alimlə vida mərasimi bu gün saat 13:00-dan 15:00-a qədər AMEA-nın Əsas binasında keçiriləcək.

  • Ginekoloq Səbinə Mirzəyeva dəfn olunub – FOTO

    Ötən gün vəfat etmiş “Baku Medical Plaza” xəstəxanasında cərrah mama-ginekoloq kimi çalışan Səbinə Mirzəyeva dəfn olunub.

    S.Mirzəyeva bu gün “Qurd qapısı” qəbirstanlığında dəfn olunub.

    Qeyd edək ki, S.Mirzəyeva 3-cü mikrorayondakı evində olarkən səhhəti qəfil pisləşib və insult keçirib. O, dərhal çalışdığı “Baku Medical Plaza” xəstəxanasının Nəsimi rayonundakı mərkəzi filialına gətirilib. Lakin xəstəxanaya çatdırılanda onun artıq keçindiyi məlum olub və bütün tibbi müdaxilələrə baxmayaraq ginekoloqu həyata qaytarmaq mümkün olmayıb.

    Bildirilir ki, S.Mirzəyeva arterial təzyiqdən əziyyət çəkirmiş və böyrəklərində problem yaranıbmış.

    Mərhumun təzəlikcə 40 yaşını qeyd etdiyi deyilir.

    Allah rəhmət eləsin!






    //oxu.az

  • Azərbaycanda kart ödənişləri üzrə xərclər azalıb

    Banklararası Kart Mərkəzinin (BKM) yaradılması ilə Azərbaycanda kart ödənişləri üzrə xərclər azaldılıb.

    Oxu.az-a Mərkəzi Bankdan verilən məlumata görə, keçən il bir sıra əməliyyat tipləri üzrə interçeync tarifləri aşağı salınıb.

    Eyni zamanda, nağdsız əməliyyatların stimullaşdırılması məqsədi ilə BKM tərəfindən xidmət mərkəzləri arasında aparılan avtorizasiya sorğularının ötürülməsi, klirinqin aparılması və hesablaşmaların başa çatdırılması üzrə banklara tam ödənişsiz xidmət olunur.

    Bankdan qeyd edilir ki, BKM-in yaradılması ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə hesablaşmalarda effektivliyin daha da artırılması, xidmət haqlarının bazar tələblərinə uyğun çevik tənzimlənməsinin təşkili, habelə nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

    Mərkəzin əsas məqsədi ölkənin kart infrastrukturunun təhlükəsizliyinin və fəaliyyətinin davamlılığına əminliyin artırılmasıdır. Sistemin fəaliyyəti ilə ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə xidmət mərkəzləri arasında məlumat mübadiləsinin ölkədən kənara çıxmasının qarşısı alınıb və beynəlxalq kart təşkilatlarından asılılıq aradan qaldırılıb.

  • Nazir: Mart ayında ölkəyə gələn turistlərin sayı artıb

    Mart ayında ölkədə dincəlmiş turistlərin sayı illik müqayisədə çox olub

    Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

    O bildirib ki, bu ilin ilk 3 ayı ərzində Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrünə nisbətən 12,5% çox olub:

    “Martda, təxminən, 13% artım olub. Novruz bayramına görə Azərbaycana xeyli sayda turist gəlib. Bayram münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyi, Milli Təbliğat Bürosu bir sıra tədbirlər keçirib. Şəhərdəki Novruz şənliklərində 1-1,5 mln. insan iştirak edib. Bu, olduqca yaxşı rəqəmdir”.

  • Sevil və Sevinc yenidən efirə qayıdır?

    Bir müddət öncə Xəzər TV-də aparıcılıq etdikləri “Hər şey daxil” proqramından ayrılan Sevil və Sevinc Səfərovalar yenidən efirə qayıtmaq istəyirlər.

    Onlar “Instagram” hesablarında yeni veriliş açacaqlarının siqnalını veriblər:

    “Yenidən hər səhər görüşəkmi? Tam fərqli bir proyekt olsun. Siz də bizim üçün, bizim darıxdığımız kimi darıxmısınız”.

    Qeyd edək ki, bacılar 4 il eyni proqramla Xəzər TV-nin ekranlarında olub. Onlardan sonra veriliş aparıcılığını isə prodüser Tarix Əliyev edir.

  • Azərbaycanın sürücülük vəsiqələri xaricdə keçərli deyil? – RƏSMİ AÇIQLAMA

    Tanınmış radio aparıcısı, yol nəqliyyat eksperti Tural Yusifov sosial hesabında Azərbaycanda verilən sürücülük vəsiqələri ilə bağlı paylaşım edib.

    Median.Az  xəbər verir ki, o, paylaşımında Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin 7 ildir, keçərli olmadığını deyib. Buna səbəb isə yol hərəkəti haqqında Vyana konvensiyasına 29 mart 2011-ci ildən dəyişiklik edilməsini göstərib:
     
    “Bu konvensiyaya uyğun olaraq konvensiya iştirakçıları bir-birilərinin sürücülük vəsiqələrini qəbul edirlər. Lakin bu dəyişiklik bizim vəsiqədə öz əksini tapmayıb. Bu səbəbdən xaricdə bizim vəsiqəni qəbul etmirlər. Saytımızda ərizə formasını götürüb ərizə ilə müraciət edib sürücülük vəsiqəsini pulsuz dəyişdirə bilərsiniz. Bu diqqətsizliyə görə sürücü məsuliyət daşımır”.
     
    Radio aparıcısının mövzu ilə bağlı yazısını sizə təqdim edirik: 
     
    Azərbaycan Respublikasının sürücülük vəsiqəsi  

      1. soyad
    2. Ad (və ya digər adlar)
    3. Doğum tarixi və yeri
    4. a) Vəsiqənin verilmə tarixi
    4. b) Vəsiqənin bitmə tarixi
    4. c) Vəsiqə verən orqanın adı və möhürü
    5. vəsiqənin nömrəsi
    6. Vəsiqə sahibin fotosu
    7. Vəsiqə sahibinin imzası
    8. Yaşayış yeri
    9. Vəsiqə sahibin kateqoriyası və altkateqoriyalar
    10. Hər bir kateqoriya üçün ayrıca verilmə tarixi
    11, 13, 14 kateqoriyalar üzrə əlavə məlumat, yaşayış yeri dəyişərsə onun üçün əlavə məlumat, yol hərəkəti təhlükəsizliyi ilə bağlı digər məlumatlar
    12. Xüsusi qeydlər
     
    Belarus Respublikasının sürücülük vəsiqəsi

     
    6 saylı əlavəyə əsasən sürücülük vəsiqəsində ad və soyad mütləq latın qrafikası ilə yazılmalıdır. Əgər mənsub ölkəsində latın qrafikası mövcud deyilsə və ya oxunma hərifəri düzgün gəlmirsə, o zaman bu informasiyalar transkript edilməlidir. Məsələn : Əliməmməd Əliyev Əli  – Alimammed Aliyev Ali olaraq mütləq təkrarlanmalıdır.
       
    Qazaxıstan Respublikası sürücülük vəsiqəsi

     
      Göründüyü kimi ətraf respublikalar yeni nümunəli sürücülük vəsiqəsindən istifadə etsələr də, bizdə bu sürücülük vəsiqələri dəyişdrilməyib. Baxmayaraq ki, Vyana konvensiyası bu vəsiqələrin dəyişdirilməsini, həmçinin 6 saylı əlavəyə uyğun aparılmasını məcbur edir. Bax bu sadə bir  səbəbdən Azərbaycan Respublikası sürücülük vəsiqələri xarici ölkələrdə keçərli deyil. 
     
    Bəs nə etmək lazımdır? Saytımızda xüsusi ərizə formasını yükləyərək, onu  Daxili İşlər Nazirliyi BDYPİ-nin rəisi cənab Ramiz Zeynalova göndərin. YHQ-nun 35-cü maddəsinə əsasən sürücülük vəsiqəsində aşkara çıxarılan səhvlər BDYPİ-nin hesabına aradan qaldırılmalıdır. 
     
    Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.
     
    Beləliklə sürücülük vəsiqənizi dəyişdirilməsi ilə bağlı həm YHQ -nun 34-cü maddəsi, həm də konvensiyaya uyğun olaraq 6 cı əlavəyə uyğun yeni vəsqələr əlavə qüvvəyə mindikdən 5 ildən gec olmayaraq, yəni 29 mart 2016-cı ildən sonra verilən bütün vəsiqələr dəyişdirilməlidir.
     
    Məsələ ilə əlaqədar açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Azərbaycanın sürücülük vəsiqəsinin digər xarici ölkələrdə tanınması ilə bağlı hər hansısa problem yaranmasının mümkün olmadığını deyib.
    Bildirib ki, sürücülük vəsiqələri ilə bağlı hər ölkənin öz qanunları var:
     
      “Şəxsən mən sürücülük vəsiqəmizdən xarici ölkələrdə istifadə etmişəm və hər yerdə də tanınıb. Əgər belə bir fikirlər səsləndirirlərsə, bizə hansısa vətəndaşımızın sürücülük vəsiqəsinin xarici ölkədə tanınmaması ilə bağlı bir fakt desinlər.
     
    Hər bir dövlətin bu məsələ ilə bağlı öz qanunları var. Həmçinin Azərbaycanda da belə qanunlar öz əksini tapır. Məsələn, xarici ölkə vətəndaşları və yaxud xarici ölkələrdən sürücülük vəsiqəsi almış Azərbaycan vətəndaşları ölkəyə daxil olduğu müddətdə aldığı sürücülük vəsiqəsindən bir ay ərzində istifadə edə bilər.
     
    Daha sonra həmin şəxs Azərbaycanda milli sürücülük vəsiqəsi almalıdır. Qanun hər ölkədə müxtəlif faktlarda və müxtəlif formalardadır. Eynilə də istər Almaniyada, istər İspaniyada, istərsə də Avropanın digər ölkələrində qanun bu formada tənzimlənir. Bu o demək deyil ki, bizim sürücülük vəsiqələrimiz konvensiya faktlarının tələblərinə uyğun deyil və tanınmır”.
     
    Milli sürücülük vəsiqələrində şəxs haqqında məlumatın Azərbaycan dilinin əlifbasına uyğun formada yazılmadığının və konvensiyanın konteksindən çıxarılaraq bənd ardıcıllığının pozulduğu məsələsinə toxunan K. Əliyev qeyd edib ki, həmin bu səbəblərə görə, digər ölkələrdən DYP-yə vətəndaşlarımıza protokol yazılması və məsuliyyətə cəlb olunması ilə bağlı heç bir məlumat daxil olmayıb:
     
    “Bəli bu haqda məlumatım var. Məsələ burasındadır ki, hansı şəxs ümumi vətəndaş pasportu olmadan xarici dövlətə gedə bilir? Ən azından kimdəsə bir şübhə yaranırsa, o sürücülük vəsiqəsilə yanaşı öz ümumi vətəndaş pasportunu göstərir.
     
    Həmin pasportda da şəxsin ad və soyadı eyni formada yazılır. Yəni, latın əlifbasına uyğun olaraq qeyd olunur. Buna görə də şəxs haqqında məlumatın yazılışı məsələsi heç bir problem yarada bilməz.
     
    Bu mövzu ilə əlaqədar məlumatlar bizə daha çox Rusiyadan daxil olur. Belə olduğu təqdirdə isə vətəndaşdan həmin məsələyə görə, məsuliyyətə cəlb olunub-olunmaması ilə bağlı DYP-yə məlumat verməsini tələb etmişik. Deyə bilərəm ki, heç kəsə bununla bağlı protokol yazılmayıb və məsuliyyətə cəlb olunmayıb”.