Month: April 2018

  • Beyləqanda 39 yaşlı qadın evində ölü tapıldı – Qətl ehtimalı

    Beyləqanda mənzildən meyit aşkarlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Beyləqan şəhər Nizami küçəsi ev №7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının uzun müddət evdən çıxmamasına narahat olan qonşular DİN-in 102 “qaynar xətti”nə məlumat verib.

    Daxil olmuş məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları R.Əsədovanı yaşadığı mənzilə daxil olaraq, qadını orada ölmüş vəziyyətdə aşkarlayıb.

    R.Əsədovanın qətlə yetirildiyi ehtimal olunur.

    Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanıb.

  • Yaş yarımlıq körpə su kanalına düşdü

    Salyan rayonunda yaş yarımlıq körpə suda boğulmaq təhlükəsindən son anda qurtulub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

    Valideyn nəzarətindən kənarda qalan 2017-ci il təvəllüdlü Mirvari Elcan qızı Ümidova yaşadığı evin yaxınlığındakı su kanalına düşüb. Körpə sudan çıxarılsa da, hadisə yerinə gələn təcili yardım stansiyasının həkimləri tərəfindən ilk tibbi yardımdan sonra özünə gəlib.

    Azyaşlı uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • İlkin Həsəninin övladı ilə ilk — FOTOSU

    Bir neçə gün əvvəl qız atası olan tanınmış teleaparıcı İlkin Həsəni övladı ilə fotosunu paylaşıb.

    Median.Az xəbər verir ki, o, ata olmağın inanılmaz hisslər olduğunu deyib: “Həyatıma xoş gəldin, qızım. İnanılmaz hisslərdir, Allah olmayanlara qismət eləsin!”

  • Azərbaycanda daha bir piyada vuruldu — Bu dəfə maşınla yox, velosipedlə

    Mingəçevir şəhərində 24 yaşlı qızı velosiped vurub.

    Median.Az Ölkə.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində piyada keçidində baş verib.

    Belə ki, yolu keçmək istəyən 1994-cü il təvəllüdlü şəhər sakini Elnarə Elxan qızı Abdullayevanı velosiped vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

    Qəzaya səbəb olan velosipedçi hadisə yerindən qaçıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qaradağda iki yük avtomobili toqquşdu — Gürcüstan vətəndaşı ölüb

    Qaradağda iki yük avtomobilinin toqquşması nəticəsində Gürcüstan vətəndaşı ölüb.

    Median.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində ”MAN” və “KAMAZ” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

    Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
    “MAN” markalı avtomobilin sürücüsü, 1963-cü il təvəllüdlü Tamaz Dalinzenin (Gürcüstan Respublikasının vətəndaşı) cəsədi xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

  • Leyla Əliyeva sənədli film təqdimatında — FOTO

    Aprelin 3-də Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Abşeron Milli Parkı” sənədli filminin təqdimat mərasimi keçirilib.
    Median.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

    Filmin təqdimatından əvvəl Leyla Əliyeva “Abşeron Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub. Sərgidəki stendlər “Azərbaycanın zirvələri”, “Azərbaycanın faunası”, “Yırtıcı quşlar”, “Su dünyası”, “Azərbaycanın florası”, “Azərbaycanın Qırmızı Kitabı”, “Köçəri quşlar”, “Çəkiliş zamanı” bölmələrini əhatə edir.

    Filmin təqdimat mərasimi IDEA Heyvanlara Qayğı Mərkəzi haqqında videoçarxla başlayıb.

    Tədbirdə çıxış edən rejissor İqor Bışnyov Heyvanlara Qayğı Mərkəzinin əhəmiyyətindən danışdı, burada hər cür şəraitin yaradıldığını vurğuladı və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür edib. “Bu və ya digər bu cür 10-20 mərkəz belə daha geniş ərazidə yayılan sahibsiz heyvanlar problemini tam həll edə bilməyəcək. Lakin əsas odur ki, bu Mərkəzin təşkili bizə ətraf mühiti qorumağın vacibliyini xatırladır”, – deyən rejissor bizim özümüzün də təbiətin bir hissəsi olduğumuzu bildirib.
    Beş il əvvəl Azərbaycana Novruz bayramı ərəfəsində gəldiklərini söyləyən İqor Bışnyov görülən işlər barədə də məlumat verib. Qeyd edib ki, 5 il ərzində 5 film çəkilib. 2014-cü ildə Şirvan Milli Parkı, 2015-ci ildə Ağgöl Milli Parkı, Göygöl Milli Parkı haqqında filmlər nümayiş etdirilib. Bir il əvvəl “Azərbaycan. Ceyranların xilası” filmi göstərilib. Filmlərdən dördünün milli parklar haqqında olduğunu söyləyən İqor Bışnyov bu il daha bir milli park – Şahdağ Milli Parkı haqqında filmin nümayişinin planlaşdırıldığını qeyd edib. Bununla yanaşı, sosial şəbəkələrdə də paylaşılan videoçarxların çəkildiyini diqqətə çatdıran İqor Bışnyov süjetlərə 5 milyondan çox baxış olduğunu söyləyib. Vurğulayıb ki, dünyanın hər yerində Azərbaycanın canlı təbiətinə dair videolar maraqla izlənilir və bu, olduqca böyük əhəmiyyətə malikdir. Filmlər ölkə daxilində və xaricində müxtəlif telekanallarda göstərilib, mükafatlara layiq görülüb. İqor Bışnyov 5 ildir davam edən əməkdaşlığa görə Leyla Əliyevaya təşəkkürünü bildirib və bu əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib. O, bu filmlərin canlılar aləminin ciddi problemlərinin həllinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib.

    Sonra “Abşeron Milli Parkı” sənədli filmi nümayiş etdirilib. Film Azərbaycanda ən gənc milli park haqqındadır. 2005-ci ildə yaradılmış bu park Bakının, təxminən, 60 kilometrliyində yerləşir. Ərazisi böyük olmasa da, parkın özünəməxsus xüsusiyyətləri var. Belə ki, buranın zəngin canlı aləmi bir yarımadada cəmləşir. Habelə ərazinin paytaxta yaxın olması buraya gediş-gəlişi asanlaşdırır. Parkın digər xüsusiyyəti isə Xəzər dənizinə yaxın olmasıdır.

    “Azərbaycanın 9 möcüzəsi” layihəsinin təşəbbüskarı Leyla Əliyevadır. Layihə çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Növbəti filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur və Samur-Yalama milli parklarından söhbət açılacaq.

    IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsinin məqsədi ölkəmizin əsrarəngiz təbiət gözəlliklərini təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.

  • Nazirlik sosial yardım almaq istəyənlərə xəbərdalıq etdi

    “Artıq iki ildən çoxdur ki, ölkəmizdə ünvanlı dövlət sosial yardımı mexanizmi avtomatlaşdırılmış sistem (Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi) üzərində fəaliyyət göstərir. Ötən müddətdə bu elektron sistem dövlət sosial yardımı sahəsində məmur-vətəndaş kontaktları, ümumən insan amilinin iştirakı mümkün olmayan, şəffaf, eyni zamanda vətəndaşların istifadəsi üçün sadələşdirilmiş bir sistemin formalaşmasına imkan verməklə, gözlənilən səviyyədə özünü doğruldub”.

    Median.Az xəbər verir ki, bunu “APA-Economics”ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O bildirib ki, hər hansı vətəndaş təmsil etdiyi ailənin sosial yardım almaq hüququna baxılması üçün heç bir məmura müraciət etmədən və sənəd təqdim olunmadan, yalnız elektron qaydada müraciət edir: “Müraciətlərə avtomatik şəraitdə 20-dən çox qurumun informasiya ehtiyatlarına inteqrasiya əsasında sistem tərəfindən baxılaraq, yardım təyin olunub-olunmaması barədə elektron qərar qəbul edilir. Yardımın təyin olunub-olunmaması barədə vətəndaşların məlumatlandırılması da elektron qaydada aparılır. Göründüyü kimi, bu prosesdə hər hansı insan müdaxiləsi, kənar təsir mümkün deyil, yardımın təyin olunması, yaxud bundan imtina edilməsi birbaşa elektron sistem tərəfindən həyata keçirilir. Bununla belə, təəssüf ki, bəzi hallarda ayrı-ayrı vətəndaşlarımızın onların ailələrinə sosial yardım təyin etdirmək vədi ilə onları aldatmağa çalışan dələduzlarla qarşılaşmaları faktlarına da rast gəlinir. Bu günlərdə Xaçmaz rayon sakini Kavazova Günel Müzəffər qızı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətində 01.03.2018-ci il tarixdən onun ailəsinə elektron sistem tərəfindən təyin edilmiş 186,29 manat məbləğində ünvanlı dövlət sosial yardımının qarşılığı kimi ondan pul tələb edildiyini bildirib. Araşdırma aparılarkən Günel Kavazovanın ailəsinə sosial yardımın alınması üçün zəruri məlumatların Xaçmaz şəhərindəki “komputer mərkəzinin” İlkin adlı işçisi tərəfindən elektron sistemə 30 manat qarşılığında daxil edildiyi və həmin şəxsin guya Günel Kavazovanın ailəsinə sosial yardım təyin etdirəcəyini bildirərək, təyin olunacaq sosial yardımın 3 aylıq məbləğini Günel Kavazovadan tələb etdiyi müəyyən olunub. Halbuki Günel Kavazovanın ailəsinə sosial yardımın təyin olunması birbaşa avtomatlaşdırılmış sistem tərəfindən həyata keçirilib və burada insan faktoru iştirak etməyib. Sadəcə olaraq, İlkin adlı şəxs Günel Kavazovanın ailəsi ilə bağlı sistemə daxil etdiyi məlumatlardan ailəyə sistem tərəfindən sosial yardım təyin olunacağını ehtimal edib və guya məhz onun müdaxiləsi nəticəsində ailəyə yardım təyin olunacağını deyərək Günel Kavazovanı aldatmaqla ondan pul qoparmaq qərarına gəlib. Bu cinayət əməli ilə bağlı hüquqi ölçü götürülməsi üçün aidyyəti üzrə müraciət edilib”.

    E.Babayev vurğulayıb ki, qeyd olunanları nəzərə alaraq, vətəndaşlara bu və ya digər şəxsin guya hər hansı ailəyə sosial yardım təyin etdirə bilməsi, yaxud onun köməkliyi ilə sosial yardım üçün elektron müraciət ediləcəyi halda sosial yardım təyin olunacağı vədinə aldanmamağı tövsiyə olunur: “Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, sosial yardımın təyin olunub-olunmaması barədə qərar yalnız avtomatlaşdırılmış sistem tərəfindən qəbul olunur və kimliyindən asılı olmayaraq, hər hansı insan müdaxiləsi ilə bu qərarın verilməsinə təsir etmək mümkünsüzdür. Eyni zamanda, hansısa vətəndaş ailəsinə sosial yardımın alınması üçün elektron formada müraciət etməkdə çətinlik çəkirsə, elektron qaydada müraciətin edilməsi ilə bağlı ətraflı izahat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-Çağrı mərkəzlərinə də müraciət edə bilər”.

  • Bakıda ata ilə qızının küçənin ortasında öldürüldüyü an – VİDEO

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə iki nəfəri öldürməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az yenicag.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin sentyabr ayında baş verib.

    Hökmə əsasən, S.Hacıyev ömürlük azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, ötən ilin sentyabrında yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib. Araşdırmalarla onların Müşfiqabad qəsəbə sakinləri – 64 yaşlı Allahverdi Əsədov və onun qızı, 38 yaşlı Samirə Əsədova olduğu müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin Samirə Əsədova ilə qeyri-rəsmi nikah münasibətində olan 50 yaşlı Sahib Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

    Şahidlərin sözlərinə görə, Sahib Hacıyev maşından götürdüyü bıçaqla qadının boğazına, onun atasının isə bədən nahiyəsinə çoxsaylı zərbələr vurub. Ətrafdakılara isə ailə məsələsi olduğunu deyərək yaxına gəlməmələrini istəyib.

    Həmin anın görüntülərini təqdim edirik.

  • Sumqayıtda bir nəfər göldə batıb

    Sumqayıtda 1 nəfər göldə batıb.

    Median.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindəki süni göldə 1 nəfərin batması ilə bağlı müraciət daxil olub. Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • Роухани присоединился к Путину и Эрдогану

    Президент Ирана Хасан Роухани прилетел во вторник в Турцию, где он примет 4 апреля участие в трехстороннем саммите Россия – Турция – Иран по сирийскому урегулированию, пишет ТАСС со ссылкой на Yeni Şafak.

    По ее данным, иранского президента лично встретил министр обороны Турции Нуреттин Джаникли в столичном аэропорту Эсенбога.

    Между тем в настоящее время в Анкаре проходит заседание Совета сотрудничества высшего уровня с участием президентов России и Турции – Владимира Путина и Реджепа Тайипа Эрдогана.