Azərbaycanda daha bir piyada vuruldu — Bu dəfə maşınla yox, velosipedlə

Mingəçevir şəhərində 24 yaşlı qızı velosiped vurub.

Median.Az Ölkə.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində piyada keçidində baş verib.

Belə ki, yolu keçmək istəyən 1994-cü il təvəllüdlü şəhər sakini Elnarə Elxan qızı Abdullayevanı velosiped vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Qəzaya səbəb olan velosipedçi hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.