Month: April 2018

  • Bakı-Qazax magistralında yol qəzası olub, xəsarət alan var – YENİLƏNİB

    Bakı-Qazax magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini, 1971-cı il təvəllüdlü Abbasov Vilayət Ənvər oğlu sərxoş vəziyyətdə idarə etdiyi avtomobili maneəyə çırpıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Bakı-Qazax magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hdisə magistralın Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunublar.

    Faktla bağlı araşdırmalara başlanılıb./report.az

  • Sərnişin özünü “BakuBus”un avtobusunun qarşısına atıb

    “BakuBus” MMC-yə məxsus avtobusun sürücüsü ilə sərnişin arasında münaqişə yaranıb.

    Hadisə 2 saylı marşrut xətti üzrə hərəkət edən 99-JX-277 dövlət nömrə nişanlı avtobusda qeydə alınıb.

    Sürücü Xaqani Məmmədhəsənovun iddiasına görə, sərnişin onu təhqir edib və avtobusu saxlamaq üçün onun qarşısına keçib. X.Məmmədhəsənov məsələ ilə bağlı polisə şikayət edib və hadisə yerinə gələn polis vətəndaşı polis bölməsinə aparıb.

    İnsident nəticəsində avtobusun hərəkət qrafiki pozulub və sərnişinlər həmin marşrut üzrə hərəkət edən növbəti avtobusla yola salınıblar.

    “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev “Report”a açıqlamasında hadisədən xəbərdar olduqlarını və məsələni araşdırdıqlarını deyib: “Bu gün səhər saat 08:40 radələrində 2 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JX-277 dövlət qeydiyyat nişanlı avtobus metronun “20 Yanvar” stansiyası dayanacağından sərnişinləri götürüb çıxarkən bir sərnişin qarşı tərəfdən yolu keçərək yaxınlaşıb. Avtobusun yolun hərəkət zolağına daxil olduğunu, qapıların bağlandığını və sürücünün saxlamayacağını görərək özünü avtobusun önünə atıb ki, sürücü yolun ortasında qapını açsın və o, avtobusa daxil olsun. Sürücü isə avtobusun hərəkətini dayandıraraq yaxınlıqdakı polis əməkdaşlarını əraziyə çağırıb. Daha sonra polisin nəzarəti ilə avtobusun hərəkəti təmin edilib. Ümumilikdə avtobusun hərəkətində 7 dəqiqəyə yaxın ləngimə yaranıb”./report.az

  • Сотрудники ГУБОП в Джалилабаде задержали наркоторговца

    Как сообщает Median.Az, сотрудники Главного управления по борьбе с организованной преступностью (ГУБОП) МВД в г.Джалилабад задержали жителя города, ранее судимого Ильгара Рустамова, у которого при личном осмотре изъяли 50 грамм героина, а во время обыска в его доме дополнительно 100 грамм героина, 4,221 грамм опиума, 20 грамм психотропного препарата “Metamfetamin” и электронные весы.

    В Следственном отделе ГУБОП по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азербайджана возбуждено уголовное дело.

  • Prezident İlham Əliyev Ekvadorun xarici işlər nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Ekvador Respublikasının xarici işlər naziri xanım Maria Fernanda Espinosa Qarsesi qəbul edib.

    Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • Məhkəmə atası avtomobillə vurularaq öldürülən jurnalistin apellyasiya şikayətini qismən təmin edib

    Bu gün Bakı Apellyasiya Məhkəməsində Bakıda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevin barəsində olan hökmdən Qarabağ müharibəsi veteranı, mərhum Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin verdiyi apellyasiya şikayəti və təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

    Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsin 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il 6 aya endirilib.

    Zərərərçəkmişin hüquqi varisininin nümayəndəsi İmdad Əlizadənin isə apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, 166 min manat maddi və mənəvi zərər hissəsindən 120 min 931 manat ziyanın ödənilməsi təmin edilib. Bu, Mərkəzi Klinika və “Avrasiya” hospitalda mərhum Əli Əliyevin müalicəsinə sərf olunan hissəyə şamil edilib. 120 min 931 manatın 3 min manatı isə mənəvi təzminat kimi zərərçəkmişin hüquqi varisinə ödənilməlidir.

    Məhkəmə belə nəticəyə gəlib ki, “Semaşko” və Bakı Sağlamlıq Mərkəzində müalicəyə sərf edilən vəsaitin, eyni zamanda yas mərasimi üçün çəkilən xərclərin qəbzləri məhkəməyə təqdim edilmədiyi üçün həmin hissə baxılmamış saxlanılıb.

    İ.Əlizadə Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olduğunu və Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini bildirib. O söyləyib ki, apellyasiya şikayətində mülki iddiasının tam təmin edilməsi və təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyir.

    Qeyd edək ki, hadisə 2016-cı ilin fevral ayının 14-də baş verib. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Qarayev Seymur Vidadi oğlu idarə etdiyi GAC markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.

    Ağır kəllə-beyin travması almış Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə “Avrasiya Hospital”ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

    Mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir (ümumilikdə, 166 min 531 manatı).

    Ə.Talıbov isə bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.

    Cinayət işinə Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib, heç yerə getməməklə bağlı polis nəzarəti qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Hökm apellyasiya şikayəti başa çatandan sonra qüvvəyə minəcək.

    Hökmə əsasən, zərərçəkmişin hüquqi varisi İ.Əlizadənin mülki iddiası qismən təmin edilib. Belə ki, məhkəmə onun 166 min 531 manatlıq mülki iddiasından yalnız 23 min manatını (20 min maddi ziyana, 3 min mənəvi ziyana) təmin edib.

    Hökmdən narazı qalan İ.Əlizadə apellyasiya şikayəti verib. O, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, S.Qarayevin cəzasının ağırlaşdırılmasını istəyir. İ.Əlizadə həmçinin mülki iddiasının tam olaraq təmin edilməsini tələb edir.

    Ə.Əliyev tanınmış jurnalist İmdad Əlizadənin atasıdır./report

  • Rəsmi açıqlama: `Bakıda qəbir yerləri üçün 63 manat rüsumdan başqa ödəniş tələb olunmur`

    “Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu var. Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir”.

    Bunu açıqlamasında Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.

    O bildirib ki, rüsuma tikinti materialının qiyməti daxil deyil: “Tikinti materialını ya biz alıb veririk və pulunu alırıq, ya da bunu mərhumun yaxınları edir. Tikinti materialının tərkibinə 58 ədəd mişar daşı, 3 kisə sement, 6 ədəd Əlhəd daşı, qum və fəhlə pulu daxildir. Ümumi məbləğ bazar qiymətinə görə təyin edilir”.

    S.Həsənov qeyd edib ki, insanlardan təyin olunan dövlət rüsumundan başqa ödəniş tələb olunmur. O bildirib ki, əlavə ödənişin tələb edilməsi qanunsuzdur: “Əgər belə hal müşahidə olunsa, vətəndaşlar Trestin “Qaynar xətti”nə, yəni 012 510-83-08 nömrəsinə zəng edə bilərlər”. /Report/

  • Сегодня часть Баку останется без воды

    В связи с устранением аварии на магистральном водопроводе в поселке Расулзаде сегодня в части Бинагадинского и Насиминского районов Баку возникнут ограничения в подаче питьевой воды.

    Об этом Median.Az передает со ссылкой на ОАО «Азерсу».

    Структура приносит извинения абонентам за причиненные неудобства.

  • Əhaliyə xəbərdarlıq: Su ehtiyatınızı hazırlayın!

    Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir

    Bu gün Abşeron, Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq. Bu barədə Sputnik Azərbaycan-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, Bakı şəhəri Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində qəza baş verdiyi üçün suyun verilməsində fasilələr və məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

  • 27-летняя жительница Баку совершила самоподжог

    27-летняя жительница Баку совершила попытку самоубийства.

    Как передает Median.Az со ссылкой на АПА, инцидент произошел в поселке Сулутепе.

    Жительница поселка Азиза Исрафилова 1991 года рождения облила себя бензином и подожгла.

    Ее доставили в больницу в тяжелом состоянии.

    По факту ведется расследование.

  • Bakıda DƏHŞƏT: 27 yaşlı qız özünü yandırdı

    Bakıda 27 yaşlı qız özünü yandırıb.

    Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əzizə Kərim qızı İsrafilova üzərinə benzin tökərək özünü yandırıb.

    O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.