Month: April 2018

  • Bakıdan Naxçıvana qatarla getmək olacaq — 18 saatlıq yol

    Bakı vağzalından Naxçıvan vağzalına qədər olan 1450 kilometr yol “Ştadler” tipli sürətli sərnişin qatarları ilə 18 saata qət olunacaq Naxçıvan-Bakı dəmir yolu xətti açılacaq.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Ordubad dəmir yolu stansiyasının açılış mərasimində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib.

    Hazırda İran üzərindən Naxçıvan Muxtar Respublikası ilə Bakı şəhəri arasında dəmir yolu xəttinin açılması istiqamətində işlər aparılır.
    Bununla bağlı İran İslam prezidenti Həsən Ruhaninin ölkəmizə ötən həftə gerçəkləşən səfəri zamanı razılıq əldə olunub. C. Qurbanov Bakı vağzalından Naxçıvan vağzalına qədər olan 1450 kilometr yol “Ştadler” tipli sürətli sərnişin qatarları ilə 18 saata qət olunacağını nəzərə çatdırıb.

  • “Manana 20 ildir Bakıdadır, Azərbaycan dilində danışa bilmir” – VİDEO

    ARB TV-nin “Açıq pəncərə” proqramının növbəti qonaqlarından biri də müğənni Kərim Abbasov olub.

    Efirdə onunla birgə proqrama qatılan, sosial şəbəkələrdə məşhurlaşan əcnəbi xanım Martanın Azərbaycan dilində çox gözəl danışmasına təəccüblənib.

    Aparıcıların, “Nə qədər vaxta Azərbaycan dilində bu cür danışa bildiniz?” sualına, məşhur xanım “6-7 ay deyərək cavab verib”.

    Daha sonra Kərim, əcnəbi qonağın Azərbaycan dilində çox gözəl danışmasına təəccübləndiyini bildirərək, onu alqışlayıb:

    “Vallah halaldır. Manana 20 ildir ki Bakıdadır, Azərbaycan dilində danışa bilmir”.

  • В ереванском “Бургер Кинг” произошел взрыв, есть раненые

    На Северном проспекте в Ереване 2 апреля произошел взрыв.

    Как передаёт Median.Az, об этом сообщает Vesti.az cо ссылкой на news.am, взрыв произошел в кафе «Бургер Кинг».

    На место происшествия прибыли четыре пожарных расчета, оперативные группы центра кризисного управления бригады скорой помощи.

    Причины взрыва пока не установлены. По некоторым данным, взрыв произошел в результате взрыва газового баллона. По предварительным данным, в результате взрыва пострадали девять человек.

  • Xalq artistinin ailəsində ağır itki

    Xalq artisti Firəngiz Mütəllimovanın ailəsində ağır itki baş verib.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın xalası oğlu dünyasını dəyişib.

    F.Mütəllimovanın bacısı bildirib ki, xalası oğlu cavan imiş:

    “İki dəfə çoxdan infarkt keçirmişdi. Amma son illər səhhəti yaxşı idi. İndi qəfildən rəhmətə getdi, cavan idi”.

  • İrəvanda kafedə partlayış — 9 nəfər xəsarət alıb + FOTO

    İrəvanda partlayış baş verib.

    Median.Az Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Şimal prospektindəki “Burger King” kafesində baş verib.

    Partlayış nəticəsində 9 nəfər xəsarət alıb. Aralarında xarici vətəndaşların da olduğu yaralılar “Surb Qriqor Lusavoriç” Tibb Mərkəzinə çatdırılıb.

    Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

    Baş vermiş hadisəyə səbəb kimi qaz balonunun partlaması göstərilir.

  • Xəsarətlə nəticələnən yol qəzası baş verib

    Qaxda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.

    Median.Az APA-ya istinadən bildirir ki, bu gün axşam saat 18 radələrində Qax şəhəri İçəribazar küçəsində yaşayan 1963-cü il təvəllüdlü Ələddin İbrahim oğlu Həsənov travmatik şok vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

    MRX-dan verilən məlumata görə, müayinə zamanı 55 yaşlı Ələddin Həsənov idarə etdiyi minik maşını ilə qəzaya düşməsi məlum olub. Ələddin Həsənova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

    Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Üzərinə maşın düşdü, öldü

    Qubada bədbəxt hadisə baş verib.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.

    Təmir zamanı kənd sakini, 1966-cı il təvəllüdlü Xaləddin Kərimovun üzərinə maşın düşüb. O, Quba Mərkəzi Xəstəxanasına gətirilərkən yolda keçinib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • В США отравились более 50 британских туристов

    51 человек был доставлен из вашингтонской гостиницы Harrington в больницу с симптомами отравления. Об этом в понедельник сообщила газета The Washington Post, передает Median.Az со ссылкой на ТАСС.

    По ее данным, среди пострадавших – 48 подростков и трое взрослых.

    Как сообщает телеканал Fox News, речь может идти о группе британских туристов, прилетевших в США из Лондона. В Вашингтон они прибыли из Нью-Йорка. Симптомы отравления у них проявились еще до приезда в столицу США.

  • Труп утонувшего в водном канале14-летнего мальчика найден – ОБНОВЛЕНО

    Завершились розыскные мероприятия, проводимые со стороны Государственной службы по контролю над маломерными судами и спасению на водах в водном канале Yuxarı Qarabağ, проходящей на территории города Мингячевир.

    Как передаёт Median.Az, об этом сообщает АПА со ссылкой на сайт МЧС, труп Гафарзаде Ниджата Азер оглы (2004 г.р.) был обнаружен в 800 метрах от места, где предположительно он утонул. Труп отправлен на исследование.

    ***

    18.57

    В Мингячевире утонул подросток.

    Как передаёт Median.Az со ссылкой на АПА, инцидент произошел в протекающем через территорию Мингячевира водном канале Юхары Карабах.

    Житель города, вынужденный переселенец из Кяльбаджарского района Гафарзаде Ниджат Азер оглу, 2004 .гр., утонул во время купания со своими сверстниками.

    В поисках мальчика участвуют спасатели МЧС.

  • Gözdən əlil qadın qonşusu tərəfindən döyüldü — Goranboyda dəhşət

    Goranboyda döyülmə faktı qeydə alınıb.

    Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun İşıqlar kənd sakini, 1958-ci il təvəllüdlü Kazımova Tahirə Səttar qızı kəllə beyin travması və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

    Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, gözdən əlil olan qadın qonşusu tərəfindən döyülüb.

    Faktla bağlı araşdırma aparılır.