Month: April 2018

  • 3 yaşlı uşağın üzərinə qaynar su dağılıb

    Sumqayıt şəhərində 3 yaşlı qız uşağı yanıq xəsarətləri alıb.

    Median.Az report.az-a istinadən bildirir ki, hadisə şəhərin 47-ci məhəlləsində qeydə alınıb.

    Belə ki, Sumqayıt şəhər sakini, 2015-ci il təvəllüdlü Səma Mehman qızı İsmayılovanın üzərinə qaynar su dağılıb.

    Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Müayinə və müalicəsi həyata keçirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Əhaliyə Vətəndaşlıq Xidməti Tresti: Bakıda dəfn üçün əvvəldən yerin ayrılması qəti qadağan olunub

    “II Fəxri Xiyabanda I Fəxri Xiyabana nisbətən bir qədər sıxlıq olsa da, hazırda hər iki qəbiristanlıqda boş yerlər var. Bu qəbiristanlıqların ərazilərinin genişləndirilməsi məsələsi bu gün gündəmdə deyil”.

    Median.Az bildirir ki, bunu Trend-ə Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (ƏVXT) baş mühəndisi Sabir Həsənov deyib.

    S.Həsənovun sözlərinə görə, bu gün Bakının mərkəzi qəbiristanlıqlarında sıxlıq müşahidə edilir, şəhər kənarındakı qəbiristanlıqlarda isə boş yerlər var.

    Baş mühəndis boş torpaq yelərinin daha çox olduğu qəbiristanlıqlar kimi Hövsan, Buzovna, Binəqədi, Biləcəri qəbiristanlıqlarının adını çəkib:

    “Mərkəzi qəbiristanlıqlarda sıxlıq var, amma boş torpaq yerləri də var. Biz heç bir qəbiristanlıqdakı yerlərin tam dolduğunu demirik, 1-2 nəfər üçün yer tapılır”.

    Baş mühəndis əlavə edib ki, cənazəsi olan istənilən şəxs qəbiristanlıqların ƏVXT tərəfindən təyin edilmiş nəzarətçilərinə müraciət edərək dəfn üçün torpaq yeri ala bilər:

    “Biz əvvəldən kim üçünsə torpaq yeri ayırmırıq. Bu, qəti şəkildə qadağan olunub. Yalnız cənazə olduqda torpaq yeri ayırılır. Bakı şəhərində 32 qəbiristanlıq var, onların 2-si Fəxri, 2-si Şəhidlər Xiyabanıdır. Fəxri xiyabanlarda yalnız dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərin dəfni həyata keçirilir. Qalan 28 qəbiristanlığın hamısına nəzarət edirik və əvvəlcdən heç kəsə dəfn üçün torpaq yeri vermirik. Amma istisna hal kimi dəfn olunanın həyat yoldaşının, yaxud övladının, yaxın qohumunun ərizəsi ilə qəbiristanlıqda dəfn olunanın yanında ər və ya arvad üçün bir yer saxlaya bilirik. Bu da çox nadir hallarda olur. Bu haldan başqa heç bir yer dəfn üçün saxlanıla bilməz”.

    S.Həsənov qeyd edib ki, qəbiristanlıqda müsəlman olan bir şəxsin dəfni üçün 63 manat rüsum ödənilməlidir. Qeyri-müsəlmanlar isə tabutla dəfn edildiyindən onlar üçün dövlət rüsumu 79 manatdır:

    “Bu məbləğə tikinti materiallarının pulu daxil deyil. Tikinti materialları mərhumun yaxınlarının hesabına alınır”.

    S.Həsənov hazırda Bakıda heç bir qəbiristanlığın köçürülməsinin nəzərdə tutulmadığını da söyləyib.

  • Ученые разработали клей, который избавит от наложения швов раз и навсегда

    Исследователи представили уникальное вещество, которое заживляет любые повреждения тканей за несколько секунд. Как сообщает Median.Az со ссылкой на Vista News, речь идет о новом хирургическом клее MeTro, призванном полностью заменить наложение швов. Это продукт совместной работы Университета Сиднея и экспертов из США.

    Клей отличается повышенной эластичностью. Это позволяет ему подстраиваться под изменения живой ткани, гарантируя, что рана не откроется. Вещество работает также с внутренними повреждениями, то есть оно не боится жидкой среды. С помощью УФ-излучения клей запечатывает рану всего за 60 секунд. В его составе есть разлагаемый энзим, который можно менять, модифицируя продолжительность склеивающего эффекта. Клей может держаться от нескольских часов до месяцев.

    Средство вводится в жидком состоянии в любые раны, и быстро заполняет полости, запечатывает артерии, порванные легкие. Его эффективность проверили на грызунах и свиньях. Теперь предстоит проверить его на людях.

  • Prezident seçkiləri ilə əlaqədar ölkədə bu strukturlar gücləndirilmiş iş rejiminə keçdi

    Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələri gücləndirilmiş iş rejiminə keçib.

    Median.Az bildirir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

    Məlumata görə, “Aztelekom” və “Bakı Telefon Rabitəsi”nin telekommunikasiya qovşaqlarında müntəzəm növbətçilik təşkil olunub və əməkdaşlar rabitə şəbəkələrinin və seçki məntəqələrində quraşdırılmış kameraların texniki vəziyyətinə baxışı həyata keçirir.

    Nazirliyin bütün struktur bölmələrinə rabitə xidmətlərinin, internet, televiziya, radio və poçt rabitəsinin fasiləsiz işini təmin etmək tapşırılıb.

    Qurum həmçinin təhlükəsizlik xidmətlərinin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsini və mümkün problemlərin aradan qaldırılması üçün qəza xidmətlərinin hazır vəziyyətə gətirilməsini tapşırıb.

    Eyni zamanda Bakıda kabel-kanalizasiya qurğuları infrastrukturunun optimallaşdırılması üzrə işlər və tikinti-montaj işləri rabitə şəbəkələrinin işində fasilələrin yaranmaması üçün müvəqqəti dayandırılıb.

    Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də baş tutacaq.

  • Rusiyada yaşayış binasında DƏHŞƏTLİ YANĞIN – FOTO

    Rusiyanın Soçi şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

    Median.Az
    vesti.ru-ya istinadən xəbər verir ki, yanğın təxminən 500 kv metr ərazini əhatə edib. Hazırda sakinlər binadan təxliyə olunur. Yanğını söndürmək üçün 4 yanğınsöndürən maşın əraziyə gəlib. Güclü külək yanğının söndürülməsinə mane olur.

    Yeni tikili olan “Panorama Soçi” yaşayış binası 2016-cı ildə istifadəyə verilib.

  • Prezident BNA-nın fəaliyyəti ilə bağlı fərman imzaladı

    Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
    Median.Az-ın məlumatına görə, Fərmanda qeyd edilir ki, “Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilsin

    Bakı Nəqliyyat Agentliyində (bundan sonra — Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

    1.Azərbaycan Respublikasının Prezidentinə:

    – Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

    – illik maliyyə hesabatlarının təsdiq edilməsi;

    – icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

    – təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

    – xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edin əqdin bağlanmasına razılıq verilməsi;

    – Agentliyin yenidən təşkil və ləğv edilməsi;

    2.Agentliyə:

    – inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

    – strukturunun təsdiqi.
    Müəyyən edilir ki:

    – Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1.000.000 (bir milyon) manat təşkil edir;

    – Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılır. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

    Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin balansında olan əmlak Agentliyin balansına verilir.

    “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Bakı Nəqliyyat Agentliyinin balansına verilən müəssisələrin siyahısı” təsdiq edilir.

    Nazirlər Kabinetinə tapşırılır ki, Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə”, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin təsdiq edilməsi barədə”, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələri nəzərə almaqla svetoforların, yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin tətbiqi ilə əlaqədar məsələlərin tənzimlənməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Agentliyin təklifləri əsasında Bakı şəhərində ilkin olaraq 4 nəqliyyat mübadilə mərkəzinin yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin mərkəzlərin Agentlik tərəfindən tikilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsini təmin etsin; bu Fərmanın 5-ci hissəsi, 8.1-ci bəndi və 9-cu hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin istifadəsində olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin; bu Fərmanın 4-cü və 5-ci hissələrinə uyğun olaraq Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; tikilinin istismar təyinatından asılı olaraq, nəqliyyat vasitələrinin saxlanması üçün parklanma yerləri, qarajlar və açıq dayanacaqlar tələb olunan tikinti obyektlərinin növləri, habelə həmin tikinti obyektlərinin parklanma yerləri, qarajlar və açıq dayanacaqlarla təmin olunması normativləri, eləcə də bu normativlərə əməl edilməsi vəziyyətinin, tikilinin yol-nəqliyyat axınına təsirinin və nəqliyyat infrastrukturuna çıxış imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi aktların layihələrini Agentliyin təklifləri əsasında altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    7. Agentliyə tapşırılır ki, Bakı şəhərindəki bütün svetoforların Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görsün; Bakı şəhərindəki avtomobil yollarını svetoforlar, yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilmə səviyyəsini müəyyən etmək məqsədilə təftiş etsin və təftişin nəticəsi barədə 6 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmanın 7.2-ci bəndi nəzərə alınmaqla avtomobil yollarının zəruri yol hərəkəti təşkili vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər planını təsdiq etsin və müvafiq işlər görülməsini təşkil etsin; bu Fərmanın 8.2-ci bəndində və 10-cu hissəsində nəzərdə tutulmuş məlumatların müvafiq dövlət qurumlarından elektron qaydada alınmasını təmin etmək üçün zəruri tədbirlər görsün; yol hərəkəti iştirakçılarını hərəkətin məhdudlaşdırıldığı və ya qadağan edildiyi avtomobil yolları, habelə tıxaclar və avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi barədə real vaxt rejimində məlumatlandırmaq üçün zəruri tədbirlər görsün; Agentliyin strukturunu, işçilərinin say həddini, Agentlikdə əməyin ödənilməsi formalarını və miqdarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin; Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin; Agentliyin dövlət qeydiyyatına alındığı tarixdən 3 (üç) iş günü müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu barədə məlumat versin.

    Daxili İşlər Nazirliyinə Bakı şəhərinin inzibati ərazisində öz idarəetməsində olan svetoforları üç ay müddətində Agentliyə təhvil vermək, hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi nəzərdə tutulan avtomobil yolları barədə ən azı 3 (üç) iş günü əvvəldən, təxirəsalınmaz hallarla bağlı olduqda isə dərhal elektron qaydada Agentliyə məlumat vermək tapşırılır.

    Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Agentliyin idarəetməsinə verilməsini iki ay müddətində təmin etsin və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, ştatlarının) ləğv edilməsi üçün tədbirlər görəcək.

    Bakı şəhərinin inzibati ərazisində avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) və avtomobil yollarının bilavasitə altında, yaxud təhkim və ya qorunma (mühafizə) zolaqlarında yerləşən mühəndis-kommunikasiya təminatı sistemlərinin mülkiyyətçiləri hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə səbəb olacaq işlərin aparılması nəzərdə tutulan avtomobil yolları barədə müvafiq işlərə başlamazdan ən azı 3 (üç) iş günü əvvəl, təxirəsalınmaz hallarda isə dərhal elektron qaydada Agentliyə məlumat verməldirilər.

    Ədliyyə Nazirliyinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

  • 48 yaşlı kişi dərmandan zəhərləndi

    Goranboy rayonunda 48 yaşlı kişi qəbul etdiyi dərmandan zəhərlənib.

    Median.Az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Baxçakürt kəndində baş verib.

    Həmin kəndin sakini, 1970-ci il təvəllüdlü Ceyhun Əsgərov dərman qəbul etdikdən sonra halı pisləşib. Ona tibbi yardım göstərilib vəziyyəti qənaətbəxşdir.
    Faktla bağlı araşdırma aparılır.

  • Elan saytlarında “kukulka”, “Barbi”, “milaşka” axtaran kişilər – FOTO

    Əvvəllər filmlərə baxanda bizə gələcək zaman olaraq 2018-ci il və geridə qoyduğumuz digər illəri göstərirdilər.

    Elm, texnika inkişaf etsə də, bu günlərə gəlib çatdıqda ssenaristlərin uydurmaları olan və gözlədiyimiz yeniliklərin çoxu baş vermədi.

    Əksinə, 90-ların səmimiliyi yoxa çıxdı, iş sayı azaldı, kiçik məhlə dükanları yerini böyük marketlərə, onlayn alış-veriş saytlarına verdi.

    Dəyişməyənlər isə həmin saytların istifadəçiləri oldu. Hansı ki, bu kütlə həmin portalları “wap.tanisliq.biz” tipli saytlar kimi istifadə etməyə başlayıb. Qız, oğlan, onların təbirincə desək, “gəlin” axtarışına çıxıblar.


    Bir sıra portallarda yer alan bu elanları verənlərin çoxu isə cavan oğlanlar, “seksual yanıq”lığını az qala hər yerdə göstərməyə çalışan orta nəslin nümayəndəsi olan kişilərdir.

    Onların sırasında boşanmış qadın axtaranlar daha çoxdur.


    Elan yazanların arasında qeyri-adi istəkləri olan oğlanlar da tapa bilərsiniz:

    “Dəqiqədə bir fikrə düşən, hərdəmxəyal, burnu Pinokyonun burnuna oxşayan, plastik əməliyyat etdirərək özünü “yığdıran”, bığlı, tüklü, qalın qaş, pivə boçkasına oxşayan, fiqurası lobya şaxına bənzəyən, saçlarını tok vurmuş, çənəsi Rəqsanənin çənəsindən fərqlənməyən, oğlan dostları olan, kontur dilənçisi qızlar məni narahat etməsin”.


    Bu istəklərin arasında həmin xanımların Ayşvariya Raydan və Anceli Colidən gözəl olmasını tələb edənlər də var:

    “Dəlisov, yerini bilən, realist, Ancelina və Ayşvariyadan gözəl, 60/90/60 vücudu, “kukulka”, “Barbi”, “milaşka”, kraliça olan qızlar buyursun”.


    Kişilərlə bərabər “ömür-gün yoldaşı” axtarışına çıxan xanımlar da bu saytlara müraciət edir:

    “Sadə, səmimi, təmiz, sadəlövh birini axtarıram. Ətraflı “Whatsapp”da danışaq. Bir uşağım var, boşanmışam”.


    Tanışlıq adı ilə qeydiyyatdan keçənlərin içərisində başqalarının adından istifadə edənlər də var. Məsələn: Fotoda gördüyünz şəxs model Kənan Həsənəliyevin adından istifadə edərək başqalarını aldadır və onlardan tanışlıq münasibətini qurmasını tələb edir.


    İnsanların bir-birilə tanış olması, yaxınlaşması pis bir şey olmasa da, bunu həyata keçirmək üçün ünvanların yanlış seçilməsi cahilliyin əlamətidir.

  • “Məni söyməyin, nəvələrim də oxuyur” – Hadı Rəcəbli

    “Bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”. Bu sözləri hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Daha sonra sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş bu deputatın fikirləri sosial şəbəkə istfadəçiləri tərəfindən heçdə bir mənalı qarşılanmayıb. Etiraz, təhqir və söyüşlərlə qarşılaşan deputat Hadı Rəcəbli sosial şəbəkələrin bağlanması ilə bağlı fikirlərinin səhv anlaşıldığını deyir. O, sosial şəbəkələrlə bağlı dediyi fikirlərinin yanlış anlaşıldığını və məsələ ilə bağlı açıqlama verən deputat bələ deyib: “Mən demirəm saytlar, sosial şəbəkələr bağlansın. Kim onu deyir ki, tamam bağlansın? Harada demişəm ki, hamısı bağlansın? Ayıbdır. Axı, mənim nəvəm də oxuyur o söyüşü, təhqiri. Olmaz, axı. Heç kim demir ki, internet qapansın. Mən deyə bilərəm ki, internet bağlansın? Mən də internetə girib məlumat alıram. Mən orda demişəm ki, təhqir edən, ana-bacı söyüşü söyənlərə qarşı hüquqi normalar əsasında tədbir görülməlidir. Amma başlığa götürüb başqa şey qoyurlar. Mən boyda kişini ünvanına söyüş yazırlar. Bütün mətbuatda bunu yazır. Mən neyləyim? Ona görə deyirəm, təhrif, mənəviyyatsızlıq, yalan-iftira yayan saytlara qarşı qanun çərçivəsində inzibati tədbir görülməlidir. Mənim nəvələrim var, onların altısı qızdır. Onlar da sayta girirlər, oxuyurlar bu söyüşləri, olmaz belə. Mən nə günahın sahibiyəm? Məni niyə söyürlər? Yaşım 70-i ötüb, nəvələrim var, ailəm var. Belə mənəviyyatsızlıq olmaz. Sonra da deyirlər ki, Hadı müəllim mətbuatdan qaçır. Necə edim, qaçmayım?”

  • İlqar İskəndərov Yekaterinburqda baş konsul təyin edildi

    İlqar Fazil oğlu İskəndərov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilib.

    Median.Az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.