Month: April 2018

  • Профобразование отрегулирует новый закон

    В ходе заседания Милли Меджлиса во вторник на обсуждение в третьем чтении был вынесен законопроект «О профессиональном образовании».

    Председатель Комитета по науке и образованию Иса Габиббейли сказал, что были учтены некоторые сделанные во время предыдущего чтения предложения в связи с проектом, внесены технические изменения.

    И.Габиббейли отметил, что после второго чтения над проектом была проведена работа по усовершенствованию, некоторые моменты в документе были уточнены:

    «Похожие моменты были систематизированы, в целом проект отражен более точно с правовой точки зрения. Считаю, что этот проект придаст стимул развитию профессионального образования в Азербайджане».

    Проект был вынесен на голосование и принят в третьем чтении.

  • Artıq tam məsuliyyətlə təkrar edirəm, səni sənətkar saymıram! Flora Kerimovadan Röyaya sərt tənqidlər – FOTO

    Artıq tam məsuliyyətlə təkrar edirəm, səni sənətkar saymıram! Flora Kerimovadan Röyaya sərt tənqidlər

    (Yazı, Azərbaycanın xalq artisti, əfsanəvi sənətkar Flora Kərimovanın istəyi ilə heç bir cümləsinə toxunmadan dərc olunur)
     
    Sənin sonuncu cəfəngiyyatın məni çilədən çıxartdı. Bəs deyilmi?!
     
     
    Röya, mən nə vaxt sənin “əlindən öpmüşəm” və nə vaxt “qızımın toyuna gəldiyin üçün məni şərəfləndirdin” demişəm?? (14 aprel, 2018-сi il, сanlı yayım “bakunews”)
    Düşünürdüm ki, 80 yaşım ərəfəsində məni təəccübləndirən daha ABSURD bir şey ola bilməz. Amma bunu da gördüm!
     
    Birinci gələk sənə qarşı etdiyim “haqsızlıqlara”, sənin dilindən desək “səhvimə”. Mən səhvim olduğu halda tərəddüd etmədən istənilən insandan üzr istəməyə hazıram. Yetər ki, səhvi göstərə bilsin.
     
    Görünür, ən böyük səhvim səni SƏNƏTKAR SAYMAMAĞIMDIR!!! Bəli, səni SƏNƏTKAR SAYMIRAM! Nəinki səni, sənin “sənətkar” saydıqların belə mənə görə sənətkar olmayıb!
     
    Heç vaxt “mənəm-mənəm” deməyən təbiətimə indi xəyanət edib, bəlkə kiməsə təvazökarlıqdan uzaq görünsəm də, bəzi həqiqətləri sənə kobud tərzdə qandırmaq məcburiyyətində qaldığıma görə Millətimdən, Xalqımdan dönə-dönə üzr istəyirəm! Bil ki, özünə sənətkar deyən sən – sadəcə ürəyəyatımlı səsə malik sıradan bir müğənnisən! Şükür ki, belə səslərdən Azərbaycan kasad deyil. Hələ bu yaşında üstünə gələn, sənə meydan oxuyan, günü-gündən artan Damlalar, belə axını indiki kimi vərdiş halına salıb, hər kəslə dalaşıb sıradan çıxarmağa səndə güc qalacaqmı? Sözün keçəcəkmi? Səni gözləyən bu halını, bu günləri düşündünmü? Yoxsa məni əzələlərini göstərdiyin abıra qısılanlarla çaş-baş salmısan?
     
    Artıq tam məsuliyyətlə təkrar edirəm, səni sənətkar saymıram! 13 yaşımdan korifeylərlə, klassiklərlə, çiyin-çiyinə səhnə bölüşmüşəm, illər keçdikcə sənətkar deyib öz sıralarına qəbul etdikləri səsin sahibinə sənmi qiymət verəcəksən? Sənmi etdiklərimi edə biləcəksən? Sənmi əxlaqdan danışıb laxlayan səsinlə (tremola) nə oxuyum, necə oxuyumu öyrədəcəksən?!
     
    Təkrar edirəm, səni sənətkar saymıram! Millət tərəfindən Azərbaycan estradasının anası sayılan, Azərbaycan estradasının 3-4 kişi banilərinin cərgəsində adı çəkilən yeganə qadın, 64 il səsi gündəmdən və dildən düşməyən, Azərbaycan musiqisinin bütün janrlarında, klassik vokaldan tutmuş muğama qədər, 15 il vokal sənətinin elminə yiyələnən peşəkar deyir! Bu, bir neçə tembrə malik, səsi ilə Azərbaycanın 90 faiz bədii filmlərində və animasiya filmlərində ölkələri gəzən və nəhayət, dünyada 4 oktavaya malik iki səsdən birinin sahibi olan Sənətkarın qiymətidir! Ehtiyac varsa, təkrar edim: sən sənətkar deyilsən və vokal sənətində böyük qüsur sayılan laxlayan səsinlə heç o zirvəyə qalxa da bilməzsən!
     
    Gələk sənin nankorluğuna. Demirəm sənin ulduzunun ən parlaq vaxtında, sənə təriflər gələndə, mən də onların sırasındaydım. Amma heç vaxt demədim ki, Röya pis müğənnidir, pis oxuyur.
     
    Sənətkar saydığın İlhamə Quliyeva səni “iylənmiş”, “bitli baş”, “yuyulmamış…” və sairə adlarla alçalda-alçalda təhqir edəndə, kim səni müdafiə etdi?! Bunudamı unutdun? Bu idi sənə olan haqsızlıqlarım? Yoxsa, kişilərin atasını söyəndə, alt paltarını açıb iyrənccəsinə aləmə göstərəndə, qucaqlarda abırsız şəkillərin jurnalların üz qabığını bəzəyəndə, kürsünü vanna otağındakı unitazla əvəz edəndə, oxuduğun xalq mahnısını bayağı hala salıb yağış sözünə biədəb qafiyə qoşub dillər əzbəri edəndə, təklikdə, təkrar edirəm, təklikdə demədimmi ki, “qızım, belə olmaz, gələcəyini düşün”? Bu idimi sənin haqqını çeynəməyim? Sənə deyəndə ki, “qızım, övlad sahibi olacaqsan, qapı döyəcəksən, qapını döyəcəklər, etdiyin hərəkətlər Anaya, illah da Azərbaycan Qadınına yaraşan hərəkətlər deyil” – səhvim idi, yoxsa sənə qarşı etdiyim haqsızlıq?! Durub illər sonra efirdə Sevil Nuriyevanın verilişində ağlaya-ağlaya Millətə yalvaranda “kiminsə videolarını (Faiqi nəzərdə tuturdu – F.K.) telefonlardan sildirən kişilər mənə kömək etmədilər, mən anayam, ev xanımıyam, bir oğlum var, bu gün nələr verərdim ki, o videoları internetdən, telefonlardan silsinlər”. Onda da sənin ağlına gəlmədi ki, Flora mənə məsləhəti ilə yaxşıların yaxşısını edibmiş!
     
    Gələk sənin İlhamə Quliyevaya münasibətinə. Onunla “dostluğun” məndən çox illər  sonra, onun sənə “şanlı münasibətindən” sonra başladı. Səbəbi də yenə mən oldum. Çevrəmdə olan, artıq adları bəlli insanları mənə qarşı istifadə etməyə çalışırdı. Bunu onların etibarsızlığından istifadə edərək yaxşı bacarırdı. Sən də istisna olmadın!
     
    İndi qaldı dediyin kimi səni ona – İlhamə Quliyevaya qısqanmağıma. Bir neçə sənə məsləhətimdən başqa yaxınlığım olmadığı halda hansı qısqanclıqdan söhbət gedə bilər? Mən Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Xəyyam Mirzəzadə, Emin Sabitoğlu, Ramiz Mirişli, Oqtay Kazımi, Oqtay Rəcəbov, Elza İbrahimovanı (saysam qurtarmaz) qısqanmadım, bir oktavaya güclə çatan səsin, yəni sənin ona yaxınlığınmı məni qıcıqlandıracaqdı? Bir də mən həyatım boyu övladlarımdan, balaca uşaqlardan və Şəhid Analarından başqa kiminsə əlini öpməmişəm. Amma çox illər qabaq indi şəxsi problemlərinə görə Hollandiyada yaşayan dostun Strekalinin ad günündə hamının gözü qabağında mənim əlimi öpdüyünü xatırla. Bu, indi bəyənmədiyin, yuxarıdan aşağı baxdığın trionun tərkibində oxuduğun dövrdə olub. Yoxsa ürəyindən səsləndirdiyin yalanlarla məndən üstün olmaq, ya acıq çıxmaq keçir? Yaxşı bildiyini yenə sənə xatırlatmaq istəyirəm: Mən kiminsə varlığı ilə şərəflənməmişəm! Bu alçaqlığı bacarsaydım (yaxşı ki, bacarmıram) indiki qarşısında ikiqat əyildiyiniz insanlar sırasında idim. Bunu da nə mənəviyyatıma yaraşdırmırdım, nə də yazıq sizlərə. Məni gözdən salmaq xülyasına düşüb, gücün çatmadığı cəhddən yapışma! Gecikdin, həm də çox gecikdin!
     
    Bir də ki, mənim öyünməyə layiq olan həmin məclisimə şərəf gətirən insanların sırasında sənə yer yox idi!  

     İndi keçək sənin “Röya” jurnalına. İllər qabaq mənim ünvanıma yönəltdiyin jurnaldakı jest sənin üçün vərdişli, normal bir haldır. Oxuculardan üzr istəyərək, səhifədə olan şəkil və mətni təqdim edirəm.  

  • Омбудсман призвала вернуть детские сады в Минобразования

    Дошкольные учреждения необходимо передать в подчинение Министерства образования, считает Уполномоченная по правам человека в Азербайджане Эльмира Сулейманова, передаёт Median.Az со ссылкой на haqqin.az.

    «Считаю необходимым снять дошкольные учреждения с подчинения местных Исполнительных властей и переподчинить их Министерству образования», – заявила Э.Сулейманова, выступая во вторник в Милли Меджлисе с отчетом о проделанной работе Омбудсмана в 2017 году.

    По ее словам, ряд детских садов, расположенных в сельской местности, нуждаются в серьезном ремонте, в этих дошкольных заведениях наблюдается нехватка профессиональных педагогических кадров.

    «В некоторых сельских местностях в школах наблюдается нехватка профессиональных педагогических кадров, слабая материально-техническая база, там проводится неправильный анализ потребностей по обучению детей. Как следствие, имеются факты закрытия местными Исполнительными властями дошкольных заведений в деревнях и селах», – сказала Омбудсман.

    Она также отметила острую нехватку мест в детских садах.

    «В дошкольных учреждениях наблюдается острая нехватка мест, что приводит к тому, что не все дети имеют возможность получать дошкольное образование. Кроме того, в некоторых районах школьники из разных сел вынуждены посещать школу, расположенную не в их деревне. В холод и жару они пешком добираются по лесной местности в соседние населенные пункту. В результате, дети часто пропускают занятия и отстают от школьной программы. Поэтому было бы целесообразным Исполнительным властям выделять специальный транспорт для доставки учеников в школу», – подчеркнула Э.Сулейманова.

    Уполномоченная по правам человека также коснулась проблемы, связанной с требованиями к ученикам школ приобретать соответствующие учебники.

    «Среди поступающих в Аппарат Омбудсмана обращений встречаются жалобы на преподавателей, заставляющих школьников покупать те или иные учебники и учебные пособия. Однако проходит дней 10, и ученикам заявляют, что надо купить другие учебники. Это недопустимо», – заявила омбудсман.

  • Сильное землетрясение в Турции – ОБНОВЛЕНО

    Число пострадавших в результате землетрясения в провинции Адыяман на юго-востоке Турции возросло до 39, заявил глава минздрава страны Ахмет Демирджан, передаёт Median.Az со ссылкой на Анадолу.

    “В результате землетрясения в Адыямане пострадали 39 человек, 35 продолжают лечение. Тяжелораненых нет”, — отметил министр.

    * * * * *

    Тринадцать человек получили ранения в результате землетрясения в провинции Адыяман на юго-востоке Турции, передает Anadolu со ссылкой на сообщение Управления по предотвращению и ликвидации последствий чрезвычайных ситуаций страны (AFAD).

    Премьер-министр Турции Бинали Йылдырым подтвердил, что жертв землетрясения в Адыямане нет: “Имеет место материальный ущерб. Пострадал ряд строений. Власти проводят работу по определению масштабов ущерба, устранению последствий, оказанию помощи населению”.

    * * * * *

    Землетрясение магнитудой 5,1 зафиксировано в ночь на вторник в провинции Адыяман на юго-востоке Турции. Об этом сообщило агентство Anadolu со ссылкой на правительственное Управление по чрезвычайным ситуациям.

    Эпицентр подземных толчков находился в 4 км к северо-востоку от города Самсат. Очаг стихии залегал на глубине 7 км.

    Между тем, по данным Геологической службы США, магнитуда землетрясения составила 5,2. После основного удара сейсмологи зафиксировали еще порядка восьми повторных толчков магнитудой от 1,4 до 2,7.

    В результате землетрясения повреждены некоторые здания. Данные о пострадавших не поступали.

  • Рамиз Мехтиев представил нового министра образования

    Глава Администрации президента Азербайджана Рамиз Мехтиев представил коллективу Министерства образования новоназначенного министра Джейхуна Байрамова, передаёт Median.Az со ссылкой на apa.az.

    Отметим, что распоряжением президента Ильхама Алиева Джейхун Байрамов назначен министром образования.

  • В Конституцию Нахчывана внесены изменения

    На сегодняшнем заседании Милли меджлиса (парламента был вынесен на обсуждение законопроект «Об утверждении изменений в Конституцию Нахчыванской Автономной Республики».

    Проект представил председатель комитета по правовой политике и государственному строительству Али Гусейнли.

    Согласно проекту, результаты последнего референдума в Нахчыванской Автономной Республике были поставлены на голосование и приняты вторым голосованием.

  • Azərbaycan XİN Sarkisyanın istefasını şərh etdi

    Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi diktatura rejiminin hakimiyyətdən getməsindən sonra Ermənistanda hakimiyyətə sağlam siyasi qüvvələrin gələcəyinə ümidvarıq.

    Bu sözləri oxu.az-a açıqlamasında Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə biləcəyini şərh edən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

    O bildirib ki, Ermənistan xalqını əsarətdə və müharibə xofu altında saxlayan Sarkisyan rejiminin yürütdüyü siyasət nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində indiyə qədər irəliləyiş əldə etmək mümkün olmayıb:

    “Qoşunların təmas xəttində Azərbaycan tərəfindən guya hərbi texnika və canlı qüvvənin cəmləşdirilməsi barədə keçmiş Sarkisyan rejiminin ünsürlərinin isterik açıqlamaları həqiqəti əks etdirmir və keçən ilə aid məlumatlara əsaslanır. Burada məqsəd yalnız ictimai fikri çaşdırmaq idi.

    Amma fakt ondan ibarətdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olmaqda davam edir. Gərginlik riskini aradan qaldırmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılımalıdır.

    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbləri əsasında sülh yolu ilə tezliklə həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq.

    Münaqişənin tezliklə sülh yolu ilə həll edilməsi regionda davamlı sülh və sabitliyin bərqərar olmasını və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasını təmin etmiş olar. Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək”.

  • Sinoptiklər 25 dərəcə isti proqnozlaşdırırlar

    Bakıda və Abşeron yarımadasında aprelin 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən oxu.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz 15-20, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 766 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında aprelin 25-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.

    Havanın temperaturunun gecə 6-11, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 25-27-də Abşeron yarımadasında yaz fəsli üçün komfort temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

  • Azərbaycanda yeni medal təsis olunur

    Aprelin 24-də Milli Məclisin (MM) hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

    Komitənin sədri Əli Hüseynli gündəlikdəki məsələlər barədə məlumat verib.

    İclasda “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya qanununun layihəsi, Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya qanununun layihəsi, Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında Konstitusiya qanununun layihəsi barədə müzakirələr aparılıb.

    Sonra “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib.

    Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

    Qısa müzakirələrdən sonra qanun layihələri plenar iclasa tövsiyə olunub.

  • Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı

    Aprelin 30-da Rusiyanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatında iştirak edəcək yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

    Dörd gün davam edən yarışda baş məşqçi Şaban Donat 10 pəhləvana güvənəcək.

    Bunlar Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubovdur (130 kq).

    Qeyd edək ki, aprel 30-da 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq, may 1-də isə 60 kq, 67 kq, 72 kq, 82 kq və 97 kq çəki dərəcələri üzrə təsnifat görüşləri keçiriləcək.

    Medal görüşləri müvafiq olaraq, mayın 1 və 2-də olacaq.
    /oxu.az