Month: April 2018

  • Aparıcı Yusif həmkarlarına söz atdı – VIDEO

    Yusif Ağayev canlı efir zamanı digər aparıcılara sərt ismarıc göndərib.

    Median.Az -ın verdiyi məlumata əsasən Atv kanalında yayımlanan “10-dan sonra” verlişi gedən zaman aparıcı digər həmkarlarına öz ismarıcını göndərib.

    Yusif efir zamanı – “Reytinq naminə əndazədən çıxmamaq və sərhəddi aşmamaq ” sözlərini səsləndirib.

    Həmin video görüntüləri sizə təqdim edirik.

  • Lotu Qulinin adamı Ağstafada tutuldu

    Rusiyada qəsdən adam öldürməyə görə axtarışda olan Gürcüstan vətəndaşı Azərbaycanda saxlanılıb.

    Median.Az-ın Report-a istinadən xəbərinə görə, 46 yaşlı Mehman Söyün oğlu İsmayılov Ağstafa rayonunda tutulub.

    Qeyd edək ki, saxlanılan şəxs Nadir Səlifovun (Lotu Quli) yaxın adamlarından biri kimi tanınır.

  • Cəbhədə düşmən təxribatı davam edir

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 113 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan və Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Hindistanlılar və iranlılar toy etmək üçün Azərbaycanı seçir – VİDEO

    Bakıda toy edən turistlərin sayı artıb.

    Median.Az “xezerxeber.az”a istinadən xəbər verir ki, turizm şirkətləri son dövrlər xüsusən Hindistan və İrandan olan turistlərdən toy təklifləri alırlar.

    Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, ölkəmizdə toy etmək istəyən turistlərin müəyyən tələbləri olur.

    Onlar əsasən toy edilən məkanda öz milli mətbəxlərindən olan yeməklərin bişirilməsini istəyirlər.

    Rəhman Quliyevin sözlərinə görə, bu təcrübə Türkiyədə bir neçə il bundan əvvəl tətbiq edilib və turizm sahəsinin inkişafına öz müsbət təsirini göstərib.

    Ekspert bildirir ki, xarici turistlərin toy etməklə baglı təkliflərinin artması ölkə turiziminin inkişaf etməsinə kömək edəcək.

    Bu arada, Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Bunu rəsmi statistika da təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin I rübündə ölkəyə üz tutanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13% çox olub.

  • Vasif Talıbov nazirliyi iki yerə böldü

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncamla Naxçıvan Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradılıb.

    Sərəncamda Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Mədəniyyət Nazirliyinin və Naxçıvan Turizm Departamentinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Ali Məclisinin sədrinə təqdim etmək tapşırılıb.

    Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsində Naxçıvan Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Naxçıvan Mədəniyyət Nazirliyinin və Naxçıvan Turizm Departamentinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsi təmin ediləcək.

  • Azərbaycanda suçiçəyi xəstəliyinin səbəbi açıqlandı

    Azərbaycanda suçiçəyi əleyhinə peyvənd istifadə edilmədiyi üçün ölkə ərazisində bu xəstəliyə yoluxma halları qeydə alınır.

    Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Avropada İmmunlaşdırma Həftəsinə həsr olunmuş mətbuat konfransında deyib.

    O bildirib ki, suçiçəyinə noyabr-dekabr aylarında çox rast gəlinsə də, ötən illərlə müqayisədə son bir neçə ildə yoluxma hallarında azalma müşahidə olunur:

    “Əvvəllər suçiçəyi xəstəliyinə yoluxma halları daha çox qeydə alınırdı. Bunun əsas səbəbi isə vaxtında edilməyən peyvəndlərlə bağlıdır”.

    Nazirlik nümayəndəsi qeyd edib ki, vaksin preparatları 2014-cü ildən Azərbaycana UNİCEF xətti ilə daxil olur:

    “Ölkəyə daxil olan vaksinlər ÜST-ün təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə olunan digər vaksinlər Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir”.

    A.Əliyeva əlavə olaraq qeyd edib ki, ötən ilə nisbətən Mərkəzə daxil olan şikayətlərin sayında azalma müşahidə olunur:

    “Mərkəzə daxil olan şikayətlərin əksəriyyəti mədə-bağırsaq pozulmaları, zəhərlənmələrlə bağlıdır. Çalışdığımız qədərilə həmin problemlərin kökündən həll oluması üçün müəyyən tədbirlər həyata keçiririk”.

  • Начался суд над Эльдаром Махмудовым

    В Ясамальском районном суде во вторник начался суд по иску признанного потерпевшим по «Делу МНБ» Матлаба Мустафаева против бывшего министра нацбезопасности Эльдара Махмудова.

    На процессе под председательством судьи Сардара Мехралиева ответчик Э.Махмудов не присутствовал.

    Один из присутствующих в зале представился как шурин Э.Махмудова. Он сказал, что об иске против экс-министра они узнали 23 апреля.

    По его словам, Э.Махмудов прописан по одному адресу с дочерью.

    Он попросил создать условия для ознакомления с делом и явки на суд вместе с представителем.

    Позднее истец М.Мустафаев подал ходатайство с просьбой передать дело Насиминскому районному суду. Он сообщил, что указанное вторым ответчиком министерство финансов находится в Насиминском районе:

    «Если дело не будет передано Насиминскому районному суду, пусть дело рассматривается в Ясамальском районном суде с участием ответчика Э.Махмудова».

    Суд удовлетворил ходатайство, принято решение о присутствии на суде ответчика Э.Махмудова.

    Подготовительное заседание суда назначено на 3 мая.

  • Eldar Mahmudovun məhkəməsi başlayıb

    Bu gün Yasamal Rayon Məhkəməsində “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı iddiası əsasında məhkəmə başlayıb.

    Median.Az-ın Report-a istinadən xəbərinə görə, hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh Eldar Mahmudov iştirak etməyib.

    Zalda iştirak edən bir nəfər özünü E.Mahmudovun qaynı kimi təqdim edib. O deyib ki, sabiq nazirin məhkəməyə verildiyini aprelin 23-də biliblər. Onun sözlərinə görə, E.Mahmudov qızı ilə eyni ünvanda qeydiyyatdadır.

    O, iddia ərizəsi ilə tanış olmaq və nümayəndə ilə məhkəməyə gəlmək barədə şərait yaradılmasını istəyib.

    Daha sonra iddiaçı M.Mustafayev vəsatət qaldıraraq, işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsini tələb edib. O bildirib ki, ikinci cavabdeh qismində göstərilən Maliyyə Nazirliyinin inzibati binası Nəsimi rayonu ərazisində yerləşir:

    “Əgər iş Nəsimi Rayon Məhkəməsinə göndərilməsə, cavabdeh tərəf Eldar Mahmudovun da iştirakı ilə burada – Yasamal Rayon Məhkəməsində baxılsın”.

    Məhkəmə vəsatəti təmin edib, cavabdeh Eldar Mahmudovun prosesdə iştirak etməsi barədə qərar qəbul edib.

    Məhkəmənin hazırlıq iclası mayın 3-də davam etdiriləcək.

    Xatırladaq ki, “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış Mövlan Şıxəliyevi məhkəməyə verib.

    Yasamal Rayon Məhkəməsində iddia qaldıran M.Mustafayev sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini yazıb və E.Mahmudovun ona 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir.

    M.Mustafayev M.Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini isə Səbail Rayon Məhkəməsinə göndərib. O, iddia ərizəsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın M.Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını bildirib. M.Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat tutularaq ona ödənilməsini istəyib.

    Bu iddia ərizəsi üzrə hazırlıq iclası mayın 1-nə təyin olunub. İşə hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılacaq.

    Bundan başqa, M.Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. O, buna səbəb kimi isə həm E.Mahmudov, həm də M.Şıxəliyevin vaxtilə dövlət orqanlarında rəhbər şəxs olmalarını qeyd edib.

    Xatırladaq ki, M.Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək “Azərsu” ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

    M.Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham edilib və 2015-ci il aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə iki il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib.

    Bundan sonra Bakı Apellyasiya Məhkəməsi M.Mustafayevin işinə yenidən baxaraq onun barəsində bəraət hökmü çıxarıb.

    Qeyd edək ki, M.Mustafayev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və Azər Mehdiyevin cinayət işində zərəçəkmiş qismində tanınır. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

    M.Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq intihar edib.

  • Şəbnəm Tapdıqdan növbəti məhkəmə xəbərdarlığı – FOTO

    Əməkdar artist Şəbnəm Tapdıq yenidən onunla eyni adı daşıyan həmkarınıı məhkəməyə verəcək

    Median.Az- xəbər verir ki, sənətçi Şəbnəm Qəhrəmanova adlı gənc müğənninin adını dəyişməsini tələb edib.

    Tapdığın bununla bağlı yazışmasını aparıcı Zabir Əliyev sosial şəbəkədə yayıb. Mətində Ş.Tapdıq Zabirə həmin xanıma onun sözlərini çatdırmasını istəyib:

    “Qəhrəmanovanın səhnə adı var idi, niyə onunla çıxmır? Şadiyə adı ilə oxusun. Statistikada mən adımda ilkəm. Səhnə adı pis deyil ki, Şadi qəşəngdir. Məhkəməyə getməyim”.

  • Aparıcı Zaur canlı efirdə ağladı – VİDEO

    Median.Az-ın verdiyi məlumata əsasən aparıcı Atv kanalında yayımlanan ” Bizimləsən ” verlişinin yayımı zamanı qonaqlardan birinin qız ataları haqqında dediyi şeirdən təsirlənib.
    Beləki öz göz yaşlarını saxlaya bilməyən Z.Baxşəliyev canlı efir zamanı ağlamağa başlayıb.O göz yaşlarını gizlətməyə çalışmaq istəsə də , ancaq bu görüntülər operatorların diqqətindən yayınmayıb.

    Həmin görüntüləri sizə təqdim edirik.