Month: May 2018

  • Bakıda qeyri-adi canlı peyda oldu – Fotolar

    Bakının Məhəmmədi kəndində görməyə alışmadığımız quş növü aşkarlanıb.

    Uzun boğazına rəğmən kiçik bədən ölçüsü, uzun ayaqları və iri caynaqları ilə görənləri təəccübləndirən bu quş kənd sakinlərindən birinin həyətində peyda olub.

    Araşdırmamız zamanı bu canlının Azərbaycanda cəmi 1 növü olan kiçik danquşcuq olduğu məlum olub.

    Qanadının biri qırıq olan kiçik danquşcuq ona yardım etmək istəyən sakinlərdən birinin əlinə xəsarət yetirib.

    Özünü müdafiə etmək üçün uzun boğazını irəli uzadaraq iti dimdiyindən istifadə edən həmin quşun fotolarını təqdim edirik:

    /milli.az

  • Siyavuş Novruzov: Azərbaycanın əleyhinə çıxanlar ölkəyə gətirilməlidir

    Hər hansı ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi, uşaqların əməyə cəlb olunması baş alıb gedəcək, qanunvericiliyin pozulması nəticəsində bu məsələlər daha da genişlənəcək. Azərbaycan bu məsələlərə görə nümunəvi ölkələrdəndir.

    Bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin (MM) iclasında bildirib.

    S. Novruzov qeyd edib ki, bu gün Avropa ölkələrində insan alveri ilə bağlı rəqəmlər Azərbaycanla müqayisədə qat-qat üstündür:

    “Avropa ölkələrində insan alverinin qurbanları müxtəlif işlərə cəlb edilir, miqrantlar düşərgələrdə saxlanılır. Buna baxmayaraq, həmin ölkələr başqalarına demokratiya dərsi verməyə çalışırlar. Həmin ölkələrdəki vəziyyəti gördükdə deyə bilərik ki, Azərbaycanda insan alveri ilə mübarizə sahəsində iş çox yaxşı qurulub. Prezident tərəfindən imzalanan sərəncamlar, eləcə də, Milli Məclis tərəfindən qəbul olunan qanunlar ölkəmizdə insan alverinin qarşısını alır.

    Ölkəmizə son illər turist axını artıb. Onlar üçün ölkəmizdə hərtərəfli şərait yaradılır. Bu şərait insan alveri predmetini ortaya çıxarır. Lakin bu istiqamətdə görülən işlər bu məsələlərin aşağı düşməsinə səbəb olur.

    Bəşəriyyətdə ən ağır cinayətlərdən biri insan alveridir və terrorla birgə tutulmalıdır. Avropada Azərbaycanın əleyhinə bir qrup insan çıxış edir. Dəfələrlə demişəm ki, bunun qarşısı alınmalıdır. Həmin insanlar xaricdən Azərbaycana gətirilməli, qanun qarşısında cavab verməlidirlər”.

  • Daha bir gömrük rəisi işdən çıxarıldı

    Dövlət Gömrük Komitəsində (DGK) kadr dəyişiklikləri olub.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Balakən Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Qismətov Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevin müvafiq əmrinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüb.

    S.Mehdiyevin imzaladığı digər əmrlə İsa Quliyev Balakən Gömrük İdarəsinin rəisi təyin edilib.

    İ.Quliyev bundan əvvəl də DGK-də çalışıb.

    Bundan başqa, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib.

    Bu vəzifəyə Kənan Məmmədov təyinat alıb. Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqova isə Şirvan Gömrük İdarəsinin rəisi vəzifəsi həvalə olunub.

    Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz Gömrük İdarəsində eyni vəzifəyə gətirilib.

  • Бритни Спирс показала тренировку с бойфрендом (ВИДЕО)

    Влюбленная пара Бритни Спирс и Сэма Асгари продолжают радовать поклонников совместными видео.

    36-летняя звездаи ее 24-летний возлюбленный очень неравнодушны к спорту, поэтому совместное время оба проводят с пользой.

    В своем Instagram звезда поделилась видео, в котором продемонстрировала, как при помощи партнера можно легко накачать мышцы пресса.

    Отметим, что на аккаунт Бритни в Instagram подписано более 19,4 миллиона человек, а последнее видео совместной тренировки набрало более 2,9 миллионов просмотров за несколько часов.

  • В субботу ожидается до 30 градусов тепла

    В Баку и на Абшеронском полуострове в субботу, 5 мая, ожидается переменная облачность, в основном без осадков. Утром местами будет наблюдаться слабый туман. Подует северный ветер.

    Как сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов, температура воздуха на полуострове ночью составит 13-16°, днем 22-27°, в столице – ночью 14-16°, днем – 25-27° тепла.

    Атмосферное давление составит 759 мм ртутного столба. Относительная влажность – 65-75%.

    В районах Азербайджана 5 мая погремит гром, польет кратковременный дождь, в некоторых западных районах ожидается град. Утром местами будет туман. Подует восточный ветер.

    Согласно медико-метеорологическому прогнозу, умеренная погода на Абшеронском полуострове благоприятно скажется на состоянии метеочувствительных людей.

  • Вилаят Эйвазов: Выявлено 142 факта торговли людьми

    В результате оперативно-розыскных мероприятий, проведенных в 2017 году Главным управлением по борьбе с торговлей людьми министерства внутренних дел, выявлено 142 факта, связанные с торговлей людьми.

    Об этом сообщил Национальный координатор по борьбе с торговлей людьми Азербайджана, первый заместитель министра внутренних дел Вилаят Эйвазов, выступая в пятницу с годовым отчетом на пленарном заседании Милли Меджлиса.

    По его словам, также было выявлено 6 фактов, связанных с принудительным трудом, 26 – с незаконными действиями с документами.

    Кроме того, за 2017 год обезврежено 8 преступных группировок в составе 17 человек, установлена 71 жертва (66 женщин и 5 мужчин) указанных преступлений.

    После обсуждений отчет поставили на голосование и приняли.

  • Vilayət Eyvazov: Ölkədə 142 insan alveri faktı aşkarlanıb

    Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən məcburi əmək faktlarının profilaktikası işində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də ölkədə olma və yanaşma qaydalarını pozan 20 min 285 əcnəbinin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən 6 min 330 nəfərin ölkə hüdudlarından kənara çıxarılması olub.

    Bu barədə Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov illik məlumat məruzəsini təqdim edərkən deyib.

    O qeyd edib ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən olunub.

    Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənib. Lakin həmin uşaqlara müvafiq qayğı və yardımın göstərilməsi, onların sosial problemlərinin həlli ilə əlaqədar icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq qurumlarına baxılması üçün 450 material göndərilib. Eyni zamanda, onların təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 220 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

    Həmçinin geçə həyatına məruz qalan 150 yetkinlik yaşına çatmayan şəxsə və onların valideynlərinə Bakı, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən “Baxımsız, kimsəsiz uşaqlar üçün Sığınacaq və Reablitasiya müəssisəsi”, “Uşaq hüquqları klinikası” və “Uşaq və gənclərin sosial realblitasiyası mərkəzi”ndə hüquq və psixoloji yardımlar göstərilib.

    Həmçinin, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri ilə 142 insan alveri, altı məcburi əmək cinayəti, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər ilə əlaqədar 26 fakt aşkarlanıb, 17 nəfərdən ibarət səkkiz cinayətkar qrup zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və beş kişi müəyyən edilib.

  • Xalq artisti qəzəbləndi : “Küçə adamları efirə çıxır” – VİDEO

    Rasim Balayev efirlərdə gördüyü nöqsanlardan danışıb

    Median.Az -ın məlumatına görə verlişlərin birinin efirdən kənar görüntüləri yayılıb.Həmin görüntülərdə xalq artisti Rasım Balayev öz emosiyalarına hakim ola bilməyib.Belə ki,o efirde özbaşınalığın fəsadlarından danışıb : ” Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı.Efirə küçədən keçən adam çıxa bilmirdi,bu gün küçə adamları efirdədi.Əxlaqsız adam əxlaqdan,rüşvətxor adam rüşvətdən,ağılsız adam ağıldan danışır. Biyabırçı şəkildə geyinib efirə çıxırlar.”

  • «Мама, я хочу жить» – ВИДЕОРОЛИК

    Бакинский медиа-центре подготовил видеоролик с целью внести вклад в борьбу с искусственным прерыванием беременности из-за половой принадлежности ребенка – селективными абортами.

    В видеоролике не родившийся ребенок обращается к матери, которая сделала аборт.

  • “Ana, mən yaşamaq istəyirəm” – VİDEOÇARX

    Bakı Media Mərkəzi uşağın cinsi mənsubiyyətinə görə hamiləliyin süni pozulması – selektiv abort hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işinə töhfə vermək məqsədilə videoçarx hazırlayıb.

    Videoçarxın hazırlanmasında əsas məqsəd Azərbaycanda abort hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işini irəliyə aparmaq, eləcə də, bu mövzuda ictimai rəy formalaşdırmaqdır.

    Videoda hamiləliyin dayandırılmasını istəyən gənc ailə təsvir olunur və abort olunan körpənin dilindən anaya xitabən təsirli fikirlər səsləndirilir.

    Ümumi xronometrajı 1 dəqiqə 40 saniyə olan video internet saytları və sosial media kanalları vasitəsi ilə asan paylaşıla bilən formatda hazırlanıb./oxu.az