Как сообщает Median.Az, cотрудники Кяпазского РУП задержали жителей г.Гянджа Искяндара Мамедова и Гусейна Маилова, жителя Гейгельского района Орхана Гасанли, который на проспекте Хатаи напали на гражданина Шахина Мамедова , вследствии чего избили и угрожая ножом, отобрали у потерпевшего 120 манатов.
В ходе дополнительных мер, в доме И.Мамедова оперативники обнаружили ручную гранату марки “Ф-1” и наркотическое средство- героин.
В Следственном отделе Кяпазского РУП по статье 181.2.1 (разбой, совершенный группой лиц по предварительному сговору) УК Азербайджана возбуждено уголовное дело.
Nəhayət Əliyevanın “Aysun evini “priton”a çevirib” deməsi müğənni Rəqsanəni daha da qəzəbləndirib
Median.Az -ın məlumatına görə ifaçı direktoru əlində olan digər faktlarla biabır edəcəyini deyib: “Sən tərbiyədən uzaq adamsan. Ağzını yum, başından böyük danışma. Qoy, gedib həyətdə bizim haqda araşdırma aparsınlar. Ayıbdır, yekə qadınsan, zibillərin açılıb deyə, bilmirsən altından necə çıxasan. Mən susuram. Hələ əlimizdə bir neçə görüntülər var. 3, 4 ildir, sizin bu özbaşnalığınıza göz yumuruq. İndi isə övladım iyrənc oyunlarınızı, yetimlərin haqqını daşıyıb yeməyinizi ortaya çıxardı. Susun. Elə eləməyin ki, əlimizdəki sübutlarla lazımı qurumlara müraciət edək. Mənim qız uşağıma atdığın böhtan sənə baha başa gələr. Görün, uşaq evinə rəhbərlik edən hansı kəlimələri işlədir. Vay o uşaqların halına ki, sizdən tərbiyə götürür. Əcəb edir mənim qızım. özüm də gəlirəm Bakıya, əlimdə olan digər görüntüləri lazımı orqanlara təqdim edəcəm. Görüm, onda nə bəhanələr uyduracaqsan. Aysun, ürəkli ol, düz eləmisən. Çörəyim sənə halal olsun, bala.Düzgün yaşayıb, düzgün ölmək, harama əl uzadanı qusdurmaq lazımdır.”
Уроженка Азербайджана Ирада Аюпова назначена министром культуры Татарстана. Соответствующий Указ подписал президент республики Рустам Минниханов.
Как передаёт Median.Az, об этом сообщают в четверг российские СМИ.
“Назначить Аюпову Ираду Хафизяновну министром культуры Республики Татарстан, освободив её от ранее занимаемой должности”, – указано в документе.
До сегодняшнего дня она занимала должность председателя Государственного комитета Республики Татарстан по архивному делу.
Ирада Аюпова родилась в Баку. В 1993 году она окончила Азербайджанскую государственную нефтяную академию по специальности “инженер-математик”, в 2002 году – Татарский институт содействия бизнесу по специальности “юрист”, прошла профпереподготовку в ФГБОУ ВПО “Российская академия народного хозяйства и государственной службы при президенте России.
С 1994 по 2000 года Аюпова работала в Нижнекамске, в том числе и инженером-программистом. Далее продолжила свою карьеру в Казани. Занимала должности от заместителя председателя Комитета поддержки предпринимательства города, начальника отдела кадров администрации Казани до начальника отдела минэкономики Татарстана. В 2008 году стала замминистра, а после и первым замминистра культуры республики.
Məşhur videobloger Hüseyn Əzizoğlunun avtomobili cərimə meydançasına aparılıb.
Blogerə məxsus “10 SL 019” dövlət nömrə nişanlı “Niva” avtomobilində konstruksiya dəyişikliyi olub.
Avtomobilə quraşdırılmış ksenon işıqlar, bu avtomobil üçün nəzərdə tutulmamış fara və əlavə stoplar, eyni zamanda 25%-lik plyonka və bir neçə digər avadanlıqlar qanunda nəzərdə tutulmuş qaydalara ziddir.
Hüseyn Əzizoğlu Baku.ws-ə açıqlamasında avtomobilinin cərimə meydançasına aparıldığını təsdiqləyib. DYP-dən də bildirilib ki, həmin “10 SL 019” dövlət nömrə nişanlı avtomobil saxlanılaraq cərimə meydançasına aparılıb.
İki övladını öldürməkdə ittiham olunan Yelena Kərimovanın cinayəti ətrafında baş verən təfərrüatlar ortaya çıxır.
Yelenanın anası Natalya Testenkova yeznəsinin cinayətkar olduğunu və beynəlxalq axtarışa verildiyini söyləyib:
“Yelenanı ailə qurmaq fikrindən daşındırmaq istədim, amma o yenə də ərə getdi. Sonra onlar Moskvaya yollandı. Bir neçə il sonra Yelena evə ərsiz və ikinci uşaqdan hamilə olaraq qayıtdı. Kərimov geri qayıdanda Yelenanı tapdı və onu uşaqları ilə hədələməyə başladı”.
Yelenanın yaxın ailə üzvləri bildirir ki, o, 12 mart 2018-ci ildə boşanmaq haqqında ərizə verib. Bu addımdan sonra iki uşaq anası çox sevinirdi. Yelenanın əri Kərimov azərbaycanlıdır. İddiaya görə, onun Ukraynada saxta vətəndaşlığı var. Yelenayla Kərimov beş il əvvəl tanış olub.
Yelenanın anası iddia edir ki, yeznəsi bu cinayəti özü qurub və uşaqları oğurlayaraq Azərbaycana aparıb: “Biz dünyanın hər yerində onları axtaracağıq. Qoy onlar Azərbaycanda daha yaxşı olsun, amma sağ qalsınlar” — uşaqların nənəsi danışır./baku.ws
Bacılar atalarının qəfil ölümünü xatırlayaraq göz yaşılarını saxlaya bilməyiblər
Median.Az xəbər verir ki,müğənni Sevil və Sevinc bacıları ARB-nin “Səhər-səhər” verilişinin qonağı olub.Onlar atalarının vəfatı ilə bağlı yaşadıqları ağır günləri xatırlayaraq kədərləniblər : “Doğrdan da bunun üçün güclü olmaq lazımdır.Biri var biləsən ki,valdeyini xəstədi buna hazır olasan,biri də var sən qəfldən dağ boyda atanı itirəsən.Bizi heç kim başa düşmür.Atamız dünyasını dəyişəndə yanımızda nə anamız vardı, nə də qardaşımız. Anam qardaşımla Murmanskda idi, dəfnə gəlib çatmadılar. Atamızı özümüz dəfn etdik. Çox ağır günlərimiz olub.”
ARB TV-nin “Günə Doğru” əkin yerlərində tikilən evlərin söküləcəyi ilə bağlı maraqlı sujet yayımlanıb.
Xaçmazın Gülalan kənd sakini Fəzail Sultanov on ildən çoxdur ki, təsərrüfatla məşquldur. O bildirir ki, bağçılıqla yanaşı fermer təsərrüfatı ilə də məşqul olmaq istəyir. Lakin tikinti aparmaq üçün təyinatı üzrə torpaq sahələrinin olmaması və pay torpağı yerlərində bu tip tikintini aparılmasına icazənin verilməməsi onu bu istəyini reallaşdırmağa imkan vermir.
Fəzail Sultanov -Xaçmaz sakini: “Mənim 2 hektar 6 sot pay torpağım var. Sadəcə olaraq hökümətin pay torpaqlarında tikinti işləri aparılmasına qadağa qoyulduğuna görə mən o işi görməmişəm. Təzəlikcə balaca fındıq bağı salmışam. Bir də heyvanlar üçün örüş yeri saxlamışam”.
Bəzən regionlarda Əmlak Məsələləri Dövlət Komitəsinin müfəttişləri yoxlama keçirərkən müxtəlif qanun pozuntularına rast gəlir. Belə ki, sahibkarlar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində həm də heyvandarlıqla məşqul olmaq məqsədilə qanunsuz tikinti aparır. Məsələn ərazidə tövlələr, kənd təsərrüfatı ilə məşğul olan ailənin yaşaması üçün fərdi evlər tikir. Belə olduqda manitorinq aparan qurum, bələdiyyə orqanları ilə sahibkarlar arasında anlaşılmazlıqlar yaranır.
Ceyhun Mustafayev – Bələdiyyə sədri: “Vətandaşlarda bir anlaşılmazlıq yaranır ki, vətəndaş hər hansı bir mülkiyyətçidən pay torpağını özəlləşdiri, pulu ilə alır elə təsəvvür edir ki, bu onun mülkiyyətidir və o torpaq sahəsində istənilən bir fəaliyyət növü ilə məşğul olmaq olar. Ev tikmək olar. Biz onlara izah edirik, qanunvericiliyin şərtlərini göstəririk ki, həmin torpaqlar fərqi yoxdu hər hansı bir təyinatla alınıbsa sırf həmin təyinatda istifadə oluna bilər”.
Sözü gedən sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmalıdır. Komitədə sənədlərə baxıldıqdan sonra təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir.
Ceyhun Mustafayev – Bələdiyyə sədri: “Həmin torpaqlarda bu və ya digər formada sahibkarlıq fəaliyyəti ilə tikintilərin aparılması qadağandır. Həmin tikililər üçün adətən topraqlar ayrılıb. Əgər yaşayış evləri tikilirsə bu yaşayış məntəqələri torpaqlarına aiddir. Sahibkarlıq obyektləri tikilərsə sahibkarlıqla məşğul olmaq üçün ayrılmış xüsusi yararsız torpaqlar var ki, onu da özəlləşdirdikdən sonra orada tikinti aparmaq olar”.
Torpağın dəyişdirilməsi məsələsi sahənin təyinatı üzrə istifadəsi səmərəsiz olduğu hallarda yəni subasma, çökmə, sürüşmə, şoranlaşma və digər təbiət hadisələri nəticəsində torpağın strukturu, habelə keyfiyyət göstəriciləri dəyişdikdə və ya yararsız hala düşdükdə reallaşa bilər.
Bərdə rayonunun Vəliuşağı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Pənah Ağayev adlı kənd sakini “VAZ-2106” markalı avtomobili geri verərkən 47 yaşlı qardaşı Zabil Ağayevi vurub.
Zərərçəkmiş aldığı ağır bədən xəsarətləri nəticəsində qəza yerində ölüb.
Bədbəxt hadisədən sonra Ağayevlər ailəsi baş vermiş insidenti gizlətmək qərarına gəliblər. Mərhum ailə üzvlərinin iştirakı ilə kənd qəbiristanlığında dəfn edilib.
Lakin Bərdə rayon Polis şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində cinayətin üstü açılıb və P. Ağayev məsuliyyətə cəlb olunub.