Month: May 2018

  • Sinoptiklər 26 dərəcə isti proqnozlaşdırırlar

    Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 22-27, Bakıda gecə 12-14, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 9-14, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

  • Azərbaycanda buynuz qişası əməliyyatına başlanılıb

    Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində gözün buynuz qişası əməliyyatının aparılmasına başlanılıb.

    Bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

    Komitə sədri qeyd edib ki, bu əməliyyat hər klinikada aparıla bilməz:

    “Ola bilər ki, hələ digər tibb müəssisələrinə gözün buynuz qişasının gətirilməsinə icazə verilmir”.

    Komitənin sədr müavini Musa Quliyev isə xatırladıb ki, gözün buynuz qişasının ölkəyə gətirilməsi ilə bağlı Nazirlər Kabineti qaydaları təsdiqləyib:

    “Təbii ki, gözün buynuz qişasını ölkəyə hər kəs gətirə bilməz”.

    Xatırladaq ki, ötən il Azərbaycan prezidenti İlham Əliyev “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin 2005-ci il 12 sentyabr tarixli, 292 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Fərmana əsasən, gözün buynuz qişasının Azərbaycana idxalına və ölkədə transplantasiyasına icazə verilib.

  • Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri içərisində Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları olan yük maşınını atəşə tutublar.

    Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları Ağdamın Çəmənli kəndi ərazisində nasaz olan su-artezian quyusunu təmir etməyə gedərkən atəşə məruz qalıblar.

    Bunu Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşlarının cəbhə xəttində yerləşən Çəmənli kəndində ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə məruz qalmaları ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

    Qeyd olunub ki, 02-AC-416 dövlət nömrə-nişanlı, “KamAZ 43114” markalı maşın gülləbaran edilib:

    “İdarənin maşında olan beş əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb. Hazırda avtomobil hadisə yerindən çıxarılır”.

    Müdafiə Nazirliyi bildirir ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatdır:

    “Cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır”.

  • Nazirlikdən Körpələr Evi ilə bağlı yayılan videoya münasibət

    Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr Evi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.

    Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova aparılan araşdırmalar nəticəsində görüntülərin həqiqəti əks etdirmədiyinin məlum olduğunu deyib:

    “Görüntülərdən aydın olur ki, Körpələr Evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezleri məsələsinə gəlincə, oradan 0-1 ölçülü bezlər 3-4 ölçülü bezlərlə dəyişdirilməsi üçün aparılıb”.

  • В Астаре у жителя Ленкорани изъяли свыше 6 кг. опиума

    Как сообщает Median.Az, cотрудники Астаринского РОП задержали жителя г.Ленкорань Эльмана Садыхзаде, у которого в свертках в общей сложности обнаружили 6 кг 320 грамм опиума.

    В ходе разбирательства выяснилось, что наркотики были перевезены в город Астара неизвестным лицом контрабандным путем из Иран Исламской Республики, Э.Садыхзаде должен был забрать пакет из мусорного ящика и отвезти к себе домой.

    В Следственном отделе РОП по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азербайджана возбуждено уголовное дело, ведется следствие.

  • Tütündən istifadə ilə mübarizəyə dair yeni qaydalar – YENİLƏNİB

    Nazirlər Kabineti tərəfindən “Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları” təsdiq edilib.

    Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

    Sənəd “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətlərini və üsullarını müəyyən edir.

    Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətlərinə gəlincə, bu yöndə tütünün zərərli təsiri barədə təbliğat aparılması, əhali arasında tütündən istifadəyə neqativ münasibətin formalaşdırılması, sağlam həyat tərzi sürməyin üstünlüklərinin əhali arasında təbliği, belə seçim edən şəxslərin sayının artırılması, onların həvəsləndirilməsi və bu seçimin digər insanlara nümunə olaraq göstərilməsi, sağlam həyat tərzinə, ziyanlı vərdişlərdən asılılığın profilaktikasına yönəldilmiş məlumatlandırıcı-maarifləndirici və təbliğat tədbirlərinin tədrisi, tütündən istifadənin nəticələrindən qorunma ilə bağlı tibbi xarakterli və digər biliklərin əhali arasında yayılması, tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın müalicəsinə marağın artırılması nəzərdə tutulub.

    Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin aşağıdakı üsulları müəyyən edilib:

    tütün məmulatlarının zərərli təsiri ilə bağlı mövzuların tədris proqramlarına daxil edilməsi;

    tütündən istifadənin dayandırılması, tütündən istifadəyə mənfi münasibətin formalaşdırılması məqsədi ilə əhali üçün nəzərdə tutulmuş müvafiq konsultativ (məsləhət) xidmətin təşkili və “Qaynar xətt”in yaradılması;

    kütləvi informasiya vasitələrində, o cümlədən internet informasiya ehtiyatında tütündən istifadənin zərəri ilə bağlı təbliğat xarakterli məlumatların yayılması;

    tütün əleyhinə sosial reklamların yayımlanması;

    mobil rabitə abonentlərinə məlumatlandırıcı xəbərdarlıq mesajlarının göndərilməsi;

    tütün əleyhinə təbliğat xarakterli və maarifləndirici kütləvi aksiya və tədbirlərin (xüsusilə, 31 may – Ümumdünya Tütünlə Mübarizə Günü) keçirilməsi;

    tütün məmulatlarının qutuları üzərində tütündən istifadədən çəkindirici xəbərdarlıqların yerləşdirilməsi.

    * * * * *

    “Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları” təsdiq edilib.

    Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

    Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları”nın təsdiq edilməsi barədə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” 2017-ci il 1 dekabr tarixli Qanunun tətbiqi barədə” Prezidentin 2017-ci il 29 dekabr tarixli fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti “Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları”nı təsdiq edib.

  • Dərman vasitələrinin dövlət qeydiyyatında dəyişiklik edilir

    Azərbaycanda dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı dəyişiklik edilir.

    Dəyişiklikləri nəzərdə tutan qanun layihəsinə əsasən, “Dərman vasitələri haqqında” qanunun 6-cı (Dərman vasitələrinin dövlət qeydiyyatı) maddəsinin 1-ci bəndində dəyişiklik edilir.

    Dövlət qeydiyyatı məqsədilə dərman vasitələrinin və həmin dərman vasitəsinin istehsalında istifadə edilən dərman maddəsinin (dərman substansiyasının) nümunələrini ölkə ərazisinə qanunvericiliklə müəyyən edilən miqdarda müvafiq icra hakimiyyəti orqanı, istehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr, xarici istehsalçının Azərbaycandakı yerli nümayəndəliyi və ya yerli nümyəndəliyi olmadığı halda xarici istehsalçının müvəkkil etdiyi şəxs idxal edə bilər.

    Bu bənd hazırda belədir: Bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir.

    Qanunun 8-ci (Dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti) maddəsinə də dəyişiklik edilir.

    Maddəyə yeni bənd əlavə edilir. Bəndə əsasən, dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq, bütün müalicə-profilaktika müəssisələri, dərman vasitələrinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin təhlükəsiz şəkil istifadəsini təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq farmakonəzarət üzrə işləri həyata keçirir və bu sahə üçün məsul şəxs təyin edir.

    Qanunun 14-1-ci (Bioloji fəallığa malik qida əlavələri) maddəsinə də yeni – 14-1.6 bəndi əlavə edilir.

    Bioloji fəallığa malik qida əlavələrinin əmtəə adı və əmtəə nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınan dərman vasitəsinin əmtəə adı və əmtəə nişanı ilə eyni ola bilməz.

    Qanunun 16-cı (Dərman vasitələri haqqında informasiyanın yayımlanması) maddəsinə yeni – 16.5-ci bəndi əlavə olunur.

    Bənddə qeyd olunur ki, müalicə-profilaktika müəssisələrinin farmakonəzarət üzrə məsul şəxsləri, dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin əlavə təsirləri və digərə əlaqədar problemləri barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər./oxu.az

  • Uşaqlar Birliyinin sədrinin məhkəməsi başladı

    Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-isifadə etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Prosesdə təqsirləndirilən Kəmalə Ağazadə ittiham aktı ilə tanış olmaq istədiyini bildirib.

    Buna görə hazırlıq iclasının davamı mayın 7-dək təxirə salınıb.

    Qeyd edək ki, istintaq dövründə K.Ağazadə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

    Cinayət işinin materiallarına əsasən, o, vəzifəsindən sui-istifadə etməklə bir neçə vətəndaşı aldadaraq, onlara məxsus 7800 manat pulu ələ keçirib.

    K.Ağazadə 1998-ci ildən Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində çalışır./oxu.az

  • Düşmən dinc sakinlərimizi atəşə tutub – FOTO

    Erməni silahlı bölmələri Ağdamda Suvarma İdarəsinin əməkdaşlarının olduğu yük maşınını atəşə tutub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Ağdam rayonunun Çəmənli kəndi ərazisində nasaz olan su-artezian quyusunu təmir etməyə gedən işçilər düşmən tərəfindən atəşə məruz qalıb.

    02 AC 416 dövlət nömrə nişanlı, “KamAZ 43114” markalı avtomobil gülləbaran edilib.

    İdarənin maşında olan beş əməkdaşı xəsarət almasa da, nəqliyyat vasitəsi yararsız hala düşüb. Hazırda maşın hadisə yerindən çıxarılır.

    İdarənin rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə yüzlərlə artezian quyusu var. Ermənilər kənd sakinləri ilə yanaşı, ərazidə fəaliyyət göstərən işçiləri də atəşə tuturlar.

    Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatdır:

    “Cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır”.










  • Onuncu sinif şagirdləri sınaq imtahanı verəcəklər

    Mayın 6-da yeni təhsil proqramları (kurikulumlar) əsasında X sinif şagirdləri üçün V-X siniflər (X sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədilə sınaq imtahanı keçiriləcək.

    Bu haqda Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

    Məlumatda bildirilir ki, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 24 binada təşkil olunacaq.

    İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 11827 şagird qeydiyyatdan keçib.

    Sınaq imtahanı bir növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.

    Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, səkkizi isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan üçü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.

    Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

    İmtahanların idarə edilməsi üçün 75 imtahan rəhbəri, 728 nəzarətçi-müəllim ayrılıb.

    İmtahan binalarına buraxılış yalnız şagirdlərin şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi” əsasında həyata keçirilir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) da özləri ilə imtahana gətirməlidirlər.

    Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən şagirdlər imtahana buraxılmır.