Month: May 2018

  • Hadi Rəcəbli jurnaisti təhqir etdi: “Mənim toxunulmazlıq hüququm var”

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli gəlini Beruzova Zərifə Beruz qızının dələduzluqda ittiham olunması ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsinə çağırılması barədə yayılan xəbərlərə münasibət bildirib.

    Median.Az xəbər verir ki, Hadi Rəcəbli yayılan xəbərə münasibət bildirib. O, “ölkə.az”a açıqlamasında deyib ki, yayılan bu cür xəbərlər tamamilə yalandır:

    “Bu yalan da Avstriyada qeydiyyatdan keçən bir səhifədən götürülmüşdü. Həmin məsələ 2 il əvvəl gündəmə gətirilən zaman Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbəri təkzib etmişdi. Bu barədə nə Daxili İşlər Nazirliyində, nə Suraxanı polisində heç bir məlumat yoxdur.

    Jurnalistlərə də məsləhət görürəm ki, Daxili İşlər Nazirliyi və Suraxı polisi ilə əlaqə saxlayıb məsələ barədə dəqiq məlumatı öyrənsinlər”.

    Komitə sədri onun polisə çağırılması barədə xəbər yazan jurnalistləri də təhqir edib:

    “Görün bunu yazan jurnalistlərin səviyyəsi nə qədər aşağıdır ki, deyirlər Hadi Rəcəblini polisə çağırıblar. Axı məni kim polisə çağıra bilər? Mənim toxunulmazlıq hüququm var. Mənim polisə çağırılmağım üçün gərək Milli Məclis qərar qəbul etsin”.

  • “Qarabağ”dan göndərilən futbolçular məşhur klublara transfer olur

    “Qarabağ” klubundan göndərilən əcnəbi futbolçular nüfuzlu klublara transfer ola bilər.

    Bu barədə ATV kanalının aparıcısı, idman jurnalisti Sənan Şəfizadə sosial şəbəkədə yazıb.

    Onun sözlərinə görə, Şehiç, Almeyda və Gerye özünü yeni klub tapıb:

    “Çempionlar Liqası istənilən klub və təmsil etdiyi ölkə üçün böyük təbliğatdır. “Qarabağ”ın ÇL-də iştirakı həm də futbolçulara reklam oldu. İbrahim Şehiç A seriyasına – “Parma”ya yollanır, Riçard Almeydanın iki sərfəli təklifi var. Geryenin də getmək variantı var idi. Təəssüf ki, xaricə yollananlar arasında azərbaycanlı futbolçu yoxdur”.

  • Вице-президенты не будут госслужащими

    В Азербайджанской Республике на первого вице-президента и вице-президентов не будет распространяться статус государственного служащего.

    В связи с этим в пункт 2.4 статьи 2 закона «О государственной службе» предлагается внести изменения.

    Согласно изменениям, данный статус не распространяется на президента Азербайджанской Республики, первого вице-президента и вице-президентов, депутатов Милли меджлиса Азербайджанской Республики, премьер-министра Азербайджанской Республики и его заместителей, судей судов Азербайджанской Республики, уполномоченного по правам человека в Азербайджанской Республике (Омбудсмена), руководителей центральных органов исполнительной власти и их заместителей, председателя Центральной избирательной комиссии Азербайджанской Республики, его заместителя и секретаря, депутатов Верховного меджлиса Нахчыванской Автономной Республики, премьер-министра Нахчыванской Автономной Республики и его заместителя, руководителей центральных органов исполнительной власти НАР, а также военнослужащих.

  • Sumqayıtda iş adamı “Gül Vüqar” öldürüldü – TƏFƏRRÜAT, FOTO

    Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Belə ki, hadisə Mehdi Hüseynzadə adına stadionun yaxınlığında olub. 

    Median.Az-in məlumatına görə, xeberle.com-a istinadən verdiyi Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi tərəfindən bıçaqlanıb. 

    O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

    Xeberle.com-a hadisənin bəzi təfərrüatları məlum olub. Məlumata görə, mərhum Vüqar Quliyevin Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı var. O, Sumqayıtda “Gül Vüqar” kimi tanınırdı.

    Hadisəyə gəldikdə isə V.Quliyevi keçmiş işçisi qətlə yetirib. Həmin şəxs bir müddət əvvəl işdən çıxarılıbmış. Axşam saatlarında dükana gələn şəxs ona kürək nahiyəsindən bıçaqla zərbələr endirib. Qətli törədən şəxsin psixi problemlərinin olduğu deyilir.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



  • Almaniyada polis işləyən azərbaycanlı qız bu dəfə hər kəsi valeh etdi – FOTO

    Almaniyada yaşayan azərbaycanlı xanım, polis əməkdaşı Lena Instagram-da diqqət mərkəzinə düşüb.

    Lenanın sosial şəbəkədə paylaşdığı son fotoları izləyənlərinin marağına səbəb olub. İsti yay günlərində Lena tez-tez səyahətlər edir. O, polis olmağına baxmayaraq çoxlarının arzu etdiyi həyat tərzini yaşayır.

    Lena orta məktəbdə oxuyarkən anası ilə birlikdə Bakıdan Berlinə köçüb. 29 yaşlı azərbaycanlı polis 14 il əvvəl gəldiyi Almaniyada özünə xoşbəxt bir həyat qura bilib.

    Anası Susana (55 yaşlı) Almaniyada tibbi yardım alır. 57 yaşlı atası İlham isə 6 il Bakıda işlədikdən Berlinə yollanıb.

    Berlində polis peşəsinə sahib olmaq üçün təhsil alan Lena polis olduqdan sonra Neuköllndə işləməyə başlayıb. Lena, alman, eləcə də rus, türk, ingilis və fransız dillərindən danışa bilir./baku.ws








  • Xalq artistinin bacısı yalvardı: Kömək edin – VİDEO

    Mərhum xalq artisti, tanınmış bəstəkar Şəfiqə Axundovanın bacısı Nəhayət Axundova ağır durumdadır. O, bacısının adının əbədiləşməsi üçün kömək istəyib.

    Median.Az yeniçağ.az-a istinadən xəbər verir ki, N. Axundova əlaqədar qurumlara müraciət edib:

    “Bacım Şərqdə ilk qadın bəstəkarıdır ki, opera yazıb. Üzeyir Hacıbəyli kimi dahinin tələbəsi olub. Heydər Əliyev onun yaradıcılığını yüksək qiymətləndirib, bütün mükafatlarla təltif edib. Şəfiqənin doğulub, boya-başa çatdığı Şəki şəhərində adının əbədiləşdirilməsini, ev muzeyinin yaradılmasını istəyirəm.

    Gələn il bacımın 95, vəfatının da 4 illiyidir. Arzumdur ki, onun adı əbədiləşsin. Heç olmasa doğulduğu Şəkidə adına muzey yaradılsın. Atamızın evində indi başqa adamlar yaşayır. Onlar da pul müqaibilində evdən çıxmağa razıdır. Həmin evi alıb, muzey etmək lazımdır. O ev tarxi məkanda yerləşir. Şəkiyə gedən turistlər oranı gözəl tanıyır. İstərdim ki, həmin ev alınıb, muzey kimi fəaliyyət göstərsin. Gənc nəsil gəlib musiqiləri, yaradıcılığı ilə tanış olsun. Yetişən nəsil bilsin ki, belə bir bəstəkar yaşayıb”.

    N.Axundova dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etdiyini deyib:

    “Nazirliyə dəfələrlə müraciət etdim, çox böyük hörmətsizlik gördüm. Hər dəfə cavab yazırlar ki, imkanımız yoxdur. Yaşım çoxdur, onkoloji xəstəyəm, ömrümə az qalıb. O günü görmədən dünyamı dəyişmək istəmirəm. Bəstəkarlar İttifaqına, Şəki İcra Hakimiyyətinə də müraciət etmişəm”.

    Qeyd edək ki, xalq aristinin bacısı məsələ ilə bağlı 29.01.2018-ci il tarixində Yeniçag.az saytına açıqlama verib. Məsələyə reaksiya verən Mədəniyyət Nazirliyinin rəsmiləri N.Axundova ilə görüşərək, ev muzeyinin yaradılmasının imkanları xaricində olduğunu bildiriblər. Əvəzində bəstəkarın adına Şəki Muzeyində guşə yaradılmasını təklif ediblər. Xalq artistinin bacısı belə bir guşənin 10 il əvvəl yarandığını bildirib.

  • Dünyaca məşhur şirkət Azərbaycanı ələ salır – Yenə təxribat, yenə qanunsuzluq – FOTOFAKT

    Dünyaca məşhur şirkət Azərbaycana qarşı çirkin təxribatlarından əl çəkmir və bizi ələ salır.

    Median.Az “milli.az”a istinadən xəbər verir ki, Hollandiyada qeydiyyatdan keçmiş “booking.com” şirkəti Azərbaycana qarşı çirkin təxribatlar həyata keçirməkdə davam edir.

    Xatırladaq ki, dünyanın nüfuzlu mehmanxana bronlaşdırılması saytı hesab edilən booking.com 2016-cı ildə Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərini, daha dəqiq desək, Dağlıq Qarabağdakı Xankəndi şəhərini Ermənistan şəhəri kimi qeyd etmiş və göstərilmişdi ki, bu saytda Azərbaycan Respublikasının icazəsi olmadan Xankəndidə mehmanxana otağı bronlaşdırmaq mümkündür.

    Daha sonra booking.com-un bu təxribatına Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də reaksiya vermişdi. Ardıcıl şikayətlərdən bir neçə ay sonra booking.com 2017-ci ilin ortalarında Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərinin həyata keçirilməsini dayandırmışdı.

    Üstündən qısa müddət sonra booking.com yenə də analoji qanunsuzluğa başlamış və yenə də Azərbaycan tərəfdən sərt təpkilərlə qarşılaşmışdı. Yenə də məsələyə XİN səviyyəsində reaksiya verilmiş, yenə də booking.com qələtini düzəltmişdi.

    Amma təəssüflər olsun ki, booking.com Azərbaycanı ələ salmaqda davam edir. Çünki bu şirkət yenə də qanunsuzluğunu bərpa edib və Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana və ev sifarişlərini həyata keçirməyə başlayıb.

    Düzdür, hal-hazırda göstərilən şəhərlər üzrə artıq saytda sifariş vermək mümkün deyil. Lakin az öncə sayt belə bir xidmət təklif edirdi. Edilən “screenshot”lardan da görünür ki, saytda yenə də Ermənistan tərəfindən işğal olunmuş Xankəndi və Şuşa şəhərlərində mehmanxana və qonaq evləri üzrə sifarişlər qəbul olunur.

    Bundan əvvəl də rəsmi şəkildə bəyan edildiyi kimi, “booking.com” şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsipləri, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə köklü şəkildə ziddir.

    Bundan əlavə, Azərbaycanın işğal olunmuş əraziləri qanuni beynəlxalq pul köçürmə əməliyyatları üçün qapalı olduğu halda, booking.com üzərindən onlayn ödənişlər edilərək işğal olunmuş ərazilərdə mehmanxana rezervasiyası və “booking.com”un bundan qazanc əldə etməsi qanunsuz beynəlxalq ödəmə əməliyyatları və çirkli pulların yuyulması deməkdir.

    Xatırladaq ki, booking.com saytı müştərilərə 200-dən çox ölkədə yarım milyondan çox mehmanxana və mehmanxana tipli obyekt təqdim edir və hər gün bu sayt vasitəsilə yüzminlərlə otaq rezervasiya edilir.

  • Герой Азербайджана осудил телеканалы: «У нас оккупировали шоу-бизнес или Карабах?» – ВИДЕО

    Старший лейтенант азербайджанской армии Камиль Мусави, проявивший героизм в апреле 2016 года и потерявший в боях глаз и ногу, выступил с видеообращением, в котором жалуется на ужасное состояние азербайджанского телевидения.

    «Когда я включаю телевизор, то по каналам постоянно идут шоу программы. Я не могу понять, у нас оккупировали шоу-бизнес или все-таки Карабах?», – говорит офицер, обращение которого активно распространяется в социальных сетях.

    Офицер призывает уделять больше внимания пропаганде патриотизма, а не подготовке дешевых шоу-программ.

    «Я все это говорю с болью в сердце, а не для того, чтобы кого-то раскритиковать. Телевидение смотрит все общество, и особенно молодежь. Мы сегодня нуждаемся только в одном – в патриотизме. Мы должны пропагандировать патриотизм, наша молодежь должна расти в духе патриотизма», – сказал он.//haqqin.az

  • Нидерланды требуют от России компенсации за гибель «Боинга» – ОБНОВЛЕНО

    Нидерланды потребовали от России компенсацию за гибель «Боинга» MH17 над Донбассом, передаёт Median.Az со ссылкой на Reuters.

    С таким заявлением выступил министр иностранных дел страны Стеф Блок. Он объявил, что проинформировал об этом российского коллегу — Сергея Лаврова — по телефону и подчеркнул, что российская сторона обвинения отрицает.

    * * * * *

    Власти Нидерландов и Австралии официально возложили на Россию ответственность за крушение малазийского «Боинга» под Донецком в 2014 году. Как передаёт Median.Az, об этом заявил министр иностранных дел Нидерландов Стеф Блок, сообщает сайт правительства этой страны.

    24 мая междунароная следственная группа объявила, что рейс MH17 был сбит «Буком», принадлежащим российской 53-й зенитной ракетной бригаде ПВО из Курска.

    Напомним, 17 июля 2014 года «Боинг-777», следовавший рейсом MH17 «Малазийских авиалиний», потерпел крушение над востоком Украины. На его борту находилось 298 человек, все они погибли. Большинство пассажиров были гражданами Нидерландов.

  • В Шабране пропал 14-летний мальчик

    Житель села Агбаш Шабранского района Роял Руфат оглу Алекперов 2004 года рождения вышел из своего дома и не вернулся.

    По словам родных, они заметили отсутствие мальчика в вечерние часы. Увидев, что ребенок не вернулся домой, мать Вюсаля Алекперова связалась с учителями школы, после чего стало ясно, что в этот день он не был на уроках. В школе также сообщили, что в последнее время Роял часто ходил без настроения.

    Близкие сообщили, что за день до пропажи Роял вышел из школы, но домой не пошел. Дедушка отправился искать внука и нашел в одном из интернет-клубов Сиязанского района. Мужчина разозлился на мальчика и ударил его. После того как Роял вернулся домой, мать тоже сильно его поругала.

    Наутро Роял взял с собой свою фотографию в большом обрамлении, вышел из дома под предлогом школы и больше не вернулся.

    Отметим, что Роял является учеником 9-го класса общеобразовательной средней школы-интерната города Сиязан и единственный ребенок в семье.