Month: May 2018

  • Министр анонсировал значительное снижение налогов с зарплат

    Предлагается установить единый налог на зарплату. Это означает, что в настоящее время удерживаемый с зарплат налог значительно снизится.

    Об этом сказал министр налогов Микаил Джаббаров.

    По словам министра, подвластное ему ведомство ведет переговоры с Конфедерацией профсоюзов Азербайджана о снижении налога на зарплаты.

  • Nazir: Kiçik və orta sahibkarların vergi yükü azaldılacaq

    Əməkhaqları üzrə vahid vergi yükünün müəyyənləşdirilməsi təklif edilir. Bu, hazırda maaşlardan tutulan vergilərin əhəmiyyətli dərəcədə azalması deməkdir.

    Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

    Nazirin sözlərindən bəlli olub ki, Vergilər Nazirliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə işçilərin əməkhaqqından ödənilən vergilərin azaldılması ilə bağlı müzakirələr aparır.

    Azərbaycanda kiçik və orta sahibkarların da vergi yükünün nəzərəçarpacaq dərəcədə azaldılmasının da nəzərdə tutulduğunu deyən M.Cabbarov deyib ki, bununla bağlı dövlət büdcəsi paketinə bir sıra dəyişikliklər edilə bilər:

    “Vergi uçotunun bərpası da təklif edilən dəyişikliklərdən biridir. O cümlədən, vergidən yayınma hallarına görə cəza tədbirlərinin sərtləşdirilməsi də mümkündür”.

  • Vitse-prezidentlər dövlət qulluqçusu olmayacaq

    Azərbaycan Respublikasının birinci vitse-prezidentinə və vitse-prezidentlərinə dövlət qulluqçusu statusu şamil edilməyəcək.

    Bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 2-ci maddəsinin (Dövlət qulluğu) 2.4-cü bəndinə dəyişiklik təklif edilir.

    Layihəyə görə, 2.4-cü maddədə adıçəkilən qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu qanun Azərbaycan Respublikasının prezidentinə, Azərbaycan Respublikasının birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara şamil olunmur.

  • Bakıda motosiklet piyadanı vuraraq öldürüb

    Mayın 24-də saat 09:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Zamin Salamov idarə etdiyi “Zontes” markalı motosikletlə yolu keçən Şağan qəsəbə sakini Mehriban Kərimovanı vurub.

    Median.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə onların hər ikisi xəstəxanaya yerləşdirilib, piyada orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ov mövsümü başlayır

    Sabahdan etibarən Azərbaycanda ov mövsümünə start verilir.

    Bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.

    H.Əlizadə bildirib ki, ov mövsümü 2019-cu il, martın 16-na qədər davam edəcək:

    “Şənbə və bazar günləri ov etməyə icazə veriləcək. İnsanlar ovçuluq təsərrüfatı sahələrində və nazirliyin müəyyən etdiyi ərazilərdə ov edə bilərlər. Qanunvericilik əcnəbilərin Azərbaycandakı ova icazə verilən bölgələrdə ova çıxmasına icazə verir. Bir şərtlə ki, onlar qanunlardan kənara çıxmasınlar.”

    O vurğulayıb ki, yerli və xarici vətəndaşlar üçün rüsum eynidir. Əcnəbilər daha çox qaban və çöl quşları ovlamağa üstünlük verirlər.

  • Турция сделала жест в адрес Азербайджана – ФОТО

    В Турции выпущены в обращение памятные денежные знаки в честь 100-летнего юбилея Азербайджанской Демократической Республики.

    Монеты в 20 лир, выпущенные в количестве 2000 штук, сделаны из серебра 925 пробы.

    Памятные денежные знаки, выпущенные в оборот с 18 мая, останутся в продаже до 18 мая 2020 года.

    /oxu.az

  • Türkiyədən Azərbaycana jest – FOTO

    Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə xatirə pul nişanı dövriyyəyə buraxılıb.


    Maksimum sayı iki min ədəd olan 20 türk lirəsi 925 əyar gümüşdən ibarətdir.

    Mayın 18-dən dövriyyəyə buraxılan xatirə pul nişanları 2020-ci ilin mayın 18-nə kimi satışda qalacaq.

  • Deputat: Parlamentin səlahiyyətləri başqalarına verilə bilməz

    “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin qəbulu ilə bağlı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa dəyişiklik nəzərdə tutulur.

    Bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclasında komitə sədri Əli Hüseynli deyib.

    O qeyd edib ki, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi çox mühüm sənəd olduğu üçün o, normativ hüquqi aktlarla bağlı qanunvericilikdə uyğunlaşdırma aparılmasını zəruri edir.

    Millət vəkili Qüdrət Həsənquliyev isə normativ hüquqi aktlarla bağlı qanunvericiliyə nəzərdə tutulan dəyişiklikiyi ölkə Konstitusiyasına zidd adlandırıb.

    O bildirib ki, MM-in səlahiyyətləri başqa bir quruma verilə bilməz:

    “Burada isə az qala Milli Məclisin səlahiyyətləri başqa qurumlara verilir. Bu, Konstitusiyamıza tam ziddir. Hansısa qurum, özü də beynəlxalq qurum bizim əvəzimizdən normativ hüquqi sənədlər qəbul edə bilməz. Amma təklif olunan dəyişikliklə sanki bu hüquq Milli Məclisdən alınıb başqalarına verilir. Biz bunu qəbul edə bilmərik”.

  • Мать двоих детей сбежала после 11 лет брака – ВИДЕО

    Два дня назад проживающая в Огузском районе 32-летняя Гюльназ Абышева вышла из дома и не вернулась.

    Как передает Median.Az со ссылкой на Xezer Хeber, находящаяся 11 лет в браке с Сеймуром Абышевым и имеющая от него двоих детей женщина вышла из дома под предлогом посещения портнихи.

    По словам мужа Г.Абышевой, в семье не было серьезных проблем, он не представляет, по какой причине его жена могла покинуть родной дом.

    Мать женщины Малахат Халилова отмечает, что в последнее время чувствовала у дочери беспокойство, но последняя не рассказала о своих проблемах.

    В связи с инцидентом было проинформировано районное отделение полиции.

  • Azərbaycanda iki uşaq anası evdən qaçdı – VİDEO

    Oğuz rayonunda 32 yaşlı qadın evdən qaçıb.

    Median.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, rayonun Səməd Vurğun küçəsi, 14 -də yaşayan Gülnaz Abışova iki gün əvvəl günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb.

    11 ildir Seymur Abışovla ailəli olan və iki övlad sahibi qadın evdən dərzinin yanına getmək adı ilə çıxıb.

    Seymur Abışov ailədə ciddi problem olmadığını deyir və həyat yoldaşının hansı səbəbdən getdiyini bilmir. Gülnaz Abışovanın anası Məlahət Xəlilova deyir ki, son vaxtlar qızında narahatlıq hiss edib. Ancaq o, problemini danışmayıb.

    Övladları 10 yaşlı Nicat və 6 yaşlı Ömər analarının qayıtmasını istəyir. Hadisə ilə bağlı rayon polis çöbəsinə məlumat verilib.