Month: May 2018

  • Antidopinq Agentliyinin səlahiyyətləri artırılır

    Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılır.

    Bununla bağlı “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilir.

    Qanunun 7-ci (Milli antidopinq qurumunun vəzifələri) maddəsinə yeni bənd əlavə edilir.

    Əlavə edilən 7.0.12-1 bəndinə əsasən, Azərbaycan Milli Antidopinq Agentliyinə idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunan dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək səlahiyyəti verilir.

  • Nazir: Ermənistanla münasibətlər bir şərtlə bərpa edilə bilər

    Azərbaycan Demokratik Respublikası xarici, daxili çağırışlar, çətinliklər olsa da, Şərqdə və müsəlman dünyasında yaradılmış ilk demokratik respublika idi.

    Bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda deyib.

    E. Məmmədyarov bildirib ki, ADR o vaxt həyata keçirdiyi islahatlarla Qərb ölkələrini də üstələmişdi:

    “Qadınların səsvermə və vəzifə tutmaq hüququ təmin edilmişdi. Milli kimliyi yaratmaq üçün təhsil önəmli hədəflərdən birinə çevrilmişdi. ADR-in fundamental dəyərləri əsasında respublikamızın mövcudluğunu davam etdirmək çox önəmlidir”.

    Nazir əlavə edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan böhranla qarşılaşıb, erməni aqressiyası, etnik təmizləmə və ərazilərin işğalı bir milyona yaxın qaçqın və məcburi köçkünün yaranması ilə nəticələnib:

    “Ancaq sonra görülən işlər və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri bizim üçün böyük imkanlar yaratdı. Yoxsulluq 49 faizdən 5 faizə, eləcə də, işsizlik beş faizə qədər düşdü və bu da dövlətin böyük nailiyyətlərindən biridir”.

    E. Məmmədyarov qeyd edib ki, ölkənin rifahı yüksəlsə də, torpaqların işğal altında olması hələ də ən böyük problem olaraq qalır:

    “Son işlər bizi hansı istiqamətə aparacaq bilmirəm, amma reallıq budur ki, Azərbaycan yaxşı qonşuluq çərçivəsində ermənilərlə də yaxşı münasibət qurmağa hazırdır – əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildikdən sonra. Suverenliyimizi və ərazi bütövlüyümüzü əldən buraxmarıq. Sərhədlərimiz beynəlxalq səviyyədə tanınır”.

    Nazir qeyd edib ki, Azərbaycan indi dünyada siyasi-iqtisadi baxımdan dayanıqlı müttəfiqə çevrilib:

    “Həyata keçirilən layihələr ölkəmizi enerji istehsalçısı, tranzit ölkəsi kimi tanıdır. TANAP və TAP müstəqillik və suverenliyə töhfə verəcək. Şərq və Qərb arasında olan rollarımızdan biri də multikulturalizmdir”.

  • В Баку за продажу пистолета задержан житель Кюрдамира

    Как сообщает Median.Az, cотрудники 7-го отделения полиции Бинагадинского РУП задержали жителя Кюрдамирского района, ранее судимого Шахина Керимова, у которого изъяли пистолет марки “PSM” и два патрона к нему.

    Во время допроса он показал, что нашел оружие в районе и с целью продажи привез его в столицу. Выяснилось, что он собирался сбыть пистолет за 500 манатов.

    В Следственном отделе Бинагадинского РУП по статье 228.1 (незаконное приобретение, сбыт или ношение огнестрельного оружия, боерипасов) УК Азербайджана возбуждено уголовное дело.

  • Emin: “Чем больше детей, тем сложнее сделать одно фото!” (ФОТО, ВИДЕО)

    Известный певец и композитор Emin умилил подписчиков новыми снимками с детьми.

    Emin не раз упоминал о том, что все свое свободное время любит проводить и посвящать детям. Вот и сейчас находясь в столице Азербайджана, где во всю идет подготовка к ежегодному международному музыкальному фестивалю “Жара”, который проходит на побережье Каспийского моря, каждую свободную минуту певец проводит с детьми – сыновьями Али и Микаилом, а также дочерью Аминой. 

    “Чем больше детей, тем сложнее сделать одно фото!”,- в шуточной форме подписал снимки Emin, которые вызвали восторг среди подписчиков артиста, число которых превышает 1.000.000 человек.




    Также исполнитель выставил видео с сыновьями, которое подписал лозунгом – “Пожалуйста, меньше разговоров – больше действий”.

    Р.А.
    Фото: Instagram by @eminofficial

  • “WhatsApp”da yeni sistem boşluğu aşkarlandı

    “WhatsApp” istifadəçiləri abonentlərə qara siyahıdan çıxmağa icazə verən boşluq tapıblar.

    İstifadəçilər bu barədə “Twitter”də şikayətləniblər.

    Boşluqdan istifadə edən abonentlər qara siyahıda olmalarına baxmayaraq, ismarıc göndərə və statusları oxuya bilirlər.

    Problem həm İOS, həm də Android tipli qurğularda aşkarlanıb.

    “WhatsApp” şirkətinin rəsmiləri məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.

  • Məşhurlar “Challange”də birləşdilər – VİDEO

    Xəbər verdiyimiz kimi, dörd gün sonra “Maşın” realiti şousu start götürəcək.

    Azərbaycanın ən reytinqli realiti şousu mayın 29-da ATV kanalında möhtəşəm açılışla yayıma başlayacaq.

    Bununla bağlı artıq bir neçə həftədir ki, maraqlı paylaşımlar və kreativ çarxlar ard-arda işıq üzü görür. Bunlardan biri də “Maşın”ın 16-cı sürətinin SMM xidmətini reallaşdırmaq üçün “MGP” ilə birgə iş görən “Light in black” şirkətinin kreativ ideyasıdır.

    “Challange” xarakterli bu video-çarx “Maşın – on/off” üslubunda çox maraqlı bir tərzdə hazırlanıb və tez bir zamanda sosial medianı bürüyüb. Buna səbəb isə “Challange”da məşhurların çəkilməsi olub.

    “Light in black”in “MGP” ilə ilk işi olan bu çarxı sizə təqdim edirik.

    Qeyd edək ki, “Xanımlar və cənablar-2“ adlanan “Maşın” realiti şonun 16-cı sürəti, doqquz xanım və doqquz cənabla öz yoluna davam edəcək. Sevilən 18 məşhurun adı tam məlum olmasa da, “MGP”nin paylaşdığı sosial media çarxlarından, ”Xanımlar və cənablar-2”nin də çox iddialı, ulduzlarla dolu, möhtəşəm və ən əsası, 18 gün zirvəni əldən verməyəcək bir şou olacağı görünür./oxu.az

  • Rəsmi Pxenyan Trampın qərarını şərh etdi

    Rəsmi Vaşinqtonun ikitərəfli sammiti ləğv etməsinə baxmayaraq, Pxenyan ABŞ-la danışıqların aparılmasına bundan sonra da maraqlıdır.

    Median.Az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə KXDR-in xarici işlər nazirinin müavini Kim ke Qvan bəyan edib.

    Siyasətçi qeyd edib ki, ABŞ prezidenti Donald Trampın sammiti ləğv etməsi beynəlxalq ictimaiyyətin istəklərinə ziddir.

  • Lirə manata nisbətdə də ucuzlaşır – MƏZƏNNƏ

    Azərbaycan Mərkəzi Bankı 25 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, mayın 1-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

    Manata nəzərən avronun məzənnəsi 1,9906 manatdır.

    1 türk lirəsi 0,3585 manat (bir gün əvvəl – 0,3716 manat), 1 rus rublu 0,0276 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6848 manatdan realizə olunur.

    Qeyd edək ki, son günlərdə Türkiyə lirəsi dollara nisbətdə kəskin ucuzlaşıb.

    Lirənin ucuzlaşmasına səbəb kimi Fitch Ratings şirkətinin Türkiyənin azad pul siyasətinin ölkənin reytinqinə təsir edəcəyi barədə bəyanatı göstərilir.

    Türkiyə lirəsi ilin əvvəlindən dollara nisbətdə 20,27 faiz ucuzlaşıb.

  • Bakıda avtomobil dirəyə çırpıldı: Ölən var

    Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Hyundai” markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.

    Median.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış bir nəfərin meyitini (şəxsiyyəti məlum deyil) nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

  • Ömrü uzatmağın asan yolu

    Stokholm universitetinin alimləri həftəsonu doyunca yatmağın, iş günləri ərzində natamam yuxu və yorğunluğu kompensasiya etdiyini, beləcə müxtəlif əlaqədar xəstəliklərin qarşısını aldığını, həmçinin erkən ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığını öyrənib.

    Bu barədə “Science Alert” məlumat yayıb.

    Tədqiqatda yaşı 18-dən yuxarı olan 38 mindən çox insan iştirak edib. Onlar tədqiqatçılara iş günlərində və istirahət günlərində neçə saat ərzində yatdıqlarını bildirib.

    Mütəxəssislər 13 il ərzində könüllülərin səhhətinə nəzarət edib. Onlar gecə saatlarında 5 saatdan az yatan və gün ərzində yuxuya 6-7 saat vaxt ayıran (nəzarət qrupu) insanlar arasında erkən ölüm halları səviyyəsini araşdırıb.

    Araşdırmada eyni zamanda könüllülərin cinsi, bədən kütləsi indeksi, fiziki aktivliyi, alkoqol və siqaretdən istifadə kimi faktorlar nəzərə alınıb.

    Məlum olub ki, yaşı 65-ə qədər olan və natamam yuxu ilə üzləşən könüllülərdə erkən ölüm riski 65 faiz artıb. Habelə alimlərin dediyinə görə, belə insanlar istirahət günlərində bir neçə saat artıq yatdıqda, onların səhhəti nəzarət qrupunda olan könüllülərin sağlamlıq səviyyəsindən heç də fərqlənməyib.

    Maraqlıdır ki, tədqiqat qrupu normadan artıq yuxunun da erkən ölüm riskini artırdığını ortaya çıxarıb.