Month: May 2018

  • В России азербайджанец ограбил девушку через смартфон

    В Кургане (РФ) осудили азербайджанца, который через приложение в смартфоне ограбил малознакомую девушку.

    Как передает Median.Az со ссылкой на Накануне.RU, в сентябре прошлого года молодая девушка познакомилась на улице с двумя молодыми людьми и пригласила их в кафе, сообщили в прокуратуре Курганской области.

    В разгар праздника, воспользовавшись отсутствием девушки, злоумышленник перевел с ее смартфона через приложение «Сбербанк Онлайн» на свои счета более 300 тыс. рублей.

    Отметим, что за данное преступление молодой человек отправится в колонию общего режима на полтора года.

  • Житель Апшерона украл из магазина в Агджабеди 13 телефонов

    Как сообщает Median.Az, cотрудники Агджабединского РОП в результате проведенной операции задержали жителя Апшеронского района Гурбанали Аскерзаде, который незаконно проник в магазин по продаже телефонов и украл 13 мобильных телефонов. 

    В Следственном отделе РОП по статье  177.2.3 (кража, совершенная с незаконным проникновением в жилище, помещение, на склад или иное хранилище) УК Азербайджана возбуждено уголовное дело. 

  • Палестина подала в суд на Израиль

    Палестинская автономия направила обращение в Международный уголовный суд (МУС).

    Как передает Median.Az со ссылкой на палестинское информационное агентство WAFA, глава МИД ПА Рияд аль-Малики передал прокурору МУС Фату Бенсуде обращение, в котором говорится о «всех преступлениях Израиля, совершенных или готовящихся к совершению против народа Палестины в прошлом, настоящем и будущем, связанных с израильскими колониальными действиями на оккупированном Западном берегу, включая Восточный Иерусалим».

    Рияд аль-Малики призвал суд «взять на себя ответственность и выполнить обязанности по обеспечению справедливости в отношении палестинского народа и по привлечению к ответственности Израиля, оккупирующей державы, несущей ответственность за свои преступления и постоянные нарушения права».

    Палестинцы заявили, что они больше не обязаны сохранять взаимопонимание с Соединенными Штатами, достигнутое с бывшей администрацией Обамы, в отношении того, что они не передавали жалобы на израильские преступления в МУС после того, как США отказались от своей части этого взаимопонимания, когда нынешняя администрация Трампа признала Иерусалим в качестве столицы Израиля и перенесла свое посольство в Израиле в Иерусалим.

  • Гурбан Гурбанов назвал новый состав сборной

    Назван состав сборной Азербайджана на предстоящие товарищеские матчи.

    Гурбан Гурбанов пригласил Уфука Будака, недавно покинувшего турецкий «Самсунспор» и не вызывавшегося в сборную из-за травмы.

    Вратари: Камран Агаев («Кешля»), Анар Назиров («Зире»), Салахат Агаев («Нефтчи»);
    Защитники: Максим Медведев, Бадави Гусейнов (оба – «Карабах»), Руслан Абышов («Нефтчи»), Урфан Аббасов, Тамкин Халилзаде, Ильгар Гурбанов (все – «Габала»), Рахиль Мамедов («Сабаил»), Славик Алхасов («Кешля»), Павел Пашаев («Александрия», Украина), Уфук Будак («Самсунспор», Турция);

    Полузащитники: Гара Гараев, Джошгун Диниев, Ричард Алмейда (все – «Карабах»), Намик Алескеров, Рахман Гаджиев, Эмин Махмудов (все – «Нефтчи»), Джавид Гусейнов («Габала»), Джавид Имамвердиев («Сумгайыт»), Араз Абдуллаев («Анортосис», Кипр), Дмитрий Назаров («Эрцгебирге Ауэ», Германия);

    Нападающие: Рамиль Шейдаев, Махир Мадатов (оба – «Карабах»), Руслан Гурбанов («Габала»), Амиль Юнанов (без клуба).

    Сборная проведет сборы с 23 мая по 2 июня в Баку, с 3 по 6 июня в Астане (Казахстан) и с 7 по 9 июня в Риге (Латвия). За это время «милли» сыграет с Кыргызстаном (29 мая), Казахстаном (5 июня) и Латвией (9 июня).

  • “07” “KamAZ”la toqquşdu, 3 nəfər xəsarət aldı (VİDEO)

    Lənkəranda “VAZ 2107” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub.

    “Report”un Cənub bürosunun məlumatına görə, hadisə Ələt- Astara magistralının Lənkəran rayonunun Bürcəli kəndi ərazisindən keçən hissəsində baş verib.

    Hadisə zamanı üç nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Yaralılardan birinin boğaz nayihəsi kəsilib.

    Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Lənkəran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

    Rayonun Bürcəli kəndi ərazsində, 90-NE-057 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobil 01-BE-732 dövlət qeydiyyat nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşub.

    Nəticədə “07”-də olan sürücü və sərnişinlər – rayonun Bürcəli kənd sakinləri, 1991-ci il təvəllüdlü Asim Natiq oğlu Feyziyev, 1992-ci il təvəllüdlü Elnur Baləddin oğlu Sovqatov və rayonun Biləsər kənd sakini, 1982-ci il təvəllüdlü Nahid Zeynal oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Onlardan 2-si – A.Feyziyev və E.Sovqatov xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

  • Rusiyada yaşayan və sənəd ala bilməyən azərbaycanlılar üçün ŞAD XƏBƏR

    Rusiyada vətəndaşlığı olmayanlar üçün yeni sənəd buraxılacaq.

    Median.Az Trendə istinadən xəbər verir ki, bu sənədi SSRİ-nin keçmiş vətəndaşları, 15 il Rusiya Federasiyasında yaşayanlar, həbsdən buraxılanlar və illərlə pasport ala bilməyən miqrantlar alacaq.

    Yeni sənəd Rusiya ərazisində leqal şəkildə yaşamağa icazə verəcək. Hazırda sözügedən insanlar yalnız müvəqqəti yaşama sənədi ilə Rusiyada qalmaq hüququna malikdir.

    Qeyd edək ki, yeni təkliflər Daxili İşlər Nazirliyi tərəfindən verilib.

  • Hadisə Bakıda biznesmen ailəsinin məclisində – VİDEO

    Türkiyənin məşhur müğənnisi Hadisə Bakıda məclisdə iştirak edib.

    Bu barədə aparıcı Cavid Gül Instagram hesabında video paylaşıb.

    Videodan göründüyü kimi Hadisə məclisdə Tarkanın mahnısını oxuyub.

    Sosial şəbəkələrdə yayılan məlumata görə, müğənni bizmesmen ailəsinin məclisi üçün Türkiyədən paytaxtımıza təşrif buyurub. İş adamının adı hələlik məlum deyil.//baku.ws

  • Bakıda tanınmış kosmetoloq müştərisini döydü – İDDİA (FOTO)

    Tanınmış kosmetoloq Elnarə Rzayevanın barəsində cinayət işi başlanıb. O, öz müştərisini döyərək xəsarət yetirməkdə ittiham olunur. 

    Median.Az-in məlumatına görə, Elnarə Rzayevanın müştərisi olmuş şikayətçi Validə Firudinova Criminal.az saytına bildirib ki, bu il martın əvvəlində kosmetoloqa müraciət edib, sonda iş polisə qədər uzanıb:

    ”Bu il martın əvvəlində Elnarə Rzayeva burun kiçilmək üçün endirim kampaniyası keçirirdi. Həmin vaxta qədər onu tanımırdım. Qızım instagramda Elnarəni izləyirdi. Kampaniyada 3-cü yeri tutduq, 30 faiz endirimlə Elnarə xanıma müraciət etdik. Burnumu kiçiltmək istəyirim. 280 manata iynə vurdu və dedi ki 20 günə burun kiçiləcək. İynədə dəhşət ağrılı idi. Həmin müddət keçsə də burunda kişilmə olmadı, əksinə burnumun yuxarı hissəsində əyilmə və göyərmə baş verdi. Elnarə ilə əlaqə saxladıq, burnumun kiçilmədiyini dedik, bildirdi ki, mərkəzə gəlin, sizə sübut edim ki, kiçilib. Xəbərdarlıq da etdi ki, gələrkən səs-küylə gəlməyin. Sən demə, bu adam belə hallarla tez-tez rastlaşırmış. Burunumu iynə vurmamışdan qabaq kobud şəklin çəkmişdi, iynədən sonra isə kənardan çəkib fotoşop etdi. Ordakı işçiləri də çağırıb mənə burnumun kiçildiyinə inandırmağa çalışdı. Və qəflədən bizə dedi ki, çıxın otaqdan. Mən ondan pulu tələb etdim. Mənə yaxınlaşaraq əyləşdiyim kresloya təpiklə vurdu, stolun üzərindəki stəkan-nəlbəkini yerə çırpdı. Yenidən pulu istəyəndə isə yerdəki qırıq şüşələri götürüb qızımın üstünə atdı. Baş verəcək pis hadisənin baş verməməsi üçün otaqdan çıxıb polisə şikayətə getmək istəyirdim. Dəhlizlə gedərkən gördüm bizi telefonla çəkir. Mənə dedi ki, sizi çəkib youtub-da biabır edecəm. Əlindən telefonu almaq istəyərkən təpiklə dizimə vurdu, ağrıdan yerə yıxıldım. Elnarə başımın üstündə dayanaraq çəkilişə davam edirdi. Qızım onun əlindən telefonu almaq istəyərkən işçilər də qızımın üstünə düşdü. Düzdü işçilər vurmadı, sadəcə elə şərait yaratdılar ki, Elnarə yaxşı döysün. Qızım da onun saçından tutub özünü müdafiə etdi. Qızımın dırnağı kökündən qopdu. Təsəvvür edin, qızım yerdə döyülür, mən kənarda dayanıb baxıram, ağrıdan qalxa bilmirəm. Bayırdan bir taksi sürücüsü içəridaxil olub qızımı onlardan aldı”.

    V.Firidunova deyir ki, hüquq-mühafizə orqanı əməkdaşları gəldi, polis bölıməsinə aparıldıq: ”102-yə yığdıq, polislər gəldi. Elnarə polisə getmirdi. Arxasında kimsə durur, bilmirəm sevgilisidi kimdi, amma ona arxalanır. Sonda Elnarəni məcburi bölməyə apardılar. Orada da ağzına gələnləri danışdı. Polis bölməsində ELnarə izahat verib ki, güya bizə pulsuz iynə vurub. Halbuki biz 3-cü yer tutmuşduq, bizə 30 faiz endirim edilmişdi. Sonra birinci yerə çıxan qızı bizi tapdı. O da dedi ki, burnumda keçilmə olmayıb. Mən bilsəydim ii, o 280 manata görə dava edir, heç getməzdim. Mənim getməkdə məqsədim burnumun kişilmədiyini ona sübut etmək idi. Hazırda işimiz Nəsimi rayon Polis İdarəsinə göndərilib. Ordan-burdan da eşidirəm ki, Elnarənin arxasında bir kişi dayanır. Allah onun da bəlasını versin ki, Elnarə bizim kimi admların başına oyun açır, o da hamını susdurur. Allah onun bəlasın versin”.
    ”Kimsə ondan səhv tapırsa o dəqiqə yalandan məlumatlar yayır ki, rəqiblərim öyrədib. Mən onun sahəsində işləmirəm, rəqibim də deyil. Ekspertə getdik, ayağılmda yırtıq əmələ gəlmişdi. Dedilər təcili əməliyat olunmalıyam. Bildirdilr ki, əməliyat olunmasam gələcəkdə kəsilə bilər. Məcbur qalıb özəl klinikalardan birində əməliyat olundum. Bu dəqiqə də həmin xəsarətlərin fəsadın görürəm. hadisədən bir müddət spnra qızım sosial şəbəkədə mənim ayaq şəkilimi paylaşaraq Elnarə həkimə aldanmamağı məsləhət gördü. Elnarə isə cavab olaraq mənim şəklimi pis hala salaraq paylaşdı və yazdı ki, bu qadın qızlarını Türkiyəyə satıb. Bundan başqa şəklimi paylaşaraq məni narkoman kimi təqdim edir, güya həbsxanadan çıxmışam, insanları aldadıram. Şəkilimi də elə hala salıb ki, baxan adam doğurdan da inanar ki, mən narkomanam. Bir sözlə, bu qız qan-qan edir”.

    Elnarə Rzayeva Criminal.az saytına açıqlamasında bildridi ki, həmin şəxslər keçirdiyi kampaniyada prosedur udmuşd. Proseduru edəndən sonra şantaj etməyə başlayıblar, hətta mərkəzdə bəzi əşyları sındırıblar. 

    Kosmetoloqun sözlərinə görə, həmin şəxslər polisə şikayət ərizəsi veriblər: ”Araşdırma zamanı pasientlər tərəfindən çəkilmiş video polisə təqdim olunandan sonra onların şikayətinin şər-böhtan olduğu üzə çıxdı. Hal-hazırda məhkəmə iddiası qaldırıram. 100 min manat təzminat tələb edəcəm həmin şəxslərdən. Hazırda qara siyahımda 3 nəfər var. Onlar həm media vasitəsilə, həm də səhifəmdə məndən üzr istəyəcəklər. Öndə olmaq həmişə çətin olur, mən də bunlara hazıram. Bu vaxta kimi ancaq özümü qorumuşam, bundan sonra hücum edəcəm. Hər kəs bir-bir cəzasını çəkəcək”. 

    Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsindən Criminal.az saytına bildirildi ki, E. Rzayevanın barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığı az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. 

    BAKU.WS

  • Azərbaycan Bakıda avtobusun altında qalan avstriyalı idmançıya 500 min avro ödədi – FOTO

    Bakıda “Avropa oyunları-2015” keçirilərkən Atletlər kəndindəki nəqliyyat deposunda avtobusun vurduğu Avstriya idmançısı Vanessa Saxinoviç 500 min avro məbləğində kompensasiya alıb.

    Median.Az “virtualaz.org”a istinadən bildirir ki, bu barədə Avstriya KİV-i məlumat yayıb.

    Xatırladaq ki, Atletlər kəndində qəza 2015-ci il iyun ayının 11-də səhər saatlarında baş vermişdi. Avtobus Avstiriyadan olan 15 yaşlı 3 üzgüçünü vurmuşdu. Bunlar Vanessa Saxinoviç, Luna Payer və Verena Breyt idilər.

    Onlardan Saxinoviçin zədələri daha ağır və ciddi idi. Buna görə də o dərhal Vyanaya göndərilmişdi. Elə o vaxtdan da Vanessa əlil arabasında gəzməyə məhkum olub.

    Avstriya nəşri “Kronen Zeitung” bildirir ki, 18 yaşlı idmançıya ombudsman Hünter Kroyter və idman naziri Xayns Kristian Ştraxe kömək ediblər. Sonuncu bu ilin yanvarında Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovla görüşüb və işə yeni impuls verib. Tezliklə razılaşma əldə olunub və keçən həftənin sonunda 500 min avro Vanessanın hesabına daxil olub.

    “Bu onun ailəsi üçün, Avstriyanın Olimpiya Komitəsindən və bu ölkənin Üzgüçülük Federasiyasından alınan ödəmələrə əhəmiyyətli əlavədir”, – deyə KİV yazır.

    “Əlbəttə, biz əvvəlcə daha böyük kömək gözləyirdik, amma mən Bakının və sığorta şirkətinin, nəhayət, bizə ödəniş etmələrinə köməkli göstərdiklərinə görə hamıya minnətdaram. Vanessanın müalicəsi üçün bizə pul çox lazımdır”, – deyə idmançısının anası Azra Saxinoviç deyib. Qız özü isə onu arzu edir ki, yenidən sərbəst gəzə bilsin.

    Kompensasiya məsələsinə qayıdaraq, qeyd etmək lazımdır ki, Qalib İsrafilovun sözlərinə görə, faciədən sonra idmançının valideynlərinə bir milyon avro kompensasiya təklif olunub, amma onlar onun çox az olduğunu əsas gətirərək həmin məbləğdən imtina ediblər.

    Bununla bərabər vurğulamaq lazımdır ki, qəzadan sonra Azərbaycan bütün zəruri tədbirləri gördü. Saxinoviçin təcili Vyanaya çatdırılması üçün təyyarə ayrıldı, həmçinin idmançının müalicəsi üzrə xərclər ödənildi. Ancaq Vanessanın ailəsi qəzaya görə kompensasiya və sağlamlığın bərpası üçün bütün xərclərin ödənilməsini tələb edirdi.

    Onu da xatırladaq ki, hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Avtomobil Nəqliyyatı Dövlət Xidmətinin şöbə rəisi Hüseyn Salamov və “Təhlükəsiz şəhər” xidmətinin operatoru Elçin Həsənov saxlanılıblar. H.Salamov və V.Əhmədov 3 il, E.Həsənov isə 4 il müddətinə azadlıqdan məhrum olunublar. Onlardan başqa, Avtomobil Nəqliyyatı Dövlət Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov da 3 il müddətinə şərti cəzaya məhkum edilib.

  • 30 manata intim münasibət təklifi və… – 3 qız və bir kişidən ŞOK ƏMƏL

    Millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları – Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

    İttihama görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən “Qədim Qəbələ” restoranında iş adamı Şirin Abdullayevin barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat alan zaman saxlanılıblar.

    Məlumata görə, təqsirləndirilən Rövşən Qasımov əvvəllər Milli Məclisin mətbuat xidmətinin əməkdaşı olub.

    Təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən Qasımov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

    O bildirib ki, 2016-cı ildə təsis olunan bu saytı yaratmağı ona Natavan Mehdiyeva təklif edib: “Yeganə xanım mənə dedi ki, qadınları cinsi istismara məruz qoyan əxlaqsızlıq yuvası var. Bu yerin rəhbəri də Şirin adlı şəxsdir. Dedi ki, biz bu problemi yazıb, bu kimi yerlərin fəaliyyət göstərməsinin qarşısını alaq. Sonra biz həmin məkanda çəkiliş apardıq”.

    Rövşən Qasımov qeyd edib ki, Şirin Abdullayeva məxsus olan obyektə müştəri kimi yaxınlaşıb, 30 manat müqabilində ona orada qadınla intim münasibətdə olmağı təklif ediblər: “Biz bu faktları qeyd etdik və bu sübutları polisə verdik”.

    Rövşən Qasımov qeyd edib ki, çəkiliş aparan zaman Toğrul adlı şəxs onlara yaxınlaşaraq çəkiliş aparmamasını və bu barədə polisə məlumat verilməməsini istəyib: “Ancaq biz onu eşitmədik, yenə də polisə gedib məlumat verdik. Bir gün sonra Şirin adlı şəxs mənə zəng edib və bu məsələ ilə bağlı görüşüb, danışmağı təklif etdi”.

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin vaxt Şirin Abdullayev ona gecə vaxtı zəng edib: “Mən Elmira xanımla onun görüşünə getdik. Görüşə Toğrul və Şirin gəldi. Şirin dedi ki, əməliyyat olunmuşam, vəziyyətim yaxşı deyil, çəkilişi efirə verməyin, polisə şikayət etməyin. Bizə söz verdi ki, bu ayın sonu həmin obyekti bağlayacağam. Bizim söhbətimiz yekunlaşdı”.

    Rövşən Qasımovun ifadəsinə görə, bir neçə gün sonra Şirin Abdullayev yenidən onunla birlikdə görüşüb və söhbət etməyi təklif edib: “Restoranda görüşdük, yemək yeməyə yeni başlamışdıq ki, polislər gəldi və bizi hədə-qorxu ilə tələb etməkdə ittiham edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar”.

    Növbəti proses mayın 30-da davam edəcək.