Month: May 2018

  • Deputat: Bəzi qurumlar kredit pullarını “yeyirlər”

    Mən ad çəkib reklam etmək istəmirəm, elə qurumlar var ki, dövlət zəmanəti ilə vəsait, kredit götürüb, onu da vaxtında və təyinatı üzrə xərcləyirlər.

    Bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 22-də keçirilən iclasında “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı adıçəkilən komitənin üzvü, sabiq baş nazir Əli Məsimli bildirib.

    Millət vəkili onların fəaliyyətinin şəffaf və təqdirəlayiq olduğunu bildirib.

    Bununla yanaşı, Ə. Məsimli bəzi qurumların da dövlət zəmanəti ilə götürdüyü vəsaitləri, kreditləri təyinatı üzrə sərf etməmələrindən narazılığını dilə gətirib.

    “Onlar həmin pulları təyinatı üzrə xərcləmirlər, “yeyirlər”. Bunlara çox ciddi şəkildə diqqət yetirilməli və ölçü götürülməlidir”.

  • Sabah 35 dərəcə isti olacaq

    Azərbaycanda sabaha, mayın 23-nə olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

    Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 28-33, Bakıda gecə 18-20, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində mayın 23-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

    Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında mayın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər Naxçıvan MR-nın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 17-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 23-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Nəvə babanın evini soydu

    Ağcabədi rayonunda nəvə babasının evindən oğurluq edib.

    Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

    Belə ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 20-də rayon ərazisindəki evlərin birindən 900 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən nəvə, şəhər sakini Mirsəfər Əliyev saxlanılıb.

  • “Billboard” Musiqi Mükafatları sahiblərini tapdı – FOTO

    Musiqi dünyasının ən prestijli mükafatlarından sayılan “Billboard” Musiqi Mükafatları sahiblərinə verilib.

    Bu ilin ulduzu gecədən altı mükafatla ayrılan Ed Şeran olub.

    Bir-birindən iddialı geyimləri ilə gecəyə qatılan sənətçilər isə fotoqrafların obyektivlərinə pozlar verib.

    Gecədə mükafat qazananlar: Ən yaxşı sənətçi, Ən yaxşı kişi sənətçi, “Top Hot 100” siyahısı, Ən çox albom satan sənətçi, Radiolarda ən çox səsləndirilən sənətçi, Radiolardan ən çox səsləndirilən mahnı (Shape of You) – Ed Şeran

    Ən yaxşı qadın sənətçi, Ən çox satılan albom (Reputation) – Teylor Svift

    “Top Billboard 200” siyahısı – Dreyk

    Ən çox mahnısı səsləndirilən ifaçı, Ən yaxşı rep ifaçısı, Ən yaxşı kişi reper, Ən yaxşı rep albomu (DAMN) – Kendrik Lamar

    Ən yaxşı R&B sənətçisi, Ən yaxşı R&B turnesi, Ən yaxşı R&B albomu (24K Magic) – Bruno Mars

    Ən yaxşı rep turnesi – Cey Zi.//oxu.az

























  • Rövşən Lənkəranskinin tərəfdarına hökm oxundu

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bəhruz Əsgərovun CM-nin 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədilə əldə etmə və saxlama) maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Bəhruz Əsgərov Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb və istintaqa təqdim edilib.

    Məhkəmə prosesində B.Əsgərov ittiham üzrə özünü təqsirli bilməyib və aşkar edilən narkotik maddənin ona məxsus olmadığını qeyd deyib. Dövlət ittihamçısı isə çıxışında bildirib ki, məhkəmə istintaqında onun təqsiri sübuta yetirilib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs altı il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Qeyd edək ki, Bəhruz Əsgərovun Rövşən Lənkəranski ləqəbilə tanınan məşhur kriminal avtoritet Rövşən Canıyevin tərəfdarı olduğu bildirilib.

  • Bakıda söküntü aparan şirkət barəsində akt tərtib edildi – FOTO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, M.Mirqasımov və Azadlıq küçələrinin kəsişməsində söküntü işləri zamanı ətrafa toz-dumanın qalxması və yaşıllıqların zədələnməsi barədə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentində yaradılmış növbətçi qrup tərəfindən dərhal yerində araşdırılıb.

    Nazirlikdən oxu.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda söküntü işlərinin aparıldığı, təhlükəsizlik və sanitar normalara əməl olunmadığı, ətraf ərazilərə toz-dumanın yayıldığı və bir ədəd safora ağacının zədələndiyi müəyyən edilib.

    Araşdırma zamanı “Azadlıq Residence” MMC tərəfindən “Pilot Layihə” çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında ərazidəki mövcud qəzalı binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün söküntü işlərinin aparıldığı məlum olub.

    Mütəxəssislər tərəfindən ərazidə atmosfer havasında ölçmə işləri aparılıb və tozun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib.

    Faktlarla bağlı akt və protokol tərtib olunub. Hazırda qanun pozucusu barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

  • Milli Məclisdə boş qalan altı yerin taleyi necə olacaq?

    Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasından, ölkə prezidentinin yeni kadr təyinatlarından sonra hazırda ali qanunverici orqanda – Milli Məclisdə (MM) altı yer boşdur.

    Xatırladaq ki, Nazirlər Kabinetinin formalaşdırılması ilə əlaqədar millət vəkillərindən dördü hökumətə cəlb olunublar.

    Yəni, millət vəkillərindən Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, Rövşən Rzayev “Qaçqınkom”un , Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunublar.

    Qanunvericiliyə görə, ölkə Konstitusiyana görə, hökumətdə yer alan millət vəkillərinin səlahiyyətlərinə xitam verilməlidir.

    Xatırladaq ki, ötən ilin yazında ölkənin birinci xanımı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün onun deputatlıq fəaliyyətinə xitam verilmişdi.

    Hazırda onun Xəzər rayonundakı deputat yeri boşdur.

    Eyni zamanda, bir müddət öncə millət vəkili Astan Şahverdiyev qəflətən urək tutmasından dünyasını dəyişdi və onun Cəbrayıl rayonu üzrə deputat yeri boşdur.

    Azərbaycan iki il müddətinə, təxminən növbəti – altıncı çağırış parlament seçkilərinə (2020-ci ilin yazına – red.) kimi, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) rəhbərsiz qalacaq.

    Belə ki, adıçəkilən qurum bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun fəaliyyətinə iki illik sanksiya tətbiq edib.

    Belə olan halda, yəni, mövcud durumda Azərbaycanda növbədənkənar parlament seçkiləri təyin oluna bilərmi, təyin olunmalıdırmı?

    Və ya adıçəkilən şəxslərin yerinə təkrar seçkilər keçiriləcəkmi, bu, gözləniləndirmi?

    Bununla bağlı oxu.az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib ki, parlament üzvü kimi hökumətdə vəzifə alanların mandatı ilə bağlı məsələ Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən həll ediləcək.

    Onun bildirdiyinə görə, Konstitusiyanın tələbi bundan ibarətdir:

    “Çünki icra orqanlarında təmsil olunanlar digər hakimiyyət qolunda yer tuta bilməzlər. Əks halda, maraqların konfliktinə yol açılardı.

    Üstəlik, hakimiyyətin bölgüsü prinsipinə görə, Nazirlər Kabineti Milli Məclis tərəfindən formalaşan, hesabat verən və istefaya göndərilən bir orqandır.

    Məsələnin yaxın zamanlarda həll olunacağına və həmin ərazilər üzrə yeni seçkilərin keçiriləcəyinə ümidvaram. 200 minədək seçici təmsilçisiz qala bilməz. Növbədənkənar parlament seçkilərinə gəlincə, millət vəkili bunu istisna edib.

  • Ölkəyə banan idxalı artıb – SƏBƏB

    Bu ilin birinci rübündə Azərbaycana 8,8 min ton banan idxal edilib.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu məşhur tropik meyvənin idxalı 23,6% artıb.

    Bu il Ekvador (8771,7 ton), Kosta Rika (41,9 ton) və Çindən (1,4 ton) banan idxal edilib.

    Bir kiloqram meyvə 0,72 dollara, 2017-ci ilin birinci rübündəkindən 5 sent ucuz bəyan edilib.

    Azərbaycana banan idxalı, əsasən, “Asadov Kapital Azerbaycan” şirkəti tərəfindən həyata keçirilir. 2017-ci ildə Azərbaycana 25.7 min ton banan idxal edilib.

    İqtisadçı-ekspert Qubad İbadoglu hesab edir ki, ölkədə banan istehlakının artımı onun qeydiyyatsız idxalının azalması ilə izah oluna bilər.

  • В тестах для вступительных экзаменов нашли ошибку

    Государственный экзаменационный центр внес изменения в эталонный ответ 25-го тестового задания по математике, использованного на вступительных экзаменах 20 мая по IV группе специальностей.

    Как сообщили в центре, согласно изменениям, ответ 3dc был заменен на ответ 3d.

  • Azərbaycanlı müğənni cinayət məsuliyyətinə cəlb olundu – 3 il həbs

    Müğənni Nazəninlə qalmaqal yaşayan Təranə Qumral mayın 29-da yenidən məhkəmə qarşısına çıxacaq.

    Bu barədə Yenicag.az-a Nazəninin vəkili Heyrat Qarayev açıqlamasında deyib:

    “Məhkəmə qətnaməsini icra etməyən Təranə İbrahimova barəsində Ədliyyə Nazirliyinin İstintaq İdarəsində cinayət məcəlləsinin 306-cı maddəsinə əsasən işi başlanıb, isinataq hərəkətləri görülüb, təqsirləndirilən şəxs barəsində toplanan materiallar Nərimanov rayon Məhkəməsinə göndərilib”.

    Hazırda həmin cinayət işi üzrə təqsirləndirilən T.İbrahimovanın məhkəmə prosesi 29 may təyin edilib.

    Vəkilin sözlərinə görə. T.Qumrala Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 3 ilədək azadlıqdan məhrum edilə bilər.