Month: May 2018

  • Sirena Motors Lənkəranda

    Artıq 5 ilə yaxındır  Çin avtomobillərinin satışı  və servis xidməti üzrə Azərbaycanda fəaliyyət göstərən  Sirena Motors  şirkəti  bölgələrdə daha bir sərgi satış salonunu və servis mərkəzi avtomobil həvəskarlarının ixtiyarına verib. Beləki aprel ayının 28-i tarixində Lənkəran şəhərində şirkətin avropa standartlarına tam cavab verən sərgi satış salonunu və servis mərkəzinin təntənəli açılış mərasimi keçirilib. İlk öncə salonun açılışını simvolizə edən rəmzi lent Sirena Motorsun direktoru Mehmet Coşqun və  Sirena Motorsun Lənkəran filialının direktoru Elmar Həsənov tərəfindən kəsilib. Daha sonra salona daxil olan qonaqları  Mehmet Coşqun salamlayıb və salonun rəmzi açarını Elmar Həsənova təqdim edib. Daha sonra tədbirin bədii hissəsi baş tutub.  Xatırladaqki tədbirin aparıcısı tanınmış aktyor və aparıcı Elcan Rəsulov olub. Açılış mərasimi sona çatmamış qonaqlardan biri salonda olan Jac T6 pikap avtomobilini alıb. Salonun ilk müştərisi olduğu üçün Sirena Motorsun direktoru Mehmet  Coşqun 1 illik yağ dəyişmə xidməti hədiyyə edib. 

        Sirena Motors 2013 cü ildən fəaliyyət göstərir.  Çinin  4 nəhəng avtomobil zavodunun Azərbaycanda yeganə və rəsmi distribyutorudur. Bunlar Changan, Baic , GAC  və JAC  markalarıdır. Bakıda 4 salonu və 1 servis mərkəzi olan Sirena Motors ötən ilin sentyabr ayında Gəncə şəhərində satış salonu və servis mərkəzi açıb. Sirena Motorsda avtomobillər ilkin pdəniş 15% olmaqla satılır. Hər bir avtomobilə 5 il və ya 120.000 km zəmanət verilir.

    Ətraflı məlumat üçün http://sirenamotors.az/ saytı və aşağıda göstərilən nömrələr xidmətinizdədir.

    Əlaqə nömrələri: 

    Bakı şəhəri (012) 341 11 33, 050 226 32 00, (050) 226 32 05
    Gəncə şəhəri  (070) 991 19 19, (051) 250 51 20
    Lənkəran şəhəri (050) 348 78 88
    Qaynar xətt: 1630


  • Azərbaycanda növbəti dəhşət – Ər arvadını döyə-döyə öldürdü

    Samuxda qətl hadisəsi törədilib.

    APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində baş verib.

    Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.

    Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin 3 övladı var.

    A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.

    Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

  • Bakının mərkəzində gənc qızı öldürdülər

    Paytaxtın Nərimanov rayonunda qətl hadisəsi qeydə alınıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 10:00 radələrində “Şərq” bazarı yaxınlığında baş verib.

    Şəxsiyyəti hələ istintaqa məlum olmayan gənc qız bıçaqlanaraq öldürülüb, onun yanındakı oğlana isə ağır xəsarət yetirilib.

    Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

    Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır.

    Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

  • “Formula 1-in Bakıda keçirilməsini istəməyənlər xalq düşmənidir” — Millət vəkili

    “Bakı inkişaf etmiş şəhər olaraq “Formula 1” kimi yarışların keçirilməsi üçün seçilən uyğun məkandır. Biz də həm qədim tariximizi, həm mədəniyyətimizi dünyaya göstəririk, dünya da bundan razıdır. İnsanların inkişaf səviyyəsi, bilik, elm və vətənpərvərlik səviyyəsi elə həddə olmalıdır ki, onlar bu yarışların keçirilməsini xoş qarşılasın. Hər hansı bir ölkədə “Formula 1” yarışlarının keçirilməsinə razılıq verilsə, o ölkənin əhalisi bayram edər”.

    Median.Az xəbər verir ki, bu sözləri interpress.az-a açıqlamasında millət vəkili Ağacan Abiyev deyib. O bildirib ki, bu yarışlara qarşı olanlar düşmənlərdir:

    “Bəzi adamların “Formula 1” yarışlarının Bakıda keçirilməsinin əleyhinə olması onların niyyətlərindən xəbər verir. Onlar vətənpərvər deyil, onlar düşməndir, qardaş. Kimsə fiziki, yaxud əqli cəhətdən zəif ola bilər. Amma bu yarışların Bakıda keçirilməsinə etiraz edənlər həm ağıllıdır, həm inkişaf etmişdir, eyni zamanda, Azərbaycan xalqını sevməyənlərdir. Onlar elə adamlardır ki, gərək hər şeyi bişirib hazır şəkildə gətirib qoyasan onların qarşısına. Belələri hazıra nazir olanlardır. Belə adamlardan heç nə gözləmək olmaz. Onların fikirləri bizə heç lazım da deyil. “Formula 1” yarışlarının Bakıda keçirilməsinin əleyhinə olanlar, etiraz edənlər Azərbaycanın dünyada tanıdılmasını istəməyənlərdir. Mənim o adamlara yazığım gəlir. Belə deyək də, səviyyəsizlik.

    Məgər, Azərbaycanın düşmənlərinin hamısı “tupoy”dur? Elə şey olar? Onda biz onların nəyi ilə mübarizə aparırıq? Dəlilərlə niyə mübarizə aparmalıyıq?

    Onların da içində ağıllıları, oxumuşları var. Mən deputatam və “Formula 1” yarışlarının Bakıda keçirilməsinə etiraz edənlər arasında Suraxanıdan olan varsa, deyin, onunla görüşüm onu başa salım. Əminəm ki, onu başa sala bilərəm, çünki mən 50 ildir, müəllim fəaliyyəti ilə məşğulam”.

    Millət vəkili dünyanın bir çox ölkələrinin idman yarışları barədə təşkilatçılıq qaydalarını Azərbaycandan öyrəndiyini bildirib. Deputatın sözlərinə görə, dünya artıq idman sahəsində Azərbaycan standartlarından nümunələr götürüb yararlanır:

  • “Damlaya söz atacaq qədər səviyyəsiz deyiləm” Şəbnəm Əsədova

    “Damla ilə gözəl münasibətimiz var. Ən son 5 gün əvvəl bir yerdə Rusiyada el şənliyində idik. Mən Damlaya niyə söz atıram? Damlaya demək istədiyimi üzünə deyə biləcək adamam. Əgər sözü Damlaya atsaydım, adını yazardım. Nə onun məndən, nə də mənim ondan çəkinəcək yerim var”.
    Median.Az shownews.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Əsədova deyib. Müğənni bildirib ki, sosial şəbəkədə “Gündüz başı şöhrətə qarışıb, ətrafı görməyənlər axşam tənhalıqdan əziyyət çəkir” sözlərinin qalmaqala səbəb olacağını ağlının ucundan belə keçirməyib:
    “Space”də çəkilişdə idim. Bir jurnalist zəng edib olanları şərh etdi. Mənim paylaşımımdan sonra Damla guya paylaşım edim və mənə söz atıb. Damla o sözü axı mənə ata bilməz. Damla bilir ki, mənim evdə yoldaşım, uşaqlarımın atası var. Uşağımın soyadı da atasınındır. Mənim isə həm nigahım, həm kəbinim var. Damla da yəqin o sözləri başqasına ünvanlayıb. Şou biznesdə o qədər uşağı olub amma atasının soyadını daşımayan qadın var. Mənim həm də Damla ilə rəqabətim yoxdur. Damladan ünvanıma nə isə bir xoşagəlməz söz eşitsəm, bir başa özünü yığaram. Paylaşım etmərəm. Damlaya söz atacaq qədər səviyyəsiz deyiləm”.
    Qeyd edək ki, müğənni Damla oğlunun şəklini paylaşıb və bu sözləri yazıb:
    “Allah bütün qadınlara Allahınhalal kəbinindən və qanuni nikahdan atasının soyadını daşıyan övladlar nəsib etsin”