Month: May 2018

  • Bakıda taksi sürücüsü özünü bıçaqladı

    Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində intihara cəhd hadisısi baş verib.
     
    Median.Az
    -ın “report”a istinadən xəbərinə görə, 1964-cü il təvəllüdlü Ramiz Babayev taksi fəaliyyəti ilə məşğul olduğu avtomobildə qarın boşluğuna bıçaqla xəsarətlər yetirib.
     
    Yaralı “təcili yardım” vasitəsilə xəstəxanaya yerləşdirilib.
     
    Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən intihara cəhdin səbəbləri araşdırılır.

  • Ölkəyə gətirilən bəzi materiallar gömrük rüsumundan azad edildi

    Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.
     
    APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında müvafiq dəyişiklik edib.
     
    Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il dekabrın 31-dək qüvvədədir.

  • “Mən dahilər görmüşəm,bunların nəyini bəyənim” – Rəmiş VİDEO


    Xalq Artisti Rafiq Hüseynov həmkarlarını bəyənmədi

    Median.Az xəbər verir ki, ARB kanalında “Səhər səhər”  verlişinin qonağı olan gitara ustadı el arasında Rəmiş kimi tanınan Rafiq Hüseynov olub. Apraıcının ona indiki gitara ifa edənləri bəyənirsizmi sualına Rəmişdən sərt cavab gəlib : “Nəyini bəyənim ? Mən Əhsən Dadaşov görmüşəm,dahilər görmüşəm.Bunların nəyini bəyənim ?! ” Eyni zamanda Rəmişin həyat yoldaşı Güllü xanım da bir çox gitara ifa edənlərdən şikayətlənərək bu sözləri deyib : ” Bu sənəti Azərbaycana ilk dəfə gətirən və ifa edən Rəmiş olub.Ondan sonra hər kəs Rəmişdən öyrənib bu sənətə gəlib.Ancaq onlar çıxdıqları efirlərdə öz ustadlarının adını çəkmirlər. Bu sənəti bu çörəyi Rəmiş verib sizə. Rəmişi danmasınlar.”

    Həmin video görüntünü sizə təqdim edirik 

  • Azərbaycanda bütün qəbirlər eyni formada olacaq – VİDEO

    Yeni salınacaq qəbiristanlıqlara bundan sonra bələdiyyələr nəzarət edəcək.

    Median.Az bildirir ki, qəbiristanlıq üçün ayrılan torpaq sahəsi də bələdiyyə mülkiyyəti sayılacaq.

    Həmçinin bütün qəbrlər eyni standartda olacaq. Yeni hazırlanan qanun layihəsi Milli Məclisdə gələn ay müzakirəyə çıxarılacaq.

    Qəbiristanlıq əraziləri bələdiyyənin ixtiyarına veriləcək. Bununla bağlı bəzi qanunlara dəyşiklik və əlavələr edilməsi təklif edilir.

    Millət vəkili Fazil Mustafanın sözlərinə görə, sadalanan standartlar yeni salınacaq qəbiristanlıqlarda tətbiq ediləcək.

    Yeni qanun layihəsi qəbirstanlıqlarda yaranan bərabərsizliyi aradan qaldıracaq.

    Layihə Milli Məclisin plenar iclasında may ayında müzakirəyə çıxarılacaq. /xezerxeber.az

  • Azərbaycanda sürücülər benzini maye qaza dəyişir – “Qiymətdə yarıbayarı fərq var…” – VİDEO

    Həm qiyməti ucuzdur, həm də bu növ yanacaqla daha çox yol qət etmək olur. Söhbət son zamanlar ölkəmizdə avtomobillərə quraşdırılması geniş yayılan metan qazından gedir. Bu növ qazın, propan qazdan əsas fərqi daha qənaətcil olmasıdır. Üstəlik, propan qazının litri 40 qəpiyə satıldıgı halda, metan qazının kubu 35 qəpiyə satılır.

    Median.Az xəbər verir ki, ustalar bu sistemin daha təhlükəsiz olduğunu bildirirlər.

    Metan qazının avtomobillərə quraşdırılmasının qiyməti isə propan qazdan elə də fərqlənmir. Yəni bu sistemin 4 silindirli avtomobillərə quraşdırılması 1250 manat, 6 silindirli avtomobillərə quraşdırılması isə 1350 manat, 8 silindirli avtomobillər quraşdırılamsı isə 1450 manata başa gəlir. Üstəlik bu sistemi dizel mühərrikli maşınlarada quraşdırmaq da mümkündür.

    Metan qazın yegənə mənfi cəhəti yanacaq doldurma məntəqələrinin az olmasıdır. Qeyd edək ki, paytaxt yollarında hərəkət edən müasir avtobuslar da metan qazı ilə işləyir. /xezerxeber.az

  • Şokalad oğurladığı deyilən qoca GÜNAHSIZ İMİŞ

    Bu günlərdə media saytlarından birində bu başlıqla xəbər dərc olunmuşdu:”Bakıda 72 yaşlı kişi mağazadan şokolad oğurlayarkən tutuldu”

    Xəbərdə Xətai rayonu Neapol küçəsində yerləşən “Səbət” marketin sahibi 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 1946-cı il təvəllüdlü Ağabala Göyüşovu 3 ədəd şokolad oğurlayarkən tutulduğu və mağaza sahibi cinayət başında yaxaladığı 72 yaşlı kişini polisə təhvil verildiyi bildirilirdi

    Bu məsələylə bağlı İnform.az-ın əməkdaşı Xətai rayon 35-ci Polis Bölməsiylə əlaqə saxlayıb.

    Bölmədən həmin qocanın yaşlı olduğu üçün yaddaş zəifliyindən əziyyət çəkdiyi və buna görə də, şokaladı götürdükdən sonra kassaya pulu ödəməyi unuduğu bildirilib.

    Qeyd edək ki, həmin qoca qısa müddət ərzində evinə buraxılıb.

  • Öncə bıçaqlandı, sonra avtomobillə vuruldu… – Ağstafada

    Median.Az “Report”a istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Qazax rayon sakini Dağkəsəmən kəndində qohumunun toy məclisindən çıxdıqdan sonra taksi kimi fəaliyyət göstərən 1974-cü il təvəllüdlü Ağstafa sakini Rövşən Allahverdiyevə yaxınlaşaraq onu aparmasını istəyib.

    Daha sonra onların arasında mübahisə düşüb. Bu zaman sürücü sərnişini bıçaqla vurub. Ardınca maşına minən R.Allahverdiyev idarə etdiyi “Naz Lifan” markalı avtomobil ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən, maşınla Q.Ocaqquliyevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxs saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Daşkəsəndə avtobus qəzası nəticəsində yaralananların sayı 6 nəfərə çatıb

    Daşkəsən-Gəncə yolunda sərnişin mikroavtobusunun “VAZ-2106” markalı avtomobil ilə toqquşması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.

    Onlardan biri 11 yaşlı qız, digəri isə 6 yaşlı oğlan uşağıdır.

    Qəza zamanı xəsarət alan 1965-ci il təvəllüdlü Verdiyeva Zərqələm, Əliyev Çapay (1957), Allahverdiyev Zahid (1964) və Qurbanov Elşən (1967) Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, adları hələ ki, məlum olmayan iki azyaşlı isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

    Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan 3 nəfərdən biri yüngül xəsarət alıb.

    Ona hadisə yerində ambulator yardım göstərilib.

    * * * * *

    Daşkəsən rayonunda sərnişin mikroavtobusu qəzaya uğrayıb.

    Mikroavtobus Daşkəsən-Gəncə yolunun 18 km-də “VAZ-2106” markalı avtomobillə toqquşub.

    Nəticədə 4 nəfər xəsarət alıb.

    Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

  • Diaspor sədrinin qızı erməniyə ərə getdi – FOTO

    Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızı erməni oğlanla ailə həyatı qurub.

    Toy mərasimi Moskvada yerləşən erməni iş adamlarına məxsus restoranların birində baş tutub. Nikah mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.
    Qızın erməni oğlanla sevgili olduğundan xəbər tutan diaspor sədri A.Kərimov əvvəllər buna razı olmasa da sonradan razılıq verib. Mənbənin sözlərinə görə, hətta buna görə, A.Kərimov həyat yoldaşı Rigina Kərimova ilə qeyri-rəsmi şəkildə boşanıb. Amma boşanma ilə heç bir müsbət nəticənin olmadığını görən Kərimov yenidən həyat yoldaşı ilə münasibətlərini bərpa edib. Məlumata görə, Kərimovun həyat yoldaşı da erməni əsillidir. Elə buna görə də, R.Kərimova qızının erməni oğlanla evlənməsini müdafiə edib.

    Toy mərasimində Kərimov qızına və erməni kürəkəninə xeyir-dua verib. Eyni zamanda, mərasimdə erməni və Azərbaycan musiqilərinin sədaları altında diaspor sədri və onun erməni qudasının rəqs etməsi də öz əksini tapıb.

    Qeyd edək ki, azərbaycanlı diaspor sədrinin qızının erməni oğlanla ailə həyatı qurması Moskvada yaşayan azərbaycanlılar arasında birmənalı qarşılanmayıb. Soydaşlarımız arasında .Kərimova etiraz edənlərin sayı gündən-günə çoxalır. Elə buna görə də, Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsində bu hadisədən sonra A.Kərimova qarşı inamsızlıq yaranıb və təşkilatın içərisində parçalanma müşahidə olunub./interpress.az



  • 15 manatlıq yola görə turistlərdən 50-100 dollar pul alırlar” – SƏRT ETİRAZ

    Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov Bakıda “London taksiləri” kimi tanınan taksi sürücülərinin xarici turistlərə qarşı yol verdikləri dələduzluq hərəkətlərini sərt şəkildə pisləyib.

    N.Bağırov açıqlamasında bu cür hərəkətlərin yolverilməz olduğunu bildirib: “Taksi sürücülərinin turistləri aldatması ilə bağlı Azərbaycan Turizm Assosiasiyası olaraq hələ bir il əvvəl məsələ qaldırmışdıq.

    İndi də o fikirdəyik ki, bu cür problemlər aradan qaldırılmalıdır”.

    O qeyd edib ki, taksi sürücüləri ilə bağlı nöqsanların aradan qaldırılması tədbirlərinə ilk növbədə Heydər Əliyev adına Binə Hava Limanından başlamaq lazımdır: “Çünki hava limanında dayanan taksi sürücüləri ölkəmizə gələn turistləri aldadırlar, 15 manatlıq yola görə turistlərdən 50-100 dollar pul alırlar. Ona görə də ilk növbədə Hava Limanında mövcud olan bu kimi problemləri həll etmək lazımdır.

    Çünki turistlərin Azərbaycan haqqında ilk fikri məhz Hava Limanında yaranır. Bizə də taksi sürücüləri tərəfindən aldadılma ilə bağlı nə qədər turist tərəfindən şikayətlər daxil olur. Bu cür halların sayı onlarladır.

    Avropanın hər hansı ölkəsinə səfər edən zaman turist taksiya minən kimi taksidə quraşdırılan sayğac çalışır və pul həmin sayğacın yazdığına əsasən ödənilir.

    Daha taksi sürücüsü özündən yüksək vəsait uydurmur. Azərbaycanda turistləri aparan taksi sürücüləri yalandan vəsait uydururlar, sayğaca min cür fırıldaq edirlər. Nə olsun ki, apardıqları adamlar xarici turistlərdir? Məgər xarici turist anlamır ki, ona fırıldaq edilir, aldadılır? Heç kəs avam deyil”. N.Bağırov sözügedən nöqsanların aradan qaldırılması üçün Azərbaycan Turizm Assosiasiyası olaraq Mədəniyyət və Turizm Nazirliyinə (indiki adı Dövlət Turizm Agentliyi – müəllif) müraciət etdiyini söyləyib: “Çox təəssüf ki, hələlik bununla bağlı ciddi addımlar atılmayıb. Çox yaxşı olar ki, sadalanan problemlərin həlli üçün müvafiq addımlar atılsın. Çünki bu cür problemlər davam etdikcə, Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə olunmayacaq. Hər hansı xarici turist Azərbaycana gələn zaman oxşar hadisələrlə rastlaşdıqda, o, Azərbaycana gəlmək istəyən digər insanlara ölkəmizə gəlməməyi məsləhət görəcək. Bu da Azərbaycanda turizmin inkaşdına mənfi təsir göstərəcək”.

    O əlavə edib ki, bu sahədə problemlər təkcə taksi sürücüləri ilə bitmir: “Bu gün restoranlarda və turizm şirkətlərində də oxşar problemlər mövcuddur. Çox təəssüf ki, Azərbaycanda turizm şirkəti kimi dələduzlar da fəaliyyət göstərir. Onlar bu sahədə lisenziyaların olmamasından sui-istifadə edirlər”.