Bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Onun sözlərinə görə, Nobel prospektində tikilən binanın yanında digər binanın tikilməsi üçün kotlovan qazılıb:
“Onun dərinliyi 10 metrdir. Həmin kotlovan 40 metr uzunluğunda uçub”.
Азербайджанский модный блогер, модель Руслана Джавадова, более известная в социальных сетях как Ruslana Gee, проживающая в США, стала гостьей всемирно известного канадского исполнителя The Weeknd.
Как сообщает Median.Az блогер рассказала, как она познакомилась с рэпером, как они ужинали в большой компании, а затем интересный случай, который произошел с Русланой в доме звезды. По словам модели, она является фанаткой певца, и начала следить за его творчеством еще с тех времен, когда он не был таким популярным.
“У меня есть друг, который дружит с The Weeknd, и когда он пригласил меня с подругой на ужин, я согласилась, не раздумывая. Поужинав в ресторане, мы отправились в клуб, а потом певец пригласил всех нас к себе домой. Он очень внимательный и милый. Не все знаменитости такие, как The Weeknd. Посреди веселья, мне захотелось в туалет, но дом был такой большой, что я так и не смогла найти уборную. Я набралась смелости, подошла и спросила у The Weeknd, где здесь туалет. Вы не можете представить, какого было мое удивление, когда он не просто показал или объяснил мне дорогу в уборную, а сам проводил меня туда”, – вспоминает Ruslana Gee.
Руслана родилась в Баку. С раннего детства, еще учась в школе, проявляла интерес к сфере моды и красоты. В 2016 году была награждена в двух номинациях — “Лучшая модель” и “Лучший fashion-блогер” в рамках ежегодной премии L`Officiel Awards, проводимой одноименным модным журналом во Франции, в Украине и Азербайджане. Она также является дизайнером ювелирных украшений.
Получив образование в Стамбуле, Джавадова решила продолжить его в Лос-Анджелесе. В данный момент учится в LACC колледже в США и продолжает заниматься блогингом.
ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Roza Zərgərli olub.
Aparıcı Elgiz Əkbərin müğənnini efirə dəvət etməsinin ardından Əli Mirəliyev diz çökərək “Sevdim səni, Roza” deyə mahnı oxuyub.
Studiyaya ayaq basan Roza Zərgərli də Əli Mirəliyevin yanına gələrək diz çöküb və onu qucaqlayıb.
Roza Zərgərli diz çökməsinin səbəbini izah edib:
“Bu boyda böyük insan qarşımda diz çökürsə, mən nə çarəyəm?! Üç gün-üç gecə belə dayanacağıq. Əli müəllimi illər boyu tanımışam və illər boyu da biz gənclərə lazım olan dərsi verib”.
Bu gün Milli Məclisin (MM) son – növbədənkənar iclası keçirilir.
Son iclasın gündəliyinə 39 məsələ daxil edilib ki, onlar arasında büdcə dəyişiklikləri əsas yer tutur.
Büdcə dəyişiklikləri ilə bağlı müzakirələrdə Maliyyə, İqtisadiyyat, Vergilər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin təmsilçiləri, o cümlədən, maliyyə naziri samir Şərifov iştirak edəcəklər.
Qeyd edək ki, bu iclasdan sonra deputatlar rəsmən yay tətilinə gedəcəklər.
Millət vəkilləri sentyabrın 15-də işə çıxacaqlar.
Həmin vaxt parlamentin növbəti – büdcə sessiyası kimi tanınan payız sessiyasının komitə iclasları başlayacaq.
MM-in payız sessiyası isə ya sentyabrın 30-da, ya oktyabrın 1-də öz işinə başlayacaq.
Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin üzmə vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində adalara və qayalıqlara baxış keçirilərkən sahildən 13,9 km məsafədə, Xəzər-Zirə adasının şimalındakı daşlıq ərazidə bir ədəd köhnə dəniz minası aşkarlanıb, ərazi dərhal mühafizəyə götürülüb.
DSX-nin Mətbuat Mərkəzindən oxu.az-a verilən məlumata görə, mühəndis-istehkam mütəxəssisləri tərəfindən mina aşkarlanmış əraziyə baxış keçirilib, mərminin dəniz minası olması təsdiqlənib, daşınmasının təhlükəli olması səbəbindən yerində zərərsizləşdirilməsinin zəruriliyi barədə rəy verilib.
Mina aşkarlanmış ərazidən bir neçə kilometr ətrafda infrastruktur obyektlərinin mövcudluğu nəzərə alınmaqla, dəniz minasının aşkar olunduğu yerdə təhlükəsizlik tələblərinə uyğun partladılması barədə qərar qəbul olunub.
Dəniz minası iyunun 28-də partladılma yolu ilə zərərsizləşdirilib.
Bakıda sərnişin avtobusunda ölüm hadisəsi baş verib.
Median.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Müseyibov Sərxan Fərman oğlunun idarə etdiyi, 40 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewo” markalı, 90 TG 365 dövlət nömrə nişanlı avtobusda baş verib.
Marşrut avtobusu Sabunçu körpüsü üzərindən Sabunçu qəsəbəsi istiqamətində hərəkət edərkən avtobusda pulyığan işləyən Cabbarov Tural Elçin oğlu avtobusun qapısı açıq olduğu üçün yola yıxılıb.
T.Cabbarov ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaralı aldığı xəsarətlərdən xəstəxanada keçinib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparat rəhbərinin müavinləri və şöbə müdirləri vəzifələrinə kadr təyinatları davam edir.
Nazirlikdən oxu.az-a verilən məlumata görə, nazirin müvafiq əmrinə əsasən, Vasif Eyvazzadə nazirliyin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri təyin edilib.
Nazirliyin Aparat rəhbərinin müavini – Hüquq və daxili təhlil şöbəsinin müdiri vəzifəsi Namiq Qulamova həvalə olunub.
Yeni yaradılan Regional siyasət şöbəsinin müdiri vəzifəsinə isə Pərviz İsgəndərli təyin edilib.
Nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Rəşad Əliyev təyin olunub.
Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.