Month: June 2018

  • Tıxacda gülən sürücülər – FOTO

    Bir neçə gündür Bakı-Sumqayıt yolundakı tıxac sürücülərin və sərnişinlərin narazılığına səbəb olub. Problemlə bağlı sosial şəbəkələrdə tez-tez statuslar paylaşılır.

    Median.Az qafqazinfoya istinadla xəbər verir ki, tanınmış DJ və “Avtostop” verilişinin aparıcısı Tural Yusifov tıxacda qalan sürücülərlə maraqlı yarış keçirib. “Sürücü təbəssümü” adlanan müsabiqəyə gərgin situasiyaya rəğmən sürücülər gülən fotolarını göndəriblər.

    1278 iştirakçı arasında seçilən qaliblərə hədiyyələr verilib.

    Tıxacda gülən sürücülər - FOTO

    Tıxacda gülən sürücülər - FOTO

    Tıxacda gülən sürücülər - FOTO

    Tıxacda gülən sürücülər - FOTO

    Tıxacda gülən sürücülər - FOTO

    Tıxacda gülən sürücülər - FOTO

    Tıxacda gülən sürücülər - FOTO

    Tıxacda gülən sürücülər - FOTO

  • Hərbi liseylərdə təhsil müddəti azaldıldı

    Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Hərbi Liseydə təhsil müddəti azaldılıb.

    Bu, Nazirlər Kabinetinin “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

    İndiyə qədər bu liseylərdə təhsil müddəti 3 il olub və ümumi orta (IX sinif), tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edib. Liseylərin IX sinfinə 15 sentyabr tarixinədək 14 yaşı tamam olmuş və 16 yaşı tamam olmamış VIII sinfi bitirmiş oğlanlar qəbul ediliblər. Liseylərə qəbul müdafiə naziri tərəfindən təsdiq edilən “Xüsusi təyinatlı tam orta təhsil müəssisələrinin fəaliyyətinin təşkili haqqında Təlimat”a uyğun olaraq həyata keçirilib.

    Dəyişikliyə əsasən liseylərdə təhsil müddəti 2 il olacaq və ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edəcək. Müvafiq olaraq liseylərin X sinfinə 15 sentyabr tarixinədək 15 yaşı tamam olmuş və 17 yaşı tamam olmamış IX sinfi bitirmiş oğlanlar qəbul ediləcəklər.

    Liseylərə daxil olmaq üçün namizədlərin seçilməsi Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən aparılacaq. Liseylərə qəbul biliyin qiymətləndirilməsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda namizədlərin əldə etdikləri nəticələrə əsasən həyata keçiriləcək.

    İndiyə qədər liseylərin rəisi liseyə dövlət qulluqçusu olmayan mülki şəxsləri Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq işə qəbul və işdən azad edib. Bundan sonra isə liseylərin rəisi mülki işçiləri Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, Müdafiə Nazirliyində təhsilin təşkilinə cavabdeh olan yuxarı idarəetmə orqanının rəhbəri ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edə biləcək.

    Dəyişikliyə əsasən liseylərin Müdafiə Nazirliyinin və Liseyin fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək vəzifəsi ləğv edilib.

  • Cəlilabadda uşaq dərmandan zəhərlənərək ölüb – YENİLƏNİB

    Cəlilabaddakı faciənin təfərrüatı məlum olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Hasıllı kəndində baş verib.

    Belə ki, həmin kəndin 2016-ci il təvəllüdlü sakini Bağırov Mirkamil Samir oğlu nəzarətsiz qalaraq evdə olan milçək dərmanını içib.

    Məlumata görə, M.Bağırovun babası feldşerdir. Elə ilk tibbi yardımı da o göstərib.

    Xəstəyə sistem köçürüb. Lakin azyaşlının vəziyyəti pisləşdiyi üçün o, təxminən iki saatdan sonra ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

    Xəstəyə Reanimasiya şöbəsində göstərilən bütün yardımlara baxmayaraq o, dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Cəlilabadda iki yaşlı uşaq dünyasını dəyişib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında rayonun Hasılı kənd sakini, 2016-cı il təvəllüdlü Mirkamil Samir oğlu Bağırov valideynləri tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    M. Bağırova həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq o, dünyasını dəyişib.

    İlkin məlumata görə, M.Bağırovun dərmandan zəhərlənərək dünyasını dəyişdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda avtobus sürücüləri “avtoşluq” etdilər – VİDEO

    Bakıda avtobus sürücüsü yolda müəyyən edilən sürət həddini aşaraq qaydaları pozub. Üstəlik, sürücü bunu avtobusun içində sərnişinlə dolu olarkən edib. Başqa bir avtobus sürücüsü də sürət həddini aşıb.

    Median.Az “xezerxeber.az”a istinadən xəbər verir ki, sərnişin avtobusu magistral yolda yüksək sürətlə hərəkət edib.

    Hətta hərəkət uzun müddət sol zolaqda davam edib. Kadrlar metronun “Koroğlu” stansiyasından hava limanı istiqamətində lentə alınıb.

    Sürücu avtobusu saatda 120 km. sürətlə idarə edib. O, hətta döngələrdə də sürətini azaltmır. Avtobusun içində isə sərnişinlərin olub-olmadığı aydın görünmür.

    Yol hərəkəti üzrə ekspertlər deyir ki, burda həm videonu çəkən, həm də avtobusun sürücüsü sürət həddini kobud şəkildə pozub.

    Qaydalara görə, avtobusların sürəti 90 km/saatdan çox ola bilməz. Minik avtomobilləri üçün isə bu sürət həddi 110 kilometr saat müəyyənləşib.

    Söhbət 136 nömrəli marşrut avtobusundan gedir. Kadrlardan aydın görünür ki, “Koroğlu” metrosundan Şüvəlan istiqaməti istiqamətində hərəkət edən sürücü yol hərəkəti qaydalaranı pozaraq sürət həddini aşıb.

    Ekspertlər bununla bağlı xəbərdarlıq edib. Çünki belə sürücülər sərnişinlərin də həyatını təhlükəyə atır. Əgər avtobusun qarşısına qəfil hər hansı maneə çıxarsa, belə bir vəziyyətdə ağır faciənin baş verməsi qaçılmazdır.

  • Дожили: в Шеки арабский турист справил большую нужду в бассейне

    В расположенном в Шеки центре отдыха Marxal Resort & SPA арабский турист справил большую нужду в бассейне. Как передаёт Median.Az со ссылкой на minval.az, согласно информации qafqazinfo, за это туриста оштрафовали на 500 манатов.

    Возмущенный турист, приехав в Баку, пожаловался на штраф в посольство Саудовской Аравии в стране.

    Специалист по продажам центре отдыха Marxal Resort & SPA Гюнель Балаева сообщила, что турист сначала не хотел оплачивать штраф. При выезде из отеля туристу был предъявлен штраф в размере 500 мантов за загрязнение бассейна. В начале со стороны туриста был протест, но все же он выплати штраф и покинул отель. Так же Г. Бабаева сказала, что в центр отдыха Marxal Resort & SPA не поступала информация о жалобе в посольство.

  • Azərbaycana gələn ərəb turist hovuza nəcis etdi

    Şəkidə yerləşən Marxal Resort & SPA mərkəzində ərəb turist hovuza nəcis edib.

    Median.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu səbəbdən o, 500 manat cərimələnib.

    Daha sonra Bakıya gələn turist Səudiyyə Ərəbistanın ölkəmizdəki səfirliyinə şikayət edib.

    “Qafqazinfo” məsələylə bağlı Marxal Resort & SPA ilə əlaqə saxlayıb. Otelin satış üzrə mütəxəssisi Günel Balayeva hadisəni təsdiqləyib. Bildirib ki, ərəb turistlər əvvəlcə cəriməni ödəmək istəməsə də, sonradan məsələ öz həllini tapıb:

    “Həqiqətən də belə bir hadisə olub. Turistlər otelimizdən çıxarkən onlara hovuzu çirkləndirdiyi üçün 500 manat cərimələndikləri bildirilib. Ərəb qonaqlarımız əvvəlcə buna etiraz etsə də, daha sonra cəriməni ödəyərək otelimizdən ayrılıb. Səfirliyə şikayət etdiyini bilmirdik, bizə bu haqda məlumat daxil olmayıb”.

    Qeyd edək ki, ölkəmizdə ərəb turistlərlə bağlı sözügedən hadisə ilk dəfə baş vermir. Regionlarda fəaliyyət göstərən digər istirahət mərkəzlərində də analoji olay yaşanıb.

  • Yeni Baş Plan Bakımıza nə verəcək? – RƏY

    Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev iyunun 27-də Bakı şəhərinin Baş Planının hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə ilə bağlı sərəncam imzalayıb.

    Həmin sərəncama da əsasən 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılıb.

    Qeyd edək ki, Bakının Yeni Baş Planının hazırlanması yönündə illərdir müzakirələr gedir və çeşidli təkliflər səsləndirilirdi.

    Xüsusilə də, Yeni Baş Plan məsələsi ötən əsrin 90-cı illərinin sonlarında- məlum səbəblərlə bölgələrdən Bakıya kütləvi axının baş verdiyi zamanlarda gündəmə gətirilmişdi.

    O, zaman hətta, Bakının əlavə “yüklənmədən” xilas edilməsi və kütləvi axının qarşısının alınması üçün paytaxtın Bakıdan ölkənin digər bölgələrindən birinə və ya Qazaxıstanda olduğu kimi, yeni paytaxt şəhərinin salınması ideyası da səsləndirilmişdi.

    Bu məsələni təkidlə gündəmə gətirən mərhum millət vəkili Anar Məmmədxanov yeni paytaxt kimi də Gəncəni ünvan göstərmişdi və fikrini həm də Gəncənin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk paytaxtı olması ilə əlaqələndirmişdi.

    Həmin vaxtlar bu ideyaya dəstək verən Bakı meriyasının keçmiş rəsmilərindən olan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev də hətta, sovetlər dövründə, 70-ci illərdə Bakının baş planı məsələsi ilə bağlı müzakirələr aparılarkən, paytaxtın Bakıdan Gəncəyə köçürülməsi ideyasının gündəliyə gətirildiyini xatırlatmışdı.

    Onu da qeyd edək ki, 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində bu məsələ dəfələrlə gündəmə gəlmiş, yeni baş planla bərabər, paytaxtın Bakıdan başqa yerə köçürülməsi ideyası özünün xeyli tərəfdarını toplamışdı.

    Bununla belə, bu ideyanın əleyhinə çıxanlar da az olmamışdı, onlar daha çox Bakının Yeni Baş Planının hazırlanması məsələsi üzərində dayanılmasının vacibliyini dilə gətirmişdilər.

    Yuxarıda da qeyd olunduğu kimi, dünən artıq bu yöndə yeni sərəncam verilib, vəsaitin ayrılması nəzərdə tutulub.

    Bəs görəsən, Yeni Baş Planın hazırlanması və bunun gələcəkdə reallığa çevrilməsi paytaxtımıza nə kimi töhfə verə bilər?

    Bununla bağlı Oxu.Az-ın sorğusunu cavablandıran iqtisadçı millət vəkili, sabiq baş nazir əvəzi Əli Məsimli öncə deyib ki, Bakı – şəhərin qədim arxitektura nümunələri ilə 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində yaradılan, çox gözəl artitektura nümunələrinin effektiv kombinasiyası kimi çox gözəldir.

    Onun sözlərinə görə, Bakının mərkəzi hissələrinin çox gözəl olması dünyanın hər yerindən gələn qonaqların da təsdiq etdikləri bir reallıqdır.

    O, bildirib ki, xarici ölkələrdə olarkən Bakının bu kontekstdə olan gözəlliyi və mərkəzin təmizliyi haqqında eşitdiklərindən də daim qürur duyub.

    “Amma çox təəssüf ki, bu dediklərim Bakının yalnız mərkəzi hissəsinə aiddir və paytaxt meyarları ilə yanaşanda, şəhərin qalan hissələri arzu olunan vəziyyətdən çox uzaqdır. İndiyədək Bakının dörd planı olub, onların gerçəkləşdirilməsində faydalı işlərlə yanaşı, həm də xeyli qüsurlara yol verilib. Son 30 ildə, xüsusən də, “neft bumu” ilə müşaiyət olunan “tikinti bumu” müsbət meylləri ilə yanaşı, bir sıra hallarda həm də xaotik xarakter daşıyıb.

    Bu isə təkcə şəhərimizin gözəlliyinə yox, hətta, unikal arxitektura və mədəniyyət incimiz olan “İÇƏRİŞƏHƏR”ə belə mahiyyətinə uyğun gəlməyən binalar tikilməklə ziyan vurub. Xeyli faktlar var ki, Bakıda binalar tikilən zaman çox yerdə ağaclar kəsilib, bir sıra yerlərdə yaşılıqlar vəhşicəsinə məhv edilib.

    Bina tikənlər hərəsi öz binasını əsas yoldan yarım metr-bir metr irəli çəkməklə çox yerdə piyada yollarına yer qoymayıblar. Çünki pul var-mədəniyyət yox!

    Yeni tikilən binaların bir hissəsi milli arxitekturaya əməl edilməklə tikildiyindən, zövq oxşayır, qalanları isə çox zövqsüz və görkəmi Bakı üçün xarakterik olan arxitekturaya heç uyğun gəlmir. Çox istərdik ki, Bakının sayca beşinci Baş Planı reallaşan zaman kommersiya maraqları yeni baş planda həyata keçirilməsi çox vacib olan məsələləri arxa plana itələməsin.

    Şəhərin mərkəzi və birinci dairəsində sökülən yerlərdə başqa binalar,restoranlar və digər obyektlər yox, əksər inkişaf etmiş ölkələrdə və normal inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, yaşıllıq zonaları, parklar, bağlar,bağçalar salınsın.

    Qədim abidələr söküntüyə məruz qalmasın, olduğu kimi saxlanılsın və ya restovrasiya olunsun.

    Bu baxımdan Bakının mərkəzi sayılan kiçik bir sahə ilə yanaşı Bakı-Mərkəz Planlaşdırma Zonasına aid edilən bütün sahələri (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai və Binəqədi rayonları, Əhmədli, Keşlə və M.Ə.Rəsulzadə qəsəbələri) paytaxt sözünün məna yükünə uyğun vəziyyətə gətirmək, abadlaşdırmaq, insanların yaşaması və işləməsi üçün əlverişli vəziyyətə gətirmək çox zəruridir.

    Yeni Baş Plan sadaladıqlarımızdan çox genişdir.

    Layihədə ilk dəfə Bakı şəhərinin bütün qəsəbələrinin və yaşayış məntəqələrinin baş planları hazırlanır.

    Qarşıdakı 20 ildə onun nəzərdə tutulan kimi sistem şəkildə reallaşdırılması Bakını və onun ətrafını dünyanın ən gözəl məkanlarından birinə çevirə bilər”-deyə, Ə. Məsimli sözlərinə əlavə edib.

  • В сети «похоронили» телеведущего Хаджи Нурана (ФОТО)

    В социальной сети Instagram распространилась информация о том, что глава благотворительного фонда «Həyat», телеведущий Хаджи Нуран скончался после продолжительной болезни.

    Информацию о смерти Н.Гусейнова распространила страница @xebertvofficial – однако новость опроверг сам телеведущий, сделав в Instagram следующую публикацию: «Я пока жив, не умер. Кто это распространил?».


    Напомним, что на протяжении долгих лет телеведущий лечился от онкологического заболевания – лимфогранулематоз – рак лимфоидной ткани. На днях после тщательного обследования, у Нурана Гусейнова была диагностирована раковая опухоль в легких. В данный момент, Хаджи Нуран находится на лечении в Германии.

    Р.А.

  • Hacı Nuranın ölüm xəbəri yayıldı – FOTO

    Sosial şəbəkələrdə Almaniyada müalicəyə yollanmış aparıcı Hacı Nuranın ölüm xəbəri yayılıb.

    Onun dünyasını dəyişdiyi bildirilib.

    Bu barədə Hacı Nuran açıqlama verərək yayılan informasiyanın yalan olduğunu söyləyib:

    “Bunu kim yayıb? Hələ sağam-ölməmişəm”.

    Qeyd edək ki, Nuranın Almaniyaya getməsinin səbəbi ağciyərində onkoloji şiş tapılmasıdır.//oxu.az

  • ООН назвала рецепт снижения бедности в Азербайджане

    Сельское хозяйство – одна из основных отраслей в Азербайджане.

    Об этом заявил резидент-координатор ООН Гулам Исакзаи.

    Г.Исакзаи заявил, что 40 процентов рабочей силы приходится на аграрный сектор, и отметил, что в таких странах, как Азербайджан, сельское хозяйство играет важную роль в диверсификации экономики.

    По его словам, расширение инвестиций в сельское хозяйство, в том числе в производство растений и рыболовную отрасль помогут снизить уровень бедности.

    Он отметил, что Министерство сельского хозяйства и программа развития ООН приступили к новому проекту, бюджет которого составляет 24 миллиона долларов.

    «Проект предусматривает охрану, сбор и оценивание генетических ресурсов растений».