В Баку будут ликвидированы вызывающие пробки парковки на 11-ти дорогах.
Как передает Median.Az со ссылкой на АПА-Экономикс, об этом сообщил заведующий отделом по связям с общественностью Бакинского транспортного агентства Маис Агаев.
По его словам, эти дороги охватывают 16 дорожных развязок. «Проведенный анализ показывает, хотя данные дороги достаточно широки для беспрепятственного движения транспорта, незаконные парковки и проблемы со светофорами вызывают здесь пробки. Поэтому парковки на 11-ти дорогах будут ликвидированы».
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Samir Cəfərov tutduğu vəzifədən istefa verib.
Median.Az ölkə.az-a istinadən xəbər verir ki, sənətçinin bu qərarına səbəb şəhərin rəhbər şəxslərindən biriylə münasibətlərinin gərginləşməsi olub.
İddia olunur ki, Cəfərov şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz etdiyi üçün sözügedən məmurla mübahisə edib. Məhz bu hadisədən sonra Xalq artisti vəzifəsindən istefa verib.
Azərbaycanda artıq ənənəyə çevrilmiş qadın zorakılığı cəmiyyətimizin əsas problemlərindən biri olaraq qalır.
Baku.wsolaraq problemi diqqətdə saxlamaq məqsədilə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına gəldik.
Bugünkü gəlişimizin səbəbkarı 30 yaşlı Günaydır. Onun vəziyyəti sığınacaqdakı digər qadınlardan daha acınacaqlıdır. Bədbəxt qadın buraya iki azyaşlı uşağı ilə birlikdə sığınıb. Onu evindən didərgin salan isə narkotik aludəçisi olan ərinin işgəncələridir. Aldığı xəsarətlər Günayın sağlamlığında ciddi və qalıcı problemlər yaradıb. Belə ki, sığınacağa yerləşdikdən sonra həkim müayinəsindən keçib və ərinin başından vurduğu zərbələr üzündən sol gözünün kor olmaq təhlükəsilə üz-üzə olduğu məlum olub.
Mütəmadi olaraq əri tərəfindən fiziki, mənəvi və psixoloji təzyiqlərə məruz qalan Günay geri qayıtmaq fikrindən deyil. Artıq 1 aydır sığınacaqda yaşayan qadın əri ilə barışmaq istəmir. Əgər buna məcbur qalarsa, özünü öldürəcəyini deyir. Ən dəhşətlisi isə budur ki, bədbəxt ananın intihar planında uşaqları da var. O, iki azyaşlı balası ilə birlikdə özünü öldürəcəyini bəyan etdi:
“Buraya gəlib yalvarır, barışmaq istəyir. Amma mənim daha döyülməyə gücüm qalmayıb. Ondan qurtulmaq üçün dünyanın o başına da gedərəm. Alınsa, işləyib uşaqlarımı böyüdəcəm. İşdən qorxan deyiləm, lap süpürgəçilik edərəm. Yox, əgər ona geri dönməli olsam, uşaqlarımla birlikdə intihar edəcəm. Həyatımdan çıxsın. Binəqədi rayonu Polis İdarəsinə şikayət etmişəm. Cəzalandırılmasını istəyirəm. Xahiş edirəm onu məndən uzalqşdırsınlar. Dəfələrlə sığınacağa gəlib hamını narahat edir. Qapını döyüb qışqırır ki, arvadımı-uşaqlarımı verin. Mən getmək istəmirəm. Çünki onun yanına qayıtmağa qorxuram, bilirəm ki, yenə də döyəcək. Sağ olsun Mehriban xanım, ona dedi ki, Günay özü istəməyənədək sənin yanına qayıtmayacaq. Yenə də deyirəm, məndən və uşaqlarımdan əl çəkməsə özümü öldürəcəm. Uşaqlarımım qorxu, stress içində böyüməsini istəmirəm.
Dəfələrlə barışığa gəlib. Hamıya yalan deyir. Biz Sığınacağa yerləşdikdən sonra 102 xidmətinə zəng vurub bizi axtarışa verib. Yalandan deyib ki, arvadımı xəstəxanaya qoymuşam, oradan qaçıb. Polislər gəlib tapdılar və bildirdilər ki, ərin səni itkin olduğunu məlumat verib. Əslində isə hadisə belə olub; uşaq xəstələndi, gecəylə təcili yardım bizi Qarayev adına xəstəxanaya apardı. Uşaqlarını görməsi üçün mən ora çağırdım. Gəldi, qapıdan gördü, getdi. Sonra isə polisə yalan məlumat verib”.
Hazırda aktual mövzulardan biri də seks turizmidir ki, son illər ölkəmizdə geniş inkişaf edib. Şəhərin mərkəzi “Torqovıy” deyilən ərazidə qadınların özlərini turistlərə təklif etməsinin və sövdələşmələrinin şahidi oluruq. Ötən ildən bəri bu mənzərəni əks etdurən videolar sosial şəbəkələrdə yayılmaqdadır. Problemin mövcudluğunu heç kim inkar edə bilməz. Bu və ya digər problemlərlə bağlı suallarımızı “Təmiz Dünya” İB-nin sədri Mehriban Zeynalovaya ünvanladıq:
– Sığınacağa pənah gətirmiş qadınların ailəyə qayıdışı zamanı təhlükəsizliyə kim qarantiya verir? – “Təmiz Dünya” İB-nin sədri Mehriban Zeynalova sığınacağa pənah gətirmiş qadınların ailəyə qayıdışı arzuolunandır, amma bu məsələdə çox ciddi və peşəkar qiymətləndirilmə olmalıdır. Bəzi hallarda biz sevinirik ki, kiminsə ailəyə qayıdışını təmin etdik. Amma mahiyyətcə biz onu yeni təhlükəyə ata bilərik. Bundan əvvəl qadınlardan birinin əri gəlib sevgisini etiraf etdi, yalvardı və üzərinə düşən məsuliyyəti hiss etdiyini, həyat yoldaşını bir daha incitməyəcəyinə söz verdi. Qadın öz xoşu ilə ailəsinə geri döndü. Üstündən 1 gecə keçməmiş bıçaq zərbəsilə qaçıb canını qurtara bilmişdi. Yəni, bu məsələlərdə kifayət qədər qiymətləndirmə bacarığı olmalıdır. Bu qiymətləndirmədə iştirak edən psixoloq, sosial işçi təhlükənin dərəcədə real olduğunu görməlidir. Düzdür, o hadisədə biz etiraz etmişdik, ancaq qadın bizi dinləməmişdi. Çox şükür, mənim təcrübəmdə ölüm hadisəsi olmayıb.
– Ölkəmizdə turizm inkişaf edir, bununla yanaşı seks xidmətlər üçün Azərbaycana təşrif buyuran əcnəbilərin də sayı artmaqdadır. – Seks turizm dedikdə əsasən qadınların bu məqsədlə başqa ölkələrə getməsi nəzərdə tutulur. Bir də var ki, kişinin seks turizmi, hansıki qadınlar onun xidmətlərindən istifadə edirlər. Bir də var ki, qadınlar seks məqsədilə başqa ölkələrə gedirlər. Bəli, elə turizm şirkətləri var ki, qadınları məhz bu məqsədlə hansısa ölkələrə aparırlar. Azərbaycandan Dubaya, Türkiyəyə bu məqsədlə gedən qadınlar var.
– Deyərdim ki, artıq Dubaya, Türkiyəyə getməyə ehtiyac qalmayıb… – Gələn turistlərin hamısının seks turizm məqsədlə gəldiyini təsdiqləmək mümkün deyil. Bəli, bu hal var. Ola bilsin hansısa şəxs fərdi şəkildə bu məqsədlə ölkəmizə səfər edir. Biz bilirik ki, Ərəb ölkələrinin kişiləri bu münasibətlərdə çox aktivdirlər.
16 июня в 23:00 в эфире Первого канала пройдет самая масштабная премия в истории российского шоу-бизнеса ЖАРА MUSIC AWARDS 2018.
Премия “Жара” – новый формат награждения звезд за заслуги на российской эстраде. Победителей выбирали сами звезды шоу-бизнеса. При помощи системы интерактивного голосования 100 популярных знаменитостей, среди которых были певцы, актеры театра и кино, продюсеры, телеведущие, голосовали за тех, кого считают лучшими.
В большом концерте, посвященном вручению музыкальной премии “Жара”, принимают участие Светлана Лобода, EMIN, Валерия, Григорий Лепс, Александр Панайотов, Вера Брежнева, Alekseev, Ани Лорак, Полина Гагарина, Нюша, группа “А-студио”, Валерий Меладзе и многие другие.
Учредители премии – народный артист Азербайджана певец и композитор Эмин Агаларов (EMIN), заслуженный артист России Григорий Лепс, основатель “Русского радио” и премии “Золотой граммофон” Сергей Кожевников.
Отметим, что премия «Жара» названа по одноименному международному музыкальному фестивалю, который каждый год проводится на берегу Каспия в Баку.
Vayner Hüseyn Əzizoğlunun əməkdar artist Abbas Bağırovu “Maşın şou”dan kənarlaşdırması həmkarları tərəfindən də birmənalı qarşılanmayıb.
Rəsul Abbasov və Mənsur Şərif məhz H.Əzizoğluna eyhamla tənqidi vayn hazırlayıblar.
Qeyd edək ki, A.Bağırovun şounu tərk edərkən Hüseynin Roza Zərgərlini ana, onu ata adlandırdığı barədə açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.//olke.az
Как сообщает Median.Az, в поселке Мардакан Хазарского района грузовая автомашина марки “Hovo”, управляемая жителем Шарурского района Анар Гасановым сбила насмерть жителя столицы Магомеда Гадималиева.
Кроме этого, в Низаминском районе автомобиль марки “Opel”, управляемый жителем Ленкораньского района Тарлан Мамедовым сбил насмерть жительницу столицы Лалу Имамалиеву.
Bu gün Bakıda yerləşən “Kids studio” bağçasında uşaqlara qarşı kobud rəftarı özündə əks etdirən görüntülər yayılıb.
Median.Az xəbər verir ki, azxeber.com saytının yaydığı görüntü sosial şəbəkələrdə kəskin tənqid olunub.
Məsələ ilə bağlı “Kids studio”nun rəhbəri Nigar Müseyibova BakuPost-a açıqlama verib. Bildirib ki, bağça fəaliyyətini dayandırıb:
“Bağça bu gün fəaliyyətini dayandırdı. Daha fəaliyyət göstərməyəcəyik”.
O, rəhbərlik etdiyi bağçada uşaqlara qarşı hər hansı işgəncə olmadığını deyib: “Orada aqressiya olmayıb. Müəllimə uşağı silkələyib. Bundan başqa, onlar tezləşdirilmiş kadrlardır. Ona görə kobud görünür. Tezləşdirilmiş kadrların da öz təsiri var. Biz bir müddət əvvəl bağçada çalışan bir nəfəri işdən çıxarmışıq. Həmin qız oturub bütün görüntüləri axtarıb, arasından yalnız bunları tapıb. Çünki başqa bu kimi rəftar qeydə alınmayıb bağçada. Qisas almaq üçün görüntüləri yayıb. Biz onu işdən oğurluq üstündə çıxarmışdıq”.
N. Müseyibova kadrlardakı uşağın F. Tağıyevanın qohumu olduğunu deyib: “Həmin uşaq Firuzə müəllimənin öz qohumudur. Bundan başqa, o, yaxşı müəllimə olub. Uşaqları başının üstündə saxlayıb”.
Dövlət İmtahan Mərkəzi iyunun 10-da Bakı, Naxçıvan şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsi abituriyentləri üçün ikinci dəfə “Azərbaycan dili” fənni üzrə imtahan keçirib.
DİM-dən verilən məlumata görə, bu imtahanda aprelin 22-də keçirilən ilk imtahandan qeyri-məqbul qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən, eləcə də, elektron ərizəsini 11-30 aprel tarixlərində təsdiq edən abituriyentlər iştirak edib.
İmtahanın nəticələri iyunun 11-də DİM-in saytında yerləşdirilib. İmtahanda iştirakı nəzərdə tutulan 1359 abituriyentdən 235 nəfəri imtahana gəlməyib.
İmtahanda iştirak edən 1124 abituriyentdən (IX sinif üzrə 233, XI sinif üzrə 891) 671 nəfəri (IX sinif üzrə 123, XI sinif üzrə 548) tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.
Abituriyentlərə “Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir.
Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar.
Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Qeyd edək ki, “Azərbaycan dili” imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apellyasiya Komissiyası yaradılıb.