Month: June 2018

  • Masallıda dəhşət — Ərinin işgəncələrinə dözməyən qadın intihar etdi

    Masallının 2-ci Yeddioymaq kənd sakini cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 125 (ölüm həddinə çatdırma) və 221.3 ( xuliqanlıq) maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilən Nəhmətov Daşqın Qurban oğlunun məhkəmə prosesinə hakim Əziz Seyidov sədrlik edəcək.

    Xatırladaq ki, ibtidai istintaq orqanı tərəfindən Nəhmətov Daşqın Qurban oğluna cinayət məcəlləsinin 125 və 221.3-cü maddələri ilə ittiham elan olunub. Belə ki, 1994-cü ildə Nəhmətova Ülkər İsmayıl qızı ilə ailə qurub və iki uşaqları olub.

    Masallının İkinci Yeddioymaq kəndində yaşadıqları dövrdə, 2013-cü ildən 2015-ci ilin oktyabr ayına qədər qızı Humra Nəhmətovanın, eləcə də qonşuların gözü qarşısında arvadının saçından tutub sürüyüb digər üsullarla fiziki və psixi zor tətbiq etməklə sifət nahiyəsinə çoxsaylı zərbələr vurmaqla amansız rəftar edib. Habelə arvadını əsaslı şübhələr olmadan, heç bir fakta əsaslanmadan gündəlik pul müqabilində əkin sahəsində işləməyə deyil, əxlaqsız hərəkətlər etmək üçün başqa şəxslərlə görüşə getməsini bəhanə gətirərək işləməyə qoymayıb, söyüb, təhqir edib.
    Bu hərəkətlərdən Ülkər Nəhmətova bezərək dəfələrlə məcbur olub atası evinə gedərək orada qalıb. Ü.Nəhmətova ləyaqətinin mütəmadi olaraq alçalmasına dözməyərək uzun müddət davam edən fiziki və psixi təzyiqlərdən canını qurtarmaq üçün özünü öldürmə həddinə çatdırmış və nəticədə 17 oktyabr 2015-ci il tarixdə saat 19 radələrində yaşadığı evin arxa tərəfində yerləşən təndirxanada baş örtüyü ilə özünü asaraq intihar edib. Bundan başqa, Nəhmətov Daşqın Qurban oğlu 06 oktyabr 2015-ci il tarixdə saat 22 radələrində arvadı Ülkər Nəhmətova ilə yaşadığı evin həyətində uca səslə nalayiq ifadələr işlətməklə mübahisə etdikdən sonra silah qismində istifadə etdiyi mətbəx bıçağını götürüb arvadını əkin sahəsində işləməyə aparan həmkəndlisi Həsənova Nəzakət Əlihüseyn qızının qolundan tutub sonuncunun qonşuluqda yaşayan qaynı Həsənov Fəttah Həsən oğlunun evinə apararaq çoxsaylı qonşularının gözü qarşısında xuliqanlıq edib.

    Masallı Rayon Məhkəməsinin hökmü ilə 1971-ci il təvəllüdlü Nəhmətov Daşqın Qurban oğlu Cinayət Məcəlləsinin 125 və 221.3-cü maddələri ilə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum edilib.

  • В семье народной артистки Азербайджана произошла трагедия (ФОТО)

    В семье народной артистки Азербайджана Гамиды Омаровой произошла трагедия.

    Как сообщает Median.Az скончалась мачеха народной артистки Азербайджана Гамиды Омаровой. Данной новостью поделилась сама актриса в своем instagram аккаунте.

    “Мы готовились к ее юбилею. Мама Судаба, мать моих братьев и сестер, моя вторая мама. Наша улыбчивая, заботливая, скромная мама. Наша мечта не исполнилась. Моя вторая мама, спутница жизни во второй семье моего отца. Самое главное – хороший человек. После покойной мамы, единственный человек, которого я считала своей опорой, моя вторая мама”, – подписала нижеприведенный снимок Г.Омарова.


    Allah rəhmət etsin!

    Р.А.

  • Evlənmək istədiyi 17 yaşlı qızı meşəyə qaçırdı, 6 saat ərzində zorladı, sonra… – Azərbaycanda DƏHŞƏT

    Quba rayonunda 17 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Eldəniz Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az “publika.az” istinadən xəbər verir ki, Eldəniz Məmmədov yaşadığı Quba rayonun Hacıhüseynli kəndində həmkəndlisi olan 1998-ci il təvəllüdlü Samirə Əliyevaya təcavüz edib.

    Kənd yolunda qıza yaxınlaşdı

    Hadisə 18 fevral 2015-ci il tarixdə baş verib. Eldəniz Məmmədov həmin gün saat 16.00-da yaşadığı kənddə Samirə Əliyevanın evlərindən çıxaraq kəndarası yolla tək getdiyini görüb.

    O, ətrafda heç kimin olmamasından istifadə edərək gizlin şəkildə qıza arxadan yaxınlaşıb və əli ilə ağzını tutub, onun qışqırmasına imkan verməyib.

    Sahibsiz evdə zorakılıq

    Eldəniz Məmmədova Samirə Əliyevaya güc tətbiq edib və onu sürüyə-sürüyə həmin ərazidə meşə yaxınlığında olan sahibsiz evə gətirib.

    O, qızı həmin evə gətirəndən sonra onunla cinsi əlaqədə olmaq istədiyini deyib. Eldəniz zorakılıq göstərən zaman qıza gözünün altından xəsarət yetirib.

    Əl-qolunu, ağzını bağladı

    Daha sonra Eldəniz Məmmədov Samirəni həyətdə kənarları şiferlə əhatə olunmuş yardımçı tikilinin içərisinə salıb. Orada qızın ağzını boynundakı şərflə, əllərini və ayaqlarını isə yerdən tapdığı kapron iplə bağlayıb.

    Sonra Eldəniz Məmmədov üstündə olan cib bıçağından silah qismində istifadə etməklə, onu hədələyib. Eldəniz onunla ailə qurmaq istədiyini deyib.

    “Mənimlə ailə qurmasan, səni öldürəcəm”

    Eldəniz Məmmədov Samirə Əliyevanın razılığı olmadan onu oğurlayıb, ailə qurmaq məqsədilə 6 saat həmin tikilidə saxlayıb. Bu müddət ərzində Samirə onunla ailə qurmayacağını deyib.

    Buna baxmayaraq, o, qızın əl-qolunu bağlayıb, köməyə adam çağırmasına imkan verməyib, ailə qurmayacağı halda onu öldürəcəyi ilə hədləyib.

    Eldəniz Məmmədov Samirənin bu hədələrinə boyun əymədiyini görüb, cinsi əlaqədə olacağı halda qızın onunla evlənməkdən başqa yolunun qalmayacağını düşünüb.

    Cinsi təcavüz

    Bu səbəbdən Eldəniz Məmmədov Samirə Əliyevaya qarşı seksual xarakterli hərəkətlər edib, onunla cinsi əlaqədə olmaqla, özündən asılı vəziyyətə salmaq istəyib.

    Təcavüzə məruz qalan Samirə Əliyeva 6 saatdan sonra həmin tikilidən xilas olub. Xilas olan qız Eldəniz Məmmədovun barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Eldəniz Məmmədov həbs edilib.

    Adam oğurluğu və seksual zorakılıq

    İstintaq orqanı tərəfindən Eldəniz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 144.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmaqla adam oğurluğu) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham elan edilib.

    Cəza

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

    Hökmdən narazı qalan Eldəniz Məmmədov apelyasiya şikayəti verib. O, barəsində elan olunmuş Cinayət Məcəlləsinin 134 və 144.3-cü maddələrinin hökmdən xaric edilməsini, Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə cəza verilməsini istəyib.

    Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb. Bundan sonra Eldəniz Məmmədov Ali Məhkəməyə şikayət edib.

    Hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada Eldəniz Məmmədovun kasasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti onun şikayətini təmin etməyib.

  • Azərbaycanda nazirlikdə yeni TƏYİNATLAR

    Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

    Nazirin müvafiq əmrinə əsasən, Fikrət Köçəri oğlu Babayev nazirliyin Aparatının rəhbəri təyin edilib.

    Bundan əlavə, yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova havalə edilib.

    Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə İntiqam Hümbətov təyin edilib.

    Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri isə Aslan Cəfərov təyin olunub.

    Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

  • Azərbaycanda dəhşətli istilərə görə işlər dayandırıla bilər

    Azərbaycanda anomal istilərə görə açıq şəraitli yerlərdə iş dayandırıla bilər.

    “Report”un xəbər verir ki, Əmək Məcəlləsinin 233-cü (Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması) maddəsinə əsasən, havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan istilər zamanı açıq şəraitli iş yerlərində fasilələr verilir və iş dayandırılır.

    Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.

    İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

    Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyulun 2-dək anomal istilərin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib. Bu gün Azərbaycanın rayonlarında havanın temperaturunun gecə 19-24, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

  • Xəstəlikdən əziyyət çəkən meyxanaçı Ağakərimin SON GÖRÜNTÜLƏRİ – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” kollektivi bu dəfə uzun müddətdir xəstəlikdən əziyyət çəkən tanınmış meyxanaçı Ağakərimi (Kərim Novruzov) ziyarət edib.

    Uzun zamandır sağlıq durumu ilə əlaqədar efirlərdən uzaq düşən meyxana ustadı “Səhər-Səhər” kollektivi ilə yanaşı, həmkarı Ağamirzə və onun tələbələri də tək qoymayıb.

    Daha sonra çay süfrəsinə əyləşən qonaqlar Ağakərimin ünvanına meyxana səsləndiriblər.

    Ağamirzə söhbət əsnasında indiki meyxananın bərbad gündə olduğunu deyib:

    “Meyxanamız bərbad gündədir. Səbəb isə bisavadların çox olmasıdır. Xanımlarla olan meyxana sırf meyxana olsa, oxuya bilsələr eybi yoxdur. Qapımı döyən də, döyməyən də çox oldu. Əsaslar isə yanımdadır. Gənc meyxana deyənlərdən isə Tərlan və Elşəni dinləyirəm”.

    Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb və uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir.

  • Azərbaycanda hərbi hissələrdə xüsusi rejim tətbiq olundu

    Havanın hərarətinin kəskin surətdə yüksəlməsini nəzərə alaraq, şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə müdafiə nazirinin əmrinə əsasən xüsusi rejim tətbiq olunub.

    Müdafiə Nazirliyindən bildiriblər. Verilən məlumata görə. görülən tədbirlər nəticəsində əsgər yataqxanaları, yeməkxanalar, digər inzibati binalar və poliqonlardakı sinif otaqlarında müasir kondisionerlər quraşdırılıb, hərbi hissələr sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edilib.

    İstilik və günvurmanın profilaktikası, şəxsi heyətin su təchizatının nizamlanması üzrə kompleks tədbirlər görülür. Döyüş hazırlığı məşğələləri səhər saat 11.00-dək və saat 17.00-dan sonra keçirilir, hərbi qulluqçulara günorta vaxtı istirahət verilir.

    Hərbi hissələrin ərazilərində, döyüş mövqelərində və təlim yerlərində şəxsi heyətin birbaşa günəş şüasından qorunması üçün kölgəliklər və duş yerləri hazırlanıb. Bütün hərbi qulluqçular daim qablaşdırılmış içməli su ilə təmin olunur.

  • Anar Nağılbaz evlənir

    Bir müddət əvvəl ailə qalmaqalları ilə gündəmə gələn reper Anar Nağılbazın şəxsi həyatında yenilik var.

    Bu barədə məşhur özü açıqlama verib.

    O, həyatında sevdiyi qadının varlığını və evlənmək istədiyini bu sözlərlə etiraf edib:

    “Məlum söhbətlərə görə şübhəsiz axmaq kimi görünürəm, amma heç nə elə deyil və bizə də lazım deyil. Hər şey inşaallah ailə zəminində həll olmalıdır. Qadınım var, xoşbəxt olmaq istəyirəm. Ona görə canımı qurban verərəm! Xoşbəxt olun”!

    Anar Nağılbazın sevdiyi xanımın adının Aytən olduğu ehtimal edilir. Çünki o, keçən həftə əyləncə mərkəzlərinin birində “Aytənim” adlı konsert proqramı ilə çıxış etmişdi./baku.ws

  • YENİ SƏRƏNCAM – Azərbaycanda nazir işdən azad olundu

    Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

    Bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

    Sərəncama əsasən Elşad Əliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin digər fərmanı ilə Elşad Əliyev Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini təyin edilib.

  • На станции “28 мая” с поличным поймали грабителя

    Как сообщает Median.Az, cотрудники отделения полиции метрополитена ГУП г.Баку в ходе оперативных мер задержали неизвестного , который на входе станции метро “28 мая” пытался отобрать у женщины сумку и скрыться. 

    В ходе разбирательства выяснилось, что задержанным является житель столицы, ранее судимого Надира Исрафилов.

    Устанавливается его причастность к преступлениям аналогичного характера, ведется расследование.