Month: June 2018

  • Nazir müavinindən etiraz: Müğənnilər vergilərini kifayət qədər ödəmirlər

    Azərbaycanda müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər.

    Median.Az xəbər verir ki, bunu Trend-ə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

    S.Ələkbərov bildirib ki, müğənnilərin vergi ödəməsi məsələsi həmişə gündəmdədir: “Onlar da digər vergi ödəyiciləri kimi vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Müğənnilər vergi ödəyirlər, amma kifayət dərəcədə yox. Bu sahədə həmişə narazılıqlar olur”.

    Bununla bağlı hər hansı tədbirin görülməsinə gəlincə, nazir müavini bildirib ki, ümumiyyətlə bu yaxınlarda uçot məsələsi ilə bağlı ciddi tədbirlərin aparılması nəzərdə tutulur:

    “Təbii ki, bu tədbirlər digər ödəyicilər kimi müğənnilərə də şamil olunacaq, onlar da vergi ödəyicisidirlər”.

  • Göyçayda qadını ilan sancıb

    Göyçayda qadını ilan sancıb.

    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Çərəkə kəndində qeydə alınıb.

    Kənd sakini, 1965-ci il təvəllüdlü Əsgərova Almaz Əbilhəsən qızı həyətyanı sahədə təsərrüfat işləri ilə məşğul olarkən çəmənlikdə olan ilan qəflətən onu sancıb. Qadın təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona ilan zəhəri əleyhinə tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

    Qeyd edək ki, son bir ay ərzində Göyçayda 10-a yaxın şəxs ilan və zəhərli həşərat sancması səbəbindən rayon xəstəxanasına gətirilib.

  • Azərbaycanlı aparıcı övladları ilə intiharın qarşısını aldı – FOTO

    Bakıda intihara cəhdin qarşısı alınıb.

    Median.Az xəbər verir ki, hadisə iyunun 23-də Nizami rayonunda, metronun Qara Qarayev stansiyasının yaxınlığında baş verib.

    İntihara cəhdin qarşısının alınmasında “İctimai” radionun aparıcısı Ayfər Feyziyevanın rolu danılmazdır.

    Belə ki, hündürmərtəbəli binanın damına çıxan kişi intihara cəhd edib. Bunu ilk olaraq qarşı tərəfdəki binada yaşayan Ayfər Feyziyevanın oğlanları, 7 və 12 yaşlı Rəhman və Rəhim qardaşları görüb və dərhal analarına xəbər veriblər.

    Yenicag.az-a açıqlama verən Ayfər Feyziyeva hadisəni belə xatırlayır: “Uşaqlar eyvanda oynayırdılar. Birdən qışqırıb məni çağırdılar ki, kişi özünü binadan atmaq istəyir. Düzü, əvvəl elə bildim ki, ustadır, binanın damını təmir edir. Sonra gördüm ki, qışqırır. Onunla danışaraq fikrindən yayındırmağa çalışdım. Polis çağırmaq istəsəm də, icazə vermədi. Dedim kiminlə danışmaq istəyirsənsə, onu çağırım. Məsafəmiz uzaq idi deyə, səsini güclə eşidirdim. Bir təhər qardaşının nömrəsini alıb, hadisə yerinə çağırdım. O da təcili olaraq gəldi. Allaha şükür ki, qardaşı onu intihar fikrindən daşındırdı. Övladlarımla birlikdə intiharın qarşısını almış olduq. Amma hələ də hadisənin təsirindən çıxa bilmirik”.

  • Sumqayıtda dənizdən meyiti tapılmış kişini oğlu öldürüb

    Sumqayıtda dənizdən meyiti tapılmış kişinin oğlu tərəfindən öldürüldüyü məlum olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Elşən Mikayıl oğlu İsgəndərovu oğlu 21 yaşlı İsmayıl İsgəndərov bıçaqlayaraq Xəzər dənizinə atıb.

    İ.İsgəndərov saxlanılıb.

    Qeyd edək ki, iyunun 27-də Sumqayıtda dənizdən kişi meyiti tapılıb. Məlum olub ki, bu, Sumqayıt şəhər sakini 1965-cı il təvəllüdlü İsgəndərov Elşən Mikayıl oğludur. Onun meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətlərinin və bədənində bir bıçaq yarasının olduğu müəyyən edilib.

  • Azyaşlı qızı hamilə qoyan oğlan həbs olundu

    Lerik rayon sakini 14 yaşlı qızın nişanlısı həbs olunub.

    Oğlanın həbs olunmasına səbəb qızın üç aylıq hamilə olmasıdır.

    Məsələ barədə cinayət işi açılıb. Araşdırma aparılır.

    Cütlüyün toyu ləğv edilib.

    Qeyd edək ki, Lerik rayon sakini Mirtəmən Sadıqov boşandığı həyat yoldaşının 14 yaşlı qızını ərə verməsi ilə bağlı müraciət ünvanlamışdı.//oxu.az

  • Canlı yayımda övladının qətlə yetirildiyini dedilər – VİDEO

    ATV-də yayımlanan “Bizimləsən” proqramınının canlı yayımında gərgin anlar yaşanıb.

    Övladını axtaran Xatirə adlı şəxsə onun qətlə yetirildiyini deyiblər.

    Bunu eşidən Xatirənin studiyada halı pisləşib. Zaur Baxşəliyev isə xəbərin təsdiqlənmiş informasiya olmadığını deyib və xəbəri verən şəxsi qınayıb.

    Sözügedən görüntüləri təqdim edirik.//oxu.az

  • Резня в Шанхае: погибли два ребенка

    Вооруженный ножом мужчина напал на детей возле одной из школ в Шанхае, два ребенка погибли, еще один школьник и взрослая женщина пострадали, сообщает местная полиции.

    Как передает Median.Az со ссылкой на РИА Новости, инцидент произошел в четверг днем в районе Сюэхуэй у ворот начальной школы.

    Вооруженный ножом мужчина напал на трех школьников и женщину. Несмотря на усилия врачей, двое детей скончались от полученных ранений, угрозы жизни женщины и еще одного пострадавшего ребенка нет.

    Полиция с помощью прохожих задержала подозреваемого. Нападавшим оказался 29-летний безработный. По заявлению полиции, мужчина решил отомстить обществу из-за того, что не мог найти работу.

    За последнюю неделю это уже третий случай нападения на людей в Китае. В минувшую пятницу в городе Сиань вооруженный ножом мужчина напал на пассажиров автобуса и прохожих, в результате два человека погибли, еще восемь пострадали. В понедельник в городе Яньтай мужчина на автопогрузчике начал умышленно крушить машины и сбивать людей, в результате один человек погиб, еще более десяти пострадали, полиция застрелила нападавшего.

  • Наши за границей. Самые популярные маршруты – СПИСОК

    Бакинские туроператоры прогнозируют рост спроса на заграничные поездки текущим летом. Ежедневно очень много людей обращаются за информацией о турпакетах.

    Как передаёт Median.Az, об этом oxu.az сообщила директор одной из столичных туркомпаний Илаха Мамедова.

    По ее словам, самыми излюбленными направлениями азербайджанцев для отдыха этим летом стали города:

    – Анталья (Турция);

    – Прага (Чехия);

    – Бодрум (Турция);

    – Карловы Вары (Чехия);

    – Мармарис (Турция);

    – Варна (Болгария).

    Этим летом азербайджанцы также выбрали туристические маршруты в европейские страны – Германия, Испания, Португалия.

    Что касается наиболее близко расположенных стран, то больше всего туристов этим летом из Азербайджана отправится в Грузию и Казахстан.

    «Также большим спросом этим летом пользуются туристические пакеты в санатории Есентуки и Трускавец.

    В летний период самым непопулярным среди азербайджанцев городом можно считать Дубай. Весь год на этот город имеется большой спрос, но только не летом», – отметила собеседник сайта.

    Мамедова подчеркнула, что из-за проходящего в эти дни в России чемпионата мира по футболу, имеется большой дефицит на авабилеты в различные российские города.

  • Azərbaycanlıların bu yay üstünlük verdiyi şəhərlər – SİYAHI

    Bakıdakı turizm operatorları cari yayda ölkə xaricinə yollanmaq üçün tələbatın artacağını proqnozlaşdırırlar. Hər gün çox sayda insan tur paketlərlə bağlı informasiya almaq üçün müraciət edir.

    Bununla bağlı oxu.az-a paytaxtın turizm şirkətlərindən birinin direktoru İlahə Məmmədova məlumat verib.

    Onun sözlərinə görə, azərbaycanlıların istirahət üçün ən çox seçdiyi şəhərlər bunlardır:

    – Antalya (Türkiyə)

    – Praqa (Çexiya)

    – Bodrum (Türkiyə)

    – Karlovı Varı (Çexiya)

    – Marmaris (Türkiyə)

    – Varna (Bolqarıstan)

    Bu yay azərbaycanlılar Almaniya, İspaniya, Portuqaliya kimi Avropa ölkələrinə olan turistik marşrutları seçiblər.

    Yaxınlıqda yerləşən ölkələrə gəlincə isə, Azərbaycandan olan turistlərin böyük qismi Gürcüstan və Qazaxıstana gedəcəklər.

    “Həmçinin, Yesuntiki və Truskavets sanatoriyalarına tur paketlərə bu il böyük ehtiyac var.

    Yay dövründə azərbaycanlılar arasında məşhur olmayan şəhər kimi Dubayı göstərmək olar. İl boyu bu şəhərə tələbat yüksək olur, ancaq yayda bura gedənlər çox azdır”, – müsahib bildirib.

    Məmmədova qeyd edib ki, Rusiyada keçirilən dünya çempionatına görə bu ölkənin müxtəlif şəhərlərinə avia biletlər üçün defisitlər mövcuddur.

  • Азербайджанская нефть резко подорожала

    Азербайджанская нефть выросла в цене почти на 3 доллара.

    Баррель нефти AzeriLight подорожал на 2,7 доллара, или на 3,54% – до 78,95 доллара.