Month: June 2018

  • За кражи в Кяпазском районе арестованы 2 человека

    Как сообщает Median.Az, cотрудники Кяпазского РУП в ходе проведенной операции задержали жителя г.Гянджа Хаяма Атакишиева, который 17-го июня украл из квартиры золотые украшения и предметы быта на сумму 400 манатов.

    Кроме этого, сотрудники данного управления задержали жителя г.Гянджа Фарида Джафарова, который украл из магазина по продаже компьютеров 7000 манатов и один компьютер.

    По фактам по статье 177.2.3 (кража, совершенная с незаконным проникновением в жилище, помещение, на склад или иное хранилище) УК Азербайджана возбуждены уголовные дела, ведется следствие.

  • Əmisi oğlunu güllələyən keçmiş bələdiyyə sədri: “Var-yoxumu söydü və məni vurdu” – VİDEO

    ARB TV-nin “Rezonans” verilişində bu dəfə məhbus Kamil Qədirovun həbsxana hekayələrindən bəhs olunub.

    Kamil Qədirov (cəzası 12 il) başına gələn hadisələrdən söz açıb:

    “2004-cü ildən bələdiyyə sədri vəzifəsində çalışırdım. Su növbəli şəkildə verilirdi. Bu növbəni saxlamağı mənə tapşırmışdılar və mənə etimad göstərirdilər. Həmin növbəni qoruyurdum. Bir axşam evdə nəvələrimlə oturub kinoya baxırdım. Həmin gün suyu aparacaq şəxs mənə zəng elədi və dedi ki, suyu əmin oğlu kəsib, vermir. Sənana dedim ki, növbə onundur, ver aparsın, ya da yarıya böl. Narazılıq etdi. Durub bunlara getdim. Çatan kimi var-yoxumu söydü və məni vurdu.

    “Lapatka”nı götürüb mənə zərbələr endirdi. Gördüm ki, mümkün deyil. Qorxutmaq üçün tüfəngimin içinə patron qoydum. Qorxmadı, üstümə gəlib yenə vurdu. Huşumu itirən zaman tüfəngdən atəş açıldı. Sənan yerə yıxıldı. Güllə bunun boğazından girib çıxıb. Özüm polisə zəng edib təslim oldum. Onunla münasibətimiz çox yaxşı olub. İndi də bizimkilərlə onun ailəsi normaldı. Neçə saat yalvardım ki, eləmə. Məni öldürürdü, ölməmək üçün öldürdüm. Başqa yolum yox idi. Yanıma nəvələrim, ailəm, qohumlarım gəlir. Nəvələrim soruşur ki, “baba, niyə evimizə gəlmirsən?” Onlar ata üzü də görmür. Ataları hərbçidir”.

  • Bakı metrosunda işıqlar söndü – həyəcanlı anlar

    Bakı metrosunun “Gənclik” stansiyasında bu gün saat 09:30 radələrində işıqlar sönüb.

    Bu barədə məlumatı Metbuat.az-a həmin vaxt sözügedən stansiyada olan sərnişinlərdən biri məlumat verib. Bildirib ki, sərnişinlər həmin vaxt narahatlıq hissi yaşayıblar.

    Məsələ ilə bağlı Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Metbuat.az-a açıqlamasında hadisənin baş verdiyini təsdiq edib:

    “Metropolitenə gələn elektrik xəttində gərginlik düşüb. Həmin anda işıqlar qəfil reaksiya verərək sönüb. Avtomatik olaraq ehtiyat mənbələr qoşulub. Problem təxminən 20-30 saniyə çəkib. Qatarın hərəkəti və sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb”.

  • Bakıda ağır qəza – ana və 2 övladı ağır xəsarət aldı – FOTO + VİDEO

    Bakı şəhəri, Xətai rayonunda ağır yol qəzası baş verib.

    Baku.ws-in məlumatına görə yol qəzası Nobel prospektində qeydə alınıb.

    “Asiman” şadlıq sarayının qarşı hissəsində “Mazda” markalı avtomobil ilə “Mercedes S-class” markalı avtomobil toqquşub.

    Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan birinin 13, digərinin isə 5yaşı var. Üçüncü yaralı isə uşaqların anasıdır.

    Median.Az hadisənin video görüntüsünü təqdim edir.

  • Azərbaycanda dəhşətli olay: “Mavi Balina” oynayan məktəbli həyatına son qoydu

    Tovuz rayonunun Əlimərdanlı kəndində intihar hadisəsi qeydə alınıb.

    Kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Əlimərdanlı kənd bələdiyyəsinin sədri Şirin Əhmədov şagirdin oyun oynadıqdan sonra intihar etdiyini bildirib:

    “O, Əlimərdanlı kənd Mərdan Musayev adına orta məktəbin 8-ci sinif şagirdi idi. Deyilənə görə, oyun oynadıqdan sonra gedib, özünü asıb. Mərhumun ailəsi problemli olmayıb, 100 faiz ehtimal edilir ki, oyuna görə özünü öldürüb. Heydər Yusifovun cəsədi həyətlərində asılmış vəziyyətdə tapılıb. Anası görəndə gec olub. Həmin vaxt uşaq dünyasını dəyişibmiş. Ailədə iki uşaq idilər. Evin tək oğlu idi, mərhumdan başqa ailənin bir qız övladı da var”.

    Əldə etdiyimiz məlumata görə, 14 yaşlı məktəbli dünyada təhlükəli sayılan “Mavi balina” oyununu oynadıqdan sonra həyatına son qoyub.

  • Prezidentdən Zakir Həsənov və Nəcməddin Sadıkovla bağlı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

    1-ci dərəcəli “Rəşadət” ordeni ilə

    Həsənov Zakir Əsgər oğlu – general-polkovnik

    Sadıkov Nəcməddin Hüseyn oğlu – general-polkovnik

    Mustafayev Kərəm Nəriman oğlu – general-leytenant

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Vəliyev Kərim Tofiq oğlu – general-leytenant

    Eyyubov Teymur Tərlan oğlu – general-mayor

    Həsənov Hikmət Hüseyn oğlu – general-mayor

    Nəcəfov Hilal Əlimurad oğlu – general-mayor

    Kərimov Anar Təvəkkül oğlu – polkovnik

    Qurbanov Abdulla Novruz oğlu – polkovnik

    “Vətən uğrunda” medalı ilə

    Tahirov Ramiz Firudin oğlu – general-leytenant

    Ağayev Zakir Samiddin oğlu – general-mayor

    Salahov Füzuli Zəbiş oğlu – general-mayor

    Abdullayev Rafael Kamil oğlu – polkovnik

    Hümmətov Zaur Cəlal oğlu – 1-ci dərəcəli kapitan

    Məhərrəmov Etibar İsmayıl oğlu – polkovnik

    Məmmədov Nizami Ağoğlan oğlu – polkovnik

    Pirverdiyev Akif Səməndər oğlu – polkovnik

    Rüstəmov Zaur Zeynalabdul oğlu – polkovnik

    Dadaşov Haqverdi Xudaverdi oğlu – polkovnik-leytenant

    Əliyev Hüseyn İsbəndiyar oğlu – tibb xidməti polkovnik-leytenantı

    Həmidov Tural Fəxrəddin oğlu – polkovnik-leytenant

    Quliyev Ümüdvar Əzizalı oğlu – polkovnik-leytenant

    Məmmədov Cəlil Allahverən oğlu – polkovnik-leytenant

    Tatarov Adil Əli oğlu – əsgər (ölümündən sonra)

    “İgidliyə görə” medalı ilə

    Osmanov Nizam Ramazan oğlu – general-leytenant

    Bərxudarov Mayis Şükür oğlu – general-mayor

    Cəbrayılov Xəqani Sərdar oğlu – general-mayor

    Hüseynov Zahid İbrahim oğlu – general-mayor

    Bayramov Samir Azad oğlu – polkovnik

    Həsənov Məhəmməd Kərim oğlu – polkovnik

    Ağayev İldırım Kərimağa oğlu – polkovnik-leytenant

    Cavadov Rüstəm Gürşad oğlu – polkovnik-leytenant

    Həmzəyev Muxtar İsmayıl oğlu – polkovnik-leytenant

    Məmmədov Teymur Davud oğlu – polkovnik-leytenant

    Rüstəmov Fariz Məhərrəm oğlu – polkovnik-leytenant

    Rzayev Gülməmməd Tofiq oğlu – polkovnik-leytenant

    Seyidov Cəfər Əziz oğlu – polkovnik-leytenant

    Səfərov Elxan Hüseyn oğlu – polkovnik-leytenant

    Şıxlinski Vüqar Zakir oğlu – polkovnik-leytenant

    Cəfərov Aqil Özüxan oğlu – mayor

    Mirzəyev Hikmət İslam oğlu – mayor

    Süleymanov Faiq Rafiq oğlu – mayor

    Həsənov Hümmət Fərrux oğlu – kapitan

    İsaqov Mircəlal Eldar oğlu – kapitan

    Mehdiyev Ələsgər Əli oğlu – kapitan

    Məmmədov Rəşad Arif oğlu – kapitan

    Şirinov Elnur Ramiz oğlu – kapitan

    Tağıyev Vüsal Musa oğlu – kapitan

    Vəliyev Nizami Dünyamin oğlu – kapitan

    Gözəlov Əlqəm Əhəd oğlu – baş leytenant

    Şıxnəbiyev Renat Gülməmməd oğlu – baş leytenant

    Zeynalov Təbriz Eyvaz oğlu – baş leytenant

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Əkbərov Rövşən Telman oğlu – general-leytenant

    Babayev Rasim Rza oğlu – polkovnik

    Bağırov Natiq Hacıverdi oğlu – 1-ci dərəcəli kapitan

    Cəbrayılov Sərvər Sərdar oğlu – polkovnik

    Əkbərov Nizami Əvəz oğlu – polkovnik

    Əliyev İmran Kamran oğlu – polkovnik

    Məmmədov Zahid Həsən oğlu – polkovnik

    Şıxiyev Həbib Vələddin oğlu – polkovnik

    Abdullayev Eldəniz İkram oğlu – polkovnik-leytenant

    Baxışov Səxavət Mamed oğlu – polkovnik-leytenant

    Daşdəmirov Mehman Qəhrəman oğlu – polkovnik-leytenant

    Əmrah Anar Eldar oğlu – tibb xidməti polkovnik-leytenantı

    Hüseynov Çingiz Oruc oğlu – polkovnik-leytenant

    Xaniyev Vüsət Barat oğlu – polkovnik-leytenant

    İbrahimov Rəşad Miraslan oğlu – polkovnik-leytenant

    İsmayılov Füzuli Qəzənfər oğlu – polkovnik-leytenant

    Paşayev Alıbəy Şəmil oğlu – polkovnik-leytenant

    Səmidli Babək Mətləb oğlu – polkovnik-leytenant

    Süleymanov Elşad Nadir oğlu – polkovnik-leytenant

    Tinayev Rəşid Cuma oğlu – polkovnik-leytenant

    Allahverdi İmran Əli oğlu – mayor

    Babayev Aqşin Əli oğlu – mayor

    Xəlilov Ramil Vəlixan oğlu – mayor

    İsgəndərov İbrahim Əsəbəli oğlu – tibb xidməti mayoru

    Nərimanov Cavad Əliyar oğlu – mayor

    Osmanov Vasif Ramizoviç – mayor

    Dadaşov Tural Alxan oğlu – baş leytenant

    Balayev Coşqun Vaqif oğlu – gizir

    Rəşidov İlham Tahir oğlu – gizir.

  • Əli Mirəliyev: Oğlum arvadını döyürdü, əcəb edirdi – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqları müğənni Əli Mirəliyevin oğlu Taleh Mirəliyev və qızı Samirə Mirəliyeva olub.

    Ötən verilişdə müğənninin nəvəsini tərk edən gəlini haqqındakı sərt fikirləri birmənalı qarşılanmayıb.

    Efirə telefonla bağlanan sənətçinin qonşusu Nailə Əliyeva qalmaqalı yenidən böyüdüb.

    Efirdə Mirəliyevlər ailəsini ifşa edən qonşu olduqca kəskin iddialar səsləndirib:

    “Siz qıza işgəncə edirdiniz. Heç bir qadın xoşbəxt ailəsini tərk edib getməz. Görün nə həddə çatdırıblar ki, ana uşağını qoyub gedib. Siz ailədə fironluq etməyi xoşlayırsız. Belə çıxır ki, sizin qızınız da ərinin üstündə fironluq edir. Necə ki, oğlunuz da Aylanı döyürdü. Bilmirdi ki, qaçırdığı qız nişanlıdır?”

    Bu sözlərin ardından Əli Mirəliyev oğlunu müdafiəyə qalxıb:

    “Döyürdü, əcəb edirdi, dilini dinc qoymurdu. Nişanlı qız gəlib oğlumla qaçıb”.

    Daha sonra müğənnin qızı Samirə, qardaşı Taleh Mirəliyevin qızı qaçırdığını yox, qızın Talehi qaçırdığını iddia edib:

    “Qız qardaşımı qaçırıb. Qardaşımın 19 yaşı olub. Qız Talehdən 1 yaş böyük olub. Bunların arasında münasibət olub, amma qızı sonra nişanladılar. Biz bilməmişik. Qız bir gün zəng edib və bunlar gizlin danışıblar. Çünki artıq biz də bu qızı ikinci mərhələdə istəmirdik. Qızın da anası, atası istəmirdi. Yəni, ailələr bir-birini istəmirdi. Bu qız zəng edib, qardaşıma deyib ki, evdən çıxmışam, gəl məni apar. Bu da cavan uşaq, götürüb gedib və bunun cəzasını da çəkib”.

    Taleh Mirəliyev isə özünün belə müdafiə edib:

    “Onu qaçırmamışam. Onu uşağımla Türkiyəyə istirahətə göndərmişəm. Sonra qayıdıb və yenidən Türkiyəyə qaçıb. Gedib Türkiyədən tapmışam. Yaxşı qadın Türkiyəyə qaçar? İki min kilometr gedəndə fikirləşmirdi ki, hara gedirdi?”//oxu.az

  • Anomal istilər gözlənilir – XƏBƏRDARLIQ

    Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən oxu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

    Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 33-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan aşağı – 757 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 30-35 faiz təşkil edəcək.

    Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək.

    Çimərliklərdə mülayim şimal küləyinin əsməsi əlverişli hava şəraitini şərtləndirir. Lakin temperaturun 38 dərəcəyədək qalxması ilə əlaqədar günorta saatlarında günəş şüalarından qorunmağı tövsiyə edirik.

    Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

    İyunun 26-27-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

    İyunun 26-dan ayın sonunadək ölkə ərazisində hava şəraitinin anomal isti olacağı, havanın maksimal temperaturunun 35-40, Mərkəzi-Aran rayonlarının və Naxçıvan MR-nın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi gözlənilir.

  • “Monolit Plaza” yanır – YENİLƏNİB + VİDEO

    “Monolit Plaza”da baş verən yanğın söndürülüb.

    Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını alıb.

    * * * * *

    “Monolit Plaza”da yanğın olub.

    Median.Az 1news-a istinadla xəbər verir ki, yanğın restoranın mətbəxində meydana gəlib.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

  • Aytən və İlhamə arasında “Hacı Nuran” qalmaqalı – FOTO

    “Maşın” realiti şousunun iştirakçıları, aparıcılar Aytən Səfərova və İlhamə Bədəlova arasında qalmaqal davam edir.

    Onlar bu dəfə ağciyərində onkoloji şiş tapılan Hacı Nuran Hüseynova görə söz davasına çıxıblar.

    Belə ki, Səfərova “Instagram” hesabında xəstəxanada Hacı Nuranla şəkil çəkdirənləri qınayıb:

    “Hacı, yastığın yüngül, canın sağlam olsun. Qoy, şəkil çəkdirənlər gəlib-getsin. Sən də Almaniyadan sağ-salamat qayıt, bacın da gəlib sənə baş çəkər”.

    Aytənin bu paylaşımına reaksiya verən İlhamə isə ona rəy bölməsində cavab verib:

    “Aytən Səfərova, xəstələrin ziyarətinə getmək Peyğəmbərimizin (s) əxlaqındadır və dinimizin ən mühüm ibadətlərindən biridir. Siz də bilirsiniz ki, xəstənin həmişə gözü yolda olar və özünü kimsəsiz hiss edər.

    “Baxıram… sanki əsas şəkil çəkdirməkdir e, sən yox…” sözünüzü elə özünüzə geri qaytarıram. Ziyarətə gedənlər hamısı məşhur insanlardır, heç kim nə dəvətlə gəlib, nə də ki, əvəz gözləmir! Çəkilən videolar, şəkillər və oxunan mahnılar da Hacı Nuranın istəyi ilədir.

    Xoşniyyətli olduğunuzu göstərin, bu çıxışlarınızı heç kim bəyənmir. Bacı xəstə yatan qardaşın başı üstündə durandır. Bacı olsaydınız, gələrdiniz. Allah dostumuza şəfa versin”.

    Aytən isə həmkarını “Əziz Peyğəmbərimiz belə işləri reklamsız, aləmə car çəkmədən bəyənərdi. Xəstələrin ziyarət edilməsi Peyğəmbər əxlaqındandırsa, bunun aləmə car çəkilməməsi ikiqat Peyğəmbər və imanlı əxlaqından irəli gəlir. Kənardan isə mən dediyim kimi görünür”, – cavabını verməklə susdurmağa çalışıb.

    İzləyicilər Aytəni dəstəkləyərək, İlhaməni tənqid ediblər.//oxu.az