Bakıda ağır qəza – ana və 2 övladı ağır xəsarət aldı – FOTO + VİDEO

Bakı şəhəri, Xətai rayonunda ağır yol qəzası baş verib.

Baku.ws-in məlumatına görə yol qəzası Nobel prospektində qeydə alınıb.

“Asiman” şadlıq sarayının qarşı hissəsində “Mazda” markalı avtomobil ilə “Mercedes S-class” markalı avtomobil toqquşub.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan birinin 13, digərinin isə 5yaşı var. Üçüncü yaralı isə uşaqların anasıdır.

Median.Az hadisənin video görüntüsünü təqdim edir.