Month: June 2018

  • МВД о сгоревших в Баку автомобилях

    Министерство внутренних дел внесло ясность в новость о сгоревших автомобилях в Баку.

    Как сообщили в пресс-службе министерства, в штрафной стоянке Государственной дорожной полиции факт пожара зарегистрирован не был.

    «Пожар произошел в месте, где хранятся разбитые в ДТП, непригодные к эксплуатации автомобили или машины, срок эксплуатации которых истек. Поблизости есть принадлежащая дорожной полиции штрафная стоянка. Но это не означает, что пожар произошел на штрафной стоянке. Пожар был потушен сотрудниками МЧС», – отметили в пресс-службе.

  • 33 qəzetə maliyyə yardımı ayrıldı – SİYAHI

    İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

    Median.Az modern.az-a istinadən xəbər verir ki, Fondun müşahidə şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.

    1. Fondun 2018-ci ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə sənədlərinin müzakirəsi və təsdiqi;

    2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş Azərbaycan Mətbuat Şurasının “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” mövzusunda layihəsinin müzakirəsi və təsdiqi;

    3. Cari məsələlər.

    Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən Vüqar Səfərli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2018-ci ilin I yarısında da Fond tərəfindən maliyyələşdirildiyini xatırladan icraçı direktor müsabiqədə yeni iştirak edən qəzetlərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.

    Sonra qəzetlərdən daxil olmuş sənədlər ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən – Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

    Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2018-ci ilin ikinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

    Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Vüqar Səfərli bildirib ki, Azərbaycan Mətbuat Şurasının “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” mövzusunda layihəsinin məqsədi mediamızın inkişafında xidmətləri olmuş veteran jurnalistlərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, onların sosial müdafiəsinin gücləndirilməsidir. İcraçı direktor qeyd edib ki, layihənin həyata keçirilməsi üçün 12.000 manat vəsaitin ayrılması təklif olunur.

    Müzakirələr zamanı Müşahidə Şurasının sədri Həsən Həsənov – sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, İntiqam Hümbətov, Bəhruz Quliyev, Rasim Həsənov və Ayaz Mirzəyev layihənin veteran jurnalistlərin sosial qayğılarının həlli baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Şura üzvləri layihənin maliyyələşdirilməsi üçün 12.000 manat məbləğində vəsaitin ayrılması təklifini yekdilliklə qəbul ediblər.

    Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

    2018-ci ilin II yarısı üzrə layihələrinin maliyyələşdirilməsi təklif olunan qəzetlər və nəzərdə tutulan maliyyə vəsaiti:

    1. “Kaspi” qəzeti 60 000
    2. “Yeni Azərbaycan” qəzeti 60 000
    3. “Səs” qəzeti 60 000
    4. “Mövqe” qəzeti 60 000
    5. “Ədalət” qəzeti 60 000
    6. “525-ci qəzet” 60 000
    7. “Bakı-Xəbər” qəzeti 60 000
    8. “Yeni Müsavat” qəzeti 60 000
    9. “Kaspiy” qəzeti 60 000
    10. “Ekspress” qəzeti 60 000
    11. “Palitra” qəzeti 60 000
    12. “Paralel” qəzeti 40 000
    13. “Həftə içi” qəzeti 40 000
    14. “Azad Azərbaycan” qəzeti 40 000
    15. “Şərq” qəzeti 40 000
    16. “Xalq Cəbhəsi” qəzeti 40 000
    17. “Futbol+Qol” qəzeti 40 000
    18. “Bizim Yol” qəzeti 40 000
    19. “Olaylar” qəzeti 40 000
    20. “Novoye Vremya” qəzeti 30 000
    21. “Futbol+” qəzeti 30 000
    22. “Üç Nöqtə” qəzeti 30 000
    23. “Azernews” qəzeti 30 000
    24. “Unikal” qəzeti 20 000
    25. “Olimpiya Dünyası”qəzeti 20 000
    26. “Oxu məni” qəzeti 20 000
    27. “Hürriyyət” qəzeti 20 000
    28. “Reytinq” qəzeti 9 000
    29. “Təhsil Problemləri” qəzeti 9 000
    30. “The Business Times” qəzeti 9 000
    31. “Hərbi And” qəzeti 9 000
    32. “Türküstan” qəzeti 9 000
    33. “İqtisadiyyat” qəzeti 9 000
    CƏMİ 33 Redaksiya 1.234.000

  • Azərbaycanda bu məmurlara silah gəzdirməyə icazə verildi

    Azərbaycanda icra məmurlarına yeni səlahiyyətlər verilir.

    Modern.az-ın məlumatına görə, bununla bağlı “İcra məmurları haqqında” qanunun 8-ci maddəsinə (İcra məmurlarının hüquqları) dəyişiklik təklif edilir.

    Dəyişikliyə görə, “icra məmuru” sözləri “icra xidmətinin icra məmuru” sözləri ilə əvəz olunur:

    Bundan əlavə, qanunun 8-ci maddəsindən “Cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaları icra edən icra məmurlarının vəzifə və hüquqları Azərbaycan Respublikasının cəza-icra qanunvericiliyi ilə tənzimlənir” sözləri çıxarılır.

    Aşağıdakı müddəalar əlavə edilir:

    Probasiya xidməti icra məmurunun Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən hüquqları ilə yanaşı, aşağıdakı hüquqları vardır:

    1. Fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət qurumlarına hüquqi və fiziki şəxslərə müraciət etmək, sorğular vermək və arayış almaq;

    2. Üzərində probasiya nəzarəti həyata keçirilən, lakin oldğu yeri müəyyən edilməyən şəxslərin axtarılması ilə əlaqədar onların yaşayış yerlərinə daxil olmaq, orada baxış keçirmək və ehtimal olunan gizlənə biləcəyi bütün saxlama yerlərini açmaq və baxmaq;

    3. Polis və təhlükəsizlik orqanlarının köməyindən istifadə etmək;

    4. Qanunla nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silahı tətbiq etmək.

    Qanun layihəsinə dəyişikliklər Milli Məclisin iyunun 29-da keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək.

  • Uşağın meyitini ailəsinə vermək üçün 10 min AZN tələb olunur? – KLİNİKADAN AÇIQLAMA

    Sosial şəbəkələrdə “Baku Medical Plaza” klinikasında 5 aylıq körpənin dünyasını dəyişdiyi və meyitin valideynlərinə təhvil verilməsi üçün 10 min manat pul tələb edildiyi ilə bağlı video yayılıb.

    Dünyasını dəyişən uşağın nənəsi Sona Mustafayeva iddia edir ki, uşaq klinikada komaya düşüb, daha sonra həyatını itirib.

    “İndi də bizə deyirlər ki, 10000 manat verin uşağın meyitini sizə təhvil verək”, – deyə Sona Mustafayeva iddia edib.

    Yayılan məlumatlarla bağlı “Baku Medical Plaza” klinikasının Baş həkimin müavini Lalə Şəkərova Realtv.az-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tamamilə əsassızdır.

    Onun sözlərinə görə, 5 aylıq uşaq xəstəxanaya iyunun 25-də daxil olub.

    “Uşaq müayinə olunandan sonra onun vəziyyəti barədə valideynlərinə məlumat verilib. Uşaq metabolik xəstə olub. Ayın 28-də uşaq vəfat edəndən sonra valideynlərinin klinikaya olan 2200 manat borcu da silinib. Uşağın valideynləri heç bir etiraz etmədən çıxıb gedib. 10 min manat tələb olunur iddiası cəfəngiyyatdır. Uşağın meyiti vəfat etdiyi gün ailəsinə təhvil verilib”, – deyə Baş həkimin müavini bildirib.

    Dünyasını dəyişən uşağın atası Ramin Mustafayev isə bildirdi ki, nənə Sona Mustafayeva nəvəsi dünyasını dəyişdiyinə görə emosiyalara qapılaraq klinikanı ittiham edib.

    “Uşaq bizə çoxdan təhvil verilib. Artıq dəfn etmişik. Nəvəsi dünyasını dəyişdiyinə görə Sona xanım emosiyalara qapılıb və o cür çıxış edib. Klinikaya 2000-dən çox borcumuz var idi. Onu da siliblər”, – deyə Ramin Mustafayev qeyd edib.

  • Жительница столицы ограбила в отеле иностранца

    Как сообщает Median.Az, 26-го июня в 29-е отделение полиции Ясамальского РУП обратился иностранный гражданин показавший, что из номера в отеле пропали мобильный телефон и кольцо.

    В ходе следственно-розыскных мер была задержана жительница столицы С.Кишиева, у которой в качестве вещественного доказательства были изъяты украденные вещи.

    Ведется расследование.

  • 71-летнюю актрису Сьюзан Сарандон арестовали на митинге против Трампа (ФОТО)

    Американскую актрису Сьюзан Сарандон арестовали в Вашингтоне во время акции протеста против антииммиграционной политики президента США Дональда Трампа. Об этом в пятницу, 29 июня, сообщает The Guardian.


    «Арестована. Оставайтесь сильными. Продолжайте бороться», — написала 71-летняя артистка в Twitter, сопроводив пост хештегом «неподчинение женщин».

    Женский марш был направлен против разъединения семей мигрантов.

    Согласно американским иммиграционным законам, обвиненные в нелегальном въезде в США взрослые сначала попадают в руки федеральных маршалов (сотрудников подразделения Минюста), а затем направляются в суд. Когда родители находятся под стражей, их детей забирают и помещают под присмотр управления по переселению беженцев. Потом несовершеннолетних могут отправить к американским родственникам в США или в приюты.

    В середине марта Трамп предложил отправлять разлученных с семьей мексиканских детей на военные базы в Техасе и Арканзасе. Отмечалось, что это станет очередным шагом в политике «нулевой терпимости» по отношению к нелегалам, которые пытаются пересечь границу.


    Лента.ru

  • Rəfiqəsini balta ilə tikə-tikə doğradı, sonra… – Bakıda dəhşətli hadisə

    Bakıda rəfiqəsini amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İttihama görə, fevralın 16-da, səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

    Məlumat əsasında hadisə yerinə Bakı şəhər Prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları gəlib. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olması müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarında olub, Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.

    Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və bu il fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyənləşib.

    Əməliyyat-axtarış tədbirləri ilə İrina Qorlova tutularaq istintaqa təhvil verilib.

    İstintaq orqanı tərəfindən İrina Qorolovanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Növbəti proses İyulun 5-də davam edəcək. (publika.az)

  • В Насиминском районе задержаны лица, совершившие 2 разбоя

    Как сообщает Median.Az, cотрудники 22-го отделения полиции Насиминского РУП задержали жителей столицы Гусейна Мусаева и Азиза Мусаева, которые 27-го июня примерно в 22 часа вблизи станции метро “28 мая”, на улице Д.Алиевой совершили нападение на жителя Агджабеди Э.Гасанова, вследствии чего угрожая ножом отобрали у потерпевшего 140 манатов, 100 долларов и студенческий билет.

    В ходе разбирательства выяснилось, что кроме этого 21-го июня они на территории Сабаильского района аналогичным путем ограбили жителя столицы М.Насирова, отобрав у него 48 манатов.

    В Следственном отделе Насиминского РУП по статье 181.2.1 (разбой, совершенный группой лиц) и 181.2.2 (разбой, совершенный повторно) УК Азербайджана возбуждено уголовное дело, ведется следствие.

  • “Qul bazarı”ndan reportaj – FOTO

    Bakının növbəti “qul bazarı”ndayıq. Əliyar Əliyev küçəsindən Ziya Bünyadov prospektinə çıxan yolda, “Çermet” körpüsünün altında fəhlələr müştəri gözləyirlər.

    Bu, şəhərdə “qul bazar”larından biridir. Bakıxanov qəsəbəsində, “Xalqlar dostluğu” metrosu yaxınlığındakı körpünün altında, Zabrat ərazisində, 3-cü mikrorayonda bu bazarlar var. Onlar illərdir ki, bu ölkədə iş tapa bilmirlər. Və bu işsizlərin iş yeri olan körpülərin altını “qul bazar”ı adlandırırlar. Çünki onların əməyindən istifadə edərək bağlarda, villaların həyətlərində işlədirlər. Əksəriyyəti ayrı-ayrı regionlardan olan fəhlələr işsizlikdən buranı seçməli olublar. 

    “Elə gün olur ki, 50-60 manat qazanıram. Amma səhəri heç bir qəpik də olmur. Burda məni kimi nemə nəfər var. Maşın yaxınlaşanda hamı üstünə şığıyır. İndi kiminlə sövdələşsə, o adamın bəxti gətirdi. “20 Yanvar”da 1 manatdan müştəri yığan taksilərin aqibəti ilə eynidir. Bu yoldan hər gün AA seriyalı xidməti maşınlar keçir. Naziri, deputatı, icra başçıları hər keçəndə bu körpünün altındakı adamları görürlər. Biri fikirləşmir ki, bu adamlar nə çəkirlər. Heç olmasa bizi bir zavoda işə düzəltsinlər, ortabab maaş alaq”, – deyə “qul bazarı”nın işçilərindən biri şikayətlənir.

    “Qul bazarı”nın üzvləri arasında kimisi qaynaqçı, kimisi santexnik, kimisi bağban, kimisi quyu təmizləyən, kimisi də rəngszadır. Onlar əlinin qabarı ilə çörək pulu qazanırlar – məmurların, varlıların Mərdəkandakı, Bilgəkdəki bağlarında, villalarında… Ucuz kafedə gündə cəmi bir dəfə borca yemək yeyən, 2 manatlıq zirzəmilərdə gecələyən kim, uşaqları ilə 4 kvadratmetrlik karton daxmada kirayənişin kimi yaşayan kim… Öz evini təmir etdirməyə, yaxud yüklərini, mebelini daşıtmağa ucuz işçi qüvvəsi axtaranlar bura üz tuturlar. 

    Yüzlərlə kişi hər gün səhər tezdən hətta səhər yeməyini yemədən öz alətləri ilə birlikdə avtonəqliyyat körpüsünün altında dayanaraq ümidlə gözləyirlər ki, məhz bu gün kimdənsə yaxşı sifariş qəbul edəcək və uşaqlarına bir qədər ərzaq alacaq. Rəngsazlar, elektriklər, parketçilər, bənnalar və digər işçilərin də şikayət etdiyi kimi, sifarişlər elə də çox deyil. Hər 100 nəfərdən sadəcə 30 nəfər axşamlar evlərinə cüzi vəsaitlə gedə bilirlər. Devalvasiyadan sonra onların əməyinə tələbat da xeyli aşağı düşüb. Gün-gündən onlar daha az sifariş alırlar. Çünki adamlar artıq mənzillərini təmir etdirmək istəmirlər.  (Azeuronews)

  • Через границу не больше двух бутылок водки и блока сигарет – НОВЫЕ ПРАВИЛА

    В Азербайджане планируется сокращение в 2 раза объема алкогольных напитков и в 3 раза объема табачных изделий, ввозимых в страну физическими лицами, заявил министр финансов страны Самир Шарифов, передаёт Median.Az со ссылкой на haqqin.az.

    «Предлагаемые в Налоговый кодекс Азербайджана поправки предусматривают снижение с 3 до 1,5 литра допустимых объемов алкогольных напитков, ввозимых в страны физическими лицами для личного пользования и освобождаемых от уплаты акцизного налога, и с 600 до 200 единиц табачных изделий», – подчеркнул С.Шарифов в пятницу в Милли Меджлисе.

    По его словам, сокращение норм допустимого ввоза обеспечит дополнительные поступления в госбюджет по линии Государственного таможенного комитета и в виде госпошлин.

    Милли Меджлис в пятницу одобрил проект поправок в Налоговый кодекс, определяющих объем алкогольных напитков и количество табачных изделий, ввозимых в страну физическими лицами для личного пользования и освобождаемых от уплаты акцизов.