Month: July 2018

  • Взгляд из России: Эрдоган доказал преданность Азербайджану

    Первые визиты избранных президентов Азербайджана и Турции соответственно в Анкару и Баку – это не просто формальная вежливость, а регулярная констатация, свидетельство того, что эти две страны являются наиболее близкими друг другу. Эрдоган доказал преданность Азербайджану.

    Как передаёт Median.Az, об этом в беседе с корреспондентом Oxu.Az сказал российский политолог Григорий Трофимчук.

    По его словам, исходя из этого, Турция сегодня имеет больше оснований называть Азербайджан братским народом, чем, по привычке, та же Россия.

    «То же самое можно сказать об Азербайджане. Времена меняются, причем достаточно быстро. Более того, президент Эрдоган связывает с максимально высоким статусом двусторонних отношений и экономическую сферу.

    Характерно его высказывание, сделанное на бакинской земле: «Мы инвестируем в братство Турции с Азербайджаном», – отметил эксперт.

    Собеседник сайта подчеркнул, что совместные сырьевые и инфраструктурные проекты, масштабно продвинутые в последнее время, говорят о том, что Анкара и Баку бетонируют братство на несколько столетий вперед.

    «Сотрудничество Турции и Азербайджана в военной области, а также в сфере вооружения, окончательно формирует стратегическую картину.

    Но при этом, что важно отметить, Турция пока что активно не вмешивается в военные действия в Карабахе на стороне Азербайджана. И эту особенность турецко-азербайджанского братства, не на 100, а на 90 процентов, явно учитывает Россия. И Азербайджан тоже: пока не участвует в сирийской войне Анкары», – подчеркнул Трофимчук.

    Он отметил, что сложно себе представить политическую ситуацию, которая могла бы охладить эти по-настоящему братские связи, существующие явно не для пустых деклараций, как это часто бывает.

  • В WhatsApp появилась новая функция

    WhatsApp ввел новую функцию для борьбы с фейками.

    Об этом сообщается на официальном сайте мессенджера.

    В последней версии WhatsApp появится пометка «пересланное сообщение», которая позволит идентифицировать отправителя.

    «Благодаря этой пометке вы сможете понять, было ли отправленное вам сообщение действительно написано вашим другом или родственником, или они переслали вам сообщение, написанное кем-то другим», – говорится в сообщения на сайте мессенджера.

    Компания также призвала к осторожности при пересылке своих сообщений другим пользователям.

    В WhatsApp подчеркнули, что для блокировки нежелательного контакта или жалобы на спам требуется одно касание.

  • “Malış”dan “Dəli Kür”də DƏHŞƏTLİ ADDIM: rəqs edən qıza irad bildirdi, sonra isə… – BAKIDA

    Bakıda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Həsən Ağayev və Elvin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

    Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, tərəfindən törədildikdə) maddəsinə tövsif edilib.

    Həsən Ağayev 9 il və Elvin Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum olunub.

    İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 29,120.2.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilmişdi.

    İttihama görə, hadisə ötən il sentyabrın 28-də gecə saatlarında Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Dəli Kür” kafesində baş verib.

    Kafedə rəqs üstündə yaranmış münaqişə qanla olayla nəticələnib.

    Məlum olub ki, həmin zaman kafedə Fatma Abdullayevanın rəqs etməsinə Tofiq Mehtiyev irad bildirib.

    Bundan əsəbiləşən Cəbrayıl rayon sakini 24 yaşlı Həsən Ağayev və Ağdaş rayon sakini 23 yaşlı Elvin Əliyev Tofiq Mehtiyevi bıçaqlayıb.

    Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

    Təqsirləndirilən Elvin Əliyev dostları arasında “Malış” ləqəbi ilə tanınır.

    //Publika.az

  • ŞOK! “Uypeşt”in afrikalı futbolçuları Bakıya buraxılmadı

    “Neftçi” ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu ilə əlaqədar Bakıya gələn Macarıstanın “Uypeşt” klubunun 2 futbolçusu problemlə üzləşib. 

    Sportnet.az-ın Budapeşt təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, malili yarımmüdafiəçi Diallo Alassan və nigeriyalı hücumçu Obinna Emmanuel Nvobodoya hava limanında viza verilməyib. Hər iki oyunçu bu gün səhər saatlarında adi reyslə Macarıstana göndəriləcəklər. Beləliklə, baş məşqçi Neboyşa Vinyeviçin sərəncamında cəmi 17 futbolçu qalıb. 

    Bundan başqa “Uypeşt”i çarter reysi ilə gətirən 36 nəfərlik təyyarə yolda benzin doldurmaq üçün iki dəfə – Türkiyənin Bursa və Trabzon hava limanlarına eniş edib. Bu səbəbdən, Budapeştdən yerli vaxtla saat 9:30-da yola çıxan heyət Heydər Əliyev hava limanına saat 18:40-da çatıb. “Uypeşt” aeroport yaxınlığındakı “Şeraton Baku” otelində məskunlaşıb. 

    Bakıya gec çatdıqlarından, budapeştlilər “Dalğa Arena”da məşqə çıxa bilməyiblər və baş məşqçinin mətbuat konfransı ləğv olunub. 

    Bütün çətinliklərə və yorğunluqlara rəğmən, “Uypeşt”in futbolçusu Daniel Nad bugünkü qarşılaşmada daha yaxşı çıxış etməyə çalışacaqlarını bildirib. O, Bakı barədə ilkin təəssüratlarının müsbət olduğunu da vurğulayıb: “Yol çox yorucu oldu, xeyli səfər etdik və yorulduq. Bununla belə, bütün çətinliklərin öhdəsindən gəlməliyik. Ən yaxşı formanı yığmaq üçün mümkün olan hər şeyi edəcəyik. İlkin təəssüratlarımız yaxşıdır. Bizi təmiz və gözəl ətraf mühit qarşıladı. Otel əladır. Elə bir yerdəyik ki, şərait bizə dincəlməyə və böyük günə hazırlaşmağa imkan verir”. 

    Qeyd edək ki, bu gün “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Uypeşt” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq (“Report”). 

  • Bakıda və Xızıda baş vermiş davalarda 3 nəfər bıçaqlanıb

    Median.Az xəbər verir ki, ötən axşam Nardaran qəsəbəsində beş nəfərin iştirakı ilə baş vermiş münaqişə zamanı Hacıağa Əlieyev (1993-cü il təv.) bıçaqlanıb. O, dəşilmiş-kəsilmiş yaralarla 3 saylı Kliniki xəstəxanaya çatdırılıb, onun həyatı xilas edilib.

    Faktı Sabunçu RPİ 42-ci polis bölməsinin əməkdaşları araşdırır.

    Bundan başqa, rayonun Şurabad qəsəbəsində baş vermiş dava zamanı rayon sakinləri Elbrus Atakişiyev (1986-cı il təv.) və Orxan Bayramov (1990-cı il təv.) bıçaqlanıb. Onlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar və üzərlərində cərrahi əməliyyat aparılıb.

    Xızı RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • В ДТП в Агджабединском районе погиб один человек

    Как сообщает Median.Az, на территории села Ходжавенд столкнулись грузовая автомашина марки “Mercedes”, управляемая жителем Агдамского района Ясир Садыговым и автомобиль марки “ВАЗ 21064”, управляемый жителем Товузского района Али Гулиевым.

    В результате пассажир “ВАЗ” Руфат Алиев скончался на месте происшествия.

    По факту ведется расследование.

  • Ağcabədi rayonunda avtoqəza zamanı bir nəfər ölüb

    Median.Az xəbər verir ki, Ağcabədi rayonun Xocavənd kəndi ərazisində Ağdam rayon sakini Yasir Sadıqovun idarə etdiyi “Mercedes” markalı yük avtomaşn və Tovuz rayon sakini Əli Quliyevin idarə etdiyi “VAZ 21064” markalı avtomobil toqquşub.

    Nəticədə “VAZ”ın sərnişini Rüfət Əliyev hadisə yerində keçinib.

    Faktla bağlı araşdırma aparılır.

  • Musa Nağıyevin 413 milyon qızıl pulu İsveçrə bankında – BANK KOD İSTƏYİR

    Musa Nağıyevin varisləri: “Bankda bizdən kod istəyirlər, biz isə bilmirik”

    Azərbaycanın məşhur neft milyonçusu Musa Nağıyevin İsveçrə bankında 413 milyon qızıl pullarının qaldığı məlum olub. Bank həmin pulları milyonçunun yalnız varislərinə verə biləcəyini bildirib. Varislər ortaya çıxsa da, bank kod tələb etdiyindən Nağıyevin milyonları bankda qalmaqda davam edir. Milyonçunun nəvəsi, Rusiya vətəndaşı Dilarə Nağıyevanın sözlərinə görə, atası Fərəc Nağıyev deyib ki, Musa Nağıyev pullarını xarici banklara yatırıb:

    “Babam bu pulları Bakı və Rusiya banklarında saxlamaq istəsə də, onlar qəbul etməyiblər. O da məcbur olub İngiltərə və İsveçrə banklarında yerləşdirib. Bankda bizdən kod istəyirlər, biz isə bilmirik. 1938-ci ildə həmin banklardan atama çek göndəriblər ki, gəlin pulları alın. Amma DTK-da bundan xəbər tutub, atamı incidiblər. Çeki ona yedizdirib, sonra da 7 saat ac saxlayıblar ki, çek həzm olunsun. Ona görə də pulu ala bilmirik. Amma Azərbaycanın adından dövlət olaraq müraciət edib pulu geri qaytara bilərik”.

    Nağıyevlər ailəsi onu da bildirib ki, tək istəkləri onun varidatını xarici banklardan geri almaq və həmin pula Bakıda iki bina tikdirməklə Musa Nağıyevin 100 binanın sahibi kimi adını tarixə salmaqdır.

    Xatırladaq ki, Ağa Musa Nağıyev Bakıda 98 bina tikdirib. İddialara görə, o, pulunun böyük əksəriyyətini İsveçrə bankına qoyduqdan sonra ona xüsusi kod verilib. Qanunlara görə, İsveçrə bank sistemində kodu bilməyən müştəri əsla oradan pul çıxara bilməz. Şayiələrə görə, həmin kod xaç formasında olan açarın üzərinə həkk olunub.

    Maraqlıdır, Nağıyevin varisləri kod olmadan qızıl pulları geri ala bilərmi? Və yaxud bu pulları Azərbaycan hökuməti almalıdırmı?

    HüquqÅünas ÆkrÉm HÉsÉnov ile ilgili görsel sonucu

    Hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Vərəsəlik məsələlərində ilk növbədə diqqət edilməlidir ki, hansı qanun tətbiq olunmalıdır. Burada əsasən, miras qoyanın öldüyü vaxtın və yerin qanunu qoyulmalıdır. Musa Nağıyev 1919-cu ildə, ADR-in dövründə dünyasını dəyişib. Çox güman ki, həmin dövrdə ölkəmizdə Rusiya qanunları tətbiq edilib. Dünyada qəbul edilmiş ümumi qanun budur ki, daşınmaz əmlakı onu miras kimi tələb edəndə olduğu ölkənin qanunu ilə tələb etmək lazımdır. Lakin daşınmaz əmlakdırsa, onda mirasçının öz ölkəsinin qanunu ilə həll etmək lazımdır. Yəni bu məsələdə İsveçrə bankından ADR dövründəki qanunla pulları geri istəmək lazımdır. Düşünürəm ki, Musa Nağıyevin varisləri bu barədə İsveçrə məhkəməsinə müraciət etməlidir. Məhkəmə artıq bankı məcbur etməlidir ki, kod lazım deyil. Məlum məsələdir ki, varisləri həmin kodu bilə bilməzlər. Burada Azərbaycan hökuməti varislərə yalnız köməklik edə bilər. Lakin məsələni İsveçrə məhkəməsi həll etməlidir”.

    Daha bir maraqlı fakta əsasən Sankt-Peterburqda buraxılan kataloqda məşhur milyonçunun ümumi sərvəti 690 milyon qızıl pul olaraq göstərilib. Məlumatlara görə, Nağıyev, sadəcə, 413 milyon pulunu xarici banka köçürüb, geridə qalan 277 milyon qızıl pulu isə Bakıda dənizkənarı yerlərin birində xüsusi olaraq düzəldilən anbarda saxlayıb. Anbarın kodunu isə yalnız milyonçunun özü bilib. Xaç formasında açarın da həmin anbarda saxlanıldığı deyilir. Anbarın harada olması barədə məlumat yoxdur. Şayiələrə görə, sovet dövründə çoxlu sayda qızıl axtaranlar onun yerini tapmağa çalışıb, lakin buna nail ola bilməyib. (musavat.com)

  • Gəncəyə 8 il rəhbərlik etmiş icra başçısı danışdı: “Bu hadisənin kökündə…”

    Vaxtilə Gəncə şəhərinin icra başçısı olan, hazırda Səbail rayonunun başçısı vəzifəsini icra edən Eldar Əzizovun müsahibəni təqdim edirik:

    – Sizin uzun müddət rəhbərlik etdiyiniz Gəncə şəhərində faciəli hadisələr, ağır cinayətlər baş verdi. Baş verənlərlə bağlı sizin məlumatlarınız, ehtimallarınız nədən ibarətdir?

    – Mən 8 il Gəncədə işləmişəm. Təəssüf hissi ilə deməliyəm ki, bunlar çox ağır hadisələrdir. Mən həlak olan polkovnikləri şəxsən tanıyırdım. Səməd Abbasovu da, İlqar Balakişiyevi də. Biz onlarla bir yerdə, çiyin-çiyinə işləmişik. İkisi də layiqli, mübariz zabitlər olublar. Heyf onlardan! Mən fürsətdən istifadə edib onların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Onlar dövlətə və dövlətçiliyə sadiq, mübariz zabitlər olublar. Xidmətdə olan zabitlərin belə qətlə yetirilməsini əlbəttə ki, hər bir vətənpərvər insan pisləyir. Bu gün biz hamımız dərk etməliyik ki, əzəli, təbii düşmənlə üz-üzə dayanmışıq, torpaqlarımızın da bir hissəsi işğal altındadır. Başqa qüvvələr də vardır. Onlar bu cür vəziyyətlərdən istifadə etməyə çalışacaqlar. Təəssüf hissi ilə etiraf etməliyik ki, bu gün bizim özümüzdən başqa güclü, müstəqil Azərbaycan heç kimə lazım deyil. Hazırda dünyada gedən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanda sabitlikdir, ölkə inkişafdadır. Bu, özü-özünə alınmayıb. Cənab İlham Əliyevin siyasətinin nəticəsidir. Mövcud sabitliyi qoruyub-saxlamaq vacib bir məsələdir. Biz səylərimizi buna istiqamətləndirməliyik.

    Yeri gəlmişkən, bu gün bəzi adamlar mətbuatda olmayan məsələləri şişirtmək istəyirlər. Mən özüm bu gün tamam başqa bir şəhərdə, başqa bir rayonda işləyirəm. Amma mənim adımdan müxtəlif şayiələr yayırlar. Məndən müsahibə götürmədən hadisələrə “münasibətimi” bildirirlər. Elə çıxır ki, sən heç müsahibə verməsən də, sənin adından ictimaiyyətə nə isə təqdim olunacaq. Amma mən bu günə kimi rəsmi müsahibə verməmişəm. Bunu sizə rəsmi şəkildə deyirəm. Sizdə, musavat.com-da bir məqalə gedib ki, guya Abbas Abbasovla bizim birgə işlərimiz olub və onun dəstəyi ilə mən icra hakimiyyətinin başçısı təyin olunmuşam. Mən ulu öndər tərəfindən Gəncə şəhərinə icra başçısı vəzifəsinə təyin olunmuşam və bununla fəxr edirəm. Nə mən bir dəfə Abbas Abbasovun otağında olmamışam, nə də o mənim otağımda olmayıb. Gəncədən qabaq və Gəncədə işlədiyim 8 il ərzində biz bir dəfə də olsun nə Nazirlər Kabinetində, nə də Gəncə Şəhər İcra Hakimiyyətində görüşməmişik. Bütün bunları hansı məqsədlə yazırlar, mən deyə bilmərəm. Kiminsə fantaziyası bu qədər zəngindir ki, olmayan şeyləri bu şəkildə reallaşdırmağa çalışır. Amma mən xatırlaya bilmirəm ki, işlədiyim dövrdə onlar Gəncədə nə isə tiksinlər, hansısa obyekt açsınlar. Amma mənim işlədiyim dövrdə Gəncə şəhərində belə fəaliyyətlə məşğul olmalarını da mən bu günə qədər xatırlaya bilmərəm. Abbas Abbasovla heç vaxt işgüzar ünsiyyətdə olmamışam. Mən özüm elə yazıları oxuyanda təəccüblənirəm. Ümumiyyətlə, özüm Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi arzulayardım ki, heç olmasa kiminsə haqqında nə isə yazılanda etika naminə müraciət etsinlər, soruşsunlar, xəbər doğrudur, ya yox.

    – Bir neçə gün əvvəl sosial şəbəkələrdə məlumat yayılmışdı ki, siz Gəncə şəhərində bu hadisəni törədən insanın edam edilməsini tələb etmisiniz…

    – Siz bunu nə qədər demokratik hesab edirsiniz? Mənə heç kim bu barədə müraciət etməyib və heç kimə müsahibə verməmişəm, bu yalan məlumatın müəllifi də mənə məlum deyil. Mən bunu eşidəndə çox təəccübləndim və bu müsahibə ilə tanış olandan sonra deyə bilərəm ki, bu çox primitiv şəkildə yazılıb. Ölüm hökmü Azərbaycanda 1998-ci ildə ləğv olunub və mən bir tarixçi kimi bunu yaxşı bilirəm. Amma bu saxta məlumatı hazırlayanların yəqin ki, bundan xəbəri olmayıb. “Azadlıq” qəzeti bu məlumatı fasebokda yayıb və geniş müzakirələr təşkil edib. Məqsədi də bəllidir. Mən bu günlər ərzində ilk müsahibəni bu gün telefonla yalnız sizə vermişəm, o da sizin zəngə cavab olaraq. Bu günə kimi mənim adımdan yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyil.

    – Siz də təsdiq edə bilərsiniz ki, bəzən mətbuata məqsədli şəkildə dezinformasiyalar da ötürülür, bunu istisna etmirik. Üstəlik, adətən məmurlara çıxış imkanı məhdud olduğundan dəqiqləşdirmə aparmaq da müşkülə dönür. Yeri gəlmişkən, həmin yazıda bir məqam da var ki, Abbasovlara məxsus 1,5 milyonluq özəl mülk Elmar Vəliyev 2011-ci ildə Sizi əvəzlədikdən az sonra yerlə yeksan edilib. Bu barədə nə deyə bilərsiniz?

    – Mən xatırlaya bilmərəm. Çünki onlarla işgüzar ünsiyyətdə olmamışam. Düzdür, bizim dövrümüzdə Abbas Abbasovun oğlu (Aydın Abbasov) Gəncə şəhərindən deputat seçilmişdi. Dörd deputatdan biri də o idi. Bu isə başqa bir mövzudur. Lakin deyim ki, mənim bunlarla, hansısa məsələlərlə bağlı müzakirələrim olmayıb. Onların Gəncədə bəzi obyektləri olub və bunlar mənim Gəncəyə rəhbərlik etdiyim dövrdən əvvəl olmuşdu. Yəqin ki, onlardan söhbət gedə bilər.

    – Siz Gəncədəki hadisələrin arxasında hansı qüvvələrin dayandığı qənaətindəsiniz? Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisini yəqin ki, yaxşı tanıyırsınız. Burada dini amillərin icra başçısına sui-qəsd etməsinə, polis zabitlərini qətlə yetirməyə gətirib çıxarması real görünürmü?

    – Mən həmişə demişəm, bu gün də deyirəm, gəncəlilər çox qədirbilən camaatdır. İnanmıram ki, gəncəlilər tərəfindən Balakişiyevə və Abbasova kimsə əl qaldıra bilərdi. Ola bilər ki, hansısa təxribatçı qruplardır. Bu gün istintaq gedir və yəqin ki, istintaqın nəticəsi açıqlanacaq. Mən bir tarixçi kimi burada daha geniş problem görürəm. Hər halda, istintaq daha konkret deyəcək.

    – Rəis müavinlərinin hədəfə alınması, sizcə, təsadüfdür, yoxsa məqsədli olub?

    – Mən 7 ildir Gəncədən çıxmışam. Bu gün birmənalı desəm, ciddi qəbul olunmayacaq. Hər halda, bu, yaxşı hal deyil, cinayətdir. Xidmət zamanı zabitləri qətlə yetiriblər. Biz birmənalı şəkildə bunu pisləyirik. Ancaq başqa nələr baş verib, bunu yalnız orada olanlar qiymətləndirə bilər. Mən yalnız vətəndaş kimi bunu çox pis qiymətləndirirəm. Bu, qətldir. Qətlə yetirilənlər dövlət işçiləridir, Azərbaycan dövlətini təmsil edən yüksək rütbəli zabitlərdir. Onlara qarşı əl qaldırılması Azərbaycan dövlətçiliyinə qarşı əl qaldırılması kimi qəbul olunmalıdır və bütün dünyada bu cür hadisələr belə qiymətləndirilir.

    – Heç təsəvvürünüzə gətirərdinizmi ki, günün birində kimsə elə icra hakimiyyətinin qarşısında Sizə yaxınlaşa və silahlı hücum edə bilər? Nə vaxtsa belə bir təhlükədən ehtiyatlanmısınızmı?

    – Bilirsiniz, burada bəzi qüvvələr bizi üz-üzə qoymaq, müqayisə etmək istəyirlər. Bu, etik cəhətdən düzgün deyil. Mən başqa bir dövrdə işləmişəm, o, (Elmar Vəliyev) başqa bir dövrdə. O vaxt təsəvvür edə bilməzdim ki, Gəncədə belə bir hadisə baş verə bilər. İndi dünya dəyişir, müxtəlif xarakterli proseslər gedir. “Bu gün orada niyə belə oldu” sualına müvafiq təşkilatlar, istintaq aydınlıq gətirəcək. Ancaq birmənalı şəkildə bu nə hadisədir, kökündə nə dayanır, demək çətindir. İstintaqın yekununu gözləyək.

    – Bu günlər ərzində həmkarınız, həm də xələfiniz olan Elmar Vəliyevlə əlaqə saxlamaq, onun sağlıq durumundan məlumat almaq imkanınız olubmu?

    – Mənim onun qardaşı Xanlar Vəliyevlə telefon danışığım olub. Təbii ki, o, bizim həmkarımızdır. Mən Gəncədə 8 il işlədim, o da 7 il işləyib, artıq 8-ci ildir. Əlbəttə, biz bir komandanın üzvüyük. Təbiidir ki, mən son hadisələri pisləyirəm. Azərbaycanda hüquqi dövlət var, kim kimdənsə narazıdırsa, o, sözünü deyə, hansısa instansiyaya müraciət edə bilər.

    – Yəqin ki, Gəncə ilə əlaqələriniz var. Hazırda vəziyyət barədə nə demək olar? Bundan sonra analoji hadisələr təkrarlana bilərmi?

    – Mən inanmıram ki, bir daha belə bir hadisə təkrar olunsun. Gəncə camaatı müdrik camaatdır. Bu gün Azərbaycan xalqı dünyaya baxıb min dəfə şükür edir ki, Azərbaycanda sabitlikdir, inkişaf var, bunu qoruyub saxlamaq lazımdır. Bu sabitlik və inkişaf cənab prezidentin siyasətinin nəticəsidir. Böyük xoşbəxtlikdir ki, bu gün ölkənin başında bu cür dahi insan durur, onun siyasətinin nəticəsində bu sabitlik yaranıb və inkişaf göz qabağındadır. Yaxın Şərqə, Avropaya, Ukraynaya baxın, nələr baş verir? Azərbaycan onların fonunda stabil dövlət kimi çıxış edir, bunu qoruyub-saxlamaq lazımdır. Azərbaycan xalqı da müdrik xalqdır. Bütün görülən işləri qiymətləndirir. Ona görə də mən inanmıram ki, orada böyük bir miqyasda nə isə problem yaradılsın. Ayrı-ayrı adamlar bütün dünyada var, bütün quruluşlarda mövcud olublar.

    – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi neçə vaxtdır ki, boşdur. Son olayla əlaqədar Gəncənin icra başçısı da səlahiyyətlərini icra edə bilmir. Ölkə əhalisinin az qala yarısını təşkil edən iki şəhərimizdəki belə bir vəziyyət Sizi narahat edirmi?

    – Bakı şəhərində sistem yaradılıb, bütün rayon icra hakimiyyətinin başçıları yerlərində öz funksional vəzifələrinin öhdəsindən gəlirlər. Gəncə şəhərində bu cür faciəli hadisə baş verməsinə baxmayaraq orada dövlət strukturları öz fəaliyyətlərini davam etdirirlər. Azərbaycanın xoşbəxtliyi ondadır ki, möhtərəm prezidentimizin siyasəti nəticəsində sistem yaradılıb. Artıq o sistem əsasında dövlət idarə olunur. Bu gün hüquqi, demokratik, dünyəvi dövlət bir reallıqdır, bu dövlət də göz qabağındadır. Ona görə də bu gün ayrı-ayrı vəzifələrdə vakansiya olanda sistem özü işləyir, artıq sistem mövcuddur, bu da bir xoşbəxtlikdir.

    – Uzun illər boyu Bakının icra başçısı vəzifəsinə namizədlər sırasında sizin də adınız çəkilib, ona görə sizdən soruşdum…

    – Vallah, çox şey deyə bilərlər, bunlar əsassız fərziyyələrdir. Mənə cənab prezident böyük etimad göstərib, mən can-başla çalışıram ki, onun etimadını əməli işlərimlə doğruldum. (Musavat.com)

  • Пропавшая в Хачмазе женщина найдена мертвой

    Найдено тело пропавшей без вести на территории Хачмазского района 67-летней жительницы Сумгайыта.

    Как сообщает Median.Az со ссылкой на АПА, приехавшая в гости в село Падар Хачмазского района Пери Губад гызы Шихвалиева была найдена мертвой на посевном участке.

    На место происшествия были привлечены сотрудники правоохранительных органов.

    Отметим, что женщина пропала вечером 8 июля.