Month: July 2018

  • Nazirlikdə təcili iclas – 11 vəzifəli şəxs işdən qovuldu

    Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi, mövcud olan neqativ halların qarşısının alınması, qərar qəbul etmə prosesində şəffaflığın artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafq əmri ilə bu ilin 30 aprel tarixində yaradılmış İşçi Qrupun növbəti iclası olub.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edib. O, vurğulayıb ki, sosial təminat sisteminin gücləndirilməsi Prezident cənab İlham Əliyevin sosial siyasətinin əsas xəttini təşkil edir və bu istiqamətdə mühüm addımlar atılır. Eyni zamanda, dövlət başçımızın nazirlik qarşısında müəyyən etdiyi əsas vəzifələrdən biri bu sahədə şəffaflığın, ünvanlılığın tam təmin edilməsidir. Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da cənab Prezident sosial təminat sahəsində buraxılmış səhvlərin, pozuntuların tam aradan qaldırılmasını, sosial ədalətin tam bərqərar olmasını və şəffaflığın tam təmin edilməsini tapşırıb.

    S.Babayev qeyd edib ki, qanunsuz şəkildə sosial yardım alan ailələrin müəyyən olunaraq onların yardımla təminatının dayandırılması, eyni zamanda, sosial yardıma ehtiyacı olan, lakin bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığının təmin edilməsi üçün hazırda nazirlik tərəfindən konkret işlər aparılır. Ünvanlı dövlət sosial yardımı üzrə yaradılmış İşçi Qrupu tərəfindən mövcud vəziyyət araşdırılaraq qısa müddətli dövr üzrə bir sıra vacib addımlar atılıb. Belə ki, ailələrin sosial yardım almaq hüququna baxılması üçün müraciət edərkən bəzi hallarda “sövdələşmə”lər, sosial yardım üçün elektron qaydada müraciətin edilməsində köməkliyə görə qeyri-qanuni ödəmə tələb edən işbazların olması kimi hallar ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edib. Bu hallar, habelə sosial yardım almaq hüququna baxılması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin şöbələrin əməkdaşları tərəfindən müayinəsində ünvanlılıq, ədalətlilik prinsiplərinin və şəffaflığın pozulması, subyektiv yanaşmaların özünü göstərməsi sosial yardım sistemi ilə bağlı vətəndaşlar arasında haqlı narazılığa səbəb olub. Son iki ayda aparılan araşdırmalar zamanı fəaliyyətlərində ciddi nöqsanlara yol verdiyi müəyyən olunan DSMF-nin 11 rayon şöbəsinin rəhbəri işdən azad edilib.

    Nazir bildirib ki, aztəminatlı ailələrin müəyyən edilməsi prosesinin daha şəffaf, keyfiyyətli şəkildə həyata keçirilməsi üçün ilkin addım kimi maddi-məişət şəraitinin müayinəsi DSMF-nin yerli şöbələrinin rəhbər şəxslərinə, şəxsi məsuliyyət prinsipi üzrə və müayinə nəticələrinin e-imza ilə təsdiq edilməsi şərti ilə həyata keçirilməsi tapşırılıb.

    Hazırda 54 min ailənin (213 min nəfər ailə üzvü) ünvanlı sosial yardımla təmin edildiyini qeyd edən S.Babayev diqqətə çatdırıb ki, hər ailəyə orta hesabla ayda 178 manat sosial yardım ödənilir.

    İşçi Qrupu tərəfindən sosial yardım alan ailələrin kateqoriyalarının və ailələrə yardımın təyin edilməsindən imtina olunmasının səbəbləri də araşdırılıb. Sosial yardım alan 54 min ailədən 32880 ailənin daha həssas kateqoriyalara (I və ya II qrup əlil üzvü və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan ailələr, ailə başçısını itirmiş ailələr, 3-4 uşağı olan ailələr, qaçqın və ya məcburi köçkün olan ailələri və s.) aid olduğu müəyyən edilib. Digər 21 min ailədə isə əmək qabiliyyətli insanların olduğu müəyyən edilərək onların özünüməşğulluq proqramına cəlb olunması istiqamətində işlər aparılır.

    S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə carı ildə sosial yardımın alınması üçün elektron sistemə təxminən 90 minə yaxın müraciət daxil olub ki, ilkin mərhələdə elektron qaydada araşdırmalar aparılmaqla, sistem tərəfindən onlardan 57 min ailəyə sosial yardım təyin edilməsindən imtina qərarı verilib. 32666 müraciətlə bağlı isə həmin müraciətləri edən ailələrin maddi-məişət şəraitinin müayinəsinin aparılması qərara alınıb və aparılmış müayinələrin nəticələri əsasında həmin ailələrdən 11678 ailəyə sosial yardım təyinatından imtina edilib, 18332 ailəyə isə sosial yardım təyin edilib. Maddi-məişət şəraitinin müayinəsindən sonra ailələrə yardım təyin olunmasından imtina edilməsinin əsas səbəbləri sırasına ailə tərkibinin, ailənin kommunal xərclərinin, habelə ailə gəlirləri və ailənin yardımçı təsərrüfatı, ailənin əmlakı, torpaq mülkiyyəti barədə məlumatın düzgün göstərilməməsi və ya gizlədilməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və s. daxildir.

    Nazir sosial yardımın təyinatı zamanı informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatların dəqiqliyinin və dolğunluğunun təmin edilməsi məqsədilə müvafiq dövlət qurumlarına məktublar hazırlandığını, ailənin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi üçün indikatorların müəyyən olunması istiqamətində işlərin aparıldığını da qeyd edib. O eləcə də sosial yardımın alınması üçün müraciət edən ailələrin qərar qəbuletmə prosesində digər sosial proqramlara cəlb edilməsi istiqamətində intensiv işlərin aparılmalı olduğunu bildirib.

    İclasda işçi qrupunun gördüyü işlər, hazırlanan yeni təkliflər müzakirə olunub, qısamüddətli və ortamüddətli dövr üçün görüləcək tədbirlər müəyyən olunub, işçi qrupuna müvafiq tapşırıqlar verilib.

  • “Onların Gəncəni nardaranlaşdırmaq, Bakını Dəməşqə çevirmək kimi ssenariləri var” – Zahid Orucdan ŞOK AÇIQLAMA

    Ötən gün Gəncədə baş verən hadisələr bir daha müəyyən qüvvələrin ölkədə təxribat törətməkdə maraqlı olduğunu göstərdi. İki polisin vəhşicəsinə öldürülərək şəhid olması isə olayların ən pik nöqtəsi oldu. Maraqlıdır ki, bir neçə gün öncə rüşeymi atılan bu hadisələr məhz ötən gün (Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfər etdiyi gün) alovlandı. 

    Millət vəkili Zahid Oruc Sfera.az-a açıqlamasında baş verən hadisələri belə şərh edib:

    “Bu hadisələrin təsadüf olduğunu, yaxud bilərəkdən, məhz Ərdoğanın səfəri günündə baş verdiyini də demək olar. Yunis Səfərovun məlum terror əməlinin informasiya resurslarında, sosial şəbəkələrdə müzakirə edilməsi, tirajlandırılması, onun mücahid obrazının yaradılması və xalq mənafeyi uğrunda çarpışan biri kimi təqdim edilməsi fonunda düşünülürdü ki, müəyyən zaman keçməlidir ki, əhali bu təbliğatı qəbul edərək ona itaət etsin. Nəticədə isə Yunis Səfərov cinayətkar qəhrəman obrazında təqdim edilsin və sonunda geniş toqquşlamalara yol açılsın. Bu gün Türkiyəni sevməyənlər çoxdur və onlar istəyirlər ki, Azərbaycanda daha fərqli modelli dövlət quruluşu yaratsınlar”. 

    Gəncə ilə Nardaranı nə birləşdirir?

    Millət vəkili Z.Oruc həmçinin bir neçə il öncə Nardaranda baş verən hadisələrdə də Gəncə ilə müəyyən əlaqənin olduğunu diqqətə çatdırıb:
    “O zamanlar “Nardaran da min bir Azərbaycandır, min bir dövlətdir” adı altında təbliğatlar aparılırdı. Həmin məkan vaxtı ilə xalq hərəkatında mübarizənin mərkəzlərindən biri olub. Onlar azadlıq hərəkatında böyük töhfələr veriblər. Lakin sonrakı illərdə bu prosesdən çox sürətlə qopma baş verdiyini müşahidə etdik. Kəndin əhalisindən mücahid hazırlayaraq işığa, qaza, suya qarşı baykot sədaları səsləndirməyə istiqamətləndirməklə onları siyasiləşdirərək dini istəklərini istismar ediblər. 2015-ci ildə MTN-in məlum cinayətkar heyətinin rəhbərlikdən getməsi fonunda Nardaranda baş verən olaylarda da iki polis şəhid oldu. Nardarandakı məlum hadisələr fonunda Gəncədə müsəlman birliyinin fəaliyyət üzvləri ayağa qalxaraq polisə qumbara atmışdılar. Sual edilə bilərdi ki, bu sinxron bağlılığın əsası nədir. Onlar niyə bu coğrafiyanı əhatə etmək istəyirlər? İki məkan arasında yeraltı sular bir-birinəmi axır? Bu səbəbdən Elmar Vəliyevə qarşı sui-qəsdin fərdi yaxud da şəxsi identifikasiyada olmadığını söyləyərkən haqlıydıq. Ötən gün məlum əməllərin törədilməsi həmin qruplaşmaların din üzərindən ya da məscidlər vasitəsi ilə hakimiyyətlə savaşma planıdır. Bu hadisələr qətiyyən siyasi meydanın daralması fonunda hansısa siyasi qüvvələrin aktivləşməsi deyil. Bu hadisə Ərdoğanın səfəri günü Gəncədə oynanılan dram deyil, daha artıq dərəcədə bölgədə möhkəmlənmək, Azərbaycana din ixrac etmək, dövlət quruluşumuzu dəyişdirmək istəyənlərin uzunmüddətli fəaliyyətinin nəticəsidir. Onların Gəncəni Nardaranlaşdırmaq, Bakını Dəməşqə çevirmək kimi ssenariləri var. 

    Kimləsə münasibət problemli ola bilər, kiminsə idarəçiliyinin əleyhinə ola bilərsiz. Lakin dini gətirib alət etmək düzgün deyil. Gəncədən Bakını vurmaq olmaz. 2016-cı il hadisələrində ən çox vətəndaşlar arasında telefon danışıqlar məhz Gəncədən gedirdi. Yəni, kəşfiyyat orqanları daha çox Gəncədə qərarlaşmışdır. Bu bizim üçün bir siqnal olmalıdır. Gəncə dövlətçiliyimizin əsası olduğu üçün bizi o damardan vurmaq istəyirdilər. Ötən gün baş verən hadisələr zamanı polisin də əlində silah vardı, onları öldürmək üçün imkan vardı.  Amma belə olsaydı, gör nə baş verəcəkdi. Deyəcəkdilər ki, xalqa qarşı güllə atıldı”. 
    Z.Oruc bildirir ki, 90-cı illərdə baş verən hadisələr fonunda susqunluq nümayiş etdirən həmin qüvvələrdir ki, yenidən aktivləşib:
    “Hər zaman böyük təəccüb hissi ilə qarşılayırdım ki, 90-cı illərdə neft müqavilələrinə terror və qətliamlarla reaksiya verən qüvvələr nə əcəb şimal-cənub, şərq-qərb layihələri, böyük strateji  planlarımız reallaşarkən sükut nümayiş etdiriblər. Baş verən bu hadisələr isə onların yatmadığını, ayıq olduğunu bir daha göstərdi. Məqsəd bəllidir”.

    Z.Oruc saytlarda bu hadisələrlə bağlı yayımlanan xəbərlərə də münasibət bildirib:

    “Növbəti addım hərbi hissələrdə 30-40 nəfərin qətlə yetirilməsi olacaq deyə, xəbər lentlərində belə bir məlumat verilmişdi. Əsgərin öldürülməsi o ordunun üzərinə, dövlətin təməl daşı və sənin öz təhlükəsizliyinə fokuslanır. Bunu dərk etməyənlər yazıqdır. Necə düşünmək olar ki, Əlikram Hümbətov əlində silah gəlib sizə gələcək quracaq. Necə bunu ağıla gətirmək olar? Bu adam xəstədir. O adama bir tribuna verirlər və xalq mücahidi kimi təqdim olunur. Ötən gün Orduxan yazır ki, “it kimi gəbərən polislər”. Ay nadanlar… Sabah bu adamlarla demokratiya qurmaq olmaz. Tankla, topla, silahla demokratiya qurulmur…Ötən gün xəbər lentlərində diqqətimi çəkən məqamlardan biri budur ki, insanlarımız nə qədər bu hadisələrə daha ayıq yanaşsalar da, digər tərəfdən isə qarşıdakı dövrdə hansı təxribatların baş verəcəyi söylənilirdi. Sanki konkret ssenari və kitab var və hadisələr də bu ssenariyə uyğun olaraq cərəyan edir”.

  • Отмену ЧП в Турции перенесли

    Режим чрезвычайного положения в Турции будет отменен 17 июля.

    Как передает Median.Az со ссылкой на турецкие СМИ, после отмены чрезвычайного положения в стране будет принят новый закон о борьбе с терроризмом.

    Ранее в качестве даты отмены ЧП в Турции называлось 19 июля текущего года.

    Президент Турции Реджеп Тайип Эрдоган в июне заявил о намерении рассмотреть вопрос отмены режима чрезвычайного положения в случае победы на досрочных президентских выборах.

  • Зираддин Рзаев привел в восторг подписчиков исполнением турецкой песни (ВИДЕО)

    Известный экстрасенс из Азербайджана Зираддин Рзаев, долгое время проживающий и работающий в России поразил подписчиков своим певческим талантом.

    Как сообщает Median.Az, азербайджанский медиум выложил в социальной сети Instagram видеоролик, на котором исполняет композицию “Ben yoruldun hayat” из репертуара известного турецкого певца Мумина Сарыкая. Исполнение Зираддина, на одном из мероприятий друзей экстрасенса – вызвало положительный резонанс среди подписчиков, число которых превышает 67.7 тысяч человек. 

    “Зираддин! Супер, ты ведь не просто поешь,- ты чувствуешь и даёшь возможность слушателям ощутить те эмоции о которых эта песня даже не понимая слов! Браво! Талантливый человек талантлив во всем!”, “Какой красивый голос!”, “Ух ты какой красивый голос просто класс. Сначала подумала что поет турецкий певец”, – пишут восторженные фолловеры в комментарии к нижеприведенному видео.  

    Р.А.

  • Təcili yardım avtomobili qəzaya uğradı: Yaralılar var

    Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Qərb bürosunun məlumatına görə, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın “Mercedes” markalı avtomobillə toqquşub.

    Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Məlumata görə, yaralıların arasında tibb işçiləri də var.

    Faktla bağlı araşdırma aparılır.

  • «Карабах» одержал победу в стартовом матче Лиги чемпионов (ВИДЕО)

    Азербайджанский футбольный клуб «Карабах» провел первый матч 1-го квалификационного раунда Лиги чемпионов.

    Как передает Median.Az, в Любляне наша команда сыграла со словенской «Олимпией». «Карабах» одержал победу со счетом 1:0.

    Единственный гол на 79-й минуте забил Дональд Герье. В конце матча на 90-й минуте, получив вторую желтую карточку, был удален полузащитник «Карабаха» Гара Гараев. Ответная игра состоится 18 июля в Баку.

    Победитель этой пары во 2-м раунде встретится с сильнейшим в противостоянии «Кукеси» (Албания) – «Валлетта» (Мальта).

    В первом матче между этими командами счет открыт не был – 0:0

    Представляем вниманию наших читателей обзор матча и забитый гол.

  • Xızıda kütləvi dava olub, xəsarət alanlar var

    Xızı rayonunda kütləvi dava olub, xəsarət alanlar var. Hadisə rayonun Şurabat qəsəbəsində baş verib.

    Hadisə nəticəsində 2 nəfər – 1986-cı il təvəllüdlü Elbrus Əbülfəz oğlu Atakişiyev və 1990-cı il təvəllüdlü Orxan Yusif oğlu Bayramov bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır. (report)

  • Prezidentin köməkçisi Gəncə hadisələrindən danışdı

    Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov son günlər ölkədə yaşanan hadisələrə münasibət bildirib.

    Median.Az Əli Həsənov sosial şəbəkədə yazdığı statusu təqdim edir: 
    Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafinda daha sıx birləşməsini tələb edir
    Iyul ayının 3-ü axşam Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə bağlı BBC əməkdaşının sualına cavab verərkən, mən ilkin məlumatlardan çıxış edərək söyləmişdim ki, ”bu icra başçısına qarşı törədilmiş kriminal hadisədir, silahlı basqın olub, başçı və mühafizəçisi xəsarət alıb, hadisəni törədən şəxs yaxalıanıb, hüquq mühafizə orqanları lazımi tədbirləri görürlər”. 

    Belə ağır cinayət hadisələri zamanı müvafiq orqanların rəyi olmadan daha təfsilatlı şərhlə çıxış etməyi düzgün hesab etmədim. Bir dövlət məmuru kimi mənim həmin açıqlamam, əlbəttə ki, dövlətin hadisəni nəzarətə götürdüyü haqqında cəmiyyəti məlumatlandırmaq istəyilə əlaqəli olmuşdu.

    İyulun 6-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı birgə məlumatda baş vermiş cinayətin terror xarakteri, cinayəti törədən Yunis Səfərovun xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi bildirildi. Həm yerli, həm xarici mediada dərc olunmuş materiallarda, sui-qəsdçinin həyat yoldaşının bir neçə dəfə yayımlanmış video müraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi “sosial zülmə” qarşı etiraz olaraq deyil, məhz Suriyada uğrunda döyüşdüyü “ideallar” naminə – şəriət dövləti bərqərar etmək üçün törətdiyi bəlli oldu.

    Yunis Səfərov maddi təminatı yüksək olan bir ailənin üzvüdür, xarici vətəndaşdır və təbii ki, Azərbaycanın hansısa bölgəsində sosial ədalət naminə “solçu inqilabı” haqqında düşünməyəb də. Açıqlamalardan göründüyü kimi, o, bu əmələ uzun illər hazırlaşıb, öz niyyətini həyata keçirmək üçün müvafiq məqam və tapşırıq gözləyib. Görünür, Mingəçevir şəhərində baş vermiş qəza ilə əlaqədar yaranmış gərginlik bunun üçün əlverişli məqam hesab edilib. 
    Sözügedən dairələrə yaxın xarici media və Facebook səhifələrinin hələ 2017-ci ilin əvvəllərində Gəncə İH başçısı haqqında islamofob və anti-şiə imici yaratmaq cəhdləri Azərbaycan KİV-lərində müzakirə olunmuşdu. Bu ilin əvvəllərindən isə müəyyən reket nəşrlərdə Elmar Vəliyevin kobud rəftarı haqqında dərc edilən materialların sayında kəskin artım müşahidə edilmişdi. Görünür, ölkə əhalisinin dini mövzulara o qədər də həssas olmaması səbəbindən onun barəsində “sosial zülmün səbəbkarı” imici formalaşdırmağa ehtiyac varmış.

    Hadisə baş verdikdən dərhal sonra radikal dini səhifələr və saytlar, Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı KİV-lər Yunis Səfərovu yeni “gəncəbasar qisasçısı”, “qəhrəman” elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı iaşə müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, Leyla Yunusova kimi anti-milli ünsürlərdən kömək gəldi. Rusiyada “talış separatçısı kimi ad-san qazanmış” İsmayıl Şabanovun, Hollandiyada eyni statusla yaşayan Ələkrəm Hümbətovun çevrəsi cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər. 2016-cı ilin aprel döyüşləri zamanı erməni hərbi mundiri ilə ekranlardan Azərbaycanı, Azərbaycan əsgərini aşağılayan bir xain ona şeir də həsr etdi. Təsadüfi deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə sistemli ideoloji təxribatla məşğul olan bəzi xarici dini saytlar da bu günlərdə xüsusi canfəşanlıq göstərdilər. Kimə məxsusluğu bəlli olmayan Ru-clip.ru saytının Youtub kanalı isə “Səda HD” kimi təqdim olunan şirkətin hazırladığı və üsyana səsləyən 5 klip – çağırış yayımladı.

    Beləliklə, biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik. Xarici anti-Azərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, poilis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil. 

    Belə həssas vəziyyət cəmiyyətimizin, bütün vətəndaşlarımızın milli dövlətçilik ətrafında daha sıx birliyini tələb edir. Xüsusən ictimai rəyə təsir imkanı olan insanlar – millət vəkilləri, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, siyasi fəallar, media və QHT təmsilçiləri daha həssas davranmalı, iqtidara və ya onun ayrı-ayrı nümayəndələrinə bəslədikləri fərdi münasibətlərlə dövlət və Vətən mənafelərini bir-birindən fərqləndirməlidirlər.
    XIX əsr Rusiyasında Vera Zasuliç adlı qadın ilk terror aktını həyata keçirəndə rus ziyalılarının müəyyən kəsimi onu qəhrəman kimi təqdim etməyə çalışmışdı və buna qismən nail də olmuşdular. Həmin terrorun mifləşdirilməsi ilə başlayan hadisələr sonrakı dövrdə Rusiyada üç inqilaba, milyonlarla insanın vətəndaş savaşında həlak olmasınadək inkişaf etmişdir.

    İdeoloji təxribat deyəndə bir məqamı da yada salmaq yerinə düşərdi. Yaxın tariximizdə Azərbaycan əsilli xarici vətəndaşın törətdiyi ilk terror aktın Azərbaycan Dövlət Neft Akademiyası hadisəsidir. Amma həmin terror öz hədəfinə çatmamış, terror aktı, onu törədən şəxs və arxasındakı qüvvələr cəmiyyət tərəfindən birmənalı olaraq lənətlənmişdilər. Bu dəfə də terror Azərbaycan əsilli xarici vətəndaş tərəfindən törədilib. Amma qeyd etdiyim kimi, ona ictimai bəraət qazandırmaq üçün uzun müddətli iş aparılıb. Bəzi sosial səhifələrdə “qalxın, digər şəhərlərdə də bunu təkrar edin” çağırışları terrorun yeni dalğasına çağırış kimin qiymətləndirilə bilər. Çünki bu, aksiyalarda Azərbaycan vətəndaşlarının kütləvi iştirakını təmin etmək məqsədi güdülür.
    1970-ci illərin ikinci yarısında Türkiyədə solçular və sağçılar öz aralarındakı gərginliyi və dövlətlə anlaşılmazlıqları silah, “devrim”(əslində terror) gücünə həll etməyə başlayanda Süleyman Dəmirəlin dediyi məşhur bir ifadə yadıma düşdü: “Cümhuriyyət polisinə güllə atan əllər kəsilməlidir”. Əlbəttə ki, bununla müasir Türkiyədə heç də Osmanlı dövlətinin tarixinə aid olan sərt cəzanın birbaşa tətbiqi nəzərdə tutulmurdu, dövlətin məmurunu terror edənlərin sərt şəkildə cəzalandırlmasınin vacibliyinə diqqət çəkilirdi. 

    Əminliklə deyə bilərəm ki, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər qanunun sərt üzünü görəcəklər və ən ciddi şəkildə cəzalandırılacaqlar. Bununla yanaşı, təsadüfən, hadisə ictimai maraq kəsb etdiyinə görə, öz iradələrinin əleyhinə olaraq bu əməlin iştirakçısına çevrilmiş hər kəsi bu yanlış addımlardan çəkinməyə dəvət edirəm. Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır və bu dəyərlərə təhlükə yarandıqda hər bir vətəndaş, hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir. Buna görə də Azərbaycan dövlətinin terror və terror çağırışlarına qarşı atacağı sərt addımların ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən düzgün anlaşılmalı, geniş kütlələrə düzgün mesajlar verilməlidir. Hər hansı səbəb və ya bəhanə ilə terrora bəraət qazandırmaq cəhdləri yolverilməzdir, sosial səhifələrin aktiv iştirakçıları və KİV nümayəndələri yazı, rəy və şərhlərində müvafiq qanunvericiliyin tələblərini və dövlət maraqlarını unutmamalı, hadisələrə daha peşəkar və obyektiv yanaşmalıdırlar.

  • В драках в Баку и Хызы 3 человека получили ножевые ранения

    Как сообщает Median.Az, накануне в поселке Нардаран произошла массовая драка, вследствии чего Гаджиага Алиев (1993-го года рождения) с ножевыми ранениями был доставлен в Клинический Медицинский центр и прооперирован.

    Факт расследуется сотрудниками 42-го отделения полиции Сабунчинского РУП.

    Кроме этого, во время массовой драки в поселке Шурабад получили ножевые ранения Эльбрус Атакишиев (1986-го года рождения) и Орхан Байрамов (1990-го года рождения). Они были доставлены в Сумгайытскую городскую больницу скорой помощи.

    В Хызынском РОП по факту ведется расследование, ведется розыск подозреваемых.

  • В Баку перевернулся пассажирский автобус: 1 человек скончался, 13 получили травмы – ВИДЕО

    В результате тяжелой аварии в Гарадагском районе получили травмы 13 человек, один скончался.

    Как сообщил глава пресс-службы Минздрава Парвиз Абубекиров, одна женщина скончалась на месте происшествия.

    7 пострадавших были доставлены в Клинический медицинский Центр, 1 человек – в Республиканскую клиническую больницу, 3 – в больницу в поселке Алят. Двум пострадавшим медицинская помощь была оказана на месте.

    Утром на территории района грузовой автомобиль столкнулся с пассажирским автобусом №149. В результате столкновения автобус перевернулся.

    В настоящее время на месте происшествия находятся сотрудники Государственного Управления полиции и Бакинского транспортного агентства.

    * * *

    “По предварительным данным, авария произошла из-за уснувшего за рулем водителя грузовика. Так, грузовик на высокой скорости столкнулся с двигающимся автобусом, в результате чего пассажирский автобус несколько раз перевернулся”, сообщает, Бакинское транспортное агентство.