Month: July 2018

  • Информация о мине вызвала переполох в аквапарке в Новханы – ФОТО

    Сегодня ночью из Центра управления кризисными ситуациями МЧС в АНАМА поступила информация о выявлении мины на территории поселка Новханы Абшеронского района.

    Согласно информации, сотрудники специальной мобильной операционной группы Агентства и сотрудники полицейского отделения Абшеронского района были немедленно отправлены на место происшествия.

    Специалистами Агентства совместно с сотрудниками отделения полиции Абшеронского района Министерства внутренних дел был проведен осмотр морского побережья на территории развлекательного центра Aqua Park.

    В результате срочных оперативно-розыскных мероприятий специалисты Агентства обнаружили воздушный фильтр устройства противогаза и доставили в центр уничтожения Агентства.

    На месте обнаружения воздушного фильтра в радиусе 2000 кв.м и был проведен надземный осмотр, в результате которого опасного боеприпаса выявлено не было.




  • Bakıda heyvanı sürüyən sürücü polisə çağırıldı – VİDEO

    Ötən gün sosial şəbəkələrdə paytaxt küçələrinin birində iribuynuzlu heyvana işgəncə verən sürücünün görüntüləri yayılıb. “Qafqazinfo” xəbər verir ki, görüntülərdə heyvanın maşına bağlanaraq sürünməsi öz əksini tapıb.

    Məsələ ilə bağlı Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov “Qafqazinfo”ya bildirib ki, hadisə dərhal polis əməkdaşları tərəfindən araşdırılıb: “Məlum olub ki, hadisə ötən ayın 9-da paytaxtın Məhəmməd Xiyabani küçəsində baş verib. Həmin şəxs 10-LO-913 qeydiyyat nişanlı “Qazel” markalı avtomobilin sürücüsü, 43 yaşlı Kərimov Rüstəm Elbruz oğlu olub. O, bölməyə dəvət olunub və məsələdən peşman olduğunu bildirib. Ancaq haqqında Yasamal rayon DYPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.2. – ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə tətbiq edilib.

    Mən qeyd edim ki, tarixən dədə babalarımızdan “günahdır” sözünün eşitmişik. Heç bu məsələdə inzibati tənbeh tədbirləri nəzərdə tutulmasa belə, heç bir vətəndaş belə zorakılığa yol verməməlidir. Yəni, vəhşi heyvanların belə ovlanmasında qanunvericilikdə nəzərdə tutulmuş tələblər var. Bu tələbləri yaddan çıxarmamaq lazımdır. Ona görə də bunu çəkib göndərən şəxsə minnətdarlığımızı bildiririk”.

  • СГБ назвала число азербайджанцев, уехавших в Сирию

    Число граждан Азербайджана, уехавших в конфликтную зону в Сирию, превысило 1000 человек.

    Как передает Median.Az со ссылкой на Trend, об этом во вторник сказал начальник отдела Службы государственной безопасности (СГБ) Азербайджана Суад Махмудов.

    Начальник отдела подчеркнул, что если число граждан Азербайджана, примкнувших к террористическим группам на Северном Кавказе, измерялось десятками, а число азербайджанских граждан, выехавших в Афганистан и Пакистан, составило около 300, то количество уехавших в Сирию превысило 1000 человек.

    «Почему это произошло? Естественно, благодаря рекламе. На эти процессы оказал влияние механизм искусственной пропаганды, проводимой в СМИ, сайтах и соцсетях, контролируемых экстремистами. Почему оказались те, кто примкнул к событиям в Сирии? Потому что пропаганде этих событий придавалось большое значение, на нее было выделено больше средств. Естественно, что СГБ серьезно контролирует эти процессы и предпринимает меры для их пресечения. Благодаря этому в Азербайджане пресекается религиозный радикализм».

  • Тяжелое ДТП на дороге Баку – Газах, есть погибшие

    На дороге Баку – Газах произошло тяжелое ДТП, есть погибшие.

    Как сообщает Median.Az со ссылкой на Report, потеряв управление за рулем автомобиля марки Mercedes на территории села Гушгара Гёйгёльского района, водитель врезался в железное ограждение на перекрестке.

    В результате аварии погибли женщина и ребенок. Еще один мужчина доставлен в больницу в тяжелом состоянии.

    По факту ведется расследование.

  • Жертвами жары в Канаде стали 70 человек

    Число жертв сильной жары в канадской провинции Квебек достигло 70 человек.

    Об этом передает Median.Az со ссылкой на РИА Новости.

    Ранее сообщалось о 50 погибших.

    Как отмечает источник, температура воздуха в провинции поднимается выше 40 градусов. От жары погибли 70 человек, из них 34 скончались в городе Монреаль.

    По данным местных властей, погибшие от жары были преимущественно старше 60 лет и страдали хроническими заболеваниями.

    Ранее служба оказания экстренной медицинской помощи сообщила, что ежедневно получает более 1,2 тысячи звонков. Власти города принимают срочные меры, в частности, был увеличен период работы бассейнов.

  • Бакинский живодер раскаялся – ФОТО + ВИДЕО

    Буквально на днях в сети распространилось душераздирающее видео, в котором корову, привязанную к грузовой «Газели», волочат прямо по дороге.

    Происшествие было немедленно взято под особый контроль ГУДП, в течение нескольких часов водитель грузовика был задержан и привлечен к ответственности.

    Начальник отдела по связям с общественностью Главного управления дорожной полиции Баку (ГУДП) полковник полиции Вагиф Асадов отметил, что после распространения кадров на видеосайтах и социальных сетях руководству поручили раследовать данное дело.

    В ходе следствия выяснилось, что 9 июля на улице Хиябани водитель автомобиля «Газель» с регистрационным знаком 10-LO-913, 43-летний Керимов Рустам Эльбрус оглу привязал корову к машине и тащил за собой по дороге.

    Водитель был задержан во второй половине дня и вызван в ГУДП.

    Поначалу Р. Керимов всячески отрицал выдвинутые против него обвинения, однако потом он все же признался в содеянном и раскаялся.

    Управление полиции Ясамальского района выписало водителю штраф в размере 200 манатов по статье 290.1.2. «нарушение условий перевозки домашних животных автотранспортом».


  • Sumqayıtda 4 oğlandan dəhşətli əməl: insanlara gizlicə yaxınlaşıb… – Şok təfərrüat

    Sumqayıt şəhərində soyğunçuluq, quldurluq və hədə-qorxu yolu ilə pul tələb etmə cinayətləri törətməkdə təqsirli bilinən 2002-ci il təvəllüdlü Rüfət İmanverdiyevin və onunla birlikdə cinayət törədən yetkinlik yaşına çatmayan və azyaşlı olan dostlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Rüfət İmanverdiyev 24 oktyabr 2016-cı il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisinə gəlib.

    Rüfət İmanverdiyev həmin məhəllədə ev 14, mənzil 17-də kirayədə yaşayan tanışı Kamal Abbaslını həyətə çağırıb və onu 38 nömrəli tam orta məktəbin yaxınlığına apararaq ona pul verməsini istəyib.

    Pul istədi, telefonunu aldı

    Bu zaman Kamal Abbaslı ona pulunun olmadığını bildirib. Rüfət ona bıçaqla hədə-qorxu gəlib, istifadəsində olan mobil telefonunu ona verməsini tələb edib. Kamal Abbaslı onun tələbini yerinə yetirməkdən boyun qaçırıb.

    Buna görə də Rüfət İmanverdiyev məqsədinə nail olmaq üçün şillə və yumruqla Kamal Abbaslının bədəninin müxtəlif nahiyələrinə və üzərində olan bıçağın arxa hissəsi ilə baş nahiyəsinə vurub. O, Kamal Abbaslını hədələyərək, 200 manat dəyərində “Samsung Galaxy J3” markalı mobil telefonunu alıb.

    İnternet kluba gəldi, pul tələb etdi

    Bundan başqa, Rüfət İmanverdiyev həmin ilin dekabrın 14-də, gecə saat 01 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Abil Allahverənova məxsus “İdeal” internet kluba gəlib. Orada müştərilərə faktiki xidmət göstərən Emin Məmmədova öz “odnoklassnik” hesabına pul köçürtmək istədiyini deyib, kompüterdə olan ödəniş sistemini açdırıb, pulu olmadığına görə hesaba pul köçürmək istəməyən Emin Məmmədovun üstünə qışqıraraq kompüter arxasından durmasını tələb edib.

    Bundan sonra Rüfət İmanverdiyev özü kompüter arxasına keçərək həmin sistem vasitəsilə öz istifadəsində olan oyun hesabına 500 manat pul köçürərək və saxlanc yeri hesab olunan kassanın açıq olmasından istifadə edib, oradan Abil Allahverənova məxsus 100 manat pulu götürüb.

    Avtomobil qaçırdı, qəza törətdi

    Daha sonra Rüfət İmanverdiyev 13 fevral 2017-ci il tarixdə, gecə saat 01 radələrində sərxoş vəziyyətdə Nadir Novruzova məxsus “VAZ-2107” markalı, 90-EB-097 dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri ərazisində yerləşən “Metallurq” kafesinin qarşısından talama məqsədi olmadan qaçırıb. O, avtomobili Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində qaz borusuna vuraraq Nadir Novruzova 1440 manat maddi ziyan vurub.

    Dostları ilə birləşib internet kluba gəldi

    Rüfət İmanverdiyev həmin gün saat 04 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Abil Allahverənova məxsus “İdeal” internet kluba gəlib, sonuncuya məxsus əmlakı ələ keçirmək fikrinə düşüb.

    Rüfət İmanverdiyev özü ilə gətirdiyi şəxslərlə razılığa gəliblər. Razılığa əsasən, gələn olduğu halda məlumat verməsi üçün bir nəfər klubun qapısının qarşısında, başqa şəxs isə klubun içində dayanıb.

    Bu zaman Rüfət İmanverdiyev klubda müştərilərə xidmət göstərən Rafiq Əfəndiyevdən 50 manat borc pul istəyib. Sonuncu pulunun olmadığını deyib.

    Amma Rüfət İmanverdiyev bu cavabla qane olmayıb, o, kompüter stolunun üzərində olan kassanın açarını icazəsiz götürərək saxlanc yeri hesab olunan kassanı açıb, içərisindəki Abil Allahverənova məxsus 650 manat pulu ələ keçirib.

    Vəziyyətə baxdığı yerə gələndən pul tələbi

    Rüfət İmanverdiyev daha sonra fevralın 28-də Abil Allahverənova məxsus “İdeal” internet kluba gəlib, orada olan Rahib Rüstəmovu çölə çağıraraq yaxınlıqda heç kimin olmadığı yerə aparıb.

    Orada Rüfət İmanverdiyev onun vəziyyətinə baxdığı yerə gəldiyinə görə ona pul verməli olduğunu Rahib Rüstəmova bildirib.

    Rahib Rüstəmov üstündə 41 manat və bir manatlıq qəpik pullar olduğunu deyib, qəpikləri çıxararaq ona göstərib. Bu vaxt Rüfət İmanverdiyev əlilə vurması nəticəsində qəpiklər ətrafa səpələnib.

    Döyülərək qarət edildi

    Bundan sonra Rahib Rüstəmovun ünvanına nalayiq söyüşlər söyüb, təpiklə vuraraq, onu yerə yıxıb. Sonra yerdən qaldıraraq, bir daha yerə çırpıb, yerdə olan vaxt onu yumruq, təpiklə bədənin müxtəlif nahiyələrindən zərbələr vurub.

    Sonra o, bıçaqla Rahib Rüstəmovun sol ayağına vuraraq ona sol gicgah nahiyəsinin və üzün yumşaq toxumalarının şişkinlik fonunda əziyi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirib, 41 manat pulunu ələ keçirib.

    Daha bir internet klubunun sahibinə hədə

    Bundan başqa Rüfət İmanverdiyev Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Red club” internet kafedə işləyən Orxan Əlizadədən pul tələb etmək qərarına gəlib.

    Bu məqsədlə o, avqustun 7-də, saat 18 radələrində sosial şəbəkə vasitəsi ilə tanışını həmin kafeyə çağırıb, özü ora daxil olub. Bir müddət sonra ora gələn həmin şəxs ilə söhbət edib, sonra həmin şəxsə çöldə dayanaraq kənar şəxslərin gəldiyi halda məlumat verməsi, onun Orxandan pul tələb etməsi barədə razılığa gəlib.

    Sonra həmin gələn şəxs öz rolunu yerinə yetirmək üçün bayıra çıxıb. Rüfət İmanverdiyev Orxan Əlizadədən pul tələb edib. Sonuncu pul verməkdən imtina etdikdə üstündə gəzdirdiyi bıçaqla onun sol buduna dirəyib, onu vuracağı ilə hədələyib, əlində olan dəyəri 600 manat təşkil edən “Samsunq J7” markalı mobil telefonu ələ keçirib.

    Parkda mütəşəkkil cinayət

    Daha sonra Rüfət İmanverdiyev Sumqayıt şəhəri, “Nəsimi” adına parkda olan oturacaqda oturmuş İlkin Kərimovdan pul tələb etmək qərarına gəlib. O, digər dostları ilə birlikdə, birinin kənar şəxslər gəldiyi halda məlumat verməsi üçün kənarda dayanması, digərləri Gülməmməd Hüseynovun, Vasif Hacıyevin və özünün İlkin Kərimovu dairəyə almaqla pulun alınması barədə razılığa gəlib.

    Bundan sonra Rüfət İmanverdiyev İlkin Kərimova yaxınlaşıb, ondan pul istəyib. Sonuncu onlara az miqdarda pul verə biləcəyini deyərək şalvarının arxa cibində olan pul qabını çıxarıb 1 manat Gülməmməd Hüseynova verib.

    Bu zaman Rüfət İmanverdiyev üstündə olan pulun hamısını verməyi tələb edib. İlkin Kərimov onların tələbini yerinə yetirməkdən imtina edib.

    Bundan əsəbiləşən Rüfət İmanverdiyev İlkin Kərimovun yaxasından tutaraq sifət və boyun nahiyəsinə zərbələr vurub, digər şəxslər isə badalaq vuraraq onu yerə yıxıblar.

    İlkin Kərimovun əynində olan cins şalvarının arxa sağ cibindən dəyəri 8 manat olan pul qabının içərisində olan 190 manat pul olan pul qabını götürüblər.

    Bu zaman yerdən qalxan İlkin Kərimov onlara tərəf gəlmək istəyib. Rüfət İmanverdiyev İlkin Kərimovu üstündə gəzdirdiyi bıçaqla vuracağı ilə hədələyib.

    8 maddəli cinayət işi

    İstintaq orqanı tərəfindən Rüfət İmanverdiyevin barəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmək), 180.2.2-ci (təkrar soyğunçuluq törətmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.2-ci (təkrar quldurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə),182.2.3-cü (zor tətbiq etmə ilə bağlı hədə-qorxu gəlmə) və 185.2.2-ci (təkrar talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə ittiham elan edilib.

    Cinayət işində adı keçən digər təqsirli bilinən şəxslərin barəsində isə Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ittiham verilib.

    4 il həbs və şərti cəzalar

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət İmanverdiyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, onlara şərti cəza verilib.

    Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror yetkinlik yaşına çatmayan Rüfət İmanverdiyevin cəzasının ağırlaşdırılmasını tələb edib.

    Cəza 1 il artırıldı

    Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Hakim heyəti apelyasiya protestinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, prokurorun protesti qismən təmin edilib və Rüfət İmanverdiyevin cəzası 5 ilə qədər artırılıb.
     
    ///Publika.az

  • Aşıq Namiq: Onu apardım Yasamal qəbirstanlığına, başa saldım – VİDEO

    Tanınmış aşıq Namiq Fərhadoğlu ATV-də aşıq Fəzail Miskinli ilə davasından danışıb.

    Aşıq azxeber.com-a açıqlamasında həmkarını verilişdən sonra söhbətə çağırdığını və başa saldığını deyib.

    O bildirib ki, aşıq Fəzail səhvini başa düşüb: “Onun ədəbsizliyini, keçi kimi atılıb-düşməyini gördüz. Vuran oğlan demir, vurur. Mən efirdə ona söz demədim. Çünki tərbiyəm var. Verilişdən sonra gördüm ki, çıxıb gedir. Dedim hara gedirsən, a kişi. Onu apardım Yasamal qəbirstanlığına, orada söhbəti etdik, sözümü dedim. O da həmin dəqiqə atama zəng etdi ki, Namiq məni bura gətirib. Efirdə ona aşıq demədiyim üçün məndən incimişdi, onunla üzbəüz söhbət edib, başa saldım. Sonda da əlimi sıxıb, çıxıb getdi”.

    Aşıq Namiq deyib ki, Fəzail Miskinli Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir və efirdə etdiklərinə görə universitet ona töhmət verib.

    Həmin çıxışı təqdim edirik:

  • Bu ixtisaslara təhsilhaqqı 1000 manat bahalaşdı

    Bu il ali məktəblərə qəbul üzrə IV ixtisas qrupunda plan yerləri azaldılıb və dəyişikliklər edilib.

    Bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. Təhsil eksperti deyib ki, bu il IV ixtisas qrupu üzrə yeni ixtisaslar da yaranıb:

    1. Bitki mühafizəsi

    2. Bağcılıq və tərəvəzçilik

    K.Əsədov həmçinin IV ixtisas qrupu üzrə plan yerlərinin kəskin şəkildə azaldığını qeyd edib.

    1. Müalicə işi: 460 yer (2017-də 585 yer idi), 125 yer azalıb. Təhsilhaqqı 4500 manat (2017-də 3000 AZN idi).

    2. Stomotologiya: 15 yer (2017-də 85 yer idi), 70 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi).

    3. Tibbi profilaktika: 35 yer (2017-də 65 yer idi), 30 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi).

    4. Əczaçılıq: 35 yer (2017-də 60 yer idi), 25 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi).

  • В эфире азербайджанского ТВ прозвучала армянская песня – ВИДЕО

    В эфире утреннего развлекательного шоу Səhər-səhər на телеканале АRB азербайджанский певец исполнил армянскую песню.

    Как сообщает Media.Az, экс-солист группы N-brothers Джамиль Дадашев, вернувшийся на сцену спустя 11 лет, блеснул в утреннем эфире во всей красе.

    Во время исполнения армянской песни все гости в студии веселились, танцевали, и складывалось впечатление, что никто даже не подозревал о том, что данная композиция является плагиатом, да еще и с армянским оттенком!

    В оригинале песня называется «По твоим следам» и исполняют ее звезда туркменской эстрады с армянскими корнями Какаджан Реджепов, более известный под псевдонимом Ka-Re и армянский певец Саро Варданян. Реджепов известен своим давним сотрудничеством с «Армстудией» и, более того, все свои дуэты этот исполнитель всегда исполняет исключительно с армянскими артистами.

    Отметим, что Джамиль является племянником народной артистки Бриллиант Дадашевой.

    Median.Az представляет своим читалелям запись с АRB и, собственно, песню в оригинале в исполнении армянских артистов: