Month: July 2018

  • Еще одна уступка саудовским женщинам

    Министерство юстиции Саудовской Аравии предоставило лицензии на оказание нотариальных услуг 12 женщинам.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, таким образом cаудитки впервые в истории страны получили возможность стать нотариусами.

    По данным издания, речь идет о лицензиях «верификатора» – в Саудовской Аравии человек с такой должностью может исполнять ряд обязанностей нотариуса, в частности, заверять документы.

    Отметим, что июне в Саудовской Аравии женщинам разрешили водить машину.

  • Лихач на Audi сбил разом 57 овец

    На трассе Баку – Газах произошло ДТП, в результате которого погибли 57 овец.

    Об этом передает Median.Az со ссылкой на МВД.

    Согласно информации, житель Шамкира Габиль Гусейнов, управлявший автомобилем марки Audi, на большой скорости врезался в отару овец.

    В ДТП пострадал пастух Адиль Гулиев.

  • Qazaxda avtomobil 57 qoyunu vurdu

    Ötən gün qoyunların kütləvi tələf olması ilə nəticələnən yol qəzası baş verib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində – Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.

    Nəticədə A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.

    DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Ильхам Алиев провел заседание – ПОЛНАЯ ВЕРСИЯ

    Под председательством президента Азербайджана Ильхама Алиева 8 июля состоялось заседание, посвященное итогам социально-экономического развития первой половины 2018 года и предстоящим задачам.

    Глава государства в своей речи положительно оценил итоги полугодия, подчеркнул важность еще большего углубления проводимых в стране реформ и полного обеспечения экономической устойчивости.

    В своем выступлении президент озвучил большие ожидания от налоговых и таможенных органов, отметив значимость доведения этих структур и системы до мировых стандартов.

    Он также дал сигнал о предотвращении коррупции, обеспечении прозрачности, устранении случаев уклонения от уплаты налогов, о всеобщем равенстве перед законом.

    Глава государства вновь выразил непримиримость к безответственности и нарушениям закона, пообещав наказать виновных.

    Median.Az представляет полную видеозапись данного заседания.

  • İlham Əliyev iclas keçirdi – TAM VERSİYA

    İyulun 8-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

    Dövlət başçısı nitqində 6 ayın yekunlarını müsbət qiymətləndirərək, ölkədə həyata keçirilən islahatların daha da dərinləşdirilməsinin, iqtisadi dayanıqlılığın tam təmin olunmasının vacibliyini vurğulayıb.

    Prezident çıxışında vergi və gömrük orqanlarından böyük gözləntilərin olduğunu, bu qurumların və sistemin dünya standartlarına cavab verə biləcək səviyyəyə çatdırılmasının vacibliyini dilə gətirib.

    O, həmçinin, korrupsiyanın qarşısının alınmasının, şəffaflığın təmin olunmasının, vergilərdən yayınma hallarının aradan qaldırılmasının, hər kəsin qanun qarşısında bərabər səviyyədə cavabdehlik daşıdığının siqnalını verib.

    Dövlət başçısı məsuliyyətsizliyə, səhlənkarlığa, qanunsuzluğa yol verənlərlə də bağlı güzəştsiz mövqe tutulacağını, onların cəzalandırılacağanı bir daha diqqətə çatdırıb.

    Median.Az həmin iclasın tam videoyazısını təqdim edir.

  • В Саудовской Аравии внедряют штраф за расточительство

    Расточительное отношение к еде в Саудовской Аравии в скором времени может стать серьезным правонарушением.

    Об этом передает Median.Az со ссылкой на Al Arabiya.

    Соответствующий законопроект сейчас рассматривает Консультативный совет королевства.

    Сообщается, что Саудовская Аравия уже не первый год подряд возглавляет список стран с наибольшим объемом пищевых отходов на душу населения.

    Житель страны в среднем выбрасывает 250 килограмм продуктов, и это при среднем показателе в мире – 115 кг.

    Государственной казне такая расточительность обходится в $13 млрд в год. Цель нового закона – воспитать культуру рационального потребления в саудовском обществе.

    Согласно документу, клиентов ресторанов будут вынуждены доплачивать от 5% до 20% от счета за недоеденные блюда, если их суммарный вес превысит 1 килограмм.

    При этом штрафа можно избежать, просто забрав еду с собой.

  • Səudiyyə Ərəbistanında israfa görə cərimələyəcəklər

    Yeməklərdə yol verilən israf yaxın zamanlarda Səudiyyə Ərəbistanında ciddi qanun pozuntusuna çevrilə bilər. Hazırda Krallığın Məşvərət Şurası müvafiq qanun layihəsini nəzərdən keçirir.

    Median.Az-ın “Al Arabiya”ya istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı artıq uzun illərdir ki, adam başına düşən qida tullantılarının ən çox olduğu ölkələr siyahısına başçılıq edir. Belə ki, Səudiyyə vətəndaşı orta hesabla ildə 250 kiloqram ərzağı zibilxanaya atır. Dünya üzrə müvafiq orta statistik göstərici isə 115 kiloqram təşkil edir.

    Belə israf Dövlət büdcəsinə ildə 13 milyard dollar ziyan vurur. Yeni qanunun tətbiqində əsas məqsəd cəmiyyətdə rasional istehlak mədəniyyəti aşılamaqdır.

    Sənədə əsasən, yarımçıq yeyilmiş yeməklərə görə (ümumi çəkisi 1 kiloqramdan artıq olarsa) müştərilər restoranda yeməyin ümumi dəyərinin 5% – 20%-ni cərimə kimi ödəyəcəklər. Amma müştəri yeməyin qalıqlarını özü ilə aparacağı təqdirdə cərimədən qurtula biləcək.

  • Президент назвал чиновников, которых уволит

    Должна быть усилена работа по борьбе с коррупцией и взяточничеством.

    Данная задача жестко поставлена перед правительством, сформированным в апреле.

    Необходимо поставить конец подобным нежелательным случаям.

    Как передает Median.Az со ссылкой на АЗЕРТАДЖ, об этом заявил президент Ильхам Алиев в ходе выступления на заседании Кабинета министров.

    «За посление годы проделана большая работа, которую отмечают и международные структуры.

    Азербайджан постоянно идет вперед. Это отмечается и в международных рейтингах структур, занимающихся данным вопросом.

    Однако, несмотря на определенный прогресс, существующее положение в данной сфере нас не удовлетворяет.

    В Азербайджане необходимо искоренить это социальное зло.

    Для этого у нас имеются все возможности. У нас для этого есть и сильная политическая воля, и институциональные механизмы.

    Самое главное, проводятся и будут проводиться кадровые реформы.

    Если какие-то государственные чиновники не будут соответствоваться данным критериям, они будут уволены.

    Это должны осознать все государственные чиновники», – заявил президент.

  • Prezident hansı məmurların işdən çıxarılacağını açıqladı

    Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Bu xoşagəlməz hallara son qoyulmalıdır.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

    “Son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz.

    Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər”, – dövlət başçısı deyib.

    Prezident vurğulayıb ki, korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq:

    “Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün.

    Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək.

    Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir. Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır.

    Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə göstəriş verilib, indi islahatlar aparılır və bütün dövlət qurumlarının rəhbərləri bunu bilsinlər və mənim tapşırıqlarıma əməl etsinlər”.

  • Tikinti 4-cü mikrorayonda sakinləri ayağa qaldırdı

    Sakinlər aidiyyəti qurumlardan kömək istəyirlər

    Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi 68 “A” ünvanlı binanın bir qrup sakini həyətlərində tikilən çoxmərtəbəli binanın tikintisinə etiraz edir. Sakinlərin iddiasına görə, yaşadıqları bina qəzalıdır. Bina bir neçə sm aşağı çöküb. Bu, 2003-cü ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən də təsdiqlənib.

    Xalis Quliyev adlı sakinin sözlərinə görə, “Fidan” MTK 2-3 gündür ki, ərazidə tikintiyə başlayıb: “Ondan 15-20 gün əvvəl digər binanın tikintisi başlanılıb. Bunun əsasında bizim həyətə giriş məsafəsi azalıb, uşaqların oynamağa yeri qalmayıb. Binanın tikilməsi bizim binamız üçün təhlükəlidir”.

    Hicran Məmmədova bildirir ki, “Fidan” MTK-nin tikəcəyi bina ilə onların yaşadığı bina arasında məsafə çox azdır: “İki bina arasındakı məsafə 15 metrdir. Amma yeni tikiləcək digər iki bina arasında isə məsafə heç 5 addım deyil. Qanunvericilikdə deyilir ki, 17 mərtəbəli binanın arasında məsafə 50 metr olmalıdır. Uşaqlarımızın oynamağa yeri qalmayıb. Körpə uşaqlar maşın təkərinin altında oyun qurub oynayırlar”.

    Sakinlər iddia edirlər ki, 68 “A” saylı binanın arxasında gedən tikinti zamanı binanın bəzi evlərinin divarlarında çatlar yaranıb: “Arxadakı binanın bünövrəsi qazılanda bəzi evlərdə çatlar əmələ gəlib. ”Fidan” MTK-nın yanında ucaldılan binanın bünövrəsi qazılanda bizim binamız silkələnirdi. İndi siz təsəvvür edin, bu bina tikiləndə bizim binamızın aqibəti necə olacaq? Kim qarantiya verə bilər ki, sabah zəlzələ olanda binamız uçmayacaq? Bizim təhlükəsizliyimizə kim cavabdeh olacaq?”

    Bina sakinləri bununla əlaqədar bir neçə dövlət qurumuna da müraciət etdiklərini deyir: “Tikinti ilə üzbəüz Bakının ən böyük məktəblərindən biri – 5 saylı məktəb yerləşir. Sentyabrda burada uşaq əlindən tərpənmək olmur. Dərslər başlayanda necə olacaq? Əraziyə böyük yük maşınları girib çıxır. Kim zamin dura bilər ki, məktəb açılanda uşaqlar o maşınların təkərləri altında qalmayacaq? Bununla bağlı Prezident Aparatına, Nazirlər Kabinetinə, Bakı və Nəsimi rayonlarının icra hakimiyyətlərinə məktubla və elektron müraciət etmişik. Hələ ki, bizə heç bir qurumdan cavab gəlməyib. Bir həftəyə gələcək. Fövqəladə Hallar Nazirliyinə müraciət edəndən sonra burada iş dayanmışdı. Nazirliyin nümayəndəsi gəldi, tikintiyə baxış keçirdi. O gedəndən sonra tikintiyə yenidən başladılar. Hasarı ordan sökmüşdülər, yenidən bərpa etdilər”.

    “Ərazidə 17 mərtəbəli bina tikiləcək. İndi baxırsan yoxdur, amma tikiləndən sonra gəlib, baxın görün, bizim vəziyyətimizi?

    İndi bağırırıq, səsimizi duyan yoxdur. Gərək sabah qəza baş versin, kimsə ölsün ondan sonra oyansınlar? Xahiş edirik, səsimiz olun. Səsimizi bir yerə çatdıraq. Toz-duman əlindən, maşınların səsindən evdə yaşaya bilmirik. Uşaqlarımızın oynamağa yeri qalmayıb”, – deyə H.Məmmədova əlavə edir.

    Sakinlərin sözlərinə görə, tikiləcək bina təhlükəsizlikdən əlavə, uşaqların oyun meydançasını da məhv edir: “Görün, necə gözəl yaşıllıq var? Onu kəsib bina tikmək istəyirlər. Ərazidə qəşəng park vardı. Tut ağacına baxın, dibini qazıblar, kökü üzdə qalıb. Aşır ağac. Belə ağacı böyütməyə illər lazımdır. Həm barından yeyirdik, həm kölgəsində sərinləyirdik. İndi ətrafını hasarlayıblar, bizi əraziyə buraxmırlar. Kimə deyək, kimə müraciət edək? Biz prezidentimiz və xanımından çox razıyıq. Xahiş edirik, bizim səsimizi onlara çatdırın ki, dördüncü mikrorayonda xaosdur. Bütün tikintini bura salıblar. Məhəllələrin də hamısında tikinti gedir. Yolun və parkın yarısını da götürüblər. Uşaqlar harada oynasın bəs…”

    “Fidan” MTK-nın icraçı direktoru Ədalət Əsgərov sakinlərin iddiasına cavab olaraq, bildirib ki, şirkət ərazini şəxsi mülkiyyət kimi alıb: “Ərazimiz 34 kvadratmetrdir. Qanunauyğun olaraq, 15 metr məsafədən sonra bizim qırmızı xətt verilib. O xətdən sonra 10 metr içəridə olmaqla, binadan binaya 25 metr məsafə olmaqla, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin sənədləri təsdiq olunub. Ərazidə 26 mərtəbəli, bir bloklu bina tikiləcək. Gördüyünüz hasarı da bizə verilən ərazidən bir metr içəri çəkmişik. Ərazidəki ağaclardan hansı tikintiyədüşsə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aktlaşdırılacaq, ödəniş olacaq, sonra kəsiləcək”. (Musavat.com)