Month: July 2018

  • Hövsanda 500 manata görə falçını öldürən şəxsin cəzası dəyişdirilməyib – FOTO

    Bakı Apellyasiya Məhkəməsində Qazax rayon sakini Namiq Vəkilovun (1985-ci il təv.) CM-nin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərşəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə məhkum olunmasına dair apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il fevralın 24-də Hövsan qəsəbə sakini Morozova Anjelika Vasilyevnanın (1963-cü il təv.) yaşadığı mənzildə, üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi məlumatı əsasında, Suraxanı RPİ və rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib. Suraxanı rayon prokurorluğunda başlanan cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna həvalə edilib. Təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, A.Morozovanın ölümünə mexaniki asfiksiya, yəni boğulma səbəb olub.

    Qətlə yetirilən qadın tək yaşayıb. Hadisəni törədən şəxs mənzilin qapısını bağlayaraq, ərazidən uzaqlaşıb. Morozovaya zəng edən yaxınları, onun cavab vermədiyini gördükdə polisə müraciət ediblər.

    Ayın 28-də keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşları mərhumun tanışı Namiq Vəkilovu Qazax rayonu ərazisində tutublar.
    O, etiraf edib ki Anjelikadan 500 manat borc pul alıb, bir müddətdən sonra qadın pulunu istədikdə, həmin məbləği qaytara bilməyəcəyini başa düşüb və buna görə də onu öldürüb.
    Ayın 21-də Namiq Vəkilov Xətai rayonunda yerləşən aptekdən psixotrop tərkibli “Tramadol” həbləri alıb və oradan avtobusla Hövsana gəlib. Qadının süzdüyü çay fincanına dərmanı əzib, toz şəkilində tökərək 15-20 dəqiqədən sonra onun halsız vəziyyətə düşməsinə nail olub. Morozova çarpayıya uzandıqda, başına selofan paket keçirərək, onu qəsdən həyatdan məhrum edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Hökmdən məhkum apellyasiya şikayəti verərək, cəzasının azaldılmasını xahiş edib.

    Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq N.Vəkilovun şikayətini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb.





















  • DƏHŞƏT! Kömək etmək istəyərkən canından oldu: 3 qəzada 2 ölü – VİDEO

    Göygöl, Tovuzun Ağdam kəndi və İsmayıllıda dəhşətli qəzalar baş verib.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, qəzalar zamanı 2 nəfər həyatını itirib, 4-ü isə müxtəlif xəsarətlər alıb.

    Gəncə-Daşkəsən yolunun rayonun Qızılca kəndindən keçən hissəsində “VAZ 2107” və “VAZ 21015” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 4 nəfər – Daşkəsən sakinləri 54 yaşlı Pakizə Əliyeva, 31 yaşlı Esmira Əliyeva, Gəncə sakinləri Rövşən Verdiyev və Vəsilə Verdiyeva adlı yaşlı qadın xəsarət alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, Vəsilə Verdiyeva dünyasını dəyişib.

    Tovuzun Ağdam kəndində baş verən dəhşətli qəzada isə otla dolu “Zil” markalı yük maşını Tovuz çayında batıb.

    Ağdam kənd sakini 45 yaşlı İsmixan Hacıyev də maşının çaydan çıxarılmasına kömək göstərib. Yük avtomobili anidən geriyə hərəkət edib və Hacıyev maşının təkərləri altında qalıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Aydın Məhərrəmov – hadisə şahidi: “Maşın dala getdi. Ayağı sürüşdü, sürüşən kimi təkər qarnından basdı. Biz də tez götürdük, “skoruya” zəng elədik, apardıq. Yola çatanda canını tapşırdı”.

    İsmayıllıda isə 11 yaşlı uşağı vuran maşın hadisə yerindən qaçıb.

    Təzəkənd kənd sakini Fərda Əsədov Muğanlı-İsmayıllı yolunu keçərkən naməlum avtomobillə vurulub. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Qusardakı qətlin təfərrüatı- “Bir bıçaq zərbəsi ilə toyu yasa döndərdi”

    Qusar rayonunda 30 yaşlı kişinin qətlinin bəzi təfərrüatı məlum olub.

    Rayonun Gədəzeyxur kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Səlim Mirzəbəyov yaxın qohumu İlham Qədirovu bir bıçaq zərbəsi ilə öldürüb:

    “Məclis toy sahibinin həyətində idi. Onlar da qohumdurlar. İçkili olub bir-biri ilə mübahisə ediblər. Səlim Mirzəbəyovun əlində bıçaq olub, toyda qəssablıq edirmiş. İlhama bir bıçaq zərbəsi vurub. Xəstəxanaya aparmaq istəyəndə o, elə yolda dünyasını dəyişib. Bir bıçaq zərbəsi ilə toyu yasa döndərdi”.

    Qeyd edək ki, Qusarda qətl hadisəsi olub. Rayonun Gədəzeyxur kənd sakini Mirzəbəyov Səlim Balabəy oğlu toyda şəxsi münaqişə zəminində tanışı, Bakının Xəzər rayonunun Qala qəsəbəsində yaşayan 1988-ci Qədirov İlham İslam oğlunu bıçaqlayıb. İ.Qədirov aldığı xəsarətdən dünyasını dəyişib.

  • Bakıda gənc qadın qızı ilə evdən yoxa çıxdı – Ərindən ilginc qərar

    Xasıyeva Aygün ayaşlı qızı Yağmurla yoxa çıxıb.

    Aygündən ayrılan həyat yoldaşı qızı Yağmuru axtarmaq üçün “Səni axtarıram”a müraciət edib.

    Ayrıldığı qadının həyatının onu maraqlandırmadığını bildirən şəxs bu qərarını “O dəfələrlə uşaqları atıb, evdən gedib” sözləri ilə izah edib.

    Şahidlərin bildirdiklərinə görə, Aygün adlı gənc qadın qızı ilə Bakıda kirayə mənzil axtarır.//milli.az

  • Bu saytlara Prokurorluq cinayət işi açdı​ – ELMAR VƏLİYEVƏ GÖRƏ

    2018-ci il iyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsi ilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

    Baş Prokurorıluğun mətbuat xidmətindən verilən məlumata görə, həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilmişdir.

    Belə ki, bəzi profillər vasitəsi ilə sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlarda və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işləri başlanmışdır.

    Bundan başqa, sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanmışdır.

    Həmin cinayət işləri ibtidai istintaqın aparılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə göndərilmiş və hazırda təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilmələri üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

    Göstərilənlərlə yanaşı, “criminalaz.com” və “bastainfo.com” internet saytlarının internet informasiya resurslarına məlumatları yerləşdirməyə məsul olan vəzifəli şəxsləri ötən dövr ərzində “Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən iki dəfə rəsmi xəbərdarlıq edilmələrinə baxmayaraq, həmin qanunun tələblərini qərəzli şəkildə yenidən pozaraq 03-06 iyul 2018-ci il tarixlərdə dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edərək yayımlamışlar.

    Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Bakı şəhər prokurorluğuna tapşırılmışdır.

    Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla “topxeber.az” və “fia.az” internet saytlarının vəzifəli şəxsləri tərəfindən “Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin kobud şəkildə pozulması, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların məqsədli şəkildə yayılması müəyyən edilmişdir.

    Bununla əlaqədar, internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, onlardan “Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduqları internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparmadan qanunazidd əməllərini davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəkləri barədə rəsmi xəbərdarlıq edilmişlər.

    “Bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilmişdir.

    Baş Prokurorluq tərəfindən bir daha kütləvi informasiya vasitələrinə, o cümlədən sosial şəbəkə istifadəçilərinə (“facebook”, “twitter”, “instagram” və s.) “Kütləvi informasiya vasitələri” haqqında Qanunun tələblərinə riayət etmələrinə dair xəbərdarlıq olunmaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, terrorçuluğu dəstəkləyən, əhali arasında vahimə yaratmaq məqsədilə dövlət və ictimai xadimlərin həyatına sui-qəsd etməklə terrorçuluğa açıq çağırışlar, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları konkret yeri və vaxtı göstərilərək qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün respublikanın hüquq mühafizə orqanları tərəfindən monitorinq həyata keçirilməklə bu cür hərəkətlərə yol verən müvafiq şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsi təmin ediləcəkdir.

  • Наказан живодер, тащивший корову волоком за машиной в Баку – ВИДЕО

    Дорожная полиция Баку провела разбирательство по распространенному в соцсетях видео, на котором видно, как водитель грузовика волоком на веревке тащит за машиной корову по дороге, причиняя животному невыносимые страдания.

    Как передает Median.Az, в Управлении государственной дорожной полиции Баку сообщили 1news.az, что водитель грузовика «Газель» (госномер 10-LO-913) Анар Мамедов был вызван в полицию и написал объяснительную.

    «После этого он был оштрафован за нарушение правил перевозки животного на 200 манатов, а по статье 274 («Жестокое обращение с животными») Кодекса об административных правонарушениях Азербайджана водитель был оштрафован еще на 500 манатов, то есть, в целом на 700 манатов», – отметили в управлении, подчеркнув, что разбирательство по факту продолжается.

  • EMIN признался, что для него счастье – это творчество и бизнес (ФОТО, ВИДЕО)

    В преддверии старта международного музыкального фестиваля «Жара» в Баку, один из организаторов мероприятия народный артист Азербайджана Эмин Агаларов, выступающий под сценическим псевдонимом EMIN рассказал, что для него значит счастье.

    «Мне кажется, я не буду чувствовать себя комфортно, если в моей жизни однажды не станет творчества или я перестану заниматься бизнесом. Это сама суть меня. Это, бесспорно, делает меня счастливым. Наверное, именно поэтому я все успеваю и хочу успевать», — говорит EMIN.

    Народный артист также рассказал о том, что он еще мечтает создать собственный театр.

    Напомним, что в Баку проходили съемки нового клипа народного артиста Азербайджана EMIN’а на песню «Невероятная», главную женскую роль в котором сыграет сериала «Отель Элэон» Диана Пожарская. 


    Также, EMIN предстанет в образе Хосе Мамедова в главной мужской роли в новом видео полуфиналиста вокального проекта «Голос» на Первом российском канале Брендона Стоуна, на песню «Строптивая». 

    Р.А.

  • Deputatlar arasında qarşıdurma – Elmar Vəliyevə görə

    İyulun 3-də axşam saatlarında silahlı hücuma məruz qalaraq ağır yaralanan Gəncənin icra başçısı Elmar Vəliyevin yaxın adamı, deputat Naqif Həmzəyev həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalını sərt ittiham edib. O, bu barədə öz facebook səhifəsində status paylaşıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin statusda deputat deyib ki, Fəzail Ağamalı dövlət məmuruna qarşı törədilən terror aktına münasibət göstərmək əvəzinə ”İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var?” deyir.

    “Fəzail Ağamalı Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi son 7 ilə nəzər salsa, Gəncənin yeni tarixini vərəqləsə, məmur-vətəndaş münasibətlərinin necə olduğunu aydın görə bilər. Elə də böyük olmayan 7 il ərzində ölkədə ikinci bir şəhər tapılmaz ki, Gəncə kimi inkişaf etsin. Şəhərin elə bir ərazisi yoxdur ki, orada təmir, abadlıq, quruculuq işləri getməsin. Elmar Vəliyev şəhərdə gedən bütün abadlıq-quruculuq işlərinə birbaşa özü nəzarət edib, daim xalqla təmasda olub. İstənilən vaxt şəhər sakinləri icra başçısına problemləri ilə bağlı müraciət ediblər. “Hadisənin üzərində xüsusi dayanmaq istəməzdim”, deyən Fəzail Ağamalıdan xahiş edərdik ki, məmur-vətəndaş münasibətlərinin ən yaxşı nümunəsi olan Gəncə şəhərində mütəmadi keçirilən vətəndaş qəbullarını nəzərdən keçirsin və Gəncədə həyata keçirilən müsbət işlərə kölgə salmasın”.

    Xatırladaq ki, F.Ağamalı bir neçə gün əvvəl “Yeni Müsavat”a açıqlamasında E.Vəliyev barəsində bu sözləri demişdi: “Bütün Azərbaycan cəmiyyətinə bəllidir ki, Elmar Vəliyev istər Yevlaxda, istərsə də Gəncədə məmur olanda bu cür davranışlar edib. Bu barədə internet resurslarında yayılan videoları izləmək kifayətdir. Əlbəttə ki, bu, Azərbaycan məmuruna yaraşan davranış deyil, hansı ki, sonda bu cür olaylara gətirib çıxarır”.

  • Унизительный поступок тренера в бакинской футбольной школе

    В бакинской футбольной школе «Вятян» произошел неприятный инцидент.

    Главный тренер команды U-11 Самир Абдуррахманов совершил унизительный поступок по отношению к своим ученикам.

    Родители футболистов обратились с жалобами в местные СМИ.

    По их словам, Абдуррахманов не только бьет и оскорбляет детей, так вдобавок он всё это снимает на камеру и распространяет среди других членов команды.

    По словам одного из родителей, который просит сохранить анонимность, тренер заставил ученика U-11 встать на колени и поцеловать его обувь. С. Абдуррахманов засняв на видео оскорбительный акт, распространил среди ребят.

    Данное видео находится у родителя пострадавшего ученика, который отказывается публиковать его, дабы не травмировать сына.

    Самое интересное, Абдуррахманов ведет себя как ни в чем не бывало. А на слова родителя, о том что его ребенок получил сильное психологическое сотрясение, тренер заявил что не жалеет о своем поступке и никого не боится. Ведь за его спиной стоит председатель тренерского комитера AFFA и дядя по совместительству – Вагиф Садыгов.

    Однако родитель пострадавшего футболиста заявил, что он это дело так не оставит и в кратчайшие сроки обратится с жалобой в Генеральную прокуратуру.

    Отметим, что президентом команды «Вятян» является Мустафа Гасанов. Школа финансируется Министерством образования, а ее годовой бюджет составляет два миллиона манат.

    Бывший член молодежной сборной Самир Абдуррахманов играл за такие клубы, как «Шафа», «Динамо-Баку», «Интер», «Масаллы», «Баку». Абдуррахманов, завершивший свою футбольную карьеру в 2006 году, начал работать в качестве тренера.

    Мы готовы выслушать и опубликовать мнение другой стороны.

    Источник: media.az

  • Qubada kanatın qırılması ilə bağlı icra başçısından Şok AÇIQLAMA

    Qubada bir nəfərin ölməsi, 4 nəfərin yaralanması ilə bağlı xəbər vermişdik.

    Median.Az xəbər verir ki, baş verən hadisə ilə bağlı Bizimyol.info – nun əməkdaşı Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə əlaqə saxlayıb. O hadisə haqda olduqca qəribə danışaraq, qəzet sayt oxumadığını bildirib.

    “Siz bu haqda məlumat almaq istəyirsiz? Mən nə qəzet oxuyuram, nə də sayt. Qısası budur…Qardaş, mən qəzet oxumuram. Nə baş verirsə mən də camaat kimi televiziyadan məlumat alıram.” -Deyə icra başçısı bildirib.

    Jurnalist bir daha Qubada kanatda baş verən hadisəni xatırladaraq bu barədə məlumatlısınızmı? Hadisə hansı səbəbdən baş verib? sualına icra başçısı “aha…aha…” deyə cavab verib, daha sonra isə dəstəyi asıb.