Month: July 2018

  • Sərnişinlərdən gediş haqqı tələb edən sürücülər cəzalandırılacaq – RƏSMİ

    Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut avtobus sürücüləri sərnişinlərdən ödəniş tələb edirlər.

    Median.Az xəbər verir ki, bunu report-a paytaxt sakinləri bildiriblər.

    Onların sözlərinə görə, hazırda 30, 32, 46 və 49 saylı marşrut avtobuslarında sərnişinlərdən gediş haqqı tələb olunur.

    BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, tələblərə əməl etməyən daşıyıcılar cəzalandırılacaqlar: “Belə bir gündə verilən göstərişə əməl etməyən, əhalini narazı salan və işinə məsuliyyətsiz yanaşan daşıyıcı, şəxslər barəsində ən sərt tədbirlər görüləcək”.

  • Bakıda dava zamanı 3 nəfər yaralanıb, “təcili yardım”ın həkimi “girov” götürülüb – FOTO

    Bakının Qaradağ rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Səngaçal qəsəbəsində yerləşən daş karxanasının yanında baş verib.

    1981-ci il təvəllüdlü Elşad Rəhimov, 1988-ci il təvəllüdlü Elməddin Məmmədov və 1979-cu il təvəllüdlü Qulu Bağırov “Qazel” markalı yük maşını ilə Ağsu rayonuna toya gedən zaman yolda maşın xarab olub.

    “Qazel”in sürücüsü Elşad Rəhimov “Report”a bildirib ki, bu zaman onların yanında tanımadıqları “Kamaz” markalı yük maşını saxlayıb.

    Onun sözlərinə görə, E.Rəhimov və digər iki nəfər maşından düşüb “Kamaz”ın sürücüsünə yaxınlaşmaq istəyəndə, hadisə yerinə “Tofaş” markalı avtomobil də gəlib.

    Daha sonra “Tofaş” və “Kamaz”da olan naməlum şəxslər heç bir irad bildirmədən küt alətlər vasitəsilə E.Rəhimov, E.Məmmədov və Q.Bağırovu döyərək onlara ağır xəsarətlər yetiriblər. Hadisə yerinə “təcili yardım” maşını çağrılıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım Stansiyasının həkimi Elmar Əliyev yaralılardan birinə qarşı nalayiq ifadə işlədib. Buna görə də, yaralıların qohumları həmin həkimi yanlarında saxlayaraq getməyə qoymayıblar.

    Həkim “Report”a həmin ifadəni işlədən zaman əsəbi olduğunu bildirib:

    “Xəstəyə ilkin tibbi yardım göstərdim. Lakin o mənə həmin naməlum şəxslərdən pul aldığımı dedi. Mən səhv edib ona qarşı nalayiq ifadə işlətdim. Səhv etdim, gərək elə söz deməzdim. Səhvimi başa düşdüm, yaralının atasından, qardaşlarından üzr istəyirəm”.

    1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Q.Bağırovun vəziyyəti ağır kimi qiymətləndirilir.

    Hadisə barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. Hazırda polis əməkdaşları hadisəni törədən şəxslərin tutulması istiqamətində iş aparır.




  • 51 yaşlı kişinin intihar səbəbi: ”Xəstəliyi ilə barışa bilməyib…”

    Balakəndə 51 yaşlı kişinin intihar etməsinin bəzi təfərrüatı məlum olub.

    Rayonun Katex kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Rasim Hüşanov əsəb xəstəliyindən əziyyət çəkirmiş:

    “Rasimin ailəsi və uşaqları var. Özü də uzun müddətdir ki, Rusiyaya gedib-gəlirdi. Fəhlə idi. Onun özünü öldürməsinin səbəbi məlum deyil. Amma hamı bilirdi ki, Rasim ruhi xəstə idi. Görünür, qəlbində xəstəliyi ilə barışa bilməyib, intihara əl atıb”.

    Qeyd edək ki, Balakəndə intihar hadisəsi baş verib. Rayonun Katex kənd sakini, 1967-ci il təvəllüdlü Rasim Həbib oğlu Hüşanovun meyiti yaşadığı evin həyətində tövlədə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

  • Məşhur şirkət fəhlələri 43 dərəcədə işlədir – BAKIDA

    Bu gün ölkə ərazisində havanın teperaturu 41 dərəcəni aşıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında 43, bəzi rayonlarda 46 dərəcə isti qeydə alınıb. Nazirlik anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmağı riskli sayaraq, vətəndaşları kölgədə olmağa çağırıb.

    Yeri Gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti də bir nüçə gün öncədən işəgötürənlərə müraciət edib. Müraciətdə deyilir ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
     
    Həmçinin, Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
    Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsinin, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırıb.
     
    Əgər işəgötürənlər tərəfindən Məcəllənin 233-cü maddəsinin tələbinə əməl edilməzsə və Dövlət Əmək Müfəttişliyinə şikayət daxil olarsa, qurum qanunauyğun olaraq ölçü götürür. Belə ki, həmin şəxsləri İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən 1000 manatdan 2000 manata qədər cərimə gözləyir.
     
    Median.Az modern.az saytına istinadən xəbər verir ki, təqdim olunan şəkillərdən görünür ki, Bakıda rəsmi xəbərdarlığa məhəl qoymayan şirkətlər də var. Belə şirkətlər işçiləri günün altında işlətməyi davam etdirirlər. 

    Redaksiyamızın poçtuna daxil olan xəbərdə bildirilir ki, “Melissa park” tikinti şirkəti hazırda fəhlələri günün altında işlədir. 

    Modern.az saytının əməkdaşı “Melissa park” tikinti şirkəti ilə əlaqə saxlayaraq, bu duruma münasibət öyrənmək istəyib. Lakin şirkət rəsmilərindən cavab almaq mümkün olmayıb.

    Xəbərin fotolarını da təqdim edirik.

  • 30 yaşlı qadın ərini qətlə yetirdi – Xaçmazda

    Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

    Rayonun Xudat şəhərində 1988-ci il təvəllüdlü Vüsalə Mirzəyeva həyat yoldaşı Maarif Osmanovu bıçaqla qətlə yetirib.

    V.Mirzəyeva saxlanılıb, fakt üzrə araşdırmalar davam etdirilir.(report)

  • Азербайджанские дети в Ираке: Багдад просит Баку забрать их

    Ирак просит власти Азербайджана забрать азербайджанских детей.

    Об этом Median.Az сообщает со ссылкой на Agence France-Presse.

    Речь идет о сотнях детей боевиков, которые содержатся в тюрьмах Ирака.

    В настоящее время в Ираке задержаны 833 ребенка 14-ти национальностей.

    «Мы просим все дипломатические миссии в Ираке, резидентов и нерезидентов вернуть своих граждан, отбывших наказание, и детей, которые не были осуждены», – сказал представитель министерства иностранных дел Ирака Ахмед Маджуб.

    «Ирак проинформировал все страны, в которых есть граждане в своих тюрьмах. Мы уже говорили с посольствами Германии, Азербайджана, России и других стран о возврате (их граждан)».

    Согласно данным правозащитной организации Human Rights Watch, иракское законодательство предусматривает наказание детей в возрасте от девяти лет.

    5 лет заключения предусматривается за принадлежность к ИГИЛ и 15 лет за совершенные насильственные действия.

    Стоит напомнить, что недавно репортер британского издания Daily Mail побывал в багдадской тюрьме, где ожидают казни сотни террористов ИГИЛ. В тюрьме содержатся не только мужчины, но и женщины вместе со своими детьми. Несколько недель назад в этой тюрьме были казнены шесть азербайджанок и четыре таджички.

    При этом известно, что МИД информирован об азербайджанских женщинах и детях в Ираке. Еще в апреле этого года министр иностранных дел Азербайджана Эльмар Мамедъяров сообщал, что по поводу возвращения из Ирака находящихся там азербайджанских женщин ведется работа с Багдадом.

    А еще ранее – в конце прошлого года сообщалось о том, что 20 азербайджанских детей в ближайшее время будут отправлены из Ирака в Баку. Об этом заявлял временно поверенный в делах Ирака в Азербайджане Рамиз Гафаров в интервью АПА.

    Странно: о сложной ситуации было известно давно, но проблема до сих пор не решена. И дошло до того, что иракские власти напрямую обратились к властям Азербайджана с просьбой забрать своих детей…

  • В ДТП в Бардинском районе погибли два брата

    Как сообщает Median.Az, на территории села Амирли Бардинского района столкнулись автомобили марки “Hyundai”, управляемый жителем района Джавид Абдуллаевым и “ВАЗ 21074”, управляемый жителем столицы Эльвин Абышовым.

    В результате аварии Э.Абышов скончался на месте происшествия, пассажир – его брат Тебриз Абышов из-за полученной тяжкой травмы скончался в Центральной районной больнице.

    В РОП по факту ведется расследование.

  • Руководство компании «189 ТAXİ» пытается «грязно» заработать подняв цены (ФОТО)

    В редакцию Median.Az поступила информация о том, что компания «189 TAXİ» взвинтила цены на услуги.

    Отметим, что в связи с перебоями в работе Бакинского Метрополитена и по причине того, что автобусные маршруты столицы работают с большим напряжением, с граждан не берется плата за проезд в общественном транспорте.

    Читатель нашего сайта Тофик Микаилзаде рассказал нам о том, компания «189 TAXİ» пользуясь данным положением – «грязным» образом пытается больше заработать на гражданах.

    «Самая крупная компания такси в стране «189 TAXİ» в два раза подняла цены на услуги. Дорогу, которую я до сегодняшнего дня ехал за 3 маната, сегодня мне оценили в 6 манатов. Когда я спросил причину, оператор мне заявил, что это временный указ руководства», – рассказал Т.Микаилзаде.
    Наш журналист проверил данную информацию, и она имеет место быть. Так, цены на проезд были на самом деле подняты, но не в два раза, как сообщил Т.Микаилзаде, а на 50%.

    Руководство «189 TAXİ» прибегло к такому методу заработка в тот момент, когда правительство Азербайджана, заботясь о гражданах – обеспечивает им бесплатный проезд на общественном транспорте.

    Попытки нашего журналиста связаться с руководством компании «189 TAXİ» не дали результатов, но мы готовы выслушать и опубликовать точку зрения второй стороны.

  • “Bakı Metropoliteni” işini bərpa etdi

    Ötən gün axşam saatlarından fəaliyyətini dayandıran “Bakı Metropoliteni” işini bərpa edib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, artıq bu gün gündüz saat 13:00-dan başlayaraq paytaxt sakinləri metrodan istifadə edə biliblər.

    Xəbəri Milli.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov da təsdiq edib: “Bəli, “Bakı Metropoliteni”ndə qatarların hərəkəti artıq bərpa edilib. Sərnişinlər stansiyalara saat 13:10-dan etibarən buraxılır. Bununla bağlı rəsmi məlumat da hazırlanır, bir azdan ictimaiyyətə açıqlanacaq”.

  • Bakının nəqliyyat sistemi iflic vəziyyətindədir: Metro işləmir, avtobuslar sərnişin daşımağı çatdırmır – Fotolar

    Mingəçevir İES-də iyulun 2-dən 3-nə keçən gecə baş vermiş və iyulun 3-də axşam təkrarlanan qəza paytaxtın nəqliyyat sistemində ciddi problemlər yaradıb.

    Nəticədə iyulun 3-ü axşam saat 19 radələrində Bakı Metropoliteninin stansiyalarında qatarların hərəkəti dayanıb.

    Bu gün də Bakı Metropolitenində bərpa işləri aparıldığından test rejimində fəaliyyət göstərir və sərnişinlər üçün bağlıdır.

    Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətlərinin fəaliyyəti xüsusi rejimə keçirilib və sərnişinlərin ödənişsiz daşınmasına başlanılıb: “Paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətlərinin fəaliyyəti xüsusi rejimə keçirilib və sərnişinlərin ödənişsiz daşınmasına başlanılıb. Adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir”.

    Avtobuslar, bu cür sərnişin axınına hazır deyillər və bununla bağlı sərnişinlərin arasında ciddi əngəllər və narazılıqlar müşahidə olunur. Bakmetropoliten hələ öz fəaliyyətinin yenilənməsinin müddətini açıqlamır.//bizimyol.info