Month: July 2018

  • 32 nömrəli marşrut avtobusunun sürücüsü sərnişinlərdən ödəniş tələb edir – VİDEO

    32 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu Bakı Nəqliyyat Agentliyinin göstərişinə riayət etmir.

    Bizimyol.info-ya daxil olan videogörüntüyə əsasən metronun “Neftçilər” stansiyasından “28 May” stansiyasi istiqamətində hərəkətən edən marşturlardan (10-TG-768 dövlət nömrə nişanlı, 07015 eyniləşdirmə seriyalı) birinin sürücüsü sərnişinlərdən ödəniş tələb edib.

    Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi göstərişi ilə bu gün Bakı şəhərində bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyət göstərir. Bununla əlaqədar, daşıyıcılara müəyyən göstərişlər verilib. Həmçinin, qəti şəkildə daşıyıcılara tapşırılıb ki, xüsusi rejim davam etdiyi müddətdə sərnişindaşıma ödənişsiz həyata keçirilsin və tapşırığa əməl etməyən daşıyıcıların isə cərimələnəcəyi bildirilib.

    Xatırladaq ki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən bu gün Bakı Metropoliteninin stansiyalarında qatarların hərəkəti dayanıb.

  • Предприниматель, задушивший ногой сожительницу осужден на 17 лет

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя столицы Фархада Шагалиева (1968-го года рождения), обвиняемого по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) УК Азербайджана.

    Как сообщает Median.Az, 24-го октября прошлого года проживающая по адресу поселок Бакиханова, улица Али Бабаева дом 3, квартира 4 Гюльнара Садыгова (1982-го года рождения) повздорила с сожительствующим с ней Фархадом Шагалиевым. Во время ссоры последний несколько раз ногой ударил женщину в область горла, в ходе потасовки он задушил Садыгову. Женщина скончалась на месте. После содеянного Фархад явился в 13-е отделение полиции Сабунчинского РУП и сдался.

    В ходе следствия было установлено, что Шагалиев был третьим мужчиной, который сожительствовал с жительницей Шамахинского района Гюльнар Садыговой. Фархад Шагалиев также был женат, являлся отцом двух детей, занимался предпринимательством.

    Он снял квартиру в поселке Бакиханова, где они встречались. Но из-за капризов Садыговой часто возникали инциденты, она требовала от любовника, чтобы тот больше уделял ей время. В день происшествия во время очередного скандала Фархад избил Гюльнар, потерпевшая обругала его и он зажав ногой горло, задушил ее. У Садыговой остался один малолетний ребенок. Согласно заключению, Шагалиев в момент совершения преступления находился в состоянии алкогольного опьянения.

    Суд приговорил обвиняемого к 17 годам лишения свободы с отбыванием срока заключения в учреждении строгого режима.

  • İcra başçısı ilə birlikdə güllələnən mühafizəçinin Fotoları

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd zamanı güllələnən mühafizəçi Qasım Aşbazovun fotosu yayılıb.

    Median.Az criminal.az-a isitinadən xəbər verir ki, Q.Aşbazov polis əməkdaşı olub.

    Ağır güllə yarası alan E.Vəliyev bu vertolyotla Bakıya göndərilib.

    Hadisə dünən saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Meydandakı pilləkəndə Yunis Səfərov və hələlik adı məlum olmayan qırmızı köynəkli şəxs icra başçısına hücum edib.

    Rusiya vətəndaşı olan Y.Səfərov ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını dəmirlə döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçıb. Həmin vaxt da axtarışa verilib. Bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.

    Faktla bağlı hüquq-mühafizə orqanları hələlik məlumat yaymayıb.


  • Səhiyyə Nazirliyi dünən metroda qalanlarla bağlı məlumat yaydı

    Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “103” xidməti havaların istiləşməsi ilə bağlı bir neçə gündür ki, gücləndirilmiş iş rejimində çalışır.

    Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, iyulun 3-dən etibarən metrostansiyaların fəaliyyətində yaranan problemlə bağlı olaraq, BŞTTTYS-nin xüsusi briqadaları Bakı Metropoliteni stansiyalarının qarşısında və avtobus marşrutlarının daha çox işlək ərazilərində yerləşdirilib.

    Ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metrolarda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib və onlardan altı nəfəri stasionar şöbələrə yerləşdirilib. Həyati təhlükəsi olan yoxdur.

  • Более 20 человек застряли в бакинских лифтах

    Накануне вечером из-за отключения электричества в стране в бакинских лифтах в беспомощном состоянии оказались 22 человека.

    Как передает Median.Az со ссылкой на сайт МЧС, спасатели помогли людям выйти из лифтов.

    Информации о пострадавших нет.

  • Bakıda 22 nəfər liftdə qalıb

    Ötən gecə Bakıda 22 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, gecə saatlarında Bakı şəhəri ərazisində 22 nəfər yaşayış binalarının liftlərində köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

  • Dənizdə 14 mərmi tapılıb – FOTO

    Sumqayıtda 14 top mərmisi tapılıb.

    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, bu gün Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 11 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

    Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib.

    14 ədəd top mərmisi (11 ədəd 85 mm-lik O-365 və 3 ədəd 100 mm-lik OF-415) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Mərmilərin tapıldığı yerin ətrafında 2 000 kv.m əraziyə (500 kv.m yeraltı və 1 500 kv.m yerüstü) baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


  • Bərdədə iki yeniyetmə göldə batdı

    Bərdə rayonunda iki gənc göldə boğularaq ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun Türkman kənd sakinləri – 2002-ci il təvəllüdlü Hacıyev Təhmasib İldırım oğlu və onun dostu, 2004-cü il təvəllüdlü Tahirov Sahil Sahib oğlu Tərtər çayının rayon ərazisindən keçən hissəsində, çayın ətrafında yaradılmış süni göldə çimərkən boğulublar.

    Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bir gündə kanalda iki nəfər batdı – YENİLƏNİB

    Saatlıda 14 yaşlı oğlan kanalda boğulub.

    Median.Az APA-ya istinadla xəbər verir ki, rayonun Soltanabad kənd sakini, 2004-cü il təvəllüdlü Aqşin Allahverən oğlu Xudiyev kənd ərazisindən keçən kanalda çimərkən boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Göyçay rayonunda su kanalından meyit tapılıb.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, ötən gün axşam saatlarında rayonun Şıxbəy kəndindən keçən su kanalından təxminən 25-30 yaşı olan, boyu 188 santimetr, arıq bədənli naməlum kişi meyiti tapılıb.

    Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

    Meyit müayinə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Onun intihar etdiyi ehtimal olunur.

    Faktla bağlı araşdırma aparılır.

  • Suyun verilişi təmin olunub

    Bakının əksər ərazilərinə suyun verilişi təmin olunub

    Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

    O bildirib ki, hazırda bütün su mənbələri tam gücü ilə çalışır. Artıq Yasamal, Binəqədi, Nəsimi, Səbail, Nəriman Nərimanov rayonu su ilə təmin olunub. Səbaildə yalnız Badamdar ərazisində problem var.

    A.Cəbrayıllı qeyd edib ki, Xəzər, Xətai, Sabunçu, Abşeronda da suyun verilməsində sabitlik əldə olunub. Tam rejimdə suyun verilməsinə sabahdan başlanılacaq.