Month: July 2018

  • Vlad Maqa: Qarabağda deyirlər ki, türklər adam deyil

    Bədnam tanınmış bloqer Vlad Maqa qorxuları və Dağlıq Qarabağa qanunsuz səfərindən danışıb.

    Bloqer Ermənistanın “Shant” telekanalının jurnalisti ilə söhbətində erməni və əsl soyadının Movsesyan olduğunu etiraf edib.

    Belə çıxır ki, əgər əvvəllər KİV onu “erməni əsillu belaruslu bloqer” adlandırırdısa, indi onu cəsarətli formada “erməni” adlandırmaq olar.

    Movsesyan deyib ki, bir müddət əvvəl Minskdən qaçıb.

    “Üç nəfər azərbaycanlı məni hər yerdə axtarırdı. Öz ailəmə görə qorxurdum. Mənə zəng gəldi. Telefondakı səs dedi ki, əgər Azərbaycana ekstradisiya olunmaq istəmirəmsə, Ermənistana qaçmalıyam. Belə də etdim. İndi Yerevandayam. Burada məni dəstəkləyirlər və çox rahatam”, – erməni bloqer bildirib.

    Verilişin aparıcısı Vlada sual verib:

    “Bilirsiniz ki, Dağlıq Qarabağa getməklə qanunu pozmusunuz? Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına düşə bilərsiniz və onlar bununla bağlı cinayət işi aça bilərlər”.

    Bloqer deyib:

    “Bəli, bundan xəbərim var. Bu səbəbdən mən qeyri-müəyyən müddətə qədər Ermənistanda qalacağam”.

    Qarabağa qanunsuz səfəri ilə bağlı danışan bloqer daim və məqsədyönlü şəkildə Dağlıq Qarabağı “Artsax” adlandırır və bir necə vacib məqamə dilə gətirir:

    “Gəncədə çəkilişlərdən sonra Gürcüstana getdim, oradan isə Ermənistana keçdim. Ermənistandan çox asanlıqla Dağlıq Qarabağa gəldim. Orada lazım olanları lentə aldım: insanlarla danışdım, gözəl təbiətlə tanış oldum. Orada bir ifadə eşitdim: “Türklər adam deyil”. Bu bölgədə azərbaycanlıları “türk” adlandırırlar. Bunu eşidəndə heç bir reaksiya vermədim”.

    Movsesyan əlavə edib ki, Qarabağa səfər videoçarxının hazırlanması son mərhələdədir:

    “Düşünürəm ki, süjet bu həftə ərzində “Youtube”da yayımlanacaq”.

  • Namus üstündə bacısını boğub öldürən məhkəmə qarşısında

    Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboy rayon sakini Aydın Hüseynovun (1985-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    ittiham aktına əsasən, bu il martın 29-da Goranboy RPŞ-nin əməkdaşları rayon ərazisində 2011-ci ildə törədilmiş ağır cinayətin üstünü açıblar.

    Belə ki, İrəvalı kəndində yaşayan Rəxşəndə Hüseynovanın (1983-cü il təv.) meyiti qardaşının yaşadığı evin zirzəmisində aşkar edilib. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, qadının ölümünə mexaniki asfiksiya səbəb olub.

    Araşdırma zamanı məlum olub ki, Rəxşəndə Hüseynovanı qardaşı Aydın Hüseynov boğaraq qətlə yetirib və sonra meyitini evin zirzəmisində basdırıb.

    İstintaqın gedişatında məlum olub ki, ailəli olan Rəxşəndə Hüseynova 2008-ci ildə ərindən boşanaraq, qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının yüngül həyat tərzi keçirməsi, dəfələrlə xarici ölkələrə getməsi qardaşlarında narazılıq yaradıb. Qadın tutulan iradlara qadın məhəl qoymayıb, bunun nəticəsində 2011-ci ildə sözügedən cinayət törədilib.

    Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

    Aydın Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilib. Sərbəst ifadəsi zamanı o, bacısını yüngül həyat tərzi keçirdiyini, tez-tez xarici ölkələrə özbaşına gedib-gəldiyini bildirib:

    “Axırıncı dəfə bacımla mübahisəmiz düşəndə, ondan həyat tərzini dəyişməsini tələb etdim. Lakin Rəşxəndə söylədiklərimə məhəl qoymadı. Bu səbəbdən onu öldürmək qərarına gəldim. Boğdum və meyitini basdırdım”.

    Növbəti məhkəmə prosesi iyulun 31-ə təyin edilib.

  • Hacı Nuran Bakıya geri döndü – FOTO

    Bir müddət əvvəl ağciyərində onkoloji şiş tapıldığı üçün müalicə məqsədilə Almaniyaya yola düşən Hacı Nuran Bakıya geri dönüb.

    O, ötən gün “Instagram” hesabında foto paylaşıb.

    “Jara” festivalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliya ilə foto çəkdirib.

    Qeyd edək ki, Hacı Nuran kimya terapiya almaq üçün Düsseldorf şəhərinə yollanmışdı.

  • Test tapşırığında səhv yoxdur – AÇIQLAMA

    Ötən gün keçirilən II və III ixtisas qrupu üzrə qəbul imtahanında yalnış test tapşırığı olmayıb.

    Bunu oxu.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzi (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

    DİM rəsmisi qeyd edib ki, test tapşırığında hər hansı elmi-metodiki səhv yoxdur:

    “Abituriyentlərə düşən suallar hamısı dərsliklərdə olub. Buna görə də abituriyentlərin xeyrinə bal hesablanmayacaq”.

  • В Баку и регионах за сбыт и хранение наркотиков задержаны 6 человек

    Как сообщает Median.Az, сотрудники Главного управления по борьбе с наркотиками (ГУБН) МВД на территории Ясамальского района задержали жителя столицы Вугара Аскерова, у которого при личном осмотре изъяли свыше 50 грамм героина и 20 психотропных таблеток.
    Во время обыска в его доме в поселке Сабунчи дополнительно было найдено свыше 1 кг. героина, 118 грамм опиума и электронные весы.

    Кроме этого, сотрудники Астаринского РОП при продаже 5 грамм опиума подставному лицу задержали жителя города, ранее судимого Фариза Мамедова. При личном осмотре у него изъяли 25 грамм, а во время обыска в доме еще 6 кг 400 грамм опиума, сотрудники Масаллинского РОП в земельном участке жителя села Онджагала Эльмира Меликова обнаружили 10 кустов конопли, а в доме 460 грамм марихуаны, сотрудники Уджарского РОП задержали жителя города, ранее судимого Алипаша Нуруева, у которого во дворе нашли 13 кустов конопли, а в доме еще 465 грамм марихуаны, сотрудники Тертерского РОП задержали жителя села Сарыджалы Эльсавара Рзаева, у которого во дворе нашли 18 кустов конопли, а в доме еще 3 кг 700 грамм марихуаны, cотрудники Бардинского РОП задержали жителя села Угурбейли, ранее судимого Теюба Нурушова, у которого в земельном участке обнаружили 12 кустов конопли.

    По фактам возбуждены уголовные дела.

  • Bakıda və regionlarda narkotik alverinə görə 6 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Vüqar Əsgərovu saxlayıblar. Şəxsi axtarış zamanı ondan 50 qramdan artıq heroin, 10 qrama yaxın metamfetamin və 10 ədəd metadon həbləri götürülüb. Onun Sabunçu qəsəbəsindəki yaşadığı evdə əlavə olaraq 1 kq. heroin, 118 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar edilib.

    Bundan başqa, Astara RPŞ-nin əməkdaşları şərti alıcıya 5 qram tiryəki satarkən şəhər sakini, əvvəllər məhkum olunmuş Fariz Məmmədovu saxlayıblar. Şəxsi axtarış zamanl ondan 25 qram tiryək, yaşadığı evdən isə 6 kq 400 qram tiryək aşkar ediblər.

    Masallı RPŞ-nin əməkdaşları Öncəqala kənd sakini Elmir Məlikovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu, yaşadığı evdən 460 qram marixuana, Ucar RPŞ-nin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Əlipaşa Nuruyevin həyətindən 13 ədəd çətənə kolu, evində isə 465 qram marixuana aşkar ediblər, Tərtər RPŞ-nin əməkdaşları Sarıcalı kənd sakini Elsevər Rzayevin evində 3 kq 700 qram marixuana, həyətində isə 18 ədəd çətənə kolu aşkar ediblər, Bərdə RPŞ-nin əməkdaşları əvvəllər məhkum olunmuş Teyyub Nuruşovun Uğurbəyli kəndindəki evinin həyətyanı sahəsindən 12 ədəd çətənə kolu aşkar ediblər.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Qəbələdə intihara cəhdin qarşısı alınıb

    Qəbələdə bir nəfər intihara cəhd edib.

    Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qəbələ şəhərində bir nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

    Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

  • В Товузе жестоко избили беременную женщину

    В Товузе в селе Кёхне жестоко избили беременную женщину.

    Как сообщает Median.Az со ссылкой на АПА, жительница села Гала Аллахвердиева Севиндж Хидаят гызы, 1989 г.р., была доставлена в больницу с различными телесными повреждениями, состояние ее оценивается как тяжелое.

    По предварительной информации, женщина на 6-м месяце беременности была избита шурином брата.

    По факту ведется расследование.

  • Tovuzda hamilə qadını döydülər

    Tovuzda hamilə qadın döyülüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun Köhnə Qala kənd sakini 1989-cu il təvəllüdlü Allahverdiyeva Sevinc Hidayət qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

    İlkin məlumata görə, altı aylıq hamilə qadın qardaşının qayını tərəfindən döyülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • На фронте ранен армянский солдат

    В оккупированном армянами Нагорном Карабахе, на линии соприкосновения армянских и азербайджанских войск во время перестрелки получил огнестрельное ранение армянский военнослужащий.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, раненый – 20-летний Давид Артурович Милоян 1998 года рождения.

    Согласно информации, для выяснения причин случившегося проводится расследование.