Test tapşırığında səhv yoxdur – AÇIQLAMA

Ötən gün keçirilən II və III ixtisas qrupu üzrə qəbul imtahanında yalnış test tapşırığı olmayıb.

Bunu oxu.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzi (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

DİM rəsmisi qeyd edib ki, test tapşırığında hər hansı elmi-metodiki səhv yoxdur:

“Abituriyentlərə düşən suallar hamısı dərsliklərdə olub. Buna görə də abituriyentlərin xeyrinə bal hesablanmayacaq”.