Month: July 2018

  • Azərbaycan efirində İLK: Göbək rəqsi oynayan kişi rəqqas – VİDEO

    Azərbaycan efirində ilk dəfə gənc oğlan oriyental rəqs nümayiş etdirib.

    Tanınmış rəqqasə Aytənlə efirə çıxan qara geyimli, üzü niqablı gənc peşəkarcasına göbək rəqsi oynayıb.

    Oriyental rəqqasə Aytənin paylaşımından belə anlamaq olur ki, həmin gənc efirlərə çıxmağa davam edəcək: “Bu gün səin səhnəyə ilk çıxışın idi, çox həyəcanlı idin. Amma yenə də super idin. Təbriklər! Səndən ən çox istədiyim budur; çəkini 5 kilo artırmalısan”!/baku.ws

  • В Агсуинском районе “Daewoo” сбил двух пешеходов

    Как сообщает Median.Az, на территории села Чийни Агсуинского района автомобиль марки “Daewoo”, управляемый жителем Кюрдамирского района Гамлет Халиловым сбил жителей г.Гянджа Эдивар Алиева и Алима Бабаева.

    В результате А.Бабаев скончался на месте происшествия, получивший телесные повреждения Э.Алиев был помещен в Центральную районную больницу.

    В районном отделении полиции (РОП) по факту ведется расследование.

  • Ağsuda “Daewoo” iki piyadanı vurub, onlardan biri ölüb

    Median.Az xəbər verir ki, Ağsu rayonun Çiyni kəndi ərazisində Kürdəmir rayon sakini Hamlet Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakinləri Edivar Əliyevi və Alim Babayevi vurub. Nəticədə A.Babayev hadisə yerində ölüb, E.Əliyev müxtəlif xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına yerləşdrilib.

    Ağsu RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Müğənnilərin əvvəlki peşələri – Xadimə, polis, tibb bacısı, müəllim…

    ATV-də yayımlanan “10-dan sonra” verilişində müğənnilərin əsas peşəsi haqda xəbər verilib.

    Median.Az axşam.az-a istinadən həmin siyahını təqdim edir:

    Elnarə Xəlilova ingilis dili müəlliməsidir.

    Baloğlan Əşrəfov kənddə müəllim çalışıb.

    Ədalət Şükürovun isə əsl peşəsi rejissorluqdur.

    İlhamə Qasımova isə hüquq mühafizə orqanlarında çalışıb. Hətta bir müddət polis kimi fəaliyyət göstərib.

    Ağadadaş Ağayev isə ilk dəfə müəllim kimi çalışıb.

    Abbas Bağırov iqtisad kollecini bitirib.

    Xatirə İslam isə tibb bacısı kimi çalışıb.

    Flora Kərimova isə ilk vaxtlar xadimə kimi fəaliyyət göstərib.

  • В Кушадасы произошло землетрясение

    В Турции, в курортном городе Кушадасы, расположенном на побережье Эгейского моря, зарегистрировано землетрясение магнитудой 4,5.

    Как передает Median.Az, об этом пишут турецкие СМИ.

    Подземные толчки произошли в дневные часы четверга. Очаг землетрясения находился на глубине 24,68 км.

    Данных о пострадавших пока нет.

  • SOS: Aslanın sizə ehtiyacı var, kömək edin! – FOTO

    2000-ci il təvəllüdlü Suleymanov Aslan əlildir. Atası yoxdur, anasının himayəsindədir. Ana və xəstə oğuldan ibarət ailə ehtiyac içində, olduqca acınacaqlı vəziyyətdə yaşayır.

    Xeyriyyəçi insanlar pul yığıb, ona əlil arabası alıb. Lakin mütəmadi qəbul etdiyi dərmanları almağa kömək lazımdiır. Dərmanlara hər ay təxminən 320 manat lazım olur. Vaxtlı-vaxtında qəbul etməsə güclü pristupları tutur. 

    Kömək etmək istəyənlər 055 309-10-12 nömrəsilə əlaqə saxlaya bilərlər. 

    Bank hesabı isə budur: Bank Respublika IBAN 380194403254029501 AZE 13447430


  • Ağdaşda ağzından güllələnən gəncin müəmmalı ölümü – “Evin tək oğlu idi”

    Ağdaş rayonunda baş verən müəmmalı intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Güvəkənd kəndində güllələndiyi deyilən 1999-cu il təvəllüdlü Babayev Əvəz Rafiq oğlu ilə bağlı təfərrüatlar məlum olub.

    Median.Az xəbər verir ki, “yenicag.az”a açıqlama verən Güvəkənd bələdiyyəsinin icra nümayəndəsi hadisədən danışıb:

    “Əvəz göldə işləyirdi, evin tək oğlu idi. O, hadisəni iş yoldaşının ov tüfəngi ilə törədib. Həmin adam dəfn mərasiminə də gəlmişdi. Səhər tezdən uşaq işə gedib, heç bilinmir nə vaxt özünü vurub. Onu gölün qırağında keçinmiş vəziyyətdə tapıblar. Özünü öldürüb, ya kim öldürüb, heç kim heç nə bilmir. Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Yas yerində oldum. Oğlanın atası hadisədən şok keçirib. Bu gün eşitdik, dedilər, göl sahibini həbs ediblər”.

    Qeyd edək ki, Əvəz Babayev ağzından güllə yarası alaraq dünyasını dəyişib.

  • “Şərq” bazarının taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA

    Sosial şəbəkələrə “Şərq” bazarın sökülməsi ilə bağlı məlumatlar yayılıb.

    Median.Az xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov lent.az-a açıqlama verərək məsələyə aydınlıq gətirib. Ş.İbadov bildirib ki, bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və tam sökülməyəcək: “Şərq Bazarı artıq 5-6 aydır fəaliyyətini dayandırıb. O bina tarixi memarlıq nümunəsidir, bu səbəbdən də sökülə bilməz. Onun içərisindəki konstruksiyalar bərbad vəziyyətə salınıb. Bazarın içərində hərə bir arakəsmə, taxta ilə özünə bir obyekt düzəltmişdi. İndi həmin artıq şeylərin hamısı söküləcək. Ora gözəl bir tarixi memarlıq əsəri kimi başqa təyinatla istifadə olunacaq”.

    RİH başçısının birinci müavini əlavə edib ki, hazırda “Şərq” bazırının daxilində təmir işləri aparılır: “Binanın əhatəsi bağlanıb və təxminən 6 aydan sonra “Şərq” bazarında işlər yekunlaşacaq. Təmir bitəndən sonra ətrafı gül-çiçəkli olan memarlıq abidəsi görünəcək”.

  • На экзаменах были представлены вопросы, ответы которых нет в учебниках

    Сегодня во время вступительных экзаменов в тестах для III группы специальностей были обнаружены вопросы, ответы которых не отражены в учебниках средней школы.

    Об этом эксперт по образованию Кямран Асадов написал в социальных сетях.

    По его словам, это тестовое задание №73:

    «1. Факт наличия посольства в Грузии не отражен в учебниках. Правда, этот факт отмечен в отделе «Азербайджанская Демократическая Республика, но его нет в отделе «Современная Азербайджанская Республика». Этот тест отмечен звездочкой и должен быть решен в пользу абитуриентов».

  • Mədinədə hacıları daşıyan avtobus yandı – VİDEO

    Səudiyyə Ərəbistanın Mədinə şəhərində Türkiyədən olan hacıları daşıyan avtobus qarşıdan gələn “pikap” tipli avtomobil ilə toqquşub.

    Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü ölüb.

    Qum fırtınası səbəbi ilə yolların qumlarla örtülməsinə görə qarşıdan gələn nəqliyyat vasitəsi yolu düzgün nizamlaya bilməyib və türk hacıların olduğu avtobusa çırpılıb.

    Çırpılmanın şiddəti ilə qəzadan dərhal sonra hər iki nəqliyyat vasitəsi yanmağa başlayıb.

    Qəzadan sonra qapıları açılan avtobusdan enən hacılar yanmaqdan xilas ola biliblər. Lakin deformasiyaya uğrayan nəqliyyat vasitələrinin sürücüləri sükan arxasından çıxarıla bilmədikləri üçün ölüblər.