Month: July 2018

  • Abşeronda qızıla görə nənəsini öldürən nəvənin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Nihat Muradovun (2000-ci il təv.) CM-nin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, bu yanvarın 8-də Abşeron RPŞ-nin və rayon prokurorluğunun əməkdaşları Saray qəsəbəsində yaşayan Nicat Muradovun evində, Qax rayon sakini olan qayınanası Xədicəbəyim Seyidəliyevanın (1951-ci il təv.) üzərində kəsilmiş-dəşilmiş xəsarətləri olan meyitini aşkar ediblər. Yaşayış sahəsinə baxış zamanı, evdən qızıl əşyaların oğurlanması da müəyyənləşdirilib.

    Həmin gün keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən ev sahibinin oğlu Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilib. Məlum olub ki, N. Muradov mərhumun nəvəsidir.

    İstintaqın gedişatında cinayətin tamah məqsədilə törədilməsi müəyyən edilib və ondan qızıl əşyalar maddi sübut kimi götürülüb.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan edilib.

    İş üzrə baxış avqustun 9-na təyin olunub.

  • Elmira Axundovanın oğlunun vurduğu ziyanı qismən ödədi – 250 min manat

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

    Median.Az “report”a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Fərman Məmmədov suallara cavab verib.

    O bildirib ki, ona ümumilikdə 575 min manatlıq ziyan dəyib: “Həmin məbləğdən 140 min manatı deputat Elmira Axundovanın oğlu Həbib Axundovun göstərişi ilə Elnura vermişəm. 435 min manatı isə Həbibin özünə vermişəm. Elmira Axundova isə mənə 250 min manat pul qaytarıb. Çünkü Elmira xanım daha əvvəl demişdi ki, Elnur üçün tenderdə qalib gəlib. O söylədi ki, oğlunun bütün işlərini Elnur görəcək. Ona görə də 250 mini Elmira Axundova şəxsən özü mənə evində qaytardı”.

    F.Məmmədova deyib ki, istintaq dövründə dəyən zərər düzgün göstərilməyib.

    O qeyd edib ki, E.Axundova ilə aralarında bir neçə dəfə də telefon danışıqları olub: “Mənə Elmira Axundova bildirdi ki, qəpiyinə qədər bütün pullarımı qaytaracaq. Bu biznes işində piramida quruldu. Bunu da edən Həbib Axundov oldu. Onunla aramızda səs yazıları var. Həbib hər şeyi boynuna alır, etiraf edir ki, bu işi o edib”.

    İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

    Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.

    Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.

    Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

    Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.

  • Минэкологии о пыльном тумане в Баку и на Абшероне

    Министерство экологии и природных ресурсов сделало предупреждение в связи с наблюдаемым в Баку и на Апшероне пыльным туманом.

    Согласно информации ведомства, 26 июля в утренние часы в Баку и на Апшеронском полуострове преобладал северо-западный ветер, в связи с чем произошел процесс распространения пыли, в результате количество пыли в атмосферном воздухе немного уменьшилось.

    Во второй половине дня, ближе к вечеру, в связи с преобладанием восточного и юго-восточного ветра ожидается повышение количества пыли в атмосферном воздухе.

    Минэкологии отмечает, что большое количество пыли в воздухе связано с проникновением на территорию страны из Туркменистана с атмосферными потоками слабого пыльного тумана, который продолжится до завтрашнего дня.

  • Филипп Киркоров: “Салам, как в Баку погода?” (ФОТО, ВИДЕО)

    До старта международного летнего музыкального фестиваля «Жара», который пройдет с 26-го по 29-ое июля на побережье Каспийского моря на красивейшем курорте столицы Азербайджана Sea Breeze остается несколько часов.

    В этом году Баку и курорт Sea Breeze Resort уже в третий раз примут музыкальный фестиваль «Жара». Организаторы главного музыкального события года – народный артист Азербайджана певец Эмин Агаларов, Григорий Лепс и продюсер Сергей Кожевников подготовили для зрителей трехдневный музыкальный марафон, а также творческие вечера Валерия Меладзе и Любови Успенской.

    Минувшей ночью в столицу Азербайджана прилетело множество звезд российской эстрады, среди которых и российский поп-король Филипп Киркоров. 

    “Салам, как в Баку погода?”, – говорит Филипп Киркоров со стюардессами на нижеприведенном видеоролике, которым певец поделился в instagram-аккаунте.

    Также, Ф.Киркоров разместил в микроблоге снимок с Григорием Лепсом, который был сделан перед отелем в Баку.


    Руслан Алиев

  • Əmisi tərəfindən zorlanan 18 yaşlı qız üsyan etdi – VİDEO

    Türkiyədə 18 yaşlı Bahar Doğrul sosial mediada video paylaşaraq, əmisi tərəfindən zorlandığını bildirib.

    Median.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, videoda gənc qız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan yardım istəyib.

    “Mən Bahar Doğrul, 18 yaşındayam. Doğma əmim tərəfindən zorlandım. Ədalətin yerini tapmasını istəyirəm. İstəyirəm ki, səsimi eşitsinlər. Mən də Özgəcan və Leyla kimi vəziyyətə düşdükdən sonra səsimi eşidəcəklər? Mən də ölməliyəm? Bu insanların cəzasız qalmasını istəmirəm”, – deyə qız müraciət edib.

    Qısa müddətdə video minlərlə izləyici, həmçinin Türkiyənin bir çox tanınmış siması tərəfindən də paylaşılıb.

  • Bakının mərkəzində ağac iki yerə bölündü – Həyəcanlı anlar – HADİSƏ YERİNDƏN VİDEO

    Bakının Neftçilər prospektində ağac iki yerə bölünüb.

    Median.Az xəbər verir ki, dünən gecə saatlarında aşan ağac şəhər sakinlərə heç bir xəsarət yetirməyib. Hadisəyə münasibət öyrənmək üçün Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İH-in İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin müdir müavini sözügedən hadisə ilə bağlı saytımıza açıqlama verdi:

    “Ağacın aşmasından xəbərdarıq. Ağacın hissələri səhər saatlarında Dənizkənarı Bulvar İdarəsi əməkdaşları tərəfindən həmin ərazidən yığışdırılıb”./baku.ws

  • Новый рейтинг зарплат в СНГ: Азербайджан в пятерке

    Самый низкий уровень заработной платы среди стран СНГ зафиксирован в Таджикистане и Кыргызстане.

    Об этом говорится в докладе Исследовательского института социальной политики НИУ Высшей школы экономики России.

    В 2017 году реальный уровень зарплаты в Таджикистане составил 137 долларов, в Кыргызстане – 216,3 доллара. Это самые низкие показатели среди стран СНГ и стран бывшего постсоветского пространства.

    Самый высокий уровень заработной платы остается в России – 670,9 доллара. На втором месте Казахстан – 459,1, Беларусь – 421,9, Азербайджан – 306,7, Молдова – 308,4, Украина – 272,9 доллара.

    Рейтинг составлен с учетом курса доллара в указанных странах на конец 2017 года. В основу анализа легли данные национальных статистических служб, статистических баз Организации экономического сотрудничества и развития (ОЭСР), Статкомитета СНГ, Всемирного банка и Международного валютного фонда (МВФ).

  • Azərbaycanda prokuror işdən çıxarıldı, köməkçisi həbs edildi – RƏSMİ

    Ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı daha ciddi mübarizə aparılması, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edən vəzifəli şəxslərə qarşı tədbirlərin görülməsi, müasir tələblərə cavab verən prokurorluq orqanlarının formalaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və göstərişlərinin icrası ilə əlaqədar zəruri tədbirlər həyata keçirilməkdədir.

    Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, lakin, son illər prokurorluğun kadr korpusunun sağlamlaşdırılması istiqamətində aparılan islahatlara baxmayaraq, bəzi prokurorluq əməkdaşlarının öz vəzifə borcuna laqeyd yanaşması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rüşvətxorluq və korrupsiya hallarına yol vermələri kimi neqativ hallara rast gəlinir. Belə ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    Araşdırma zamanı F.Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən A.Əliyevdən almasına əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

    İstintaq zamanı, həmçinin F.Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli rayon prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.

    F.Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.

    İş üzrə F.Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Aparılmış xidməti yoxlama zamanı İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən edilib.

    Eyni zamanda, istintaqın hərtərəfli, tam və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun 25 iyul 2018-ci il tarixli əmri ilə F.Quliyev prokurorluq orqanlarından xaric edilib, rayon prokuroru Ü.Abbasov isə vəzifədən azad olunub.

    Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkə vətəndaşları və sahibkarlara müraciət edərək, prokurorluq əməkdaşları, digər hüquq mühafizə orqanları əməkdaşları, habelə vəzifəli şəxslər tərəfindən rüşvət tələb edilməsi və digər qanunazidd hallarla qarşılaşarkən onlardan bu barədə təxirəsalınmadan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və ya 361-11-76, 361-11-48 nömrəli telefonlara məlumat vermələri xahiş olunur.

  • В Баку задержан водитель, скрывшийся после летального наезда

    Как сообщает Median.Az, cотрудники 23-го отделения полиции Низаминского РУП в ходе следственно-розыскных мер задержали жителя столицы Эльдара Магеррамова, который 22-го июля на проспекте Бабека на автомобиле марки “Hyundai” сбил жителя столицы
    Тофика Аббасова и скрылся. В результате получивший тяжкие травмы потерпевший скончался в больнице.

    В Cледственном отделе Низаминского РУП возбуждено уголовное дело, ведется расследование.

  • Babək prospektində piyadanı vurub, qaçan sürücü saxlanılıb

    Median.Az xəbər verir ki, iyulun 22-nə keçən gecə Babək prospektində müəyyən edilməmiş avtomobil yolu keçən Bakı şəhər sakini Tofiq Abbasovu vurub və hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılmış piyadanın, orada keçinməsi barədə Nizami RPİ 23-cü polis bölməsinə məlumat verilib.

    Əməliyyat-istintaq yolu ilə müəyyən edilib ki, yol-nəqliyyat hadisəsini “Hyundai” markalı avtomobili idarə edən Bakı şəhər sakini Eldar Məhərrəmov törədib. Sürücü saxlanılıb.

    Nizami RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.