Month: July 2018

  • “Azərbaycan Dəmir Yolları”: “Hər yerindən duran SV-yə bilet alır deyə qiyməti qaldırdıq” – VİDEO

    İyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları orta hesabla, 10% artırılacaq.

    “Azərbaycan Dəmir Yolları” QSC-dən “Kommersant.az”a daxil olan məlumata görə, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları orta hesabla 10% artırılacaq.

    “Gediş haqlarının qaldırılması ciddi qiymət artımı demək deyil”.

    Bunu portalımıza açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov deyib. Onun sözlərinə görə, bu, tənzimlənmə üçündür:

    “Tariflərin bahalaşması deyəndə, bizdə aşağı yerlərin qiyməti qaldırılıb. Buna səbəb vətəndaşların, qiymət fərqi olmadığına görə kassaya yaxınlaşıb aşağı yerləri almasıdır. Aşağı yerlər alınır, tam qurtarandan sonra digər vətəndaşlar gəlib yuxarı yerləri almağa məcbur olur. Ailə ilə gələn adam 4 yer almalıdır, məlum olur ki, 1 kupedə 4 yer yoxdur. 2 aşağı yer alınıb, qalır 2 yuxarı yer. Sərnişinin yerinə özünüzü qoyun və fikirləşin ki, “Azərbaycan Dəmir Yolları” QSC düzgün qərar verib, yoxsa yox. Biz aşağı yerin qiymətini qaldırmışıq ki, vətəndaşlar aşağı yer baha olduğuna görə ona üstünlük verməsinlər. 4 nəfərlik ailə gələndə onlar üçün problem olmasın. Yəni, yerlər bərabər satılsın. Bu, Avropa, MDB praktikasında, xüsusilə də Rusiyada uzun illərdən bəri təsdiq olunan bir metoddur. SV-də tələbat yüksəkdir. Orada qiymət çox aşağı olduğuna görə 10 faiz qaldırılıb ki, qiymət tənzimlənsin. Başqa səbəb ola bilməz. Əvvəlki qiymətə nisbətən plaskartda təxminən 1 manat 50 qəpik, kupe vaqonlarda isə 2 manat fərq yaranır. Qiymətlər stansiyaya görə (məsafədən asılı olaraq) dəyişir. Məsələn, 15 manata olan yer 17 manat olubsa, 20 manata olan yerin qiyməti isə hazırda 22 manatdır”.

    Bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi nümayəndəsi tərəfindən kupe və plaskart qiymətlərinin qalxmasına gətirdiyi əsasdır. Bildirmək istəyirik ki, xəbər verdiyimiz kimi, qiymət artımı SV vaqonlara da şamil edilib. Kiçik xatırlatma ilə nəzərinizə çatdıraq ki, SV vaqonlarda yuxarı-aşağı yer yoxdur, sadəcə 2 yer var və SV vaqonlar elit yer sayılır. M.Şıxəmirov buna da bir əsas gətirdi:

    “SV vaqonda da qiymət artımına ehtiyac var idi. Çünki SV-də yer tapmaq olmurdu. Hər gələn, hər yerindən duran gəlib SV-yə bilet alırdı. SV- ilə o biri vaqonlar arasında çox cüzi qiymət fərqi var idi. O fərqi aradan qaldırmaq üçün qiyməti qaldırdıq. SV-yə əsasən imkanlı şəxslər bilet alır.”

    “Hazırki məqamda dəmir yolunda tariflərin artırılmasına iqtisadi zəmin yoxdur”.

    Bunu saytımıza açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, tarif o zaman artırıla bilər ki, xərclər artsın (elektrik enerjisi və s.): “Tariflərin dəyişməsi, tələbin optimallaşdırılması metodu o halda tətbiq edilə bilər ki, söhbət, bazarda satılan və bazara çıxarılan xidmət və məhsula olan tələbin tənzimlənməsindən getsin. Azərbaycanda son dövrlər dəmiryolu xidmətlərinə təsir edəcək xərcin artırılması baş verməyib. Xərcin artmamasına baxmayaraq qiymət artımları var. Bu isə arzuolunan hal deyil. Tələbin tənzimlənməsi üçün digər metodlardan istifadə edilməsi daha məqsədəuyğun olar”.

    Ekspert vurğulayıb ki, beynəlxaq yükdaşımalarda, xüsusilə, hava nəqliyyatında biletin qiymətinə avronun məzənnəsi təsir göstərir:

    “Daxili yükdaşımalarda isə valyutanın heç bir təsiri yoxdur”.

  • “Mesaj yazıb ki…” – Ağdaşda özünü asan gəlinlə bağlı şok təfərrüatlar

    Ağdaş rayonunda baş verən intihar hadisəsi – 20 yaşlı Osmanlı İnci İslam qızının ölümü ilə bağlı təfərrüatlar üzə çıxıb.

    Median.Az xəbər verir ki, hadisənin baş verdiyi rayonun Güvəkənd kənd bələdiyyəsinin icra rəsmisi Nizami Nuhov Yenicag.az-a açıqlamasında intiharla bağlı danışıb:

    “Özünü asan gəlin çox cavan idi, yetkinlik yaşına çatmamış ailə qurmuşdu. İki yaşlı oğlunu da gözə almayıb, damda özünü asdı. Qadının anası deyib ki, qızı Rusiyaya işləməyə gedən ərinin kəndə qayıtmasını istəyirmiş. Hətta ona mesaj da yazıbmış. Guya o geri dönmədiyi üçün özünə qəsd edib. Amma onun telefonunu yoxladıq, bir dənə də olsun mesaj yox idi. Günorta saat 3-də toyuq damına girərək kəndirlə özünü asıb. Evin digər gəlini qapını açanda onun özünü asdığını görüb. Kəndirdən sallanan qadını yerə qoyanda ağzından köpük gəldiyini görüb. Ürəyi hələ döyünürmüş. Təcili tibbi yardım çağırıblar, xəstəxanaya çatdırıblar. Amma mən həkimlə danışdım, o dedi ki, gəlin xəstəxanaya çatmamış canını tapşırıb”.

    İcra rəsmisi intihar edən İnci Osmanlının həyat yoldaşının Rusiyadan qayıtdığını bildirib: “Qadının əri Taleh Rusiyadan qayıdanda artıq həyat yoldaşını dəfn etmişdilər. O yazıq da and-aman etdi ki, həyat yoldaşı onun kəndə qayıtması üçün bir kəlmə də olsun ona heç nə deməyib. Deyir, ona desəydi, kəndə qayıdardı. Telefonunu göstərdi, bir dənə mesaj görmədik”.

  • Bakıda temperatur yüksəlir – Proqnoz

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu,yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq və şərq küləyi əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən azxeber.com-a daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 31-36, Bakıda gecə 26-28, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində

    İyulun 27-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

    Mülayim şimal-şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.

    Azərbaycanın rayonlarında

    İyulun 27-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək.
    Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoz

    İyulun 27-də Abşeron yarımadasında günün bəzi saatlarda durğun və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

  • Azərbaycanlı teleaparıcı oğrunu belə ifşa etdi – VİDEO

    Aparıcı Lamiyə Ələkbərova oğrunu ifşa edib.

    Ötən gün aparıcının evinin qarşısında oğlunun velosipedini oğurlayıblar.

    L. Ələkbərova məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Teleaparıcı instaqramda video paylaşaraq həmin şəxsi ifşa edib:

    “Bu şəxs oğrudur. Dünən 15 radələrində bizim qapının ağzından oğlumun velosipedini oğurlayıb. Bu, bizim qapıdan götürülən ikinci velisopeddir. Biz artıq hüquq-mühafizə orqanlarına şikayət etmişik. Bu videonu paylaşmaqda məqsədim odur ki, siz də ehtiyyatlı olun”./azxeber.com

  • Qardaşından boşanmış bacısına qarşı ağlasığmaz hərəkət – Azərbaycanda dəhşət

    Goranboy rayonunda 7 il əvvəl qətl törətməkdə təqsirli bilinən Aydın Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az “publika.az”a istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

    İttihama görə, bu ilin martın 29-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Goranboy rayonunda 2011-ci ildə baş verən ağır cinayətin üstü açılıb.

    Həmin gün 7 il əvvəl qətlə yetirilən, rayonun İrəvalı kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəxşəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb.

    Araşdırma zamanı məlum olub ki, Rəxşəndə Hüseynova 2011-ci ildə qardaşı – 1985-ci il təvəllüdlü Aydın Hüseynov tərəfindən boğularaq öldürülüb.

    Daha sonra isə meyit evin zirzəmisində basdırılıb. Qətli törədən Aydın Hüseynov saxlanılıb.

    Rəxşəndə Hüseynova ailəli olub. 2008-ci ildə boşanaraq qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının həyat tərzi, dəfələrlə xarici ölkələrə getməsi qardaşları tərəfindən narazılıqla qarşılanıb.

    Rəxşəndə Hüseynova həyat tərzi ilə bağlı qardaşının iradlara məhəl qoymayıb, nəticədə 2011-ci ildə Aydın Hüseynov onu boğaraq qətlə yetirib.

    Rəxşəndə Hüseynovanın iki qardaş və iki bacısının olduğu bildirilir.

    İstintaq orqanı tərəfindən Aydın Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    İttihama münasibət bildirən Aydın Hüseynov törətdiyi əməli etiraf edib. O, ittiham üzrə özünü qismən təqsirli bilib.

    Aydın Hüseynov bacısını yüngül həyat tərzi keçirməsi, tez-tez xarici ölkələrə özbaşına səfərlərə getməsinə iradını bildirib.

    O, qeyd edib ki, bununla bağlı dəfələrlə bacısına iradını bildirib: “Sonuncu dəfə də bacımla mübahisəmiz oldu. O, xaricə getmək istəyirdi. Mən isə ona həyat tərzini dəyişməsini tələb etdim. Amma dediklərimə məhəl qoymadı. Bu səbəbdən onu öldürmək qərarına gəldim. Bacımı boğdum. Onun öldüyünə əmin olandan sonra meyitini basdırdım ki, cinayətin izi itsin”.

    Növbəti proses iyulun 31-də davam edəcək.

  • Лепс и главный секс-символ Первого канала станцевали под азербайджанские национальные мелодии (ВИДЕО)

    “Звездный десант” российских знаменитостей прибыл этой ночь в Баку, для участия в международном музыкальном фестивале «Жара-2018».

    Встречать российских артистов в аэропорту в сопровождении азербайджанских танцоров и музыкантов уже вошло в традицию. Не стал исключением и этот прилет. Звезды российского шоу-бизнеса присоединились к танцорам, станцевав  под азербайджанские национальные мелодии.

    «Танцуют все» – так прокомментировал нижеприведенное видео Иосиф Пригожин, на котором звезды российского шоу-бизнеса танцуют под азербайджанские мелодии. 

    Напомним, что международный музыкальный фестиваль «Жара-2018» стартует сегодня, 26 июля.

    Р.А.

  • Победа азербайджанской модели на конкурсе «Мисс болельщица мира-2018» оказалась обманом (ФОТО)

    Не так давно, азербайджанская модель Кристина Замир объявила, что стала победительницей конкурса красоты и талантов «Мисс Болельщица Мира 2018». Конкурс проводился впервые в России в Москве с 14 июня по 15 июля во время чемпионата мира по футболу.

    Однако, как выяснилось, победу в конкурсе одержала не наша соотечественница, а российская модель и танцовщица Елена Адрижкович. 

    «А давайте… повеселимся. Не думала, что все дойдет до такого, потому что для меня это дикость. Но когда вот уже который день мне приходят сообщения на тематику: «Елена, ты же победительница?

    А то Кристина дезинформирует всех на своей странице, будто это она получила главный титул. Но плюс к этому, пишут мне приятности, за что хочу сказать большое спасибо. Насчет странных постов о мнимой победе… Мне, конечно, не жалко, но зачем ей это нужно? Все равно я взяла то, зачем пришла. Но раз уж такое возникло, то скажу еще раз: да, победила именно я! Чему безумно рада, потому что, как уже и говорила, я пришла на конкурс, чтобы воплотить мечту и воплотила ее!

    Ко мне после конкурса подходили члены жюри, которые говорили: «Елена – единогласно вы, даже споров не было». Все красотки были прекрасны, каждая со своей изюминкой. Но ту самую корону, поездку в Катар и титул самой красивой болельщицы получила именно я, уж извините. Просто я слишком классная, что поделать», – написала Е.Адрижкович в личном аккаунте соцсети Instagram.

    Ответ Кристины не заставил себя долго ждать. 

    «Дорогая Леночка, я рада твоей победе, и если читать более внимательно мой пост, то там не указано, что я стала «Мисс Болельщица Мира 2018». Я написала «Самая Красивая Болельщица Мира 2018». Уж простите, но я таковой себя считаю. Вы можете считать иначе. Но вашу победу я не присваивала!», – пишет К.Замир.


    Напомним, что в день объявления итогов конкурса азербайджанская модель разместила у себя на странице в соцсети пост, заявив о своей победе:

    «Ну что же, финал конкурса красоты «Мисс Болельщица мира 2018» закончился, и вот она та «Самая красивая, самая спортивная и та, кто лучше всех владеет мячом болельщица Мира 2018» . Спасибо всем за поддержку, я вас люблю!»

    С.П.

  • Осужден мошенник обманувший на крупную сумму денег брата Полада Бюль-Бюльоглы и других лиц

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя столицы Мамеда Насибова, обвиняемого по статье 178.3.2 (мошенничество, совершенное с причинением крупного ущерба) УК Азербайджана.

    Как сообщает Median.Az, по обвинительному акту, Мамед Насибов путем мошенничества продал 15 соток земельного участка без соответствующих документов в поселке Говсан Сураханского района гражданке Ираде Исмайыловой за 21.500 манатов, обещал гражданину Чингизу Мамедову построить для него частный дом в Апшеронском районе и для этого взял у него 200.000 манатов.

    Кроме этого, он войдя в доверие присвоил у Адили Мамедовой 120.000 манатов, Гюльназ Хеировой 43.000 манатов, Бахар Алекперовой 17.000 манатов и Бахрама Намазова 28.100 манатов.

    В ходе следствия выяснилось, что один из потерпевших – Ч.Мамедов является братом композитора и певца, а также посла Азербайджанской Республики в Российской Федерации Полада Бюль-Бюльоглы.

    Суд приговорил обвиняемого к 8 годам 6 месяцам лишения свободы.

  • Polad Bülbüloğlunun qardaşına və digərlərinə qarşı dələduzluq edən şəxsə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Məmməd Nəsibovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ittiham aktına əsasən, Məmməd Nəsibov vətəndaş İradə İsmayılovaya Suraxanı rayonunun Hövsan qəsənəsində 15 sot sənədsiz torpağı 21.500 manata satıb, Çingiz Məmmədovun isə 200.000 manat pulunu alaraq, ona Abşeron rayonunda fərdi yaşayış evi tikdirəcəyini söz verib. Həmçinin o, Adilə Məmmədovanın 120.000, Gülnaz Xayirovanın 43.000, Bahar Ələkbərovanın 17.000 və Bəhram Namazovun 28.100 manat pulunu ələ keçirib.

    İstintaqın gedişatında məlum olub ki, zərərçəkmişlərdən biri – Ç.Məmmədov Azərbaycan Respublikasının bəstəkarı və müğənnisi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qardaşıdır.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Nabran faciəsi: 16 yaşlı İkram boğuldu, arxasınca anasını və iki qohumunu da apardı – Təfərrüat

    Xaçmaz rayon, Nabran qəsəbəsində iki ana və övladının dənizdə boğularaq ölməsinin təfərrüatları məlum olub.

    Rayonun Palçıqoba kənd sakinləri olan Dadaşova Ruhiyyə Eyvaz qızı, onun oğlu Dadaşov İkram Məmmədyar oğlu, həmçinin baldızı Qocayeva Kamilə İkram qızı və onun qızı Qocayeva Aysel Əfqan qızı Nabran qəsəbəsində dənizə çimməyə gediblər. Lakin 16 yaşlı İ.Dadaşov çimərkən boğulmağa başlayıb. Bunu görən anası, R.Dadaşova oğlunu xilas etməyə çalışıb, ancaq buna nail ola bilməyərək özü də suda boğulmağa başlayıb.

    Bu zaman K.Qocayeva qardaşı arvadına və onun oğluna köməklik etməyə çalışıb, lakin boğulmaqda olan şəxsləri xilas etmək onun da həyatı üçün təhlükə yaradıb. Onunla birgə olan qızı A.Qocayeva da onlara köməklik göstərməyə çalışsa da, o da boğulmağa başlayıb. Nəticədə hər iki ana və övladları suda bataraq boğulublar.

    Onların dördünün də meyitləri yaxınlarına təhvil verilib.

    Hadisə ilə bağlı araşdırma aparılır. (Report)