Month: July 2018

  • Житель Маштага, убивший из-за измены невестку осужден на 12 лет

    В Бакинcком суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя столицы Сеидмалика Мамедова (1958-го года рождения), обвиняемого по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

    Как сообщает Median.Az, 11-го декабря прошлого года в поселке Маштага из охотничьего ружья марки “ИЖ-16” выстрелом в голову была убита Айсель Мамедова (1993-го года рождения). После содеянного свекр убитой Сеидмалик Мамедов явился с повинной в
    14-е отделение полиции Сабунчинского РУП и признался в том, что совершил убийство из-за чести.

    В ходе следствия стало известно, Айсель Мамедова 5 лет была замужем за сыном Сеидмалика Мамедова, от этого брака у них родился сын. Примерно месяца до происшествия мужчина в бане во дворе своего дома застал свою невестку с женатым соседом — молодая женщина изменила супругу. Рассердившись он “поставил” им условие – в скором времени сосед и невеста должны были покинуть поселок, в противном случае Сеидмалик пригрозил им расправой. Он скрыл данный инцидент от своего сына. Спустя некоторое время сосед покинул столицу и поселился в Закатальском районе, а Айсель продолжала жить как прежде. Мамедов неоднократно предупреждал ее, требуя поскорее уехать, но она восприняла его слова не всерьез. Таким образом, 11-го декабря вооружившись охотничьим ружьем, он произвел в голову невестки смертельный выстрел.

    Суд приговорил С.Мамедова к 12 годам лишения свободы.

    Напомним, что на прошедшем заседании прокурор попросил суд назначить обвиняемому 18 лет лишения свободы.

  • Maştağada xəyanətə görə gəlinini güllələyən şəxs 12 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Seyidmalik Məmmədovun (1958-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il dekabrın 11-də Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəmnində ov tüfəngindən atəş açaraq gəlini, 24 yaşlı Aysel Məmmədova qətlə yetirib. Hadisəni törədəndən sonra o könüllü Sabunçu RPİ 14-cü polis bölməsinə təslim olub. İstintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirərkən, oradan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilib.

    İş üzrə dindirilmiş Seyidmalik Məmmədov bildirib ki, gəlinini qısqanclıq zəminində öldürüb. Belə ki, onun oğlu Aysellə 5 il əvvəl ailə həyatı qurub və nigahdan bir oğulları dünyaya gəlib. Həyətləri geniş olduğundan, yaşayış sahəsində oğlu üçün ayrı ev tikib. Hadisədən bir ay əvvəl Seyidmalik həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub. Məmmədov həm gəlinindən, həm də qonşusundan qəsəbəni tərk etmələrini, əks təqdirdə onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb. Bundan bir müddət sonra həmin şəxs paytaxtı tərk edib və
    Zaqatala rayonunda məskunlaşıb. Aysel isə əvvəlki kimi evdə yaşamağa davam edib. Seyidmalik ona dəfələrlə xəbərdarlıq etsə də gəlini sözlərinə əhəmiyyət verməyib. Ayın 11-də əsəblərinə hakim ola bilməyən Məmmədov odlu silahdan Ayselə atəş açaraq, onu qəsdən öldürüb.

    Məhkəmənin hökmü ilə S.Məmmədov 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18 il cəza təyin olunmasını xahiş edib.

  • Kolleclərə ixtisas seçimi başladı

    Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçiminə başlanıb.

    Dövlət İmtahan Mərkəzindən (DİM) verilən xəbərə görə, ixtisas seçimi iyulun 25-dən avqustun 6-dək internet vasitəsilə həyata keçirilir.

    İxtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

    Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

    2018/2019-cu tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.

    Xatırladaq ki, məktəbi cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün mart ayında aparılan qeydiyyatdan keçməyən Azərbaycan bölməsi abituriyentləri üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulu sistemi də avqustun 6-dək aktiv olacaq. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər əvvəlcə qeydiyyatdan keçib sonra ixtisas seçimi edə bilərlər.

    Qeyd edək ki, abituriyentlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla aşağıdakı keçiddən tanış ola bilərsiniz: http://dim.gov.az/news/1922/

  • Джей Ло отметила 49-летие в крохотном бикини пляжной вечеринкой на Багамах (ФОТО)

    Американская поп-звезда Дженнифер Лопес, которая 24 июля отпраздновала день рождения, поделилась снимками с праздничной вечеринки.

    На своей странице в Instagram исполнительница выложила несколько фото, где предстает в окружении близких и друзей. На фото 49-летняя Джей Ло запечатлена в микро-бикини, которое едва прикрыло ее грудь и подчеркнуло плоский живот.

    В качестве праздничного дресс-кода Дженнифер обозначила всем присутствующим купальники. И сама не упустила возможности продемонстрировать выдающееся тело, над которым она усиленно трудится в спортивном и танцевальном зале на протяжении всей своей жизни.

    С.П.




  • Bakıda sürücü ilə sərnişin arasında dava – “Sənin var-yoxunu…” – VİDEO

    Bakıda sərnişinlə avtobus sürücüsü arasında mübahisə yaranıb.

    Median.Az minval.İnfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinin həddən artıq əsəbi olduğu, sürücünü təhqir etməsi öz əksini tapıb. Məlumata görə, sərnişinlərdən biri avtobusu dayanacaqdan kənarda saxlatmaq istəyib, sürücü isə bununla razı olmayıb və qaydanı poza bilməyəcəyini deyib.

    Buna görə də tərəflər arasında mübahisə yaranıb. İlk dayanacaqda isə hətta mübahisə təhqirlə dolu sözlərə və davaya çevrilib.

  • Zaqatalada itkin düşən var – Havaya helikopter qaldırıldı

    Zaqatala rayonunda itkin düşən vətəndaşların axtarışlarına helikopter cəlb edilib.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 24 iyul axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

    Q.İbrahimovun axtarışlarına nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin “Mi-17” helikopteri cəlb olunub.

  • Bakıda iş vaxtı narkotik qəbul edən avtobus sürücüsü həbs olundu – VİDEO

    Bakıda sükan arxasında narkotik maddə qəbul edən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Tağıyev İlkin Əlisəftar oğlu adlı avtobus sürücüsü həbs edilib.

    Median.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

    Onun sözlərinə görə, paytaxtda fəaliyyət göstərən 10-XX-144 dövlət nömrə nişanlı 202 saylı marşrut avtobusunu idarə edən şəxs sükan arxasında olan zaman müəmmalı və təhlükəli hərəkətlərə yol verib. Belə ki, nəqliyyat vasitəsinin sürücüsü sükan arxasında siqaretin kağızı ilə yol boyu nə isə düzəltməyə çalışıb: “O, avtobus hərəkətdə olan zaman qarşısına baxmadan sərnişinlərin həyatını təhlükəyə atıb. Nəqliyyat vasitəsini idarə edən şəxs sadəcə ara-sıra yola göz gəzdirərək bir az “insaflı” davranıb. Avtobusdakı sərnişinlər onun bu hərkətlərini təəccüblə seyr edib. Bundan əlavə, sürücü nəqliyyat vasitəsinin salonunda olan sərnişinlərlə qeyri-etik danışıb. Ortaya çıxan mənzərə təxminən saat 11:15 radalərindən 11:30-a kimi davam edib”.

    V.Əsədov bildirib ki, iyulun 23-də yayılan xəbər dərhal nəzarətə götürülüb: “Həmin 10-XX-144 dövlət nişanlı avtobusun hərəkətinin dayandırılması ilə bağlı göstəriş verilib. Təxminən saat 15:00 radələrində paytaxtın Binəqədi rayon ərazisində Gənclik-Biləcəri istiqamətində sərnişindaşıma ilə məşğul olan sürücü Cəfər Xəndan küçəsində saxlanılıb. Saxlanılan zaman sürücünün müvafiq sənədlərini təqdim etməməsi, eləcə də, özünü şübhəli aparması yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb və həmin sürücü tibbi müayinədən keçirməyə dəvət edilib. Tibbi müayinə zamanı sürücünün içki və narkotik vasitənin təsiri altında olması aşkarlanıb və bu barədə pratokol tərtib edilib”.

    Bölmə rəisi qeyd edib ki, eyni zamanda, onun sürücülük vəsiqəsinin təqdim etməməsi ilə bağlı da araşdırma aparılıb: “Məlum olub ki, həmin şəxs 09.04.2018-ci ildən etibarən sürücülük hüququndan məhrum edilib və bilərəkdən vəsiqəni təhvil verməyib. Digər bir araşdırmaya görə, onun 202 saylı marşutda müqavilə əsasında işləməsi məlum olub. Eyni zamanda onun qanunun tələblərinə zidd hərəkət etməsi və polisə tabe olmaması ilə bağlı da sənəd toplanılıb. 202 saylı marşrut üzrə işləyən 10-XX-144 dövlət nişanlı avtobusun sürücüsü, Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Tağıyev İlkin Əlisəftar oğlu barəsində toplanan bütün sənədlər Binəqədi Rayon Məhkəməsinə təhvil verilib. Hakim tərəfindən çıxarılan qərara əsasən, həmin sürücü 1 ay müddətinı inzibati qaydada həbs edilib və yenidən 1 il müddətində sürücülük hüququndan məhrum edilib. Eyni zamanda, bütün bu hallara göz yuman kalon rəisi, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Qurbanov Oktay Əlisəfdər oğlu barəsində də 15 gün inzibati həbs qərarı verilib. Onların hər ikisi tutduğu vəzifədən xaric edilib”.

    Qeyd edək ki, 202 saylı marşrut xətti “Çinar Trans” MMC-yə məxsusdur.

  • Temperatur yenidən yüksəlir – Meteohəssas insanlara xəbərdarlıq

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 35-37 dərəcə isti olacaq.

    Abşeron çimərliklərində iyulun 26-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək.

    Azərbaycanın rayonlarında iyulun 26-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-27, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda bəzi saatlarda rütubətin normadan bir qədər yüksək olacağı gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • Покалеченные пациенты: Кто в ответе за врачебные ошибки в Азербайджане?

    Здоровье не купишь за деньги, зато за деньги можно посетить врача, ну или получить необходимую врачебную помощь, ведь, как известно, несмотря на номинально бесплатную медицину в Азербайджане, на деле платить нужно практически за все.

    Как передаёт Median.Az, увы, но и деньги не являются гарантом того, что вы не станете жертвой непрофессионализма врачей.

    За последние несколько лет в Азербайджане было зафиксировано немало смертей пациентов во время хирургических операций, при чем операций достаточно простых, на первый взгляд: удаление аденоидов, ринопластика, лопосакция и т.д.

    У всех на памяти вопиющий случай, когда пациентке вместо больной ноги была удалена здоровая… Читая все это, возникает лишь один вопрос: отвечают ли эти горе-врачи перед законом?

    К сожалению, большинству из нас ответ известен, и он отрицательный, в лучшем случае врача просто уволят из медицинского учреждения, в котором произошел несчастный случай, в худшем – ему не будет ничего.

    Понятное дело, что не ошибается тот, кто не работает, но когда речь идет о жизни и здоровье пациента, ошибкам тут просто не место. Можно ли доказать врачебную ошибку в Азербайджане, или все у нас списывается на расхожее мнение о том, что у каждого врача есть свое маленькое кладбище?

    Как заявил в беседе с Media.Az депутат, заместитель председателя комитета Милли Меджлиса по здравоохранению Муса Гулиев, в случае если пациент или его родственники считают, что столкнулись с непрофессионализмом врача, они имеют полное право подать жалобу в Министерство здравоохранения.

    «Уже в Министерстве Комиссия по врачебным ошибкам расследует жалобу. По его окончанию может быть назначено судебное разбирательство.

    В том случае, если суд докажет вину врача, он понесет заслуженное наказание. Одним словом, в отечественном законодательстве все четко прописано, и каждый пациент, недовольный услугами врача или клиники, имеет право жаловаться», – подытожил депутат.

    В свою очередь глава Союза потребителей Азербайджана Эюб Гусейнов в беседе с корреспондентом Media.Az отметил, что врачебные ошибки будут происходить в Азербайджане до тех пор, пока не будет наказано энное количество врачей за непрофессионализм.

    По его словам, Азербайджану нужен действующий закон «О защите прав пациента».

    «На данный момент наши врачи применяют мушкетерский принцип: «один за всех и все за одного», они готовы покрывать друг друга, выгораживать, даже зная об очевидной врачебной ошибке.

    Еще одна проблема – у нас нет нормальных экспертных баз. Всем этим должно заниматься Министерство здравоохранения. В целом, в Азербайджане очень слабая статистика по врачебным ошибкам. ССПА постоянно получает жалобы на клиники и врачей, в среднем таких жалоб у нас бывает по три-четыре за месяц», – отметил Э.Гусейнов.//media.az

  • В Ясамальском районе совершено ножевое происшествие

    Как сообщает Median.Az, накануне в Клинический Медецинский центр с колото-резанной раной был доставлен житель столицы
    Адалят Гамидов (1974-го года рождения) и прооперирован.

    Расследованием происшествия занимаются сотрудники Ясамальского РУП.