Zaqatalada itkin düşən var – Havaya helikopter qaldırıldı

Zaqatala rayonunda itkin düşən vətəndaşların axtarışlarına helikopter cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 24 iyul axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

Q.İbrahimovun axtarışlarına nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin “Mi-17” helikopteri cəlb olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *