Month: July 2018

  • Уникальный подарок от Patron: собачий помет вместо лотерейного купона – ФОТО

    Внутри упаковки семечек Patron был обнаружен собачий помет.

    Житель Шабрана рассказал, что он купил пачку упаковок семечек Patron, надеясь найти в нем лотерейный купон. Но вместо счастливого купона он обнаружил в пакетике собачий помет.

    Это очевидное свидетельство того, в каких условиях упаковываются семечки.

    Отметим, что объявление на упаковке Patron, произведённой в Тертерском районе, гласит о возможности выиграть лотерею.

    Но кажется, на этот раз компания приготовила уникальный подарок для своего потребителя.

    Мы связались с Patron, чтобы прояснить проблему. Однако представитель компании по имени Эльвин не дал разъяснительных объяснений.





  • Əxlaqsızlıq etdiyinə görə öldürülən qız haqda şok fakt: 3 uşağı var, əri fəhlə işləyir

    Xəbər verdiyimiz kimi, Yasamal rayonunda gənc qız atası tərəfindən qısqanclıq zəminində öldürülüb.
     
    Həsən Bəy Zərdabi küçəsində baş verən cinayətin təfərrüatları məlum olub.
     
    Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun 20 yanvar stansiyasının yaxınlığında qızı 27 yaşlı Aysel Məmmədli ilə görüşüb. Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olub. İ.Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o qızının əxlaqsız həyat tərzini əsas göstərib. Buna görə də, İ.Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib.
     
    Ərazidən uzaqlaşmayan İ.Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.
     
    Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarına bildirib ki,  İ.Qurbanov rayon ərazisində qızı ilə bağlı xoş olmayan xəbərlər alıb. Buna görə də o, A.Məmmədlini qətlə yetirmək üçün paytaxta gəlib. Bu haqda xəbəri report.az yayıb.
     
    Azxeber.com-a  məlum olub ki, qətlə yetirilən Aysel 3 uşaq anası imiş. O bundan öncə də 2 dəfə rayondan qaçaraq, Bakıya gəlibmiş. Hər dəfə də atası onu geri qaytarıb. Ayselin həyat yoldaşı isə başqa bir rayonda fəhlə işləyir, o ayda 1 dəfə evinə gəlib-gedirmiş. Məlumata görə, ailəsi Ayseli 3 gün idi ki, axtarırmış. Dünən onu tapan ata qızını qətlə yetirib və özü polisə təslim olub. 

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Azərbaycan dilinə 2650 yeni söz daxil edilib

    Azərbaycan dilinə yeni daxil olan daha 2 650 söz müəyyən edilib.

    Median.Az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib:

    “İkinci yeni sözlər lüğəti artıq hazırdır, lüğət hazırda çap olunma mərhələsindədir. Onun sentyabr-oktyabr aylarında işıq üzü görməsi nəzərdə tutulur”.

    Komissiyanın sədr müavini əlavə edib ki, yeni sözlər lüğətə daxil edilməmişdən əvvəl alimlər tərəfindən geniş müzakirə edilib. O, yeni sözlərin daha sonra hazırlanan orfoqrafiya lüğətinə və Azərbaycan dilinin çoxcildli izahlı lüğətinə daxil ediləcəyini də söyləyib.

    Onun sözlərinə görə, dilçi alimlər tərəfindən son 3 il ərzində Azərbaycan dilinə 5 150 yeni sözün daxil olduğu müəyyənləşdirilib. S.Sadıqova qeyd edib ki, Azərbaycan dilinin 2015-ci ildə çap olunan ilk yeni sözlər lüğətinə 2 500 söz daxil edilib.

    Dilimizə daxil olan yeni sözlərin müəyyənləşdirilməsi istiqamətində işlərin hazırda da davam etdiyini deyən S.Sadıqova əlavə edib ki, yeni sözlərin çoxu tibb, informatika, jurnalistika, loqistika, iqtisadiyyat sahəsi üzrədir:

    “Biz riyaziyyat və fizika sahəsinə aid olan o qədər yeni söz tapa bilmirik. Ancaq logistika, informatika, gömrük sahələrində yeni sözlər daxil olur. Onların arasında alınma sözlər, eyni zamanda Azərbaycan dilinin daxili imkanları hesabına yaranan sözlər də var”.

  • “Azərsu”nun əməkdaşı keçmiş nazirdən rüşvət tələb etdi

    “Azərsu” ASC-nin əməkdaşı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovdan rüşvət tələb edib.

    Median.Az xalq.az-a istinadla xəbər verir ki, keçmiş nazirdən Mərdəkan qəsəbəsində yerləşən bağ evinə su xətti çəkdirmək üçün 1200 manat pul tələb olunub. Tofiq Zülfüqarov şəxsi “Facebook” səhifəsində qeyd edib ki, yaşadığı küçədə hər kəsin evi üçün bu əməliyyatı ediblər, kimindən 2000, kimindən də 350 manat alaraq su xətti çəkiblər.

    “Hər kəsə görünüşünə görə qiymət verirlər, bilmirəm gülüm yoxsa…” deyə keçmiş nazir qeyd edib.

    Xalq.az-ın əməkdaşı Xəzər rayon Sukanal idarəsi ilə əlaqə saxlayaraq məsəyə münasibət öyrənmək istəsə də, dispetçer İbrahim Həsənov bildirib ki, rəis Mübariz Nəsirov işdə olmadığına görə heç bir məlumat verə bilməz.

    “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə telefon zənglərinə cavab verməyib. “Azərsu” ASC-nin 955 qaynar xətti davamlı məşgul olduğu üçün məlumat almaq mümkün olmayıb.

    Qeyd edək ki, prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam izmalayıb və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,78 milyon manat ayırıb. Lakin bu günə qədər Xəzər rayon sakinləri su problemindən əziyyət çəkir və mənşəyi məlum olmayan su maşınlarından istifadə üçün su alırlar.

  • Prokuror Azərbaycana qanunsuz dərman gətirən İran vətəndaşlarına cəza istəyib

    Bakı Ağır Cinayətlər Məhkəməsində İran İslam Respublikasının vətəndaşları Jahani Hiveh Hamid Mohammad və Ghahremani Hafez Habibin CM-nin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.2.1-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti proses keçirilib.

    Median.Az xəbər verir ki, prosesdə çıxış edən dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslərin hər birinə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmasını xahiş edib.

    Növbəti proses avqustun 27-nə təyin olunub.

    Xatırladaq ki, Baş prokurorluğun yaydığı məlumata görə, son dövrlər ayrı-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

    Uzun illər Bakıda yaşayan və Mərkəzi Gömrük Hospitalında cərrah-həkim işləyən Jahani Hiveh Hamid Mohammadin yaşadığı evdə axtarış zamanı üzərində “Canotix 50 units” sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatları, “Canotix 100 units” sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitələri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün üçün istifadə olunan yapışqan etiketlər və digər bu kimi dərman preparatları aşkar edilib.

    İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, hər iki şəxs qeyd edilən dərman vasitələrini gömrük orqanlarına bəyan etmədən ölkə ərazisinə gətiriblər. Bundan başqa, Jahani Hiveh Hamid Mohammad kuryer xidmətlərindən istifadə etdiyi qohumu- Bakı şəhər sakini İlqar Qədirovun “Chevrolet” markalı avtomobilinə baxış keçirilərkən 7 ədəd dərman preparatları aşkar edilərək, götürülüb.

    Bundan əlavə, Ghahremani Hafez Habib Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi “Scania” markalı sərnişin avtobusu ilə 2018-ci il fevralın 21-də Astara Gömrük keçid məntəqəsindən 100 ədəd “Canotix 50 units” dərman preparatını sellofan torbaya bükərək avtobusun salonunda gizlədib və onu gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq edib.

    İstintaq dövründə, Binəqədi rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslər barəsində həbs-qəti imkan tədbiri seçilməyib.

    Область прикрепленных файлов

  • Продолжается суд над лицами, убившими в поселке Новханы Иранского студента

    В Бакинском суде по тяжким преступлениям состоялось очередное судебное заседание по уголовному делу в отношении Юнуса Джамаллы, Натика Бабавердиева, Пярвина Алмамедова, Рашиды Сеидовой, Захида Дуньямалыева и Джейхуна Талыблы, обвиняемых по статье 120.2.1 (умышленное убийство, совершенное группой лиц), 120.2.4 (умышленное убийство, совешенной с особой жестокостью), 120.2.11 (умышленное убийство, сопряженное с разбоем), 181.2.1 (разбой, совершенный группой лиц) и 181.3.3 (разбой, совершенный с причинением тяжкого умышленного повреждения потерпевшему) УК Азербайджана.

    Как сообщает Median.Az, преступление было совершено в дачном массиве Новханы 11-го октября прошлого года. Неизвестные
    в собственном доме убили сын бизнесмена Мохтати Сааман Неймат оглу (1994-го года рождения). Убийцы задушили жертву предположительно подушкой. Камера наблюдения, установленная в доме иранца, засняла, как в жилище проникли четверо в масках. Выяснилось, что Мохтати Сааман являлся студентом 5-го курса Азербайджанского Государственного Медецинского Университета.

    После обнаружения тела покойного, сотрудниками Сумгайытской городской полиции и прокуратуры были проведены надлежащие процессуальные и оперативно-следственные действия. По подозрению в убийстве оперативники задержали жителей г. Сумгайыт, ранее судимых Юнуса Джамаллы и Натика Бабавердиева, жителя г. Шеки Пярвина Алмамедова, его знакомую Рашиду Сеидову, жителя Агсуинского района Захида Дуньямалыева и жителя Имишлинского района Джейхуна Талыблы

    В ходе следствия было установлено, что вышеуказанные лица войдя в преступный сговор в ночь на 11-е октября проникли в указанный дом и убили С.Мохтати с целью ограбления, но ничего ценного в доме не нашли. Наводку им дал Талыблы, который ремонтировал дом по соседству. Злоумышленники отправились на дело на автомобиле, принадлежащем З.Дуньямалыеву, который после того, как все было кончено, встретился с сообщниками в поселке Новханы и развез их по домам.

    Также стало известно, что 14-го августа того же года в селе Хыдырпай Кюрдамирского района они совершили налет на дом жителя района Захида Зарбалиева, связали хозяина и его супругу Рену, а затем вынесли из дома деньги и золотые украшения.

    На сегодняшнем судебном процессе дал показания отец покойного. По его словам, его сын должен был стать хорошим ученым, а обвиняемые внезапно прервали его мечту : “Мой сын уделял только время учебе, ехал из дома в университет и обратно. Он не знал кафе и баров. Даже я сам иногда просил, чтобы он немного отдохнул”.

    Очередной процесс состоится 31-го июля.

  • “Patron” dan alıcılara “möhtəşəm” hədiyyə: içindən elə bir şey çıxdı ki… – FOTOFAKT

    “Patron” günəbaxan tumunun içərisindən it nəcisi çıxıb.

    Median.Az qaynarinfo-ya istinadən xəbər verir ki, Şabran şəhər sakini uduşlu olduğu üçün “Patron” tumunu aldığını, lakin tumun qabını açarkən bəxtinə it nəcisi çıxdığını bildirib.

    Bu, “Patron” tumlarının hansı şəraitdə qablaşdırıldığının bariz nümunəsidir.

    Qeyd edək ki, Tərtər rayonunda istehsal olunan “Patron” tumlarının üstündəki reklamdan aydın olur ki, istehsalçı alıcılara uduşlu lotereya qazanmaq fürsəti verir. Amma görünür “Patron”un içindən çıxan da elə binəva istehlakçıya özünəməxsus bir “hədiyyədir”…

    Məsələyə aydınlıq gətirmələri üçün “Patron” şirkəti ilə əlaqə saxladıq. Lakin şirkətin Elvin adlı nümayəndəsi bununla bağlı ağlabatan bir açıqlama vermədi.







  • İcra başçısı ağaclara “kislota” tökülən əraziyə getdi – Video

    Yasamal Rayon İcra başçısı Əziz Əzizov ağacların dibinə kimyəvi maddə tökülən ərazidə olub.

    Median.Az xəbər verir ki, bu barədə icra hakimiyyətindən “Qafqazinfo”ya bildirilib. Qeyd edilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır:

    “Məsələdən xəbərdar olan kimi icra başçımız dərhal ərazidə olub və tapşırıqlarını verib. Məsələylə bağlı lazımi tədbirlər görüləcək və səbəbkarlar mütləq cəzalandırılacaq. Bu, fərdi şəkildə törədilmiş bir hadisədir. Məsələylə bağlı İcra Hakimiyyətini qınamaq olmaz”.

    Xatırladaq ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı informasiya haqda açıqlama yayıb. Bildirilib ki, ərazidə olan müxtəlif cinsli 21 ədəd ağacın qurudulması məqsədilə dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktı aşkar edilib.

    Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə ağacların qurudulması məqsədilə diblərinə “kislota” tökülməsi ilə bağlı videogörüntülər də paylaşılmışdı.

  • Xaçmazda itkin düşən uşaqla başlı ŞOK açıqlamalar – Onu oğurlayıblarmış!

    Xaçmazda itkin düşdüyü deyilən 3 yaşlı uşaq əslində, oğurlanıbmış.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, bu fikirləri 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş və ötən gün tapılaraq ailəsinə təhvil verilmiş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun dayısı Məhəmməd Mehdiyev səsləndirib:

    “Uşaq tapıldığı ərazidə axtarış aparılmışdı, amma tapılmamışdı. Uşağı oğurlamışdılar. Sonradan gördülər ki, əraziyə helikopterlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ona görə də gətirib uşağı yerinə qoymuşdular”.

    M.Mehdiyev bildirib ki, ailənin heç kimlə ədavəti olmayıb:
    “Ailənin heç kimlə ədavəti yoxdur. Kimin qaçırdığını bilmirik. Bununla bağlı polisə müraciət etmişik, araşdırma aparılır”.

    Qeyd edək ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə tapılaraq ailəsinə təhvil verilib.

  • “Space TV”-nin əməkdaşı dələduzluq edib ölkədən qaçdı – FOTOLAR

    “Space TV”-nin sabiq əməkdaşı dələduzluqla bağlı axtarışa verilib.

    Axtarışa verilən şəxs “Elif media” şirkətinin rəhbəri Ağayev Vüqar Həsənağa oğludur. O, bir zamanlar “Xəzər TV”-nin əməkdaşı olub, “Space TV”-də yayımlanan “İşimiz var”, indi isə “Yerimdəyəm” və “Praym şok” verilişlərinin layihə rəhbəri idi. 2017-ci ildən etibarən insanlardan dövlət rüsumu adı ilə pul alıb, işə düzəldəcəyini söz verib, lakin sözünə əməl etməyib. 6-7 ay ərzində 500-dən çox adamı aldadıb. Bəzilərindən “Space TV”-yə işə düzəltmək adı ilə pul alıb. Kanalın proqram müdiri olan Tamara xanımla birlikdə iş birliyi qurub və bir çoxlarından işə düzəltmək adı ilə pul alblar, lakin sözlərinə əməl etməyiblər. Zərərçəkənlər pullarını geri istədikdə isə “bu gün, sabah verərəm” deyərək vaxtı uzadıblar. Bundan əlavə, Vüqar Ağayev ayrı-ayrı şəxslərin adına kompüter, telefon kreditə götürüb. Hətta bir zamanlar “Space TV”-də yayımlanan “20lik realiti şou”-nun sponsoru tərəfindən qalibinə veriləcək 2 otaqlı evi satıb. 19.07.2018-ci il tarixində isə ölkəni tərk edərək qaçıb. Onun Gürcüstana qaçdığı ehtimal olunur. Təxmini hesablamalara görə, 500000 AZN-dən çox pul mənimsəyərək qaçıb. Son nəticə olaraq, zərərçəkənlər aidiyyatı polis bölməsinə gedərək şikayət ərizələri yazıblar.

    Baku.ws saytı Məsələ ilə bağlı telekanalın məsul əməkdaşı ilə əlaqə saxlayıb. Telekanalın əməkdaş faktı təsdiqləyərək, Vüqar Ağayevin ölkəni ötən həftə tərk etdiyini vurğulayıb.

    “Space” telekanalının rəhbərliyi məsələ ilə bağlı açıqlama yayıb. Musavat.com-a verilən xəbərdə bildirilir: “Məlumat üçün bildiririk ki, əvvəlllər “Space” telekanalına layihələr təqdim edərək, müqavilə əsasında verlişlər istehsal etmiş, “Azərbaycan Media qrup” təşkilatının rəhbəri Ağayev Vüqar Həsənağa oğlunun barəsində ayrı-ayrı vətəndaşlar tərəfindən onun qanuna zidd hərəkətləri haqqında məlumatlar daxil olmağa başlamışdır. Vətəndaşların yazdığı ərizələrdən görünür ki, o “Space” telekanalının və başqa təşkilatların adından sui-istifadə edərək qanunsuz hərəkətlərə yol vermişdir. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan respublikası qanununa uyğun olaraq həmən ərizələr “Space” telekanalıtərəfindən aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilmişdir. Həmən ərizəni sizə təqdim edirik.