Month: July 2018

  • Azərbaycandan Avropaya narkotik keçirmək istəyənlər saxlanılıb

    Külli miqdarda narkotik vasitənin Avropaya daşınmasının qarşısı alınıb.

    Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olan məlumat əsasında Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İrandan Danimarkaya “İşıqlandırma avadanlıqları” yükü aparan, İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsi Yük Şöbəsinin idxal nəzarət xəttində saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

    Aparılan yoxlama nəticəsində qoşqunun təkərlərinin arasındakı üç ədəd oxun içərisindən gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 49 200 qram təşkil edən kəskin iyli, tünd qəhvəyi rəngli narkotik vasitə – tiryək aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Sarımsağa 700 min manat yatırdı, zərərə düşdü

    Bu il sarımsaq əkininə yatırdığım 700 manat vəsait hədər gedib.

    Bunu ölkənin ən böyük sarımsaq istehsalçısı Ələddin Rzayev Oxu.Az-a açıqlamasında bildirib.

    O qeyd edib ki, builki hava şəraiti də məhsulun xarab olmasına gətirib-çıxarıb:

    “Artıq dördüncü ildir sarımsaq əkirəm. Bölgədə sarımsaq əkininə ilk mən başlamışam. Yerli sort əkirdim. Sonra gördük ki, yerli sort effekt vermir. Bazarda yerli sorta yaxın duran yoxdur. Çünki yerli sortun nəsli məlum deyil.

    Artıq öz ilkin tərkibini itirib. Ona görə Ukrayna və Sibir sortunu qarışdıraraq seleksiya yolu ilə yeni sort yetişdirməyə başlamışam. Toxumu çox böyük əziyyətlə özüm tapıb gətirmişəm”.

    Yeni sortun məhsuldarlığının çox olduğunu deyən fermer hər hektara 15-16 ton məhsul yığımı gözlədiyini bildirir. Onun sözlərinə görə, yerli sortdan məhsuldarlıq hektara 7-18 ton idi.

    Fermerin sözlərinə görə, yerli sort sarımsaq sentyabrda əkilib, mayda yığılır. Ancaq yeni sort iyun-iyul ayına qədər dözür:

    “Yerli sort sarımsaq 25 dərəcədən artıq isti havaya dözmür. Bu il məhsulun qapıda qalmasının səbəblərindən biri də budur”.

    Fermerlərin plansız əkin aparmalarından şikayətlənən Ə.Rzayev deyir ki, bu il az qala bütün respublika sarımsaq əkib:

    “Mən özüm də üç il az əkmişdim, bu il çox əkdim. Ötən il 10 hektar ərazidə sarımsaq əkmişdim, yaxşı satdım. Gündə 100 adam zəng edib sarımsaq istəyirdi. Bu il tək məndə yox, bütün respublikada sarımsaq fermerlərin qapısında qalıb.

    Rayonda hamı mənə baxıb sarmısaq əkib. Halbuki əvvəllər fermerlər “sarımsaq əkininin düşər-düşməzi var” deyib bu məhsulu əkmirdilər.

    Kənd Təsərrüfatı Nazirliyi mənə plan versin ki, sən bu il 10 hektar ərazidə ək, digəri beş hektar. Biz özbaşına əkirik. Sonda da ziyana düşürük”.

    Ə.Rzayev arqonomların bilik səviyyələrindən də şikayət edir. Deyir ki, 10 aqronom gətirib, ancaq istədiyi nəticəni almayıb:

    “Türkiyədən belə aqronom gətirmişəm, əksinə, düzü əyib”.

    Ə.Rzayev itkilərini yeni yaratdığı sarımsaq sortu ilə bu il kompensasiya edəcəyini düşünür:

    “Artıq bu il toxum da sata biləcəyik, sarımsaq da. Ən azı 200 ton toxum, 500 ton sarımsaq əldə edəcəyik. Nazirlik dəstək göstərərsə, növbəti il ölkəni 20 faiz toxumla təmin edə bilərik”.

    Məlum oldu ki, yeni sortun adı yetişdirilməsində iştirak edən şəxslərin adlarının baş hərflərindən götürülərək İSMUR EF adlandırılıb. Yeni sarımsaq növü hələlik marketlərdə 2,7 manatdan satışa çıxarılıb.

  • Məmur qızı: Ərim məni döyür və dostları ilə cinsi əlaqəyə girməyə məcbur edirdi – ŞOK AÇIQLAMALAR

    Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürova şok açıqlamalar verib.

    Median.Az xəbər verir ki, virtualaz.org saytına müraciət edən məmur qızı keçmiş ərinin ona zülm verdiyini deyib.

    Həmin açıqlamanı ixtisarla təqdim edirik:

    Hələ çox gənc olan Elşən və Aysel universitetdə oxuyarkən bir-birini seviblər. Deyilənə görə, sevginin gözü kor olur və ona qarşı çıxmaq çətindir. Əksər hallarda qısa səadətin acı nəticələrini bütün həyatın boyunca dadmalı olursan. Bu gün də Aysel gözü yaşlı halda xatırlayır ki, atası ondan barəsində çox şeylər eşitdiyi adama ərə getməməyi az qala yalvararaq xahiş edirmiş. Lakin xoşbəxtliyindən göylərdə uçan və sevgilisinin çatışmazlıqlarını görmək iqtidarında olmayan gənc qızı adi sözlərlə inandırmaq asan işdirmi? Yeni evlənmiş cütlüyün xoş günləri çox qısa sürüb. Ailə həyatı Elşənlik deyilmiş. O, həyat yoldaşını söyməyə, təhqir etməyə, alçaltmağa və döyməyə başlayır. Bir neçə dəfə hətta eyvandan atmağa da cəhd edib. Özü də yalnız təklikdə olanda deyil, valideynlərinin də yanında bu hərəkətlər davam edib. Tezliklə valideynlər də bu məsələyə qoşulub və gənc ailənin həyatı dözülməz olub. Lakin bu dəfə Ayselin atası boşanmanın əleyhinə çıxıb. Əvvəllər qızının bu izdivacına qarşı çıxan ata bu dəfə bir qədər dözməyi və boşanmamağı xahiş edib. Yalnız tanışlarının qınağına görə deyil, həm də qızının xoşbəxtliyi naminə – axı istənilən küskünlüklər son nəticədə sülhlə bitir. Ata qızına xoşbəxtlik arzulayırdı, fəqət onun həyatı dözülməz idi. Bir neçə il sonra Elşəni əsgərliyə çağırırlar. Elə bu vaxt ən qorxunc hadisələr yaşanmağa başlayır. Aysel hamilə qalır. Belə görünə bilər ki, sevinmək lazımdır, axı uşaq ailəni möhkəmləndirir. Qohumlar sevinməyə başlasalar da, boş yerdə qalmaqal yaratmağı bacaran ər bu sevincin uzun sürməsinə mane olur. Elşən dərhal bildirir ki, uşaq ondan deyil və Aysel kiminləsə gəzəndən sonra hamilə qalıb. Hamilə yoldaşının müayinələrindən birində o hətta həkimdən soruşubmuş ki, uşağın atası olduğunu necə dəqiqləşdirə bilər. Bu sualdan dəhşətə gəlmiş həkim nə cavab verəcəyini bilməyərək, onu kabinetdən qovub.

    Lakin Elşən sakitləşməyib. İddia edib ki, DNT analizi vasitəsilə həqiqəti öyrənəcək, amma nədənsə bu işdə sona kimi getməyib. Bir dəfə o, Ayseli məşhur “Oksigen” klinikasına aparıb məcbur edir ki, abort etdirsin. Çətinliklə olsa da, Aysel klinikadan qaçır və atasının evinə gəlir. Lakin döyülmələr, alçalmalar kəsilmək bilmir. Döyülən Ayselin bir neçə dəfə ürəyi gedir, bir dəfə isə Elşən arvadının qolunu bıçaqla kəsərək, otağın qapısını bağlayır və qadını bu barədə valideynlərinə xəbər veriməyəcəyinə dair and içdirir. Yalnız bundan sonra qanı axan qadını “City Hospital”a aparır. Güclü stressdən və həyəcandan düşük qorxusu yaranır və həkim qadının 10 gün ərzində xəstəxanada qalmasına göstəriş verir. Yalnız klinikada Aysel başa düşür ki, Elşən narkotik aludəsidir. Müvafiq analizlərin verilməsini tələb edir, lakin əri imtina edir və çıxıb gedir. Bundan sonra Aysel fikir verir ki, əri dostu ilə telefonda hansısa “banzay” adlı narkotik barədə danışır, evdə qurutduğu anaşanı çəkir. Hətta hamilə arvadını da narkotik çəkməyə məcbur edir. Sonradan isə tramal, lirika, ekstazi və digər bu kimi maddələr işə düşür.

    Bu dərmanları o, Masazırda İbadət adlı aptekçi dostundan alırmış. Bundan sonra Aysel evdən qaçır. Bütün bunlar azmış kimi, Elşən tez-tez həyat yoldaşına xəyanət edir, onu daha çox incitmək üçün elə görüş yerindən arvadının mobil telefonuna şəkil və videolar yollayır. Oğlu anadan olanda isə xəstəxanaya gəlmir. Həmin vaxtdan sonra nə özü, nə də valideynləri kiçik Uğurun ad günlərində iştirak etməyiblər. Düzdür, bütün bunlar artıq boşanmadan sonra baş vermişdi. Aysel ailəsini qorumağa cəhd edirdi, lakin hətta doğuşdan sonra da əri və onun valideynləri qadını döyüb alçaldıblar. Öz aralarında da belə səs-küylü qalmaqallar olurmuş – bir neçə dəfə Ayselin gözü qarşısında Elşən valideynlərini döyüb.

    Uşağa isə heç kim baxmır və o, Uğuru öz valideynlərinə tapşırır. Valideynlərinin verdiyi pulları isə Elşən güclə əlindən alırmış. Onu dostlarının yanında döyür və onlarla pul müqabilində cinsi əlaqəyə girməyə məcbur edir. Lakin səbr kasasını elə bir hadisə daşırdır ki, bunu Aysel heç cür unuda bilmir. Heç bir səbəb olmadan həmişəki kimi onu döyməyə başlayan Elşən uşağı “sən mənim oğlum deyilsən” deyərək itələyir və körpənin başı divara dəyir. Elə həmin an qadın qəti olaraq boşanmaq qərarına gəlir. Lakin bu da asan məsələ deyilmiş. Elşən üzün müddət ona, valideynlərinə və vəkilinə təzyiqlər edir. Eyni zamanda, sosial şəbəkələrdə hədələr və təhqirlər başlayır. Bildirildiyinə görə, Elşən özünün çılpaq şəkillərini də səhifəsinə yerləşdirirmiş. Keçmiş arvadını elə onun evinin qarşısında döyəndən sonra Aysel bu barədə 22-ci polis bölməsinə şikayət edir. Polis əməkdaşları isə açıq şəkildə deyirlər ki, Elşənə heç nə edə bilməzlər. Elşənin qudurğanlığı həddini aşdıqda isə hakim elə məhkəmə zalında qərar verir ki, icraçılar onu müvafiq müəssisəyə aparsınlar. Lakin bir qədər keçmiş ilk ərinin atası olan Rəqail gəlir və oğlunu azad etdirir. Lakin bütün maneələrə baxmayaraq, Aysel boşanmağa müvəffəq olur.

    Tezliklə Oqtay Əhmədova ərə gedir, lakin Elşən yenə də onun yaxasından əl çəkmir. Bu dəfə yalnız Ayselin deyil, əri Oqtayın və atası Qüdrət müəllimin də başı ağrımalı olur. Onların ünvanına təhqirlər və hədələr sosial şəbəkələrdə və telefonda davam edir. Elşən Qüdrət müəllimin şirkətini mənimsəmələrdə ittiham edir və yoxlamalar aparılır. Lakin kobud pozuntular aşkarlanmır. Bir neçə dəfə Elşən müxtəlif bəhanələrlə Oqtayı “təkbətək söhbət”ə çağırır, lakin hər dəfə bir dəstə adamla gələrək onu döydürür. Oqtayın çağırışlarına isə məhəl qoymur. Bundan savayı, o, sosial şəbəkələrdə Oqtayın, kiçik Uğurun, Ayselin və onun valideynlərinin adlarına səhifələr açır və günü bu gün də orada əxlaqsız məzmunlu şəkillər yerləşdirir. O, toyda hədiyyə edilmiş bütün qızılları geri tələb edir ki, bu oyunlarını qurtarsın, lakin bu da kömək etmir – qızıllar qayıtsa da, Elşən öz əməllərini davam etdirir. Oqtayın məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmır. Lakin o haradan biləydi ki, Elşən üçün bu problem deyil. İnsanları, o cümlədən hüquq-mühafizə orqanlarını ələ salmaq onun hobbisidir. Budur, məhkəmə artıq beşinci dəfədir ki, təxirə salınır. Gah özü olmur, gah vəkili, gah da vəkilini dəyişir. Bir sözlə, proses süni şəkildə uzadılır. Əlbəttə, hakim cavabdehin məhkəməyə güclə gətirilməsi barədə qərar da çıxara bilər. Düzdür, biz hakimə göstəriş verə bilmərik, amma daha qəti addımlara ümid etmək haqqımızdır. Elşənin hər bir cəzasız günü bir çox insanlar üçün bəlalara səbəb olur…

  • Bu ərazilər “plan”a düşür – YENİ YOL ÇƏKİLƏCƏK

    Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həmin avtomobil yolunun layihəsi altına düşən torpaq sahələri alınacaq.

    Nazirlər Kabineti bununla bağlı “Torpağın dövlət ehtiyacları üçün alınması barədə” qərar verib.

    Qərara əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb ki, alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılsın, yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun həyata keçirilməsini təmin etsin, yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Nazirlər Kabinetinə təqdim etsin.

    Maliyyə Nazirliyinə Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

    Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq

    Nazirlər Kabinetinin qərarına əsasən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb ki, alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılsın, yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun həyata keçirilməsini təmin etsin, yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Nazirlər Kabinetinə təqdim etsin. Maliyyə Nazirliyinə “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

  • В Cальяне автомобиль скрылся, совершив летальный наезд

    Как сообщает Median.Az, накануне примерно в 15 часов в городе Сальян автомобиль неустановленной модели сбил насмерть жителя села Арбатан Давуда Ибрагимова и скрылся.

    В Следственном отделе РОП возбуждено уголовное дело, проводятся следственно-розыскные меры.

  • Salyanda naməlum avtomobil piyadanı vurub, qaçıb

    Median.Az xəbər verir ki, iyulun 23-də Salyan şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Arbatan kənd sakini Davud İbrahimov vurulub.

    Piyada hadisə yerində ölüb.

    Salyan RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri aparılır.

  • Tolikdən Günayla bağlı şok açıqlama: “Gecə saat 3-də…” – VİDEO

    Prodüser Tolik müğənni Günay İbrahimli ilə bağlı qalmaqallı açıqlama verib.

    Tolik “Hər şey daxil” verilişində ilk dəfə olaraq müğənnilərlə bağlı gizlinləri bölüşüb:

    “Bir dəfə gecə saat 3-də yaxın bir dostum zəng elədi ki, Günay İbrahimlinin nömrəsini mənə verə bilərsən? 15 illik dostum idi. Mən ona dedim ki, ayıb olsun, Günayın həyatında sevdiyi insan var, bir-birlərini sevirlər. Heç bir müğənnini kişi məclisinə aparıb oturtmamışam. Lap o kişi pullu, vəzifəli olsa da belə. Bir kişinin gülünü müğənniyə verməmişəm. Poçtalyon deyiləm ki…”//yenicag.az

  • МИД Азербайджана о пожаре в Греции

    «Среди погибших и раненных в результате пожара в Греции нет граждан Азербайджана».

    Как сообщил глава пресс-службы МИД Азербайджана Хикмет Гаджиев, согласно информации, предоставленной посольством Азербайджана в Греции, среди погибших и раненных в лесных пожарах нет граждан Азербайджана.

    «Наше посольство в Греции находится в постоянном контакте с соответствующими органами этой страны», – отметил Х.Гаджиев.

    Отметим, что число погибших в результате пожара в Греции достигло 53. Более 150 человек получили ранения. Пожары продолжаются вблизи Афин в 3-х направлениях. Правительство на этих территориях объявило чрезвычайную ситуацию.

  • Айгюн Кязымова 25 лет назад – ВИДЕО

    В Интернете распространилось архивное видео выступления народной артистки Айгюн Кязымовой.

    Так выглядела Айгюн 25 лет тому назад.

    Певица выступает перед военными, концерт траслирует AzTV.

    Многие пользователи сети посчитали, что сейчас Кязымова выглядит гораздо лучше и моложе, чем 25 лет назад.

    И это еще одно доказательство того, что пластическая хирургия и современная косметология творят чудеса.

  • Aygünün arxiv görüntüləri yayıldı – VİDEO

    Xalq artisti Aygün Kazımovanın arxiv videosu ortaya çıxıb.

    Median.Az qafqazinfo-az saytına istinadən xəbər verir ki, müğənninin həmin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

    Qeyd olunub ki, A.Kazımovanın sözügedən kadrları 25 il bundan əvvələ aiddir.

    Videodan görünür ki, o, Azərbaycan Televiziyasında (AzTV) hərbçilərəin qarşısında çıxış edir.