Month: August 2018

  • İlqar Məmmədovun məhkəmə zalından görüntüsü – FOTO

    REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədovun məhkəmədə azadlığa buraxılmasını elan edən zaman çəkilən fotosu yayılıb.

    Foto Fərqanə Novruzova tərəfindən çəkilib. Şəkildə göründüyü kimi hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.//qafqazinfo.az

  • Aygün makiyajsız halı ilə təəccübləndirdi – FOTOLAR

    Xalq artisti Aygün Kazımova növbəti dəfə makiyajsız fotolarını paylaşıb. 

    A. Kazımova fotolara “Səni düşündükcə” şərhini yazıb. 

    Məşhurun izləyiciləri onun həm makiyajlı, həm də makiyajsız halda çox gözəl olduğunu qeyd ediblər. 


    //Baku.ws

  • Xəzər necə bölündü? – TƏFƏRRÜAT

    Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub.

    Median.Az “milli.az”a istinadən xəbər verir ki, mərasimdə Xəzərin hüquqi statusu ilə bağlı konvensiya imzalanıb.

    Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın dövlət başçılarının imzaladıqları sənəd onillərdən bəri həllini gözləyən çox ciddi geosiyasi problemi həll etməklə yanaşı, dəniz hövzəsindən istifadənin yeni qaydalarını müəyyənləşdirib.

    Sənədə görə, beş sahilyanı ölkənin hər birinin Xəzərdəki sahil sularının sahəsi 15 dəniz milidir. Həmin ərazinin kənar hüdudları dövlət sərhədi sayılır. Ərazi sularına bitişik olan 10 millik zona balıqçılıq zonası elan olunub. 5 sahilyanı ölkənin hər birinin bu zonada balıq tutmaq hüququ var. Nərə və nərəkimi balıqların ovu istisnadır.

    Xəzərin su sahəsinin əsas hissəsi sahilyanı ölkələrin ümumi istifadəsində qalacaq. Məsələn, onlar 500 metrlik təhlükəsizlik zonasına malik süni adalar yarada bilərlər. Sahilyanı ölkələr böyük layihələrin reallaşması zamanı ekoloji amilləri nəzərə almalıdır, çünki Xəzərin ekologiyasiyana ziyan dəydiyi təqdirdə məsuliyyət daşıyacaqlar.

    Anlaşmanın əsas müddəalarından biri 5 Xəzəryanı dövlətə öz ərazisində sahilyanı sayılmayan ölkələrin silahlı obyektlərin yerləşdirilməsinin yasaqlanmasıdır.

    Xəzərin resursları və dibi sahilyanı ölkələr arasında ikitərəfli anlaşmalar əsasında bölüşdürüləcək. Akvatoriyadan istifadə müətmadi olaraq XİN başçılarının müavinləri səviyyəsində müzakirə olunacaq. Yaxın yarım il ərzində ilk belə görüş keçiriləcək.

    Digər əsas məqam Xəzərin nə dəniz, nə də göz sayılmasıdır. Xəzərin əlahiddə, xüsusi hüquqi statusu olacaq.

    Xəzərin sahəsi 370 min kvadrat kilometrdir. Ən dərin yeri 1075 metr olan Xəzərdə neft ekvivalenti ilə 15 milyard tondan artıq neft və qaz ehtiyatları var. Həmin ehtiyatların 6,5 milyard tonu kəşf olunub və təsdiqlənib. ABŞ-ın “Energy Information Administration”un (EIA) hesabatına görə, Xəzərdəki neft-qaz ehtiyatlarının ümumi dəyəri 8 trilyon dollardır.

    Son 20 il ərzində Xəzərin dəniz prinsipi əsasında sektoral bölgüsünə əsla razı olmayan yeganə bölğə İran idi. Belə bölgü çərçivəsində ona Xəzərin 10 faizi düşürdü.

    Xəzərin göl sayılacağı təqdirdə isə İran 20 faizlik pay ala bilərdi.

    Sahilyanı 5 ölkənin hər biri indiyədək şelfindəki neft-qaz yataqlarını rahatlıqla istismar edib. Xəzərin istənilən prinsip əsasında bölgüsündə bu yataqların mənsubluğu şübhə doğurmur. Lakin şelfin sərhədyanı sahələrindəki perspektiv neft-qaz blokları ciddi mübahisələrə səbəb olub.

    Mübahisə edən tərəflərin arqumenti vardı: “Xəzərin statusu müəyyənləşmədiyindən bütün mübahisəli məsələləri 5 sahilyanı dövlət həll etməlidir”.

    Bundan sonra belə olmayacaq: qonşular arasındakı mübahisələr ikitərəfli qaydada çözüləcək.

    İranın indi “yumşalması”nın səbəbi ABŞ-ın Tehrana qarşı sanksiyalarla embarqoları ağırlaşdırılması, nəticədə də ölkədə ciddi daxili böhranın yaranmasıdır. Eyni zamanda Suriyadakı savaş İranla Rusiyanı yaxınlaşdırıb.

    İndi onlar Aktau konvensiyasında “bölgədə üçüncü ölkələrin hərbi qüvvələri yerləşdirilə bilməz” şərtini qanuniləşdirərək “arxa cəbhə”dən rahat olublar.

    Xəzərin statusunun indiyədək müəyyənləşməməsi Türkmənistandan Azərbaycana çəkiləcək qaz boru kəmərinin (Transxəzər kəməri) reallaşmasının da qarşısını alırdı. Həmin kəmər Azərbaycanla Türkmənistana hər il Avropa Birliyinə 100 milyard kubmetr təbii qaz nəql etməyə imkan verəcək. Bu isə Avropa Birliyinin təbii qaza olan illik tələbatının təqribən 25 faizidir.

  • Арестованы граждане Грузии, избившие и ограбившие жительницу Баку

    Как сообщает Median.Az, сотрудники Управления Государственной дорожной полиции Главного управления полиции (ГУП) г.Баку и 26-го отделения полиции Ясамальского РУП в ходе проведенных совместных мер задержали граждан Грузии Илиу Тодрадзе и Гелу Болкадзе, которые как показало предварительное расследование 11-го августа на улице избили жительницу столицы К.Мамедову, после чего отобрали сумку, где находилось 200 манатов и вырвали с уха одну золотую серьгу.

    При личном осмотре у И.Тодрадзе изъяли 0,894 грамм, у Г.Болкадзе 0,397 грамм героина.

    В Следственном отделе Ясамальского РУП возбуждено уголовное дело.

  • Bakıda qadını döyüb, qarət edən Gürcüstan vətəndaşları tutulub

    Median.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi və Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində, avqustun 11-də Bakı şəhər sakini K.Məmmədovanı döyüb, içərisində 200 manat pul olan çantasını və qulağındakı qızıl sırğanın bir tayını qoparıb aparan Gürcüstan vətəndaşları İlia Todradze və Gela Bolkadze saxlanılıblar.

    Şəxsi axtarış zamanı İ.Todradzenin üzərindən 0,894 qram, G.Bolkadzedən isə 0,397 qram heroin götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.

  • “Oğlumun ölümünə görə 3 nəfər həbs edilib” – Əsgər Fəhmin Əbilovun atası

    Bir neçə gün öncə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində dünyasını dəyişmiş əsgər Fəhmin Əbilovun atası Əbilov Akif Səməd oğlu bu gün Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.

    Median.Az xəbər verir ki, AzVision.az-a açıqlamasında dünyasını dəyişmiş əsgərin atası bildirib ki, görüşdən və ona verilən məlumatlardan razı qalıb: “Baş prokuror bildirdi ki, iş şəxsən Azərbaycan prezidenti cənab İlham Əliyevin xüsusi nəzarətindədir. Açılmış cinayət işinin istintaqı barədə mənə ətraflı məlumat verdi. Bildirdi ki, artıq bu işdə təqsiri olan 3 nəfər həbs olunub”.

    Əsgər atası onu da bildirib ki, ədalətli, düzgün istintaqın aparılmasına, hadisələrdə təqsiri olanların haqqında qanuni tədbirlərin görüləcəyinə inanır. “Hadisənin siyasiləşdirilməsinin isə qəti əleyhinəyəm”,- deyə o, vurğulayıb.

  • Bu il evlənənlərin sayı azalıb, boşanmalar isə… – RƏSMİ STATİSTİKA

    Azərbaycanda bu ilin ilk 5 ayı ərzində evlənənlərin sayı ötən ilin müvafiq dövründə evlənənlərin sayı ilə müqayisədə azalıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, 2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22489 nikah qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə nikahların sayı 23044 olub ki, bu da bu illə müqayisədə 555 nikah çoxdur. Ümumilikdə bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,5 olub.

    Boşanmaların sayına gəldikdə, bu ilin ilk 5 ayı ərzində 6177 boşanma halları qeydə alınıb. Bu il qeydə alınan boşanmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən azalıb. Ötən ilin ilk 5 ayı ərzində ölkədə 6207 boşanma qeydə alınmışdı. Bu il əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 1,5 olub.

  • В Шабране совершено убийство

    Как сообщает Median.Az, накануне в районное отделение полиции (РОП) добровольно явился житель города Вюсал Гаджиев и сообщил о том, что убил человека.

    В ходе предварительного допроса он показал, что к он во дворе дома случайно застал жителя города Руслана Гаджиева и в ходе возникшего инцидента нанес ему ножевые ранения, вследствии чего последний из-за массивного кровотечения умер.

    В прокуратуре Шабранского района по статье 120.1 (умышленное убийство) УК Азербайджана возбуждено уголовное дело.

  • Şabranda qətl baş verib

    Median.Az xəbər verir ki, ötən gün Şabran şəhərində yaşayan Vüsal Hacıyev, həyətinə daxil olmuş şəhər sakini Ruslan Hacıyevlə rastlaşıb və münaqişə zəminində bıçaqla zərbələr vuraraq, onu qətlə yetirib. Hadisədən sonra Hacıyev könüllü rayon polis şöbəsinə (RPŞ) gələrək, təslim olub.

    Şabran rayon prokurorluğunda faktla bağlı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Билясуваре “ВАЗ 2107” сбил двух пешеходов

    Как сообщает Median.Az, 12-го августа примерно в 23 часа в городе Билясувар автомобиль марки “ВАЗ 2107”, управляемый жителем района Равиль Рзаевым сбил жителей района Габиля Гасымова и Фамиля Аскерова.

    В результате наезда Г.Гасымов скончался на месте, а Ф.Аскеров был помещен в Центральную районную больницу.

    В РОП по факту ведется расследование.