Month: August 2018

  • Nazirlikdən əhaliyə xəbərdarlıq – Qurban bayramında bu heyvanları almayın

    Biz nazirlik olaraq vətəndaşlara qurbanlıq heyvan seçərkən bir neçə amilə diqqət yetirməyi tövsiyə edirik.

    Median.Az xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Asəf Ömərov deyib.

    Onun sözlərinə görə, qoyunun sağlam olmasına dəlalət edən bir çox göstəricilər var: “Biz qurbanlıq qoyunun dərisinə, ayaqlarına, dırnaqlarına baxırıq ki, heç bir nöqsan olmasın. Əgər qoyun və ya qaramalın ağzından və ya gözlərindən selik axırsa, sallaq, büzüşmüş halda dayanıbsa, belə qoyunların alınmasını məqsədəuyğun hesab etmirik. Bundan əlavə heyvanın qulağında birka, yəni qulağında baytarlıq tədbirlərinin aparıldığını göstərən üçbucaq şəkilli düzgün kəsilmiş nişan olmalıdır. Əgər heyvanın buynuzunda fiziki zədə varsa, bu onun xəstə olmasına heç bir dəlalət etmir”.

    Nazirlik rəsmisi qurbanlıq heyvan satıcılarından xahiş edib ki, ümumiyyətlə damazlıq keyfiyyəti olan yerli və xaricdən gətirilmiş cins heyvanları qurbanlıq heyvan kimi bazara çıxarmasınlar.

  • Xaçmaz Mərkəzi Xəstəxanasından körpə ölümü ilə bağlı AÇIQLAMA

    Xaçmaz şəhər sakini 1996-cı il təvəllüdlü Veyisova Könül Nazim qızının doğuş zamanı körpəsi ölüb.

    Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə körpənin cinsiyyəti qız olub.

    Doğum şöbəsindən bildirilib ki, uşaq 2 kilo 300 qram çəkidə olub.

    Hazırda hadisə yerində tibbi ekspertiza gedir, uşağın ölüm səbəbini onların rəyindən sonra demək mümkün olacaq.

  • Ми-8 с альпинистами потерпел аварию в горах Таджикистана

    Вертолет Ми-8 с гражданами России, Беларуси и Испании на борту жестко приземлился на ледник Фортанбек.

    Как передает Median.Az, вертолет транспортировал альпинистов, совершивших восхождение на пик Исмоили Сомони, в базовый лагерь в низовьях ледника.

    Для понимания – «жесткая посадка» – это нечто среднее между крушением и аварийной посадкой.

    На данный момент известно как минимум об одном погибшем. Вместе с 13 россиянами, белорусом и испанцем остаются также члены экипажа вертолета – все граждане Таджикистана. Они смогли выйти на связь с «землей» и сообщили, что разбивают лагерь на ночь.

    Два вертолета со спасателями и медиками на борту вылетели к месту аварийной посадки, сообщает телеканал «МИР 24».

    Пик Исмоили Сомони является самой высокой точкой Таджикистана, его высота составляет 7495 метров.

  • Tacikistan dağlarında alpinistlərin olduğu helikopter düşdü

    Tacikistanda rusiyalı, belaruslu və ispan alpinistlərin olduğu “Mi-8” helikopteri Fortanbek buzlağına sərt eniş edib.

    Helikopter İsmoili Somoni zirvəsinə çıxacaq alipinistləri buzlağın ətəyində yerləşən düşərgəyə aparırmış.

    Qeyd edək ki, “sərt eniş” qəzaya uğrama və qəza enişi arasında ortalıq bir şeydir.

    Hazırda ən azı bir nəfərin öldüyü məlumdur. Helikopterdə 13 rusiyalı, belarus və ispanla yanaşı, Tacikistan vətəndaşları olan heyət üzvləri də qalıb. Onlar “yer” ilə əlaqəyə çıxaraq, gecə qalmaq üçün düşərgə qurduqlarını bildiriblər.

    “MİR 24” telekanalının məlumatına görə, xilasedici və həkimlərin olduğu iki göyərtə qəza enişi yerinə yola düşüb.

    İsmoili Somoni zirvəsi Tacikistanın ən hündür yeridir – onun hündürlüyü 7495 metr təşkil edir.

  • Nazir baş həkimlərə tapşırıqlar verdi – Qışa hazırlıqla bağlı

    Səhiyyə naziri Oqtay Şirəliyev tibb müəssisələrin rəhbərləri və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tapşırıqlar verib.

    Median.Az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirin “Səhiyyə Nazirliyinin müəssisələrinin 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə” imzaladığı əmrə əsasən, Nazirliyin müəssisələrinin 2018-2019-cü illərin payız-qış mövsümündə istilik ilə təchiz olunması, elektrik enerjisi ilə dayanıqlı təminatı və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Bakı Şəhər Baş Səhiyyə idarəsinin rəisinə, şəhər və rayon səhiyyə idarə və şöbələrinin müdirlərinə, Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrin rəhbərlərinə və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə tapşırılıb ki, sentyabrın 15-nə kimi payız-qış mövsümü ilə əlaqədar təsərrüfat sahəsində görüləcək işlərin müəyyənləşdirilməsi, aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlanmaqla cavabdeh şəxslər təyin edilsin.

    Bununla yanaşı tapşırıqda deyilir ki, qazanxana maşinistləri ilə (ocaqçılarla) əməyin mühafizəsi sahəsində plandankənar təlimat keçirilsin, yalnız xüsusi kurs keçmiş, işə buraxılış vəsiqəsi olan və hər il əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində bilikləri yoxlanılan ocaqçılar işə buraxılsın, şöbələrdə, kabinetlərdə, təyinatından asılı olmayaraq bütün iş sahələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edilsin, qeyri standart və istifadəyə yararsız olan odun və qaz sobalarından, elektrik qızdırıcılarından istifadə qadağan edilsin, qaz təsərrüfatına cavabdeh şəxsin Energetika Nazirliyi Dövlət Qaz Nəzarəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərın Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları ” ilə əlaqədar bilikləri yoxlanılsın, müəssisənin ehtiyat elektrik enerjisi mənbəyi olan dizel generatorlarına texniki xıdmət mütəmadi olaraq həyata keçirilsin.

    Qeyd edək ki, nazir iyulun 3-də respublikanın elektrik təminatı sistemində baş vermis açılmalar zamanı bəzi səhiyyə müəssisələrinin elektrik generatorlarında yaranan texniki nasazlıqların gələcəkdə baş verməməsi üçün də “Respublikanın səhiyyə müəssisələrinin elektrik enerjisi ilə fasiləsiz təminatı barədə” əmr verib.

    Bu əmrlə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, rəhbərlik etdikləri müəssisədə mövcud olan generatorlar mütəmadi olaraq müvafiq texniki müayinədən keçirilsin, elektrik generatorlarının daima işlək vəziyyətdə saxlanılmasına nəzarət üçün müvafiq məsul şəxs təyin edilsin, nasazlıq aşkar olunduğu hallar dərhal aradan qaldırılsın, elektrik generatorları üçün zəruri olan ehtiyyat yanacaq təminatı daima nəzarətdə saxlanılsın.

  • Еще одна медаль Рамиля Гулиева на чемпионате Европы

    Азербайджанский легкоатлет Рамиль Гулиев, выступающий за Турцию, стал обладателем еще одной медали чемпионата Европы по легкой атлетике в Берлине.

    Рамиль Гулиев завоевал серебряную медаль в составе турецкой команде в эстафете 4×100 метров.

    Турецкая команда финишировала с результатом 37,98 секунды, установив тем самым, национальный рекорд Турции. Первое место в эстафетном беге заняла сборная Великобритании, преодолевшая дистанцию за 37,80 секунды.

    Напомним, что ранее Рамиль Гулиев стал обладателем золотой медали чемпионата Европы в беге на 200 метров.//media.az

  • Toydan çıxan oğlan ölümcül döyüldü – Azərbaycanda kütləvi dava oldu

    Ağstafa rayonunda kütləvi dava olub, toydan çıxan 27 yaşlı oğlan ölümcül döyülüb.

    Median.Az “report.az”a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Göycəli kəndində baş verib. Toy mərasimindən çıxan, 1991-ci il təvəllüdlü Nurlan Mahir oğlu Haqverdiyev yolda tanımadığı şəxslər tərəfindən ölümcül döyülüb.

    Kütləvi dava zamanı onunla bərabər Qazax rayon Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Qaramollayev Elmir Mayıl oğlu da döyülüb.

    Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlardan N.Haqverdiyevin vəziyyətinin ağır olduğu bildirilir. O, boğazından aldığı zərbədən nəfəs almaqda çətinlik çəkdiyi deyilir.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Ушла из дома подростком, а вернулась женщиной

    Сотрудники 35-го отделения полиции Хатаинского района в результате проведенных оперативно-розыскных мероприятий спустя месяц нашли несовершеннолетнюю Дж.М., пропавшую без вести 17 июля этого года. Девушка просто ушла из дома и не вернулась.

    Об этом Media.Az сообщили в Управлении полиции Хатаинского района.

    Состояние здоровья подростка оценивается, как нормальное.

    Однако за то время, пока девушку искали, в отношении нее было совершено преступление.

    По словам Дж.М., пятого августа на пляже поселка Мярдакан знакомый по имени Эльвин вошел с ней в половой контакт в автомобиле.

    По факту возбуждено уголовное дело (половое сношение с лицом, не достигшим 16 лет) УР АР.

    Задержанных в качестве подозреваемых пока нет.

  • Dostu ilə konsertə getdi, inzibatçı yumruqla öldürdü — Bakıdakı qətlin təfərrüatları

    Müştərini yumruqla öldürən inzibatçı cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.

    Median.Az xəbər verir ki, “ölkə.az”a istinadən xəbər verir ki, bu gün cinayət məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyyatsızlıqdan zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsiylə məhkumluq həyatı yaşayan Musayev Fərhad Moşu oğlunun məhkəmə prosesi hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.

    İttiham aktına görə, hadisə 2017-ci il martın 26-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Xırdalan şəhərinin “Quşçuluq” yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
    Dərhal araşdırmalara başlayan polis müəyyən edib ki, həmin gecə Telman Məmmədov paytaxtın Nəsimi rayonu, Bül-Bül prospektindəki, “Do Re Mi” barının inzibatçısı – Bakı şəhər sakini Fərhad Musayevlə mübahisə edib.

    İnzibatçı Fərhad Musayev aralarında baş verən münaqişə zəminində Telman Məmmədovu yumruqla vurub və o başından ağır xəsarət alıb. Vəziyyətinin ağır olduğunu görən Fərhad Musayev dostu ilə birgə Telman Məmmədovu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan Telman Məmmədov orada dünyasını dəyişib.

    Məlumata görə, həmin gecə müğənni Orxan Babazadənin konsert proqramı olub, mərhumda dostu ilə həmin partidə iştrak edib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində gecə klubunun inzibatçısı Fərhad Musayevi saxlayıblar.
    Qeyd edək ki, Fərhad Musayev bu il fevral ayının 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 (doqquz) il 6 (altı) ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə məhkumun apellyasiya şikayətini dəyişdirmədən qüvvədə saxlayıb.

  • В ДТП в Низаминском районе погиб один человек

    Как сообщает Median.Az, на территории Низаминского района автомашина марки “Ford”, управляемая жителем г.Гянджа Годжа Исмайыловым врезалась в припаркованную к обочине дороги автомобиль марки “Azsamand”, принадлежащий жителю Шарурского района Туралу Джаббарову.

    В результате дтп Г.Исмайылов погиб на месте происшествия.

    В Низаминском РУП по факту ведется расследование.