Month: August 2018

  • Narkoloji Dispanserdə baş vermiş yanğınla bağlı məhkəmə başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Məhəmməd Məmmədovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 186.2.2-ci (özgə əmlakını qəsdən məhv etmə), Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, əməyin təhlükəsizliyi üzrə mühəndis Mahir Abdullayevin CM-nin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) və həkim Afət Məmmədovanın CM-nin 311-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı başlanılıb.

    Median.Az xəbər verir ki, bu il martın 2-də Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. İstintaq-əməliyyat tədbirləri ilə Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Məhəmməd Məmmədov martın 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə ayın 2-i səhər saat 6 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb, yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib. O CM-nin yuxarıda sadalanan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
    Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. İstintaq mərhələsində həkim Afət Məmmədovanın barəsində həbs-qəti imkan tədbiri seçilməyib.

    Qeyd edək ki, hazırlıq iclasında Telman Məmmədhəsənovun vəkili vəsatət verərək bildirib ki, müvəkkilinin əməlində cinayət tərkibi olmadığı üçün onun barəsindəki cinayət işinə xitam verilməlidir. Təqsirləndirilən M.Abdullayevin vəkili də eyni vəsatət verib. Dövlət ittihamçısı sübutların araşdırılmadığını və bu səbəbdən vəsatətlərin təmin edilməməsini istəyib. Zərərçəkmişlər də vəsatətlərin təmin edilməməsini xahiş ediblər.

    Məhkəmə vəsatətləri təmin etməyib.

    Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilməyiblər.

    Təqsirləndirilən Məhəmməd Məmmədov bildirib ki bu işdən xəbəri yoxdur və bunlar şər-böhtandır. İbtidai istintaqda isə o tam fərqli ifadə verib və əməlini etiraf edib. Onun ifadəsinə görə, 1993-cü ildə işsiz qalıb və avtomobil təmiri sexlərində işləməyə başlayıb: “Az pul qazandığım üçün arvadımla münasibətim korlandı, buna görə də xoşbəxtliyi spirtli içkidə tapdım. 1998-ci ildə arvadım və oğlum Vahid məni alkoqolizm xəstəsi kimi Narkoloji Mərkəzə yerləşdirdilər. 2015-ci ildə mənə baxması şərti ilə evi Vahidə bağışladım. Bir həftə sonra mənə yenə sərxoş damğası vuraraq xəstəxanaya yerləşdirdilər. Mənim son 20 ilim həmin Mərkəzdə keçib. Müalicə həkimin Afət Məmmədova oğlumla arvadımın sözü ilə hərəkət edərək məni uzun müddət orada saxladı. 2017-ci ilin oktyabrında oradan çıxdım, noyabrın 11-də yenidən ora qaytardılar. 2018-ci il martın 1-də tibb bacısı Şəlalə Ələkbərovaya yaxınlaşıb evə buraxılma vaxtımı soruşdum. Şəlalə kitaba baxıb, mənim qalma müddətimin martın 1-dən yenidən uzadıldığını dedi. Mən də qəzəblənərək məni saxta sənədlərlə burada saxladıqlarına görə oranı yandırıb, dağıdıb çıxacağımı və gedib Vahidin evini də yandıracağımı dedim. Bu xəbər məni özümü öldürmək həddinə çatdırdı, həmin gecəni yata bilmədim, özümü öldürməyin yollarını fikirləşdim. Gecə bir qutu siqareti çəkib qurtardım. Səhər 6 radələrində qərara gəldim ki, həyatımı burada başa vurmaqdansa, özümü yandırıb öldürüm. Buna görə də istifadə etdiyim qara rəngli alışqanla uzandığım çarpayıda, üstümə örtdüyüm yorğanı ayaq tərəfindən yandırdım. Yorğanın alovu artıqda, ölməkdən qorxub özümü öldürmək fikrimdən daşındım. Alovlanmış yorğanı divara tərəf atıb, palatada mənimlə birgə yatan Nurlanı oyatmağa çalışdım. Yorğanın alovu qısa müddətdə divarı və çarpayını bürüdü, dəhlizə çıxıb “ay camaat buralar yanır, çıxın qaçın” deyib, qışqırdım. Qonşu palatadan xəstələr, növbətçi sanitar Amid Quliyev və tibb bacısı Şəlalə Ələkbərova dəhlizə çıxdı. Yanğın 15-ci palataya keçdiyi üçün hamı ora girdi. Amid əsas qapını açdı, mən çıxıb həyətdə dayandım. Siqaret çəkib yanğının bütün şöbəni bürüdüyünü görüb oradan qaçdım, hasarı aşıb “Naxçıvanski” dairəsinə çatdım, oradan 51№i avtobusla bacımgilə getdim. Bacım Əslinin əri Səlimə Mərkəzdə yanğın olduğunu, canımı qurtarıb qaçdığımı dedim. Oğlum Vahid də ora gəldi, onunla görüşmədim. Səlimlə gedib özümə ayaqqabı aldım, sonra marketdən 1 manata 200 qramlıq araq alıb parkda bacımgildən götürdüyüm alma ilə içdim. Orada oturub oğlumun mənə qarşı hərəkətlərini, bunun nəticəsində özümü öldürmək istəməyimi və istəmədən xəstəxanada yanğına səbəb olduğumu fikirləşdim. Səlim məni parkda qoyub evə getdi, bir qədər sonra polislər yaxınlaşıb özümü təqdim etməyimi istədilər. Şəxsiyyət vəsiqəmin üstümdə olmadığını dedim, məni Xətai RPİ-nə apardılar. Törətdiyim əməldən peşmanam, istəməzdim ki, xəstələrdən kimsə ölsün”.

    Prosesdə Məhəmməd Məmmədov yanğın törətmədiyini vurğulayıb : “Mənim heç kimim yoxdur, heç bir günahım da yoxdur, mən sadəcə yanğını söndürmək üçün kömək etmişəm. İstintaqda hədə qorxu ilə kağızlara qol çəkdirdilər”. Onun sözlərinə görə, hadisə vaxtı 14-cü palatada yatıb: “Yatmışdım. Oyanıb qapını açanda palataya tüstü doldu. Binadan çölə qaçıb, birtəhər özümü yaxınlıqda yaşayan bacımgilə çatdırdım. Ayağımda ayaqqabım da yox idi. Bacım pul verdi, gedib ayaqqabı aldım. Gəlib parkda oturmuşdum, birdən polislər saxladılar”.

    Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsindən imtina edib.

    Növbəti proses sentyabrın 4-ə təyin edilib.

  • В России расстреляли гражданина Азербайджана

    В хирургическое отделение с улицы Папина в Липецке доставили 38-летнего гражданина Азербайджана с многочисленными пулевыми ранениями в области живота.

    Как передает Median.Az со ссылкой на Gordon48, азербайджанца расстреляли с огнестрельного оружия.

    Из пациента по время операции вынули только одну пулю. Остальные медики пока оставили в теле, так как пациент находился в крайне тяжелом состоянии из-за большой кровопотери.

    Врачи говорят, что преступник разрядил в жертву всю обойму пистолета.

    В УМВД РФ по Липецку сообщили, что по данному факту возбуждено уголовное дело.

    Злоумышленник пока не найден, так как его жертва еще не смогла дать показаний.

  • “Modern Hospital”da analizin nəticələri səhv çıxıb? – İDDİA

    Bakı şəhər sakini Nicat Fərəcov “Modern Hospital”da həyat yoldaşı Rahilə Məmmədlidən götürülən analizin nəticəsinin yanlış olduğunu iddia edir.

    Median.Az xəbər verir ki, o, bu barədə Qafqazinfo-ya müraciət edib. N. Fərəcov qeyd edib ki, yoldaşı həmin klinikanın həkimi Elmira Əhmədovanın pasiyentidir:

    “Bu ilin aprel ayında həyat yoldaşım hamilə qalıb. Klinikada analiz verdik. Dedilər ki, qanda laxtalanma var. Bunun üçün bizə kleksan 04 iynəsini həkim 15 gün vurdurmağı yazdı. Yenidən iyun ayında analiz verdik. Qan laxtalanmasının düşmək əvəzinə daha da artdığını dedilər. Buna görə də hamiləliyin sonuna qədər həkim eyni iynəni vurdurmağı yenidən yazdı. Biz də bundan şübhələndik. Buna görə də “Sağlam Ailə” klinikasında və “Genlab”da yenidən analiz verdik. Məlum oldu ki, ümumiyyətlə, qan laxtalanması halı yoxdur. Analizin nəticəsini götürüb həkimin yanına gəldik. Həkim də adıçəkilən klinikalarda analizin nəticələrinin normal olduğunu vurğuladı. Köhnə analizlərdə “Modern Hospital” ın laboratoriyasının səhvə yol verdiyini dedi. Laboratoriya isə öz səhvini başa düşmədi. Bundan əlavə, nəticədə progestoron hormonunun aşağı olduğunu bildirdilər. 20 həftə utrogestan dərmanını içirtdilər. Həkimin bununla bağlı göndərdiyi səslər də bizdə var.

    Mən də haqlı olaraq qəzəblənmişəm. Niyə yoldaşımın və uşağın vəziyyəti yaxşı ola-ola onların sağlamlığına qarşı belə cinayətə yol verilib? Məsələ pulda deyil, sadəcə klinikanın həkimlərinin məsuliyyətsizliyindədir. Onlar yoldaşıma hamilə olduğu halda yersiz-yerə nə qədər dərman yazıb içirdiblər. Əvvəlcə verdiyim analizlərin pulunu tələb etdim. Sonra isə onu almaqdan imtina etdim ki, başqa xəstələr də gələcəkdə o klinikaya müraciət edəndə diqqətli olsunlar. Baş həkimlə danışanda onlar məsələnin mediaya çıxarılmasını istəmədilər”.

    “Qafqazinfo” məsələ ilə bağlı “Modern Hospital”ın baş həkim müavini Təranə Hüseynova ilə əlaqə saxlayıb. O qeyd edib ki, klinikanın laboratiyasında edilən analizin nəticəsinin doğruluğuna tam cavabdehdir: “Biz həmin vətəndaşla da söhbət etdik. Onun bizdə şantaj xarakterli ərizəsi də var. Yoldaşı neçə vaxt idi ki, hamilə qala bilmirdi. Nə şikayəti varsa Səhiyyə Nazirliyinə, hüquq-mühafizə orqanlarına müraciət etsin”.

  • Задержан житель столицы, совершивший убийство в Низаминском районе

    Как сообщает Median.Az, 14-го августа в клиническую больницу №3 с колото-резанными ранами был доставлен житель столицы Рауф Гарибов, который несмотря на медецинские меры скончался из-за массивной кровопотери.

    Сотрудники Низаминского РУП в ходе следственно-розыскных мер задержали жителя столицы Шамиля Фатиева, подозреваемого в совершении убийства.

    В прокуратуре Низаминского района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

  • Nizami rayonunda qətl törədən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, avqustun 14-də paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Rauf Qəribov kəsilmiş-deşilmiş xəsarətlə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və orada kəskin qanitirmədən keçinib.
    Nizami RPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə ağır cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Şamil Fətiyev saxlanılıb.

    Rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Flora Röyanı məhkəməyə verdi

    Xalq artisti Flora Kərimova və Əməkdar artist Röya Ayxan arasında olan qalmaqal səngimək bilmir. Kərimova bu dəfə Röyanı məhkəməyə verəcəyini açıqlayıb: “Mən demişəm, yenə təkrar edirəm. Məhkəmədən tutmuş, mənə yönləndirilən güvəndiklərinə qədər hər bir qərəzli sözün sahibinin boynuna biçiləcək cavabım var. Mən bu 78 ili “sizlər” kimi necə gəldi yaşamadım ki, öz beyninizə görə mənə söz deməyə həm diliniz ola, həm də dilçəyiniz.

    Səni analığına bağışladım, layiq olduğun-olmadığın xoş sözlərlə başa salmağa çalışdım, görürəm, ayağın yer aldı. Açıq məhkəmədə görüşənədək”.

    Qeyd edək ki, son olaraq Xalq artisti Röyaya köşə yazmışdı. O isə sənətçiyə sərt cavab vermişdi. Röya sonuncu dəfə jurnalistlərə müraciət edərək “Sənətkarı alçaltmayın” ifadəsini işlətmişdi. (oxu.az)

  • Распространились ФОТОгарфии задохнувшегося в машине парня

    В сети распространились фото молодого человека, который вместе с возлюленной отравился угарным газом в автомобиле.

    Как сообщалось ранее , в Баку влюбленная пара задохнулась в автомобиле в закрытом гараже.

    Согласно информации, минувшей ночью, в гараже в автомобиле марки Nissan, были обнаружены трупы Кенуль Ахадовой, 1997 года рождения и Эльвина Зейналова, 1990-го года рождения.

    Предполагается, что они были любовниками, смерть которых произошла после интимной близости.

    По факту возбуждено уголовное дело.

    Отметим, что 7 сентября должна была состояться свадьба Э.Зейналова.






  • Qarajda sevgilisi ilə boğulan gəncin FOTOLARI

    Bakıda qarajda intim əlaqədə olduqdan sonra ölən gəncin fotoları yayılıb.

    Median.Az Elvin Zeynalovun fotolarını təqdim edir:

    Qeyd edək ki, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib.

    Belə ki, ötən gecə beşmərtəbli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb. Ehtimala görə onlar sevgili olub və boğulma hadisəsi intim əlaqədən sonra baş verib.

    Onu da bildirək ki, sentyabrın 7-də E.Zeynalovun toy mərasimi olacaqdı.






  • Президент выделил деньги на строительство дороги в Зардабе

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о строительстве автомобильной дороги Уджар-Зардаб-Агджабеди (21 км) – Биринджи Алиджанлы в Зардабском районе.

    На строительство дороги, объединяющей два населенных пункта с населением две тысячи человек, Государственному агентству «Азербайджанские автомобильные дороги» выделено 4,6 млн манатов из госбюджета.

    Министерству финансов поручено обеспечить финансирование в указанной сумме.

  • Bakıda intim əlaqədə olan sevgililər qarajda öldü – Oğlanın toyu olacaqdı… – FOTO

    Bakıda sevgililər qarajda boğularaq ölüb.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib.

    Belə ki, ötən gecə beşmərtəbli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb.

    Avtomobil K.Əhədovaya məxsus olub.

    Meyitlər tapılarkən avtomobilin kondisoneri işlək vəziyyətdə olub, cütlülk də məhz maşının qazından ölüb.

    Hadisə yerinə Yasamal Rayon Prokurorluğu və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

    Ehtimala görə onlar sevgili olub və boğulma hadisəsi intim əlaqədən sonra baş verib.

    Faktla bağlı cinayət işi başlanılıb.

    Qeyd edək ki, sentyabrın 7-də E.Zeynalovun toy mərasimi olacaqdı.