Month: August 2018

  • Названа стоимость обязательного медстрахования

    Государственное агентство по обязательному медицинскому страхованию (ОМС) при Кабинете министров Азербайджана определило приблизительный размер страховых взносов для получения услуг ОМС.

    Как передает Median.Az со ссылкой на Trend, об этом сказал в среду журналистам директор Госагентства Заур Алиев.

    «Данный процесс осуществлялся в основном по результатам пилотного проекта и уже практически завершен. В результате наших расчетов и с учетом экономической ситуации за основу мы взяли цифру в 120 манатов. То есть, каждый гражданин должен будет платить в месяц 10 манатов, чтобы получить доступ к услугам ОМС», – сказал Алиев.

    По словам директора Госагентства, ряд категорий граждан страны будет освобожден от уплаты страховых взносов.

    «Это дети, пенсионеры, инвалиды и малообеспеченные семьи. Их расходы по ОМС возьмет на себя государство», – сказал Алиев.

    Директор Госагентства также добавил, что население получит возможность выплачивать страховые взносы по частям.

    «Трудоустроенное население, конечно же, получит возможность частичной уплаты страховых взносов. В то же время мы также предоставим определенную возможность частичной уплаты страховых взносов и для свободно занятого населения», – добавил Алиев.

    Госагентство по обязательному медстрахованию начало функционировать в Азербайджане в феврале 2016 года. С конца 2016 года в стране реализуется пилотный проект по ОМС, который в настоящее время охватывает город Мингячевир, а также Евлахский и Агдашский районы республики.

  • В Баку любовники задохнулись в машине

    На улице Мирали Сеидова в Ясамальском районе столицы любовники задохнулись в гараже.

    Как передает Median.Az со ссылкой на Report, вчера в гараже во дворе пятиэтажного здания, в автомобиле марки Nissan обнаружили тело Кенуль Ахадовой 1997 года рождения и Эльвина Зейналова 1990 года рождения.

    Автомобиль принадлежал К.Ахадовой.

    Кондиционер в машине был включен. Причиной смерти пары стало отравление выхлопными газами.

    На место происшествия прибыли сотрудники Ясамальской районной прокуратуры и управления полиции Ясамальского района.

    Предполагается, что они были любовниками, смерть которых произошла после интимной близости.

    По факту возбуждено уголовное дело.

    Отметим, что 7 сентября должна была состояться свадьба Э.Зейналова.

  • Zaqatala sakini hər kəsin xəyalından keçəni reallığa çevirdi – FOTO + VIDEO

    “Bu maşını icarəyə götürmək üçün müraciət edənlər həddən artıqdır, amma mən razılaşmıram, bu evi ancaq ailəm üçün hazırlamışam”

    Zaqatala sakini Tərlan Hacımadayevin hazırladığı təkərlər üzərindəki ev hər kəsi heyrətləndirib. Tərlan Hacımadayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, o, bu işə 2 ay vaxt sərf edib.

    Mikroavtobusu lazımi avadanlıqlarla təchiz edən həmsöhbətimiz bununla da çoxdankı arzusunu reallaşdırdığını deyir: “Əvvəllər Rusiyada yaşamışam. Təqaüdə çıxdıqdan sonra belə bir maşın almaq istədim. Əslində, modul tipli maşın istəyirdim. Lakin sənəd məsələsində problem yarandı. Ona görə də bu maşını almaq qərarına gəldim”.

    “Rusiyada bu maşınlardan var idi. Lakin onları zavod hazırlayır, baha başa gəlir. Baxdım ki, bunu özüm də hazırlaya bilərəm. Bunu düzəltməyə, təxminən 40 min manat pul xərcləmişəm” — Hacımadayev bildirir.

    Müsahibimizin hazırladığı səyyar evdə yaşayış üçün hər şərait var. O, bunu ailəsi üçün hazırladığını deyir: “Bu maşında 4 nəfər rahat şəkildə yaşaya bilər. Maşında hamam, tualet, soyuducu, su qızdırıcı, qaz və elektrik qızdırıcısı var. Bundan başqa, çarpayı, masa, soyuducu və Wi-Fi mövcuddur. Bir sözlə, yaşayış üçün nə lazımdırsa, bu maşında cəm olub”.

    “İstifadə olunan su arxada yerləşdirilmiş 400 litrlik çəndən əldə olunur. Ayrıca, tullantı çirkab sular üçün də əlavə 200 litrlik çən quraşdırmışam ki, ətraf mühit çirklənməsin” — deyə həmsöhbətimiz əlavə edir.

    Qəhrəmanımız sərf olunan 220 volt elektrik enerjisinin maşına yerləşdirilmiş əlavə cihazdan əldə olunduğunu diqqətə çatdırır. Həmçinin, o, mikroavtobusun damına yaxın zamanlarda günəş enerjisi ilə işləyən panellər quraşdıracağını da bildirir.


    Tərlan Hacımadayev əl əməyi ilə hazırladığı səyyar evini, artıq sınaqdan da keçirib: “Bu yaxınlarda Batumiyə getdik. Ailəliklə 10 gün istirahət edib gəldik. Ən böyük arzum Azərbaycanı qarış-qarış gəzməkdir. Ondan sonra dünya turuna çıxmağı planlaşdırıram”.

    “Bu maşını icarəyə götürmək üçün müraciət edənlər həddən artıqdır. Amma mən razılaşmıram. Bu evi ancaq ailəm üçün hazırlamışam, 2 qızım, yoldaşım və mən” — deyə rayon sakini vurğulayır.//sputnik.az

  • Фото дня: Азербайджанские звезды «Евровидения» на ретро-заезде в Баку (ФОТО)

    26 августа в Баку прошел ретро-заезд, организованный Автомобильной федерацией Азербайджана, который стартовал перед Центром Гейдара Алиева.

    Как сообщает Median.Az, одними из почетных гостей выставки ретро-автомобилей стали азербайджанские звезды международного песенного конкурса «Евровидение» – заслуженная артистка Азербайджана Сабина Бабаева, триумфатор конкурса Нигяр Джамал и занявшая 3-е место Айсель Адыгезалзаде. 

    «Наши «евровидийные» красавицы», – подписала нижеприведенный снимок с коллегами по цеху С.Бабаева, который выложила в разделе Stories социальной сети Instagram. 


    Напомним, что Айсель с Арашем представляла Азербайджан на конкурсе песни «Евровидение-2009» с песней «Always», где заняла третье место. Триумфатором конкурса 2011 года в Дюссельдорфе стал дуэт Ell & Nikki с песней «Running Scared», принесший стране единственную на сегодняшний день победу. В 2012 году Азербайджан представила Сабина Бабаева с песней «When The Music Dies», которая заняла четвертое место в конкурсе «Евровидение-2012», который проводился в Баку. 

    Р.А.

  • В Шемкире мать троих детей покончила с собой

    В Шемкире 26-летняя женщина покончила с собой.

    Как сообщает Median.Az со ссылкой на Report, местная жительница Лятифа Акпер гызы Гусейнова 1992 г.р. выпила уксусную кислоту.

    Хотя близкие доставили женщину в больницу, спасти ее жизнь не удалось. Причина суицида пока неизвестна.

    Отметим, что у Л.Гусейновой трое малолетних детей.

    По факту ведется расследование.

  • Azərbaycanda yol polisi uşağı ölümdən qurtardı – REAL VİDEO

    Azərbaycanda yolda halı pisləşən azyaşlı oğlanı yol polisi xilas edib. Hadisə avqustun 23-də, saat 08.57-də Bakı-Şamaxı yolunun 14.5-ci km-də baş verib.

    Yolu keçən Zülfiyevlər ailəsi və qohumları çıxılmaz duruma düşüblər. Yolun ortasında Tofiq Zülfiyevin azyaşlı nəvəsinin halı pisləşib və yerə yıxılıb. Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımının nəzarətində olan “Müşfiq postunda” müşahidə kameralarına nəzarət edən inspektor bu barədə dərhal ərazidə xidmət aparan əməkdaşlara məlumat verib. Bunu eşidən 99 YP 792 nömrəli patrul avtomaşında xidmət aparan tağımın əməkdaşı, polis baş leytenantı Rüfət Quliyev hadisə yerinə yaxınlaşıb.

    Uşağın vəziyyətinin ağır olduğunu görən DYP zabidi onu və qohumlarını patrul maşınına mindirərək təcili yardım stansiyasına sürüb. Təqdim olunan videodan da görünür ki, polis zabiti çox təmkinlə, yol boyu təhlükəsizlik qaydalarını qorumaqla hərəkət edir, uşağa və onun yaxınlarına ürək-dirək verir. Yaxşı haldır ki, yolda digər avtomobillərin sürücüləri də DYP maşınına dərhal yol verib hərəkətə şərait yaradırlar. Beləliklə, uşaq təcili yardım mərkəzinə tez bir zamanda çatdırılır. Yol polisi əməkdaşı onu qucağına alaraq həkimlərin yanına çatdırır.

    Hazırda həmin uşağın səhhəti normaldır, valideynləri və qohumları yol polisi zabiti Rüfət Quliyevə təşəkkür edir.

    Baş DYPİ-nin rəhbərliyi bütün bunları nəzərə alaraq polis zabitini mükafatlandırıb və ona “Təşəkkür” elan edilib.//avtosfer.az

  • Avtovağzalda yeniliklər olacaq – FOTO

    Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBA) yeniliklər tətbiq olunub.

    Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova “Facebook” səhifəsində yazıb.

    Onun sözlərinə görə, bundan sonra da sərnişinlərin rahatlığının təmin edilməsi üçün digər yeniliklər tətbiq olunacaq. Qurum rəsmisinin sözlərinə görə, kassaların üzərində də məlumat lövhələri yerləşdirilib.

    “Artıq Bakı Beynəlxalq Avtovağzal Kompleksinin gözləmə zallarındakı monitorlarında nəqliyyat vasitələrinin hərəkət cədvəli, beynəlxalq və şəhərlərarası avtobuslarda əl və baqaj yüklərinin aparılma qaydası və başqa məlumatlar əks olunur.

    Məlumatlar 3 dildə: Azərbaycan, rus və ingilis dillərindədir”, – deyə Nuridə Allahyarova bildirib.

  • UTANC yerimiz: Azərbaycanda vaqon məktəb – XXI əsrdən XIX əsrə səyahət (VİDEO)

    Azərbaycanda vaqon məktəb fəaliyyət göstərir.

    Sözügedən təhsil ocağı Bərdə rayonunda yerləşir.

    Söhbət Ağdam rayonu 122 saylı köçkün tam orta məktəbindən gedir. Məktəb Bərdə şəhərinin Dəmiryolu vağzalı ərazisindədir.

    Tanınmış astroloq Səbuhi Rəhimli çəkdiyi görüntüləri təqdim edirik:
    //baku.ws

  • Azərbaycanda 15-17 yaşlılarda edilmiş abortların sayı açıqlandı – Şok statistika

    “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2017-ci ildə ölkədə 15-17 yaşlılarda edilmiş abortların sayı 46 olub”.

    Median.Az xəbər verir ki, bunu bizimyol-un sorğusuna cavabında Dövlət Statistikası Komitəsi bildirib.

    Qurumdan qeyd olunub ki, səhiyyə statistikasına dair məlumatlar illik dövrlülüklə ildə bir dəfə əldə olunur. 2018-ci ilin nəticələri üzrə məlumatlar 2019-ci ilin may ayında hazır olacaq.

  • “Məhəllədə dedilər ki, atan bir neçə nəfərlə cinsi əlaqədə olub” – Homoseksual atasını öldürən oğul

    Bakı Ağır Cinayətlər Məhkəməsində homoseksual atasını öldürən oğulun 2 nəfərlə birlikdə məhkəmə prosesi başlayıb.

    Median.Az bildirir ki, ölkə.az-ın məlumatına görə, cinayət məcəlləsinin qəsədən adam öldürmə maddəsi ilə təqsirləndirilən oğul, Əliyev Elməddin İbrahim oğlu, Dadaşov Vəlican Əliş oğlu və İsmayılov Nəcməddin Fərhad oğlunun məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edəcək.

    Belə ki, bu ilin fevral ayında 2 nəfərlə əlbir olaraq atasını bıçaqlayaraq yandıran oğul şok ifadə verib.

    21 yaşlı Elməddin Əliyev saxanılan zaman prokurorluğa verdiyi ilkin ifadə zamanı atasının cinsi azlığın nümayəndəsi olduğunu bildirib. Belə ki, hərbi xidmətdən gələn E.Əliyev məhəllədə atası barədə xoşagəlməz sözlər eşidib. Tay-tuşları atası İbrahim Əliyevin homoseksual olduğunu, hətta bir neçə nəfərin onunla cinsi əlaqəyə girdiyini bildiriblər. Biabırçılığa dözə bilməyən Elməddin, Vəlican Dadaşov və Nəcməddin İsmayılovla birləşərək atasını öldürmək qərarına gəlib. Artıq E.Əliyevin ifadəsi əsasında İ.Əliyevin meyiti üzərində əlavə məhkəmə tibbi ekspertizası təyin edilib. Ekspertizanın verəcəyi rəydən sonra İ.Əliyevin cinsi azlığın nümayəndəsi olub-olmaması məlum olacaq.

    Xatırladaq ki, fevral ayının 3-də Daxili İşlər Nazirliyi Bakıda oğulun atasını bıçaqlayaraq qətlə yetirdikdən sonra meyitini yandırması barədə məlumat yayıb.

    Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər.

    Fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb.

    Rayon polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən edilib.